Azərbaycanın Neft Sənayesi üzrə

İnformasiya və Resurs Mərkəzi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NEFT TERMİNLƏRİNİN İZAHLI LÜGƏTİ

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2005

 

Himayədar Humanitar Təşkilatı

«Neft terminlərinin izahlı lüğəti»

 

 

 

«Azərbaycanın Neft Sənayesi üzrə İnformasiya və Resurs Mərkəzi» layihəsi çərçivəsində Hollandiyanın N(o)vib və Böyük Britaniyanın International Alert təşkilatlarının maliyyə dəstəyi ilə çap olunub.

 

 

 

 

 

 

Layihənin rəhbəri:           Himayət Rizvanqızı

 

 

 

    Kitabda neft sektoruyla bağlı istehsalatda daha çox istifadə edilən, kütləvi informasiya vasitələrində işlədilən, ictimai maraq kəsb edən, hamı tərəfindən həmişə tam mənası ilə başa düşülməyən 400-ə yaxın müasir neft termininin izahı verilib.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

 

 

 

 

 

 

Himayədar Humanitar Təşkilatı, 2005.


 

 

 

Lüğətə «Dənizneftqazlayihə» Elmi Tədqiqat Layihə İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent A.İ.Qurbanov rəy verib.

 

 

 

 

     Tərtibatçı müəllif:       Təhmasib Quliyev

                  Redaktor:       Müsəllim Həsənov

                 Korrektor:       Rövşən İsmayılov

 Tərtibatçı dizayner:       Elşən Şıxlı

 

 

 

 

 

 

 

Mündəricat

 

 

Ön söz ………………………………………… 7

Lüğətdə verilmiş sözlər ………………………. 9

Sözlərin izahı ………………………………… 19

 

 

 

 

 

 

Ön söz

  

Məlumdur ki, son dövrlər Azərbaycan iqtisadiyyatının əsasını neft sənayesi təşkil edir, ölkə əhalisinin güzəranı əsasən neft və neft gəlirlərindən asılıdır, adamların böyük bir hissəsi bu və ya digər şəkildə neft sənayesi ilə bağlıdır. Bu situasiya isə  ölkə ictimaiyyətinin neft mövzusuna maraq və diqqətini artırıb.

Eyni zamanda,  Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra ölkə iqtisadiyyatında, xüsusilə də neft sənayesində müasir texnologiyaların tətbiqi, elmi, iqtisadi əlaqələrin genişlənməsi yeni neft terminlərinin dilimizə daxil olmasına səbəb olub. Bu terminlərin müəyyən bir qismi mətbuatda, elektron kütləvi informasiya vasitələrində geniş istifadə olunaraq, ictimaiyyətə çatdırılır. Çox zaman geniş oxucu, dinləyici və tamaşaçı  auditoriyasına istifadə olunan neft terminlərinin hamısı məlum olmadığından çatdırılan informasiyanın tam mənası ilə dərk olunmasında çətinliklər yaranır. Digər tərəfdən, son illərə qədər neft sənayesi müəssisələrində, elmi-tədqiqat və istehsalat işləri rus dilində aparıldığından, burada çalışan vətəndaşlarımız elmi, mühəndis, maliyyə və kargüzarlıq sənədlərinin hazırlanmasında neft terminlərindən istifadə problemi ilə qarşılaşırlar. Bu səbəblərdən  də azəri türkcəsində neft terminlərinin izahlı lüğətinin hazırlanmasına böyük ehtiyac yaranıb. Məhz bu ehtiyacın ödənilməsi məqsədilə Himayədar Humanitar Təşkilatının nəzdində fəaliyyət göstərən Azərbaycanın Neft Sənayesi üzrə İnformasiya və Resurs Mərkəzi Hollandiyanın N(o)vib təşkilatının maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində  «Neft terminlərinin izahlı lüğəti»ni hazırlayıb və Sizin istifadənizə təqdim edir.

«Neft terminlərinin izahlı lüğəti» geniş oxucu kütləsi üsün nəzərdə tutulub. Lüğətdə neft istehsalı, nəqli, emalı, marketinqi, geologiyası və s. sahələrə aid 400-ə yaxın müasir terminlərin izahı verilib. Terminlərin izahı dəqiq, yığcam, oxucular üçün anlaşıqlı dildə şərh olunub. Lüğətdə yeni iqtisadi münasibətlər, neftin istehsalı və nəqli ilə bağlı son illərdə dilimizə daxil olan, müasir terminlərə daha çox yer verməyə çalışmışıq.

Əlbəttə, təqdim olunan «Neft terminlərinin izahlı lüğəti» neft sənayesində tətbiq olunan bütün elmi terminləri əhatə etmir. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulduğundan lüüətdə əsasən istehsalatda daha çox istifadə olunan, kütləvi informasiya vasitələrində işlənən, ictimai maraq kəsb edən və hamı tərəfindən heç də həmişə tam mənası ilə başa düşülməyən terminlər toplanıb. Biz inanırıq ki,  lüğət əhalinin və vətəndaş cəmiyyəti institutlarının neft sənayesi haqqında bilgilərinin artırılmasında yardımçı olacaq. Həmçinin  lüğət  dilimizə  başqa dillərdən alınma söz kimi daxil olunan terminlərin azəri türkcəsində ifadə edilməsinə, elmi terminologiyanın formalaşmasına, dilimizin yad sözlərdən təmizlənməsinə də kömək edəcək.

 

Ümid edirik ki, azəri türkcəsində ilk nümunə olan  «Neft terminlərinin izahlı lüğəti»nin gələcəkdə daha da təkmilləşməsi işində yardımınızı əsirgəməyəcək, kitabla bağlı öz fikir və təkliflərinizi (poçt, e-mail və s. vasitəsilə) bizə göndərəcəksiniz.

Əvvəlcədən sizlərə təşəkkürümüzü bildiririk.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Lüğətdə verilmiş sözlər

 

 

 

A

 

Absorbsiya edilmiş neft.

Aviasiya benzini.

Ağ neft -bax: kerosin.

Ağırlaşdırılmış məhlul.

Almaz aləti.

Asidol.

Asfalt.

Asfaltenlər.

Asfaltsızlaşma.

 

B

 

Ballast sisternası.

Barja.

Barrel.

Benzin.

Benzin - liqronlu fraksiya (nafta).

Benzol.

Bentonit.

Bitum.

Bonus.

Boru.

Boru kəməri.

Boru kəməri nəqliyyatı.

Boru tutucu.

Buruq - bax: qazma buruğu.

Butan.

 

V

 

Vazelin.

Vakuum distilləsi.

Ventil.

Vertlyuq.

Vibrasiya qazması.

Vurucu quyu - bax: injeksiya quyusu.

 

Q

 

Qaz amili.

Qaz analizatoru.

Qaz analizi.

Qaz anbarı.

Qaz benzini - bax: qazolin.

Qaz ehtiyatlarının hesablanması metodları.

Qaz yanacaq - bax: yanar qazlar.

Qaz karotajı.

Qaz kəməri - bax: magistral qaz kəməri.

Qaz generatoru.

Qaz mühərriki.

Qaz planalması.

Qaz papağı.

Qaz sənayesi.

Qaz təchizatı.

Qaz şəbəkəsi.

Qazayırma.

Qazdaşıyan gəmi.

Qazbalonlu avtomobil.

Qazıma.

Qazma aləti.

Qazma baltası.

Qazıma başlığı - bax: Qazma baltası.

Qazma boruları.

Qazma buruğu.

Qazma qurğusu.

Qazma dəzgahı - bax: Qazma qurğusu.

Qazma gəmisi.

Qazmanın geofizik öyrənilməsi - bax: Karotaj.

Qazma məhlulu - bax: gilli məhlul.

Qazma turbini - bax: turbobur.

Qazma şaxtası.

Qaz kompressor stansiyası.

Qaz kondensat yatağı.

Qaz neft seperatoru.

Qazoyl.

Qazolin.

Qazoturbovoz.

Qazoturboxod.

Qazpaylama stansiyası.

Qaztəmizləmə.

Qazholder.

Qazmanın geofiziki öyrənilməsi.

Qazma məhlulu.

Qamma - metod.

Qamma - karotaj.

Qapalı istismar.

Qidrafon.

Qolvari yataq.

Qoruyucu kəmər.

Qrifon.

Qudron.

Quyu.

Quyunun əsaslı təmiri.

Quyuların yeraltı təmiri - bax: yeraltı təmir.

Quyuların sementlənməsi - bax: sementləmə.

Qumdaşı.

Qüllədəki işçi.

 

D

 

Debit.

Demulsasiya.

Depressator.

Dehidrogenləşdirmə.

Dəniz yatağı - bax: dəniz neft mədəni.

Dəniz neft mədəni.

Dərin özüllü qazma qurğusu.

Dərinlik nasosu ilə neftçıxarma.

Dizel yanacağı.

Dinamik səviyyə.

Dinamoqram.

Distillə sütunu.

Distillə qurğusu.

Distilləetmə.

Dolamaçarx.

Duzsuzlaşdırma.

 

E

 

Energetika.

Ekstraksiya.

Emvator.

Elektrik karotajı.

Elektrik dalma nasosu - bax: Dərinlik nasosu ilə neftçıxarma.

Elektrobur.

Elektrik kəşfiyyat metodu.

Estakada.

Etillənmiş benzin.

Exelot.

Ehtiyyatlar.

 

İ

 

İkilüləli qazıma.

İnjeksiya quyusu.

İnklinometr.

İstismar boruları.

İştirak müqaviləsi.

 

Y

 

Yanar qazlar.

Yanar şistlər.

Yanacaq.

Yanacaq kalonkası.

Yanacaq sənayesi.

Yataq.

Yatağın ehtiyatı.

Yatağın parametrləri.

Yeraltı təmir.

Yuyucu məhlul - bax: gilli məhlul.

Yüksək oktanlı yanacaq.

 

K

 

Kabernəölçən.

Kartaj.

Karbohidrogen.

Karotaj.

Katalizatorlar.

Katlavan.

Kern.

Kerosin.

Kəşfiyyat.

Kəşfiyyat quyusu.

Klapan.

Kimya və neft maşınqayırması.

Kompensator.

Kompressor quyusu.

Kompressor yağı.

Kompressor üsulu ilə neftçıxarma.

Kondensator.

Konsessiya müqaviləsi.

Konsinsent sürtkü yağları.

Konsorsium.

Kontinental şelf.

Koks.

Kokslama.

Kollektor.

Korroziya.

Köpüklə yanğınsöndürmə.

Krekinq.

Krekinqli benzin.

Kükürdlü neft.

 

 

 

G

 

Generator qazı.

Geoloji axtarış.

Gilli məhlul.

 

L

Lay.

Lay enerjisi.

Lay suları.

Lay təzyiqi.

Laminar axın.

Litr.

Lift.

 

M

 

Maqnit tutucu.

Manifold.

Mazut.

Maili qazma.

Magistral qaz kəməri.

Magistral neft kəməri.

Manometr.

Mancanaq.

Merkaptan.

Metan.

Mədən.

Mədən vergisi.

Mədən qazmaları.

Mədən işləri.

Məhlul.

Məşəl.

Məhsuldar qat.

Mineral yağ.

Mineral xammal.

Müqavilə.

Mümkün ehtiyatlar.

Mühəndis.

Mühərrik.

Mühərrik yağları.

Mühərrik yanacağı.

 

N

 

Nasos.

Naftalan nefti.

Naften turşuları.

Naftenlər.

Neft.

Neft anbarı.

Neft bazası.

Neft qazları.

Neft quyularının istismarı.

Neft quyusu - bax: quyu.

Neft daşları.

Neft emalı.

Neft emalı qazları.

OPEK (neft ixrac edən ölkələrin təşkilatı).

Neft yağları.

Neft yataqlarının işlənməsi.

Neft kəməri.

Neft - kimyəvi sintez.

Neft - kimyası.

Neft kimyası sənayesi.

Neft ləkəsi.

Neft maşınqayırması - bax: kimya və neft maşınqayırması.

Neft mədəni.

Neft mədənlərinin avtomatlaşdırılması.

Neft məhsulları.

Neft məhsullarının aromatikləşdirilməsi.

Neft məhsullarının təmizlənməsi.

Neft sənayesi.

Neft suları.

Neft fondu.

Neft fontanı.

Neft şirkəti.

Neftayırma zavodu.

Neftayırma sənayesi.

Neftin distilləsi.

Neftin ilkin üsulla ədə olunması.

Neftin ikinci üsulla ədə olunması.

Neftin üçüncü üsulla əldə olunması.

Neftin markaları.

Neftçıxarma.

Niqrol.

Nümunə.

 

O

 

Oktan.

Oktan ədədi.

Operator.

 

Ö

 

Ölü neft.

Özlülük.

Özühərəkət edən platforma.

 

P

 

Paker.

Palçıq vulkanı.

Parafin.

Parafinsizləşdirmə.

Perespektivli lay.

Piroliz.

Plazma ilə qazma.

Platforma.

Platforminq.

Preventor.

Propan.

Propilen.

 

R

 

Reaktiv mühərrik yanacağı.

Reaktiv - turbin qazma qurğusu - bax: reaktiv - turbin qazması.

Reaktiv - turbin qazıması.

Rezervuar.

Riforminq.

Royalt vergisi - bax: mədən vergisi.

Rotorla qazma.

Ruberoid.

 

S

 

Seysmik karotaj.

Seysmik kəşfiyyat.

Sementləmə.

Seperator.

Setan.

Setan ədədi.

Səyyar qazma qurğusu - bax: qazma qurğusu.

Səmt qazı.

Sənaye yağları.

Silindr yağları.

Sintetik kauçuk sənayesi - bax: Neft kimyası sənayesi.

Sintetik maye yanacağı.

Sistern.

Solyar yağı.

Sualtı faydalı qazıntı istehsalı.

Sübut olunmuş ehtiyat.

Sübut olunmuş yataq.

Sürtkü materialı.

Sürtkü yağları.

Sütuncuqlu balta.

Sütuncuqlu qazma.

Süxur.

Süxurun məsaməliliyi.

 

T

 

Tanker.

Termiki qazma.

Termik neftçıxarma.

Terminal.

Təbii ehtiyatlar.

Təkrar istismar üsulları.

Tələ.

Toluol.

Torpaq qurğular.

Torpağın rekultivasiyası.

Transmissiya yağları.

Transformator yağları.

Turbin qazıması.

Turbin yağları.

Turbobur.

Turbokompressor.

Tutucu kalibr.

Turş qudron.

Tutucu alət.

 

U

 

Uayt-spirit

Universal preventor

 

Ü

 

Üzvi həlledicilər.

Üzən qazma qurğuları.

Üzən əsaslar.

 

F

 

Faydalı qazıntılar.

Faydalı qazıntı yatağı.

Faydalı qazıntıların geo-kimyəvi axtarışları.

Filtirat.

Fitinq.

Fırlanma qazması.

Fontan armaturu.

Fontan quyusu.

Fontan üsulu ilə neftçıxarma

Fraksiya.

Fraksiyalara ayırma distilləsi.

 

 

X

 

Xam neft.

Xammalın bölünməsi - bax: «hasilatın pay bölgüsü».

Xəlilov açarı.

 

H

 

Hava qazı.

Hasilat sənayesi.

Hasilatın Pay Bölgüsü.

Hidravlik zərbə.

Hidravlik yarılma.

Hidro-krekinq.

Hidrogen-sulfid.

Hidromonitor balta.

Hidroforminq.

Holland sindromu.

Horizont.

 

Ç

 

Çən - bax: rezervuar.

Çox dərin qazma.

Çoxdibli qazma.

Çoxmərtəbəli yataq - bax: çoxdibli qazma.

Çökdürücü.

Çökmə süxurlar.

 

 

C

 

Cihaz yağları.

 

Ş

 

Şaroşkalı balta.

Şaroşkalı baltalarla qazma.

Şaxta quyusu - bax: quyu.

Şaxta lüləsi.

Şaxta üsulu ilə neftçıxarma.

Şərti yanacaq.

Şəffaf neft.

Şlam.

Şurf.

Ştanq.

Ştanqla qazma - bax: Qazma.

Ştanqsız dərinlik nasosu ilə neftçıxarma - bax: Dərinlik nasosu ilə neftçıxarma.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sözlərin izahı

 

 

A

 

Absorbsiya edilmiş neft - içərisində qazolin olmayan ya son dərəcə az olan neft. Təbii qazdan qazolin almaq üçün aparılan absorbsiya prosesində işlədilir.

 

Aviasiya yanacağı - təyyarələr üçün işlədilən yanacaq. Distillə etmək və tərkibində kükürdün miqdarını azaltmaq yolu ilə alınır. Bunun üçün neftin tərkibindəki bütün metkaptan (yüngül molekullardır, tərkibində kükürd atomları var) qarışıqlarını kənar edirlər. A.u.-nın rəngi şəffaf olduğu üçün, açıq rəngli neft məhsullarına aid edilir.

 

Ağ neft - bax: Kerosin.

 

Ağırlaşdırılmış məhlul - geoloji və qazma şəraiti mürəkkəb olan sahələrdə neft və qaz quyularının qazılmasında işlədilən xüsusi çəkisi artırılmış (1,2-2,5q/sm3) gilli məhlul. Normal məhlulun xüsusi çəkisi barut, hematit, limonit maqnetitli qumlar və s. ağırlaşdırıcılarla artırılır.

 

Almaz aləti - qazma baltası və süxurları kəsən alətlərin başlığına möhkəmlik vermək üçün bərkidilmiş texniki almazdan ibarət qurğu.

 

Asidol - nefti və neft distillatlarını (kerosin, solyar və yağ distillatlarını) qələvi ilə təmizləyərkən əmələ gələn tullantıların sulfat turşusu ilə parçalanmasından alınan naften turşularının qarışığı. Suda həll olmayan, tünd qəhvəyi rəngli, yağabənzər maddədir. Sənayedə asidol şpala hopdurmaq, qatranı həll etmək üçün işlədilir.

 

Asfalt, mədən qatranı -   naftoidlər qrupuna aid kövrək, amorf maddə: bitum və xırdalanmış mineral maddələrin qarışığı. Kipidarda və xloroformda həll olur. Ərimə temperaturu 50-600C-dir. Rəngi qara və qonur qaradır. Asfalt təbii və süni olur. Təbii asfalt parafinsiz neftlərin oksidləşmə məhsuludur. Süni asfalt üyüdülmüş əhəngdaşının bitumla (13-60%) qarışığıdır. Asfaltın qum, qırmadaş və çınqılla qarışığı asfalt mastikası adlanır, küçələrə, həyətlərə və s. döşəmək üçün və hidrouazovsiya materialı üçün işlədilir.

 

Asfaltenlər - neftin tərkibində olan ən irimolekullu maddələr: molekul kütlələri 1600 - 6000-dir; ağır və qatranlı neftlərdə daha çoxdur. Elementar tərkibinə görə neft qatranlarına yaxındır, tərkibində 80-86% karbon, 0-9% kükürd, 1-9% oksigen və 2%-ə yaxın azot olur. Güman edilir ki, A. neft qatranlarının kondensasiyasından əmələ gəlir. A. tünd qonur, yaxud qara rəngdə neytral xassəli amorf maddələrdir, qızdırıldıqda ərimir, 3000C-dən yuxarı temperaturda parçalanaraq qaz və çətin yanan koksa çevrilir. Sənayedə asfaltenləri neftdən maye propanla çıxarırlar.

 

Asfaltsızlaşdırma -  neftdə, eləcə də neft məhsullarında həll olmuş asfalt və qatran maddələrinin onlardan çıxarılması. Təmizlənəcək məhsul xüsusi həlledicilərin (maye, etan, propan, butan və s.) köməyi ilə asfaltsızlaşdırılır. A. prosesindən mineral qalıq yağlarının təmizlənməsində geniş istifadə olunur. Bu proses nəticəsində sürtkü yağının üzlülüyü ilə koksun miqdarı azalır, rəngi və s. keyfiyyətləri yaxşılaşır.

 

 

B

 

Ballast sisternası - dəniz suyu ilə doldurulmuş sisterna üzən avadanlığı taraz vəziyyətdə saxlamaq üçün istifadə olunur.

 

Barja - özühərəkət etməyən gəmi. Qazma avadanlığı üçün baza rolunu oynayır. Neft və neft  məhsullarının kiçik məsafələrə ötürülməsi üçün  istifadə olunur.

 

Barrel - əksər dünya ölkələrində işlədilən tutum və həcm vahidi, 1b. 158, 99 litrə bərabərdir.

 

Benzin - quruluşlu karbohidrogenlərin qarışığı; şəffaf, əksər hallarda rəngsiz, xarakterik iyli maddədir. 30 - 2500 C - də qaynayır, -600 C - dən aşağı temperaturda donur, asanlıqla buxarlanır və tez alovlanır. Alışma temperaturu 00 C-dən aşağıdır, sıxlığı 700-780 kq/m3-dir. B. istehsalı üçün əsas xammal neftdir. Sənayedə b. aşağıdakı üsullarla alınır.

1. Neftin birbaşa distilləşməsində 160-2000C-yədək qaynayan fraksiyaları ayırmaqla;

2. Ağır neft fraksiyalarını (kerosin, qazoyl, solyar yağı, mazut və s.) krekinqləşdirməklə;

3. Neft və qaz yataqlarından çıxan qazları aşağı temperaturda sıxmaqla;

4. Ağır neft qalıqlarını və daş kömürü hidrogenləşdirməklə;

5. Kamalik riforminq üsulu ilə;

6. Su qazından ( karbon 2 oksidlə hidrogen qarışığından) sintez etməklə proses katalizatorun iştirakı ilə 180-2000 C-də aşağı təzyiqlə aparılır və alınan sintetik benzin sinti adlanır. Hazırda yüksək benzin növləri əsasən neft distilatlarının təkrar emalından alınır.

B. başlıca olaraq daxili yanma mühərriklərində yanacaq kimi işlədilir.

 

Benzin miqronlu fraksiya (nafta) - neft distillatı, benzin və ağ neftin aralıq məhsulu. Yüngül çəkili karbohidratlardan ibarət olduğundan nafta yüngül məhsul hesab edilir.

 

Benzol - S6H6 - üzvi birləşmə, ən sadə aromatik karbohidrogen. Rəngsiz, uçucu, spesifik iyli mayedir; 80,10 C - də qaynayır, 5,50C - də donur; sıxlığı 871,1 kq/M3, alışma temperaturu 10,70 C - dir.

B. kimya sənayesində ən mühüm xammal növlərindən biridir. Neftin və neft məhsullarının termik və katalitik emalı ilə alınır. B - dan müxtəlif boya, partlayıcı maddə, yüksək keyfiyyətli mühərrik yanacaqları və s. istehsalında istifadə olunur.

 

Bentonit - xüsusi təbii gil qazma məhluluna qatılır.

 

Bitum - karbohidrogenlərdən və onların oksigenli, kükürdlü, azotlu törəmələrindən ibarət qatrana oxşar təbii və ya süni mürəkkəb üzvü maddələrin ümumi adı. İki növə bölünür - süni və təbii. Bərk və özlü neft bitumları yer qabığında qumdaşı və əhəngdaşı laylarına hoparaq həmçinin çatları dolduraraq yataqlar əmələ gətirir. Bitum yataqları neftli, qazlı sahələrlə əlaqədardır. Süni (texniki bitum) əsasən, tərkibində - asfalt - qatran maddələri çox olan ağır neft qalıqlarını (mazut, qudron və s.) 300 - 3500 C-də yüksək vakuumda distillə etməklə və neft emalı qalıqlarını (qudron və s.) 260 - 2800 C-də havanın oksigeni ilə oksidləşdirməklə alınır. B. adətən yol inşaatında, plastik kütlə və s. hazırlanmasında işlədilir. Sənayedə işlədilən b.-un ümumi miqdarının 90%-i süni b. növlərinin payına düşür.

 

Bonus - mükafat xarakterli birdəfəlik ödəniş. B. mükafat xarakterli, birdəfəlik ödəniş növü olmaqla, dövlət gəlirlərinin cüzi bir hissəsini təşkil edir. Buna görə də ona müqavilədə dövlət gəlirlərinin artırılmasına yönəldilmiş əlavə müddəa kimi baxılır. B.-lar bir və ya bir neçə mərhələdə ödənilə bilər. Adətən belə mükafatlar müqavilələr imzalananda, kəşfiyyat mərhələsi başa çatanda, ilkin hasilat baş tutanda ödənilir.

 

Boru - çox vaxt halqavari, en kəsikli və nisbətən böyük uzunluğa malik içiboş məmulat.

 

Boru kəməri - qaz, maye və bərk məhsulları, o cümlədən hazır məmulatları nəql etmək üçün borulardan ibarət qurğu. Borular, qaynaq, flans, yiv, mufta və s. vasitələrlə birləşdirilir. Nəql olunan məhsulun növündən asılı olaraq qaz kəməri, və s. növləri var.

 

Boru kəməri nəqliyyatı - boru ilə maye, qazaoxşar və bərk məhsulları uzaq məsafələrə ötürən mexanizm və qurğuların məcmusu. Boru kəməri nəqliyyatına neft bazası, mədəndaxili neft və qaz məhsulu kəmərləri, su kəməri və s. daxildir. B. K. N. - nın əsas növləri ilə qaz, neft və bərk məhsullar nəql edilir. Növünə və ərazicə yerləşdirilməsinə görə magistral və sənaye B. K. N. - na ayrılır. Magistral B. K. N. - na qaz və neft kəmərləri daxildir. Belə kəmərlərlə bir qayda olaraq, məhsul çıxarıldığı yerdən emal və istehlak yerinə - zavodlara və ya dəniz limanlarına (tankerlərə yüklənib daşınmaq üçün) nəql edilir. Məhsulların daşınması üçün olan magistral kəmərlər ilə hazır neft məhsulları və s. zavodlardan istehlak rayonlarına nəql olunur.

 

Boru tutucu (daxili və xarici) - quyuda qəzaya uğramış nasos-kompressor avadanlıqlarını quyudan tutub çıxartmaq üçün nəzərdə tutulan qurğu.

 

Buruq - bax: Qazma buruğu.  

 

Butan - doymuş karbohidrogen, rəngsiz qazdır. Təbii yanar qazdan, neft emalı qazlarının butan- butilen fraksiyalarından və neft qazlarından alınır. Mühərrik yanacaqlarına qiymətli komponent kimi qarışdırılır və həmçinin butanın müxtəlif karbohidrogenlərlə qarışığından qaz- yanacaq kimi istifadə olunur.

 

 

V

 

Vazelin - neft emalı məhsulu; Bəzi bərk karbohidrogenlərin və ya onların qarışığının sürtkü yağlarında həll edib sulfat turşusu və ağardıcı gillə təmizləməklə alınan məlhəməbənzər bircinsli kütlədir.

 

Vakuum distilləsi - təmizləmə prosesi nəticəsində xammalın tərkibində qalan ağır fraksiyaları çıxartmaq və prosesi başa çatdırmaq üçün fraksiyaların vakuum şəraitində qaynadılmaqla təmizlənməsi.

 

Ventil - boru kəmərinin müəyyən bir hissəsinə maye, buxar və ya qazın daxil olmasına imkan verən axının qarşısını alan, yaxud tənzimləyən qurğu. V. sənayedə istifadə olunan boru kəmərlərində geniş tətbiq edilir.

 

Vertlyuq - Qazma borusunun daxilinə təzyiqlə vurulan qazma məhlulunun və qazın təsiri ilə hərəkət edən borunun tarazlığını saxlamaq üçün ondan asılan qurğu.

 

Vibrasiya qazması - qazma alətini titrədən (rəqs etdirən) vibrator tətbiqi ilə qazma üsulu. 20-30 metr dərinlikdəki yumşaq suxurlar bu üsulla qazılarkən alət fırladılmır (vibrator qazma borularının yuxarı ucuna bərkidilir). V.q. geoloji kəşfiyyat işlərində, dərin neft və qaz quyularının qazılmasında və s. tətbiq edilir.

 

Vurucu quyu - bax: İnjeksiya quyusu.  

 

 

Q

 

Qaz amili - hasil edilən neftlə bərabər çıxan qazın miqdarının (m3-lə) neftin miqdarına (m. və ya m3) olan nisbəti. Azərbaycan Respublikasının neft yataqlarında Q.a. orta hesabla 40-200 m3/m-a qədərdir. Bəzi yataqlarda 2000-4000 m3/m-ə çatır. Yatağın işlənməsi prosesində Q.a. azalır.

 

Qaz analizatoru - qaz qarışığının tərkibini təyin edən cihaz. Növləri: əl ilə işləyən Q.a. və avtomat Q.a. Əl ilə işləyənlərdən ən çox yayılanı absorbsiyaedici analizatorlardır. Bunlarda qaz qarışığının komponentləri bir-birinin ardınca müxtəlif reagentlərin məhlulları ilə udulur. Avtomat Q.a qaz qarışığının, yaxud onun ayrı-ayrı komponentlərinin fiziki və ya fiziki-kimyəvi xassələrini arasıkəsilmədən ölçür. Avtomat Q.a. cihazları öz iş prinsipinə görə 3 qrupa ayrılır.

 

Qaz analizi - qaz qarışığının tərkibini təyin etmək üçün tətbiq olunan kimyəvi, fiziki-kimyəvi və fiziki analiz üsulları. Qaz analizindən kimya, neft, qaz və metallurgiya sənayelərində texnoloji proseslərə nəzarət etmək, təbii qazların və sənaye qazlarının tərkibini öyrənmək, insanı zəhərləyə bilən, asan alovlanan və ya partlayış təhlükəsi olan qazların havada konsentrasiyasını təyin etmək və s. məqsədlər üçün istifadə olunur.

 

Qaz anbarı - qazın saxlanması üçün təbii, yaxud süni rezervuar. Yerüstü (bax: Qazholder) və yeraltı olur. Yeraltı Q.a. yüz mln.-larla m3 (bəzən mlrd m3) qaz tutur, onlar az təhlükəlidir və yerüstü anbarlara nisbətən ucuz başa gəlir. Yeraltı Q.a. məsaməli süxurlarda (ehtiyyatı tükənmiş qaz və neft yataqlarında, sulu laylarda) və süxur boşluqlarında (istifadəsiz qalan mədən şaxtalarında, köhnə tunellərdə, mədən lağımlarında və s.) yaradılır. Qaz məsaməli süxurlarda qaz halında, süxur boşluqlarında isə əsasən maye halında saxlanılır.

 

Qaz benzini - bax: Qazolin.

 

Qaz ehtiyatlarının hesablanması metodları - laydakı qaz ehtiyatlarının hesablanmasında tətbiq edilən metodlar. Bu metodlar müxtəlifdir və qazın laydakı halından (sərbəst, qaz papağı, neftdə həll olmuş) asılı olaraq tətbiq edilir. Ən çox tətbiq edilən həcmtəzyiqin düşməsi metodlarıdır. Həcm metodu layda su təzyiqi rejimi olduqda tətbiq edilir və layın təbii qazla tutulmuş həcmi hesablanır. Təzyiqin düşməsi qazlı məsamələrin ilkin həcminin istismarı zamanı sabit qaldığı laylarda tətbiq edilir.

 

Qaz yanacaq - bax: Yanar qazlar.

 

Qaz karotajı - neft və qaz yataqlarının təyinində istifadə edilən geokimyəvi metodlardan biri. Gilli məhlulda qaz və yüngül maye karbohidrogenlərin miqdarının təyin edilməsinə əsaslanır. Yer səthində gilli məhluldan qazın ayrılması üçün deqazatordan istifadə olunur. Qazın miqdarı qaz analizatorunda təyin edilir. Gilli məhlulda təbii qazın konsentrasiyasının dəyişməsinə əsasən quyu boyu keçilmiş neftli və qazlı laylar müəyyənləşdirilir.

 

Qaz kəməri - bax: Magistral qaz kəməri.

 

Qaz generatoru - termik emal nəticəsində bərk və maye yanacaqdan yanar qaz alan aparat.

 

Qaz mühərriki - qaz yanacağı ilə işləyən daxiliyanma mühərriki.

 

Qaz planlaması - neft və qaz yataqlarının axtarışı metodu. Neft və qaz yataqlarından yer səthinə miqrasiya edən qaz halındakı karbohidrogenlərin təyininə əsaslanır. Q.p. aparılarkən 2-3 m. və ya daha dərindən (10-50 m. və daha çox) qaz və ya qaz əldə etmək məqsədi ilə süxur nümunəsi götürülür. Tədqiqat sahəsində nümunə götürmə nöqtələri bir-birindən bir neçə yüz metr aralı profil üzrə yerləşdirilir. Alınmış qaz nümunələrinin analizi nəticəsində «qaz anatomiyası», yəni karbohidrogenlərin yüksək və qanunauyğun yerləşmiş konsentrasiyaları müəyyən edilir. Tədqiq edilən sahədə qaz anatomiyasının varlığı neft və ya qaz yataqlarının olmasını göstərir.

 

Qaz papağı - tərkibində qaz olan neft yatağı layının üst qatı. Yatağın istismarı zamanı çıxarılan karbohidratların miqdarını artırmaq üçün bəzən neftlə çıxan qazı qaz papağına vururlar.

 

Qaz sənayesi - yanacaq sənayesi sahəsi; təbii qaz yataqlarının kəşfiyyatı və istismarı, qazın kəmərlər ilə uzaq yerlərə nəql edilməsi, kömür və şistdən süni qaz alınması, qaz emalı, sənayenin müxtəlif sahələrinə və kommunal-məişət təsərrüfatına qaz verilməsi ilə məşğul olur. Q.s-nin yaranması XVIII əsrin sonu XIX  əsrin əvvəlinə aiddir.

 

Qaz təchizatı - xalq təsərrüfatının ehtiyacları üçün qaz yanacağının mütəşəkkil surətdə verilməsi və paylanması. İstehlakçılar təbii, süni və mayeləşdirilmiş qazlarla təchiz olunur. Q.T.-na təbii qazın çıxarılması, süni qazın alınması, qazların təmizlənməsi, nəql edilməsi, saxlanılması, istehlakçılara paylanması üçün lazım olan kompleks qurğular, maşın və cihazlar daxildir.

 

Qaz şəbəkəsi - qazın nəql edilməsi və istehlakçılar arasında paylaşdırılması üçün boru kəməri, həmçinin bu kəmərlərdə istifadə edilən qurğu, aparat və armaturlar sistemi; yaşayış məntəqələrində qaz təchizatı sisteminin əsas elementi.

 

Qazayırma - qaz qarışığını öz tərkib hissələrinə və ya müxtəlif fraksiyalara ayırma prosesi. Sənayedə qazayırma havanı və müxtəlif qaz qarışıqlarını fərdi komponentlərə ayırmaq üçün geniş tətbiq edilir.

 

Qazdaşıyan gəmi - mayeləşdirilmiş qazların (propan, butan, amonyak və s.) daşınmasında istifadə olunan gəmi. Qaz sisternlərdə özünün qaynama temperaturuna bərabər temperaturda və 1 - 1,8mn/ m 2  təzyiq altında, yaxud 50 C temperaturda və 0,65 mn/m2 təzyiq altında nəql edilir. Sisternlər silindrik, sferik və ya düzbucaqlı prizma formasında olur; xarici, yaxud daxili səthləri istilik izolyasiya qatı ilə örtülür.

 

Qazbalonlu avtomobil - mühərriki sıxılmış, yaxud mayeləşdirilmiş qazla işləyən avtomobil.

 

Qazma - Yer qabığında süxurları qazma aləti ilə dağıtmaqla quyu, lağım və ya şaxta lüləsinin qazılması prosesi. Dağıdılmış süxuru yer səthinə çıxartmaqdan, dərinə getdikcə quyu divarlarını möhkəmlətməkdən, quyu lüləsinin keçdiyi süxurları geoloji və geofiziki cəhətdən tədqiq etməkdən, quyu lüləsinə polad borular endirib, quyu divarı ilə borular arasındakı boşluğa sement məhlulu vurmaqdan və s. əməliyyatlardan ibarətdir.

 

Qazma aləti - qazmada işlədilən alət. Qazma baltası, qazma ştanqı, genəldici və s. - qazma alətidir.

 

Qazma baltası - qazma zamanı quyu dibində süxuru mexaniki dağıdan qazma alətinin əsas elementi. Bir qayda olaraq qazıma kəmərinin ucuna bərkidilir, qazma qurğusunun yaratdığı oxboyu və dairəvi qüvvə kəmərlə baltaya verilir. Müasir qazmada əsasən, üç şaroşkalı Q.b. tətbiq edilir (bax: şaroşkalı balta).

 

Qazma başlığı - bax: Qazıma baltası.

 

Qazma boruları - neft və qaz quyularının qazılmasında işlədilən xüsusi borular. Suxurdağıdan aləti quyuya endirmək və qaldırmaq, fırlanma hərəkətini ötürmək, baltaya düşən oxboyu qüvvəni yaratmaq, yuyucu məhlulu və ya sıxılmış havanı quyu dibinə vurmaq üçün tətbiq edilir. Adi, ağırlaşdırılmış aparıcı Q.b. olur. Adi Q.b. poladdan və ya alüminum ərintilərindən, dairəvi enkəsikli və tikişsiz hazırlanır, divarlarının qalınlığı 4,75-11mm olur və bir-biri ilə qazma qıfılı, yaxud xüsusi (iri konusvari) yivli yarımqıfılla birləşdirilir. Q.b.-nın möhkəmliyini artırmaq üçün ucları qalınlaşdırılır. Ağırlaşdırılmış polad Q.b.  dairəvi, yaxud kvadrat enkəsikli, divarlarının qalınlığı 16-50 mm. və daha çox olur, onlar da yivlə birləşdirilir, bu boru kəmərinin aşağı hissəsinin sərtliyini artırır və balta üzərində yük yaradır. Aparıcı Q.b. boru kəmərinin yuxarısında yerləşdirilir və ona qazıma qurğusundan fırlanma hərəkəti ötürülür. Q.b. xüsusi qazıma qıfılı və qazma muftası vasitəsilə birləşdirilərək qazıma kəməri əmələ gətirir.

 

Qazma buruğu - quyuların qazılmasında qazma alətini, quyudibi mühərrikləri və qoruyucu boruları quyuya endirib-qaldırmaq, həmçinin qazma prosesində aləti asılı vəziyyətdə saxlayan tal sistemini bərkitmək üçün istifadə olunan qurğu. Q.b.-nin hündürlüyü quyunun layihə dərinliyindən asılı olaraq seçilir. Azərbaycanda ilk Q.b. mexaniki qazma üsulunun tətbiqi ilə əlaqədar olaraq 1872-ci ildə quraşdırılıb. Q.b. əvvəllər taxtadan düzəldilirdi.

 

Qazma qurğusu - quyuların qazılması üçün avadanlıq kompleksi. Qazma üsullarına müvafiq olaraq növlərə ayrılır: fırlanma, vibrasiya vurma və s. Qazma dəzgahı, qazma buruğu (dor), güc intiqalı və endirmə-qaldırma əməliyyatını mexanikləşdirmək üçün avadanlıqlardan ibarətdir. Neft, qaz və dərin geoloji-kəşfiyyat quyularının qazılmasında stasionar Q.q.-dan istifadə olunur.

 

Qazma dəzgahı - bax: Qazma qurğusu.

 

Qazma gəmisi - dənizin dərinliyinin 100-200 m. olan yerlərində struktur-axtarış, dərin kəşfiyyat işləri aparmaq, həmçinin çox dərin akvatoriyalarda dənizdibi süxurların fiziki - mexaniki xassələrini öyrənmək məqsədi ilə süxur nümunələri götürmək üçün quyular qazan gəmi. Q.g.-dən dünyada ilk dəfə 1934-cü ildə Xəzər dənizində istifadə olunub. Q.g.-nin mərkəzində qazma qurğusu üçün xüsusi şaxta açılır və qazma buruğu quraşdırılır. Q.g.-nin əsas qovşağı qurğunu qazıma nöqtəsində saxlayan dinamik və ya lövbərli sistemdir.

Qazmanın geofiziki öyrənilməsi - bax: Karotaj.

 

Qazma məhlulu - bax: Gilli məhlul.

 

Qazma turbini - bax: Turbobur.

 

Qazma şaxtası - qazıma gəmisinin mərkəzində olan açıq oyuq (oradan bilavasitə dənizdə qazıma işləri aparılması üçün istifadə olunur).

 

Qaz-kompressor stansiyası - təbii qazın çıxarılması, kəmərlə nəql edilməsi, saxlanılması və emalı zamanı onun təzyiqini artıran stansiya. Aşağıdakı növlərə bölünür: magistral qaz kəmərlərinin baş Q.-k.s, magistral qaz kəmərlərinin aralıq Q.-k.s., qazın laya vurulması üçün Q.-k.s. yeraltı qaz anbarlarının Q.-k.s. Əsas texnoloji parametrləri: məhsuldarlıq, güc, qazın sıxılma dərəcəsi və maksimal təzyiqdir.

 

Qaz - kondensat yatağı - yüksək lay təzyiqi və temperaturunda karbohidrogenləri qaz halında olan yataq.

 

Qaz neft seperatoru, trap - neftlə birlikdə çıxan qazları sıxlıq fərqinə görə neftdən ayıran aparat. Qazın ayrılması və kənar edilməsi üçün təzyiqi aşağı salır, maye axınını şırnaqlara ayırır, sürəti azaldır, axının istiqamətini dəyişdirir. Quyudan çıxarılan məhsul Q.- n.s.- nin orta hissəsinə daxil olur. Neft Q.- n.s.- nin aşağı hissəsindən axıdılır, qaz isə neftin qaz kəmərinə düşməməsi üçün ən yuxarı hissəsindən çıxarılır.

 

Qazoyl - neftin distilləsində kerosin fraksiyası ilə yüngül yağ fraksiyaları arasında alınan məhsul 200-4000C temperatur arasında qaynayır. Əsasən dizel yanacağı istehsalında və s. məqsədlər üçün işlədilir.

 

Qazolin, qaz benzini  - neftin distilləsində və ya sənaye qazlarını tərkib hissələrinə ayırdıqda maye halında alınan yüngül karbohidrogenlər qarışığı. Asanlıqla alovlanıb yana bilən, partlayış cəhətdən təhlükəli mayedir. 30-2000C-də qaynayan fraksiyası karbüratorlu daxiliyanma mühərrikləri üçün yanacaq kimi, 70-1000C-də qaynayan fraksiyası bitki yağları və qatranlı maddələrin ekstraksiyasında həlledici kimi, 30-800 C-də qaynayan fraksiyası (petrol efiri) isə laboratoriyalarda həlledici kimi işlədilir.

 

Qazoturbovoz - qaz - turbin mühərriki ilə işləyən lokomativ.

 

Qazoturboxod - qaz- turbin mühərriki ilə işləyən gəmi.

 

Qazpaylama stansiyası - qazın təzyiqini, ondan təhlükəsiz istifadə üçün lazımi səviyyəyə qədər alçaldan stansiya.

 

Qaztəmizləmə -  sənaye qazlarının tərkibindəki qatışıqların təmizlənməsi. Qazı sənayedə mexaniki, elektrik fiziki-kimyəvi üsullarla təmizləyirlər. Mexanikielektrik Q. üsullar qazı bərk və maye qatışıqlardan, fiziki-kimyəvi üsul isə qaz qatışıqlarından təmizləmək üçündür. Q. üsulları kimya, neft-kimya zavodlarında, İES-lərdə, metallurgiya sobalarında geniş tətbiq edilir.       

 

Qaz holder - qazı toplamaq, saxlamaq və qaz kəmərlərinə, yaxud qaz emalı qurğularına vermək üçün stansionar polad quruluş.

 

Qazmanın geofiziki öyrənilməsi - bax: Korataj.

 

Qazma məhlulu - bax: Gilli məhlul.

 

Qamma - karotaj - radioaktiv karotaj metodlarından biri. Quyu divarı boyunca yerləşən süxur laylarında qamma - şüalanmanın intensivliyinə əsaslanır.

 

Qamma-metod- geofiziki kəşfiyyat metodu. Radioaktiv elementlərin (uran, torium, radium və s.) və kömürlü, neftli layların axtarış və kəşfiyyatında, quyuların qamma karotajla tədqiqində tətbiq edilir. Radioaktiv elementlərdə qamma-şüaların ayrılma intensivliyinə əsaslanır. Bu metodun neft yataqları və radioaktiv mineralların axtarışında böyük əhəmiyyəti var.

 

Qapalı istismar - quyudan çıxan neft və qazın tam qermetik boru kəmərləri ilə istehlakçıya çatdırılması üsulu. Q.i. sxemində quyu məhsulu (neft və qaz) 0,5-0,1 MH/m2 təzyiqlə ayrı-ayrı boru kəmərləri ilə ölçmə qurğusuna axıdılır. Sonra neft-qaz qarışığı ümumi kollektorla mədənin yığma məntəqəsinə gedir və qaz neftdən seperatorlarda ayrılır. Daha sonra neft susuzlaşdırma qurğusuna, qaz isə qaz emalı zavoduna göndərilir. "Quru" qaz emal edilərək qaz kəmərinə verilir. Neftdən ayrılan su təmizlənir və nasosla laylara vurulur. Q.i. neft məhsullarının buxarlanma itkisini və yanğın təhlükəsini azaldır, neftlə birlikdə çıxan qazı yığmağa imkan verir.

 

Hidrafon, seysmik qəbuledici - dənizdə seysmik kəşfiyyat zamanı su qatlarından keçən və əks olunan səs dalğalarını tutmaq üçün akustik cihaz.

 

Qolvari yataq - qədim çay dərələrinin linzavari qumlu çöküntülərindəki neft-qaz yatağı.

 

Qoruyucu kəmər - polad boru kəməri; yeni qazılmış neft quyularının divarlarını bərkitmək, onu süxur təzyiqindən qorumaq, neftli, sulu, qazlı layları bir-birindən ayırmaq, onların dağılmasının qarşısını almaq, istismar zamanı neft və qazın itkisiz çıxarılmasını təmin etmək, təkrar istismar üsulunda isə laya maye və qaz vurmaq üçün tətbiq edilir. Q.k. birləşmə növünə görə qaynaqlı və ya yivli olur.

 

Qrifon - neft geologiyasında qaz, neft, su və palçıq xaric edən konus formalı kiçik çalalar. Bu cür Q.-lar palçıq vulkanlarının yayıldığı sahələrdə daha çox olur və onların əsas konusu üzərində yerləşir.

 

Qudron - neftin distilləsi prosesində yanacaq və yağ fraksiyaları çıxarıldıqdan sonra qalan (neftə görə 15-30%) özlü qara kütlə. Bir neçə növü var. Sənayedə Q.-dan neft bitumları almaq, sadə mexanizmləri yağlamaq üçün rezin sənayesində və yol çəkilişində istifadə edilir. Çoxqatranlı Q.-dan krekinq və destruktiv parçalama  (hidrogenləşdirmə və kokslaşdırma) yolu ilə benzin, dizel yanacağı və s. alınır.

 

Quyu - Yer səthində mexaniki vasitələrlə qazılan, diametri uzunluğundan dəfələrlə kiçik olan silindrik gövdə. Quyular qazılma məqsədlərindən asılı olaraq müxtəlif növlərə ayrılır. İstismar Q.-ları neft, qaz, yeraltı sular və s. çıxarılması üçün qazılır. Qazılmış süxur hissəcikləri yuyucu maye və ya havanın köməyi ilə yer səthinə qaldırılır və mexaniki qurğular vasitəsilə kənar edilir. Kəşfiyyat və dərin istismar Q.-larını metal qoruyucu kəmərlə bərkidilir və sementləyirlər. Neft və qaz Q.-larının ağzını yuyulmaqdan və süxurların uçulması təhlükəsindən qorumaq məqsədi ilə Q.-ya uzunluğu 3-50 m olan qoruyucu borular endirilir. Q. istiqamətinin şaquli və maili olmasını təmin etmək, Q.-ya su, neft və qaz axmasının və Q. divarının uçulmasının qarşısını almaq üçün Q.-nun sonrakı gövdəsinə ikinci qoruyucu boru kəməri - konduktor endirilir. Q. divarı ilə qoruyucu boru kəməri arasında qalan sahəyə (boru arasına) sement məhlulu vurulur. Q.-lar layihə dərinliyinə qədər qazıldıqdan və məhsuldar horizontların (neft, qaz və s.) olmasını aşkar edən geofiziki işlər aparıldıqdan sonra Q.-ya istismar kəməri endirilir.

 

Quyunun əsaslı təmiri - tamamlanmış quyuya bərpaedici və təmizlik işləri aparmaq məqsədilə təkrar müdaxilələr.

 

Quyuların yeraltı təmiri - bax: Yeraltı təmir.

 

Quyuların sementlənməsi -  bax: Sementlənmə.

 

Qumdaşı - qumun gilli, karbonatlı və silisiumlu materiallarla sementləşməsindən əmələ gələn çökmə süxur. Q. neft, qaz və yeraltı suların kollektor süxurlarındadır.

 

Qüllədəki işçi - buruq qülləsinin üstündə işləyən, buruğ briqadasının üzvü.

 

 

D

 

Debit - vahid zamanda təbii, yaxud süni mənbələrdən (qazma quyusu, adi quyu və s.) alınan maye və ya qaz həcmi. Mayenin D.-i m3/san, yaxud m3/saat, m3/gün-lə hesablanır. Neft quyularının D.-ə nəzarət etmək üçün istismar zamanı D.-in dəyişməsini göstərən əyrilər qurulur. Bu əyrilərlə neft ehtiyatının sənaye kateqoriyası təyin edilir. Əyrilər metodu müəyyən vaxt ərzində neft hasilatının statistik hesabatına əsaslanır. Riyazi hesablamalar vasitəsilə D.-in zamandan asılılıq əyrisinə əsasən quyular qrupunun və bütövlükdə layın neft ehtiyatının hesablanmasının əsasını təşkil edən D.-in azalma əmsalı müəyyən edilir.

 

Demulsasiya - emulsiya əmələgətirmənin əksi olan proses, yəni bir-birinə qarışmayan iki mayedən birinin digərində kiçik damcılar şəklində bərabər yayılmasından ibarət dispers sistemin dağılıb parçalanması. D-dan neftin susuzlaşdırılmasında, duzdan təmizlənməsində və kimya sənayesinin bir sıra sahələrində istifadə olunur.

 

Depressator - neft məhsullarının donma temperaturunu aşağı salar. D. əsasən aşağı temperaturda işləyən mühərriklər üçün hazırlanan sürtkü yağının donma temperaturunun aşağı düşməsi zamanı götürülən yağın növündən, eləcə də D.-un təbiəti və miqdarından asılıdır.

 

Dehidrogenləşdirmə - üzvi birləşmələrin molekullardan hidrogen ayırıb çıxarma prosesi. D.-dən neftin emalında yüksək oktanlı benzin istehsalı üçün geniş istifadə olunur.

 

Dəniz yatağı - bax: Dəniz neft mədəni.

 

Dəniz neft mədəni - su hövzələrinin altında yerləşən yataqlardan neft və qazın səmərəli çıxarılması və nəql olunmasını təmin edən qurğular kompleksi. Dəniz akvatoriyalarında neft və qaz yataqlarının mənimsənilməsi, geoloji axtarış və hidrotexniki işlərin yerinə yetirilməsi, topoqrafik planaalma və dəniz dibinin mühəndis -geoloji tədqiqi, ərazinin geofiziki kəşfiyyatı, neft və qaz yataqlarının aşkar edilməsi üçün dərin axtarış və kəşfiyyat qazıması, istismar quyularının qazılması, neft və qazın çıxarılması, yığılması, nəql olunması üçün sualtı və suüstü qurğuların tikilməsi ilə əlaqədardır. Avropada ilk dəniz quyusu 1925-ci ildə Azərbaycanda-Xəzər dənizində qazılıb.

 

Dərin özüllü qazma qurğusu - dərinliyi 200 m-dən artıq dəniz neft yataqlarının istismarı üçün tətbiq edilən qazma qurğusu. O, stasionar və ya üzən neft platformaları üzərində quraşdırılan neft qazma avadanlıqlarından ibarət olur.

 

Dərinlik nasosu ilə neftçıxarma - nefti quyu dibindən Yer səthinə çıxartmaq üçün ən geniş yayılmış üsul. Bu üsulla dərinliyi 3500 m-ə qədər olan quyulardan neft çıxarılır. Dərinlik nasosu adi birtəsirli porşenli nasosdur. Dərinlik nasosu ona hərəkət verən mühərrikin Yer səthində, yaxud quyu dibində yerləşməsindən asılı olaraq ştanqlı və ştanqsız olur.

 

Dizel yanacağı - dizeldə işlədilən maye neft yanacağı iki qrup D.y. növündə istehsal olunur: 1) böyük sürətli dizellər üçün özlülüyü az olan distillat yanacaqları, 2) yavaş sürətli dizellər üçün özlülüyü yüksək olan qalıq yanacaqları.

 

Dinamik səviyyə - neft istismar kəmərinin daxilindəki maye səviyyəsi, quyudibi təzyiqi hesablamaq üçün ölçülür. D.s. lay təzyiqindən və çıxarılan mayenin miqdarından asılıdır.

 

Dinamoqram (neft çıxarmada) - neft quyularının dərinlik nasosu ilə istismarında nasos ştanqlarının yerdəyişməsindən asılı olaraq, onların asqı nöqtəsində yükün dəyişilmə qrafiki D. gəzdirilən dinamometrlə və ya telodinometrik sistem vasitəsilə dispetçer məntəqəsindən qeydə alınır. D.-ın formasının dəyişilməsi, dərinlik nasosu qurğusunda nöqsan olduğunu göstərir.

 

Distillə sütunu (rektifikasion sütun) - hündür sütuna bənzər rezervuar. İçində xam neft qızdırılır və buxarlanan komponentlər xüsusi qablara kondensasiya edilir. D.s.-dən neft məhsullarına qatışan əlavələri kənar etmək üçün də istifadə edirlər.

Distillə qurğusu - neft emalı üçün qurğu. Burada xam neftin birinci emalı baş verir.

Distilləetmə - neft emalı prosesinin birinci mərhələsi. Distillə zamanı, xam neft distillə (rektifikasion) sütununun aşağı hissəsində qızdırılır. Temperatur artdıqca xam neftin qaynama temperaturları müxtəlif olan hissələri, ardıcıl olaraq sütunun əvvəlcədən müəyyən olunmuş hissəsinə sıxlıqlarından asılı olaraq qalxır və rektifikasiya sütununun boşqablarında kondensə olur, sonra oradan təkrar emal üçün çıxarılırlar. Distilləetmənin sonrakı mərhələlərində də, neft məhsullarından qarışıqların kənar edilməsi üçün istifadə olunur.

 

Dolamaçarx - keçmişdə neft quyularının qazılmasında istifadə olunan quyuağzı avadanlıq.

 

Duzsuzlaşdırma - xam neftin tərkibindən duzun çıxarılması, əsasən neftayırma prosesindən qabaq edilir.

 

 
E

 

Energetika - enerji ehtiyatları, müxtəlif enerji növlərinin alınması, bir şəkildən başqa şəklə çevrilməsi, ötürülməsi və istifadə olunması məsələlərini əhatə edən təsərrüfat sahəsi. Əsas enerji ehtiyatları - kömür, yanar şist, neft, təbii qaz, torf, odun, su enerjisi, külək və günəş enerjisi, Yerin daxili istiliyi və nüvə enerjisi.

 

Ekstraksiya - maye və bərk maddə qarışıqlarını həlledici vasitəsilə qismən və ya tamamilə öz tərkib hissələrinə ayırmaq. E. kimya, neft emalı və s.-də geniş tətbiq edilir.

 

Elevator - neft quyularının yeraltı təmirində boru və ştanqları quyuya endirərkən onları tutan polad xamıt.

 

Elektrik karotajı - axtarış və kəşfiyyat məqsədilə qazılmış quyularda süxurların xüsusiyyətlərinin və ardıcıllığının elektrik üsulu ilə öyrənilməsi. E.k.-da quyunun kəsilmiş boyu süxurların fərz olunan xüsusi müqaviməti (pk) və quyuda öz-özünə yaranan (təbii) polyarizasiya potensialı (PS) təyin olunur. Bu parametrlərin təyini quyuya buraxılan karotaj qurğusu və quyu ağzında yerləşdirilən karotaj stansiyası vasitəsilə aparılır və E.k. diaqramında (karotaj lentində) müvafiq əyrilərlə ifadə edilir. E.k. diaqramının təhlili layların sərhədlərini, onların ardıcıllığını, neftliliyini və qazlılığını öyrənməyə imkan verir.

Elektrik dolma nasosu - bax: Dərinlik nasosu ilə neftçıxarma.

 

Elektrobur - neft quyularını qazmaq üçün elektrik mühərriki ilə işləyən və valında qazıma baltası olan maşın. E.-la - ilk quyu 1940-cı ildə Bakıda Qala sahəsində qazılıb. E.-dan istifadə etdikdə boru kəmərinin fırlanması aradan qaldırılır. Elektrik enerjisi quyu dibindəki mühərrikə qazma borularının içərisində yerləşdirilmiş kabel vasitəsilə verilir və balta fırlanmağa başlayır. Cərəyanı kabelə ötürmək üçün, fırlanğıcla işlək boru arasında yerləşdirilən xüsusi quruluş kabeli dolaşmağa qoymur, quyudakı alətin fırlanmasına və qaldırıb-endirilməsinə imkan verir.

 

Elektrik kəşfiyyat metodu - geofiziki kəşfiyyat metodlarından biri. Yer qabığını təşkil edən süxurların  elektrik xassələrinin (əsasən xüsusi müqavimətin) fərqlənməsinə əsaslanır.  Neftli - qazlı strukturların axtarışı, müxtəlif geoloji quruluşlu sahələri bir-birindən ayırmaq üçün müqavimət metodlarından və alçaq tezlikli dəyişən cərəyan metodlarından daha çox istifadə olunur.

 

Estakada - yer və ya su səthindən müəyyən hündürlükdə nəqliyyat vasitələrinin, adamların, müxtəlif kommunikasiya xətlərinin (su, qaz, boru kəmərlərinin və s.) keçməsi üçün tikilən körpü tipli qurğu dayaqlardan və aşırım konstruksiyasından ibarətdir. Mədən E.-larının tikilməsi dəniz-neft mədənlərinin inkişafında mühüm mərhələdir.

 

Etillənmiş benzin - etilli benzin - antidetonasiya xassələrini yüksəltmək üçün etil mayesi qarışdırılmış benzin. Başqa neft növlərindən seçilsin deyə, etil mayesini boyayırlar. Yanacağın oktan ədədi və nə məqsədlə işlədiləcəyindən asılı olaraq onun hər kiloqramına 1,5-4 ml etil mayesi qarışdırılır.

 

Exolot - səs dalğasının maneyəyə çatıb, müəyyən olunmuş vaxt intervalında geri qayıtmasına əsasən hər hansı bir məsafəni hesablamaq üçün qurğu.

Ehtiyatlar - neft yatağı layında və ya qaz yatağında tapılmış karbohidratların (neft və təbii qaz) miqdarı.

 

 
İ

 

İkilüləli qazma - bir buruq quruluşunda bir qazma alətləri komplekti ilə eyni zamanda iki maili quyunun qazılması üsulu. Bu üsulla bir quyuda qazıma zamanı, o biri quyu boş dayanır. Balta işlədikdən sonra bir quyuda qaldırma əməliyyatı apararkən o biri quyuya qazma aləti buraxılır. Hazırda bu üsul demək olar ki tətbiq olunmur, çünki qazılan lülələrin birində texnoloji dayanma müddətinin süni surətdə artması qəzalara və texnoloji çətinliklərə səbəb olur.

 

İnjeksiya quyusu - neft yatağında lay təzyiqini lazımi səviyyədə saxlamaq, neft yataqlarından təkrar istifadə zamanı neft hasilatını intensivləşdirmək məqsədilə konturarxası zonaya su və ya qaz vurmaq üçün İ.q.-na vurucu quyu da deyilir. İ.q. ilə yeraltı qaz anbarlarına qaz vurmaq da mümkündür.

 

İnklinometr - qazıma quyusu oxunun şaquli vəziyyətdən meylinin bucaq və azimutunu ölçən cihaz. Quyunun faza vəziyyətinə nəzarət məqsədilə işlədilir.

 

İstismar boruları - maye-qaz qarışığını quyu dibindən yer səthinə qaldırmaq üçün quyuya buraxılan borular. İ.b. D, K, E, L, M markalı yüksək mexaniki xassəli poladdan, qaynaqsız hazırlanır. Muftalarla birləşdirilmiş İ.b. boru kəmərini təşkil edir. Azərbaycan Respublikasının neft sənayesində daxili səthi şüşə, emal, epoksid qatranı və s. ilə örtülmüş (parafinləşməyə qarşı tədbir kimi) İ.b.-dan istifadə olunur.   

 

İştirak müqaviləsi, assosiasiya müqaviləsi - milli neft şirkəti ilə xarici neft şirkəti arasında konkret yataqların işlənməsi üçün hüquqi şəxsin yaradılmasını nəzərdə tutan müqavilə (bu, əslində birgə (müştərək) müəssisənin başqa bir variantı sayılır).

 

 
Y

 

Yanar qazlar - yanma qabiliyyəti olan qaz halındakı maddələr. Sənaye üçün daha böyük əhəmiyyəti olan Y.q., yerdən çıxan və çox vaxt tərkibində 99%-ə qədər müxtəlif karbohidrogenlər, əsasən metan və tərkibi ona yaxın olan qazlardır. Təbii Y.q. neft və qaz yataqlarından hasil edilir. Süni Y.q.-dan ən çox hasil edilənləri bunlardır.

Koks qazı - bərk yanacağın kokslaşdırılması zamanı alınır;

Generator qazı - yanacağın qazlaşdırılmasından əmələ gəlir;

Neft emalı qazları - neftin və ya neft məhsullarının termik və termokatalitik emalı zamanı alınır;

Kömür yataqlarının yeraltı qazlaşdırılması yolu ilə də Y.q. alınır.

Yanar şistlər - sülh kaustoibiolitlər qrupundan faydalı qazıntı; gilli, əhəngdaşlı, silisiumlu çökmə süxur. Tərkibində 10-15%-dən 60-80%-dək üzvi maddələr (kerogen) olur. Rəngi qəhvəyi-boz, qəhvəyi-sarı və s. olur. Y.ş.-nin quru distilləsindən qaz, benzin, kerosin, sürtkü yağları, parafin, koks alınır.   

Yanacaq - yandıqda istilik verən maddələr. Y. kimi əsas tərkib hissəsi karbon olan boz kömür, yanar qazlar, yanar şistlər, daş kömür, neft, torf kimi üzvi mənşəli faydalı qazıntılar, eləcə də ağac tullantıları işlədilir.

Yanacaq kalonkası, benzin kalonkası - nəqliyyat maşınları və başqa motorlu maşınların bakına, həmçinin istehsalçının qabına ölçməklə duru yanacaq tökən mexanikləşdirilmiş qurğu.

Yanacaq sənayesi - müxtəlif yanacaq növlərinin çıxarılması və emalı ilə məşğul olan sənaye sahələrinin məcmusu. Y.s.-nə neft çıxarmaq, neftayırma, qaz, kömür, torf və şist sənayesi daxildir. Ağır sənayenin ən mühüm sahələrindən biridir.

Yataq, faydalı qazıntı yatağı - geoloji proseslər nəticəsində yer qabığında əmələ gəlmiş sənaye əhəmiyyətli təbii mineral xammal yığımı. Neft və qaz laylı və massiv Y.-lar əmələ gətirir. Laylı Y.-larda neft və qaz yığımları xüsusi laylara - kollektorlara toplanır. Massiv neft və qaz Y.-ları üstdən az keçirici laylarla örtülmüş keçirici süxurların çıxıntılarını doldurur və struktur, rif erazion çıxıntı Y.-larına bölünür.

 

Yatağın ehtiyatı - lay süxurunun tərkibində olan neftin və qazın həcmi.

Yatağın parametrləri - yataqdakı karbohidratların və süxurların bütün spesifik xüsusiyyətlərini (özlülük, sıxlıq, məsaməlik və s.) müəyyən etmək üçün işlədilən termin.

Yeraltı təmir, quyuların yeraltı təmiri - quyularda iş rejiminin bərpa edilməsi və yeni texnoloji rejim yaradılması məqsədi ilə aparılan işlər. Y.t. cari təmir və əsaslı təmir işlərinə ayrılır.

Yuyucu məhlul - bax: Gilli məhlul.

Yüksəkoktanlı yanacaq - karbüratorlu daxiliyanma mühərrikləri üçün hazırlanan avtomobil və aviasiya benzinləri. Y.y. detonasiyaya qarşı davamlıdır və mühərrikin böyük faydalı iş əmsalı ilə işləməsini təmin edir. Aviasiya benzinlərinin detonasiyaya qarşı davamlılığı onların oktan ədədi və çeşidi ilə, avtomobil benzinlərininki isə yalnız oktan ədədi ilə xarakterizə olunur. Aviasiya benzinlərinin ən yaxşı növlərinin oktan ədədi 98-100, çeşidi 130-160 olur. Avto-mühərrikləri, adətən oktan ədədi 72, 76, 93 və 95 olan benzinlə işləyir.

 

 
K

 

Kaberna ölçən - qazma quyusuna elektrik kabeli ilə salınaraq quyunun diametrini ölçən dərinlik cihazı. Mexanikiultrasəs K.Ö.-ləri tətbiq olunur.

Kaptaj - su, neft və qazın daha çox miqdarda itkisiz alınması məqsədi ilə onların yer altında, yaxud   yerin səthindəki çıxış yerlərində qarşısını kəsib toplayan qurğu. K. maye və qazın təbii xassələrini saxlamağa, lazımi hallarda mənbələrin və ya quyuların rejimini tənzim etməyə imkan verir.

Karbohidrogenlər - molekulları yalnız karbon və hidrogen atomlarından ibarət olan üzvi birləşmələr sinfi.

Karotaj - geoloji kəsilişi öyrənmək və faydalı qazıntıları aşkar etmək üçün quyuların geofiziki tədqiqi. Quyularda ilk geofiziki tədqiqatları (quyularda temperaturun ölçülməsini) 1908-ci ildə Bakı neft mədənlərində D.V. Qolubyatnikov aparmışdır. K. dərin quyuların kəsilmişlərinin geoloji sənədləşdirilməsində əsas metoddur.

 

Katalizatorlar - kimyəvi reaksiyaların asanlaşmasına və ya tezləşdirilməsinə təsir göstərən kimyəvi birləşmələr.

 

Katlavan - tikinti üçün qazılmış xəndək.

 

Kern - quyuları sütuncuqlu balta ilə qazıyan zaman götürülmüş süxur sütunu. Layların fiziki xassələrini və neft-qazla doyma dərəcəsini, həmçinin, ayrı-ayrı quyuların metoloji - stratiqrafik kəsişini öyrənmək üçün kernlərin qaldırılması tələb olunur.

 

Kerosin, ağ neft - əsasən 140-3000C temperaturda qaynayan neft fraksiyası; maye karbohidrogen qarışığından ibarətdir. Neftin distilləsində və ya ağır neft məhsullarının krekinqi prosesində alınır, sıxlığı 0,79-0,86 q/sm3-dır. Kerosin maye yanacaqla işləyən raket mühərrikləri üçün effektiv yanacaq növüdür, bundan başqa K.-dən texnikada müxtəlif məqsədlər üçün istifadə edilir (traktor mühərriklərində, keroqaz və s. həmçinin çirkli alət və detalların yuyulmasında).

 

Kəşfiyyat - geologiyada təzə neft və qaz yataqlarını aşkar etmək üçün istifadə olunan metodlar məcmusu.

 

Kəşfiyyat quyusu - faydalı qazıntıların kəşfi, həmçinin süxurların xüsusiyyətlərini və yataq laylarının xarakterini öyrənmək üçün qazılan quyu.

 

Klapan - maşın və boru kəmərlərində qaz, buxar və ya maye sərfini tənzimləmək məqsədi ilə axın kəsiyinin sahəsini dəyişən detal, yaxud quruluş. Maşınlarda (nasos, kompressor, daxiliyanma mühərriki və s) K. qaz, buxar və ya maye sərfini idarə edən, yaxud paylaşdıran mexanizmin bir hissəsidir.

 

Kimya və neft maşınqayırması - kimya, neft kimyası, neft və qaz sənayesi üçün texnoloji avadanlıq, texnoloji xətt kompleksi və qurğular hazırlayan maşınqayırma sahəsi. Müasir K. və n.m. bir sıra sahələri özündə birləşdirir; bu sahələr ixtisaslaşdırılmış məhsullar (kimya, polimer, neft mədəni avadanlığı, kağız hazırlayan avadanlıq, neft emalı sənayesi üçün avadanlıq) və ümumi sənaye təyinatlı avadanlıq (kompressor soyuducu qurğular, müxtəlif tip nasoslar, qaztəmizləyən avadanlıq və boru kəməri armaturu və s.) buraxır.

 

Kompensatorlar - üzən qazma qurğusunun və ya qazma gəmisinin qazma zamanı yuxarı və aşağı hərəkətini tənzim etmək üçün hidravlik ötürücüsü olan qurğular.

 

Kompressor quyusu - sıxılmış qaz (hava) enerjisi hesabına nefti (onunla birlikdə qaz və lay suyu) yer səthinə çıxarılan quyu. Belə quyularda qazlift (erlift) quraşdırılır.

Kompressor yağı - neftdən alınan sürtkü yağı; komperssor və hava vuran aparatları yağlamaq üçün işlədilir. Sənaye yağları qrupuna mənsubdur.

Kompressor üsulu ilə neftçıxarma- kompressordan quyuya verilən sıxılmış təbii qaz (və ya hava) enerjisi hesabına neftin quyudan yer səthinə qaldırılması üsulu. Təbii lay enerjisi mayeni yer səthinə qaldıra bilmədikdə tətbiq olunur. Bu üsul qazliftlə (erliftlə) həyata keçirilir. K.ü.i.n-nin digər mexanikləşdirilmiş neftçıxarma üsullarından əsas üsulların üstünlükləri aşağıdakılardır: quyu avadanlığında hərəkət edən hissələrin olmaması; qaz amili çox olduqda prosesin idarə olunması və avtomatlaşdırılmasının sadəliyi. Böyük kompressor stansiyaları tikintisinin vacibliyi, quyularda (xüsusən qum tıxacı yaranan quyularda) boruların çox işlənməsi K.ü.i.n-nın əsas nöqsan cəhətləridir.

 

 

 

Kondensator - buxar şəklində olan maddəni maye şəklinə gətirən qurğu.

Konsessiya müqaviləsi (yaxud lisenziya müqaviləsi) - bizneslə dövlət arasında  dövlət mülkiyyəti obyektlərindən (əksər hallarda məhz mineral ehtiyatlardan) şirkətin istifadə şərtlərini müəyyən edən uzunmüddətli müqavilə. Müqavilədə nəzərdə tutulan şərtlər çərçivəsində dövlət yerin təkinin mülkiyyətçisi kimi müəyyən sahələrin, yaxud konkret yataqların işlənməsi hüquqlarını bilavasitə şirkətə həvalə edir. Əvəzində konsessioner şirkət dövlətə konsessiya haqqı ödəyir.

 

Konsistent sürtkü yağları, plastik sürtkü yağları - üzərinə düşən yükün qiymətindən asılı olaraq, maye və ya bərk maddəyə məxsus xassələr göstərən sürtkü materialları K.s.y. neftdən alınan yağlara, adətən 10-20 % qatılaşdırıcı bərk maddə və müvafiq aşqar qatılmaqla hazırlanır.

 

Konsorsium - umumi razılıq və qarşılıqlı mənfəət əsasında birgə fəaliyyət ğöstərən müəssisələr birliyi, Məsələn, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (AƏBŞ).

 

Kontinental şelf - beynəlxalq qanunlara əsasən hər hansı bir dövlətin sahil sularından kənarda suüstü və sualtı yerləşən dəniz sahələrinin yerləşdiyi ərazi. Kontinental şelf sərhədləri BMT-nin 1982-ci ildə qəbul olunmuş Dəniz konvensiyasına əsaslanan normalar ilə müəyyən olunur.

 

Koks - neftayırma zamanı əmələ gələn kömürə bənzər bərk (sərt) maddə.

 

Kokslama -kokslama aparatında karbohidratlar 8000C-yə qədər qızdırılır, bu vaxt bütün yüngül məhsullar buxarlanır və koks barabanı adlanan yerdə bərk koks əmələ gəlir, alınan məhsul oradan yüksək təzyiqli su ilə çıxarılır.

 

Kollektor - geologiyada məsamə boşluq və çatlarında neft, qaz, su saxlayan məsaməli və çatlı süxurlar.

 

Korroziya - (metalda) xarici mühitin kimyəvi və ya elektrokimyəvi təsiri nəticəsində metalın dağılması. K.-dan hər il bəşəriyyətin istehsal etdiyi metalın 1-1,5 %-i itirilir.

 

Köpüklə yanğınsöndürmə - yanğının (xüsusilə yanan maye neft məhsullarının) köpüklə söndürülməsi. Köpük yanan mayenin səthini örtərək istiliyin alovdan mayeyə ötürülməsinə, habelə maye buxarının çıxmasına mane olan təbəqə əmələ gətirir.

 

Krekinq - mühərrik yanacağı və kimya sənayesi üçün xammal almaq məqsədi ilə neft və onun fraksiyalarının destruktiv emalı. K. mühərrik yanacağı (xüsusən benzin) almağın əsas üsullarından biridir. Proses 2 yolla aparıla bilər: yüksək temperaturda və katalizatorun iştirakı ilə. Birinciyə termik K., ikinciyə katalitik K. deyilir.

 

Krekinq benzini - ağır neft fraksiyalarının termik və katalitik krekinqi prosesində əmələ gəlib 2000C-yə qədər qaynayan fraksiya. Termik krekinq benzinlərinin oktan ədədi 66-69, katalitik benzinlərinki isə 71-81-dir.

 

Kükürdlü neft - tərkibində yüksək miqdarda kükürd olan xam neft.

 

 

G

 

Generator qazı - qaz yanacaq növlərindən biri: daş kömür, torf, mazut, koks və s. yanacaqları qaz generatorunda qazlaşdırmaqla alınır.

 

Geoloji axtarış - faydalı qazıntı yataqlarının açılmasındakı işlərin məcmusu. G. a.-ın elmi əsasını tədqiq edilən sahədə faydalı qazıntıların ehtimal olunan yayılma xəritələri və ya faydalı qazıntıların yerləşməsinin proqnoz xəritələri təşkil edir. G.a. zamanı faydalı qazıntının əmələgəlmə şəraiti və ya mənşəyi nəzərə alınır.

Geofiziki tədqiqatlar faydalı qazıntı kütləsinin və yerləşdirici süxurların bir sıra fiziki xassələrinin fərqlənməsinə əsaslanır. Əlverişli strukturların, karbohidrogen qazları nişanələrinin, palçıq vulkanlarının, neft sızıntılarının olması neft - qaz yataqlarının axtarışı üçün əsas amillərdən hesab olunur.

 

Gilli məhlul, yuyucu məhlul  - gilin suda dispers məhlulu; qazma prosesində işlədilir. Hazırlanmasında əsasən, bentonit gilindən istifadə edilir.

Qazılan süxurlardan, quyuların dərinliyindən, temperaturdan və s. asılı olaraq lazımi xassəli G.m. almaq üçün müxtəlif kimyəvi reagentlər, ağırlaşdırıcı maddələr və s.-dən istifadə olunur. Nasosla quyuya vurulan G.m. baltanın quyu dibində doğradığı süxurları quyudan çıxarır, quyunun dibinə və divarlarına hidrostatik təzyiq yaradaraq quyu divarının davamlığını təmin edir, neft, qaz və sulu laylara əks təzyiq göstərir, işləyən baltanı soyudur və s.

 

 
L

 

Lay - qalınlığı yayılma sahəsindən dəfələrlə az olan və iki təqribi paralel səthlə (üstdəki tavan, altdakı daban adlanır) hüdudlanan, eyni tərkibli geoloji kütlə, çökmə süxurların əsas yatım forması.

 

Lay enerjisi - lay və mədən təzyiqinin təsiri ilə gərgin halda olan maye, qaz və layın elastiklik enerjisi. Yataq quyu vasitəsilə açıldıqda L.e. neftin quyuya doğru hərəkət etməsinə və bu hərəkət zamanı əmələ gələn müqavimət qüvvəsinin dəf edilməsinə sərf olunur. L.e. sərf olunduqca lay təzyiqi azalır.

 

Lay suları - iki su keçirməyən süxur arasındakı layda olan və ya cərəyan edən sular adətən təzyiqli olur. Neft geologiyasında neft yataqlarında rast gələn sulara da L.s. deyilir və neft yatağına nisbətən yatma şəraitinə görə yuxarı konturarxası, aşağı konturarxası, daban və aralıq suları adlanır.

 

Lay təzyiqi - neft və qaz yataqlarında maye və qazın məruz qaldığı təzyiq. Neftli, qazlı və sulu layların enerjisini xarakterizə edən mühüm amil. Başlanğıc L.t. adətən hidrostatik təzyiqə bərabərdir, dərinliyə getdikcə hər 10 m-dən təqribən 0,1 mn/m2  artır. Yatağın işlənmə prosesində təzyiqin saxlanması metodlarından istifadə edilmədikdə L.t. azalır.

 

Laminar axın - meyenin və ya qazın nizamlı axını; bu zaman maye (qaz) sanki axın istiqamətinə paralel laylarla hərəkət edir.

 

Lift (nasos kompressor boruları, istismar kəməri) - filtratın yuxarı verilməsi üçün quyunun mərkəzində yerləşdirilmiş polad boruların birləşmiş sistemi.

 

Litr - metrik ölçü sistemində həcm və tutum vahidi. 111. = 1dm3 . kimi qəbul olunub.

 

 

M

 

Maqnit tutucu - qazılan quyunun dibində qazma nəticəsində qalan metal əlavələrin təmizlənməsi üçün nəzərdə tutulmuş qurğu.

 

Manifold, şaxələnmiş boru kəməri, bölüşdürmə magistralı - filtirat və neft məhsulları axarını bir neçə kanala bölüşdürməyə imkan verən klapan boru sistemi.

 

Mazut - neftdən distillə yolu ilə benzin, liqroin, kerosin və dizel yanacağı fraksiyaları çıxarıldıqdan sonra qalan qalıq. Kimyəvi tərkibi və xassələrindən asılı olaraq M.-dən maye yanacaq kimi, eləcə də sürtkü yağları almaq, krekinqləşdirmə, yaxud hidrogenləşdirmə vasitəsilə benzin və dizel yanacağı istehsal etmək və başqa məqsədlər üçün istifadə edilir.

 

Maili qazma - neft və qaz quyularının şaqula nisbətən müəyyən bucaq altında qazılması. M.Q.-dən sahənin relyefi şaquli qazma üçün əlverişli olmadıqda, yəni neft və qaz yataqları dəniz, göl, yaşayış məntəqəsi və s. - nin altında yerləşdiyindən qazma avadanlığı quraşdırmaq mümkün olmadıqda; kiçik meydançadan müxtəlif istiqamətlərə bir neçə quyu qazmaq lazım gəldikdə istifadə edilir.

 

Magistral qaz kəməri - yanar qazları  çıxarılan yerdən işlədici məntəqələrə nəql etmək üçün boru kəmərləri və köməkçi qurğular kompleksi. Magistral, yerli və daxili qaz kəmərləri var. M.Q.k. qazı istehsal olunduğu yerdən xeyli uzaq məsafədəki yaşayış məntəqələrinə, sənaye obyektlərinə və s.-yə nəql edir.

M.Q.k.-nın son məntəqəsində qazın təzyiqini lazımi səviyyəyə endirmək üçün qazpaylayıcı stansiya quraşdırılır.

 

Magistral neft kəməri - nefti çıxarıldığı yerdən uzaq məsafədə yerləşən emal yerlərinə nəql  etmək üçün kompleks qurğu. M.N.k. borular, neftvurma nasos stansiyası, rabitə vasitələri və köməkçi qurğulardan ibarətdir. Neftin boruda hərəkət sürəti 1 -1,5 m/san - dir.

Kəmərdəki neft axını M.N.k.-nın bütün uzunluğu boyu quraşdırılmış qurğular vasitəsilə tənzim edilir. Onlar arasında məsafə relyefindən asılı olaraq müəyyən olunur (20 km - dən çox olmamaq şərtilə) özlülüyü çox olan neftlər neftvurma stansiyalarında, yaxud aralıq məntəqələrdə qızdırılır.

 

Manometr - maye və qazların təzyiqini ölçmək üçün cihaz.

 

Mancanaq dəzgahı - ştanqlı neft nasosunun intiqalı; mühərrik valının fırlanma hərəkətini neft nasosu plunjerinin şaquli irəli-geri xətti hərəkətinə çevirmək, neft nasosunu işə salmaq və dayandırmaq, habelə neftvurma rejimini tənzimləmək üçündür. Dəqiqədə gedişlərinin (irəli-geri) sayı 3-15 qəbul edilir.

 

Merkaptan - tərkibində kükürd atomları olan az çəkili molekul birləşmələri.

 

Metan, bataqlıq qazı və ya mədən qazı - rəngsiz və iysiz qazdır. -164,50C-də mayeləşir, -18-2,50C-də donur. M. neftlə birlikdə yerdən çıxan qazların (34- 40%) əsas komponentidir. Ondan sənayedə yanacaq və xammal kimi geniş istifadə olunur.

 

Mədən - yer altından kimyəvi xammal, filiz və s. faydalı qazıntı çıxaran sənaye müəssisəsi.

 

Mədən vergisi - daha geniş yayılmış ödəniş formasıdır, istehsalçının ümumi gəlirindən müəyyən faizlə ödənilir. Bu zaman təbii ehtiyatların mülkiyyətçisi olan dövlət mədənlərinin işlənməsi hüququnu şirkətə verilməsinin əvəzində istehsal olunan məhsulun dəyərinin müəyyən hissəsini ondan götürür.

 

Mədən qazmaları - faydalı qazıntıları çıxarmaq üçün mədən işləri nəticəsində Yer qabığında yaradılmış süni qurğular.

 

Mədən işləri - Yer təkindən faydalı qazıntıların çıxarılması proseslərini əhatə edən elm və texnika sahəsi. XIX əsrin 2-ci yarısından neft, XX əsrin əvvəlindən isə təbii qaz hasilatı da M.i.-nə daxil edilib.

 

Məhlul - iki və ya daha çox maddənin komponentin termodinamiki tarazlıqda olan mikroskopik bircinsli qarışığı. Neft müxtəlif üzvi komponentlərin M.-dan ibarətdir.

 

Məşəl, çıxarış borusu - işlədilməyən (səmt) qazların çıxarılması və yandırılması üçün qurğu.

 

Məhsuldar qat - Azərbaycan Respublikasında əsas neftli-qazlı çöküntü kompleksi; orta Pliosenə müvafiqdir. Qalınlığı, əsasən, Abşeron yarımadasında, Kür düzənliyində və Xəzər dənizinin altında 3000 - 4000 m-ə çatır.

 

Mineral yağlar - neft, yanar şist və qazıntı kömürünün emalının maye məhsullarından hazırlanan sürtkü yağları.

 

Mineral xammal - bax: Faydalı qazıntı.

 

Müqavilə - fiziki və hüququ şəxslər, dövlətlər arasında imzalanan və razılaşmanı bildirən hüquqi sənəd. Məsələn, neft müqavilələri.

 

Mümkün ehtiyatlar - mütəxəssislərin fikrincə öyrənilməmiş süxurlarda mümkün olan neft və qaz ehtiyatları.

 

Mühəndis - ali texniki təhsil almış mütəxəssis.

 

Mühərrik, motor - hər hansı bir enerji növünü mexaniki işə çevirən enerji - güc maşını.

 

Mühərrik yağları - daxiliyanma mühərriklərini (porşenli və reaktiv) yağlamaq üçün işlədilən sürtkü yağları. Əsasən neftdən alınır, lakin bəzi sintetik yağlardan və ya onların neft yağları ilə qarışığından da hazırlana bilir. İşlədilmə sahəsindən asılı olaraq 3 sinfə ayrılır: avtomobil yağları, dizel yağlarıaviasiya yağları.

 

Mühərrik yanacaqları - daxiliyanma mühərriklərində işlədilən maye və ya  qaz yanacaqları iki qrupa ayrılır: karbürator yanacaqları, o cümlədən aviasiya və avtomobil benzini: müxtəlif məqsədlər üçün işlədilən mühərriklər üçün yanacaqlar (məs, qaz - turbin yanacağı, reaktiv mühərrik yanacağı, dizel yanacağı və s.). M. y. neftdən və karbohidrogen qazlardan alınır. Neft emalı sənayesinin istehsal etdiyi məhsulların təqribən 63%-i bu yanacaq növlərindən ibarətdir.  Daş kömür, şist və başqa bərk yanacaq növlərindən də M.y. almaq müm­kündür (İkinci Dünya Müharibəsində almanlar daş kömürü hidro­gen­ləşdirmək yolu ilə milyonlarla ton m.y. almışdılar).        

 

 

N

 

Nasos - mayeyə kənardan enerji (potensial və kinetik) verməklə onu təzyiq altında bir yerdən başqa yerə vurmaq üçün aparat və cihaz.

 

Naftalan - müxtəlif xəstəliklərin müalicəsində istifadə edilən yeganə neft növü. Bir sıra fiziki-kimyəvi xassələrinə və karbohidrogen tərkibinə görə başqa neft növlərindən fərqlənir. Naftalan nefti 200-2500C arasında qaynamağa başlayır. Mənfi 20-300C-də donur. Tərkibində 50-55% naften karbohidrogenləri, 30-35% aromatik karbohidrogenlər və 14-16% qatranlı maddələr var. Naftalan neftində 0,25-0,30% kükürd və 0,24-0,26% azot olur. Tədqiqatlar nəticəsində məlum olub ki, naftalan neftinin müalicəvi təsiri, əsasən naften karbohidrogenləri ilə əlaqədardır. Naftalan nefti dünyada yalnız Azərbaycan Respublikasının Naftalan şəhərinin yaxınlığında çıxarılır.

 

Naften turşuları - neftin oksigenli komponentlərin 0,5-3%-ini təşkil edən və çoxu birəsaslı karbon turşuları. Özlü, rəngsiz mayelərdir. Suda həll olmur. Neft məhsullarında və s. üzvi həlledicilərdə olur.

 

Naftenlər - əsasən, neftlərdə olan donmuş alisikl karbohidrogenlər. Mühərrik yanacaqları və sürtkü yağlarında N. arzu edilən komponentlərdir. Benzində N.-in çox olması antidetonasiya xassələrini yaxşılaşdırır, kerosin, dizel yanacağı və sürtkü yağlarının donma temperaturunu aşağı salır.

 

Neft - yanar maye, faydalı qazıntıdır. Yer səthinə yaxın laylarda və ya  qatlarda yerləşərkən oksidləşərək qatı maptaya, yarım bərk asfalta və başqa eninafildə çevrilir. Spesifik qoxusu var. Rəngi açıq qəhvəyidən tünd qonura və qarayadək dəyişir. Neft müxtəlif karbohidrogenlərdən (alkanlar, silkoalkanlar, aronlar - aromatik karbohidrogenlər və onların hibridləri) və tərkibində C və H- dan əlavə O, S və N olan birləşmələrdən ibarətdir. Element tərkibi karbon (82,5-87%), hidrogen (11,5-14%), oksigen (0,05-0,35%) nadir hallarda 0,7%-ə qədər kükürd (0,001-5,3), azot (0,001-1,8). Alimlərin əksəriyyəti neftin yüksək temperatur və təzyiqin təsiri ilə çökmə süxurlarda səpələnmiş üzvi maddələrin qalıqlarından, bəziləri isə dərin maqmatik proseslərlə əmələ gəldiyini hesab edirlər. Bütün kontinentlərdə (Antraktidadan başqa) və onlara bitişik akvatoriyaların xeyli sahəsində neft yataqları aşkar edilib. Dünyada ən nəhəng neft yataqları Qavar (Səudiyyə Ərəbistanı) və Əl- Bürgan (Küveyt)-dadır. Azərbaycan Respublikası ərazisi mühüm neftçıxarma rayonu kimi dünyada məşhurdur. Dünyada ilk neft quyusu məhz burada, Abşeron yarımadasında qazılmışdır (1847). Azərbaycan ərazisində əsas neft - qaz yağları məhsuldar qat (orta pluosen) çöküntüləri ilə əlaqədardır və Azərbaycan nefti dünyada ən yüksək keyfiyyətli neftlərdən biri sayılır. Neftin böyük iqtisadi əhəmiyyəti var. O, maye yanacaq, sürtkü yağları, müxtəlif neft məhsulları və kimya sənayesi üçün xammaldır.

 

Neft anbarı - nefti və onun emal məhsullarını saxlamaq üçün rezervuar və ya rezervuar sistem. Yerüstü, yarıyeraltıyeraltı növləri var.   

Yerüstü N.a. adətən metaldan olub, silindrik (şaquli, üfiqi) sferik və damşəkilli formada hazırlanır. Açıq rəngli neft məhsulları xüsusi konstruksiyalı polad rezervuarlarda saxlanılır. Yarıyeraltı N.a.-nı adətən dəmir-betondan (tutumu 500-30000 m3) hazırlayırlar. Konstruksiyası silindrik və düzbucaqlı, həmçinin xəndək tipli olur. Yeraltı N.a.-ından  (100 m və daha dərinliklərdəki daş duz çöküntülərində yerləşdirilir) adətən benzin, dizel yanacağı və kerosin kimi neft məhsullarını müvəqqəti saxlamaq üçün istifadə edirlər. N.a.-nın yaranma tarixi Bakıda neft sənayesinin inkişafı ilə əlaqədar olub.

 

Neft bazası - nefti və neft məhsullarını qəbul etmək, yığıb saxlamaq, bir nəqliyyat növündən digərinə yükləmək, yaxud istehlakçıya buraxmaq üçün bina və qurğular kompleksi. Boşaldılıb-yükləyici N.b. (nefti bir nəqliyyat növündən başqasına, yaxud da həmin növdən olan nəqliyyata yükləmək üçün), zavod nəzdində N.b. (emal olunacaq nefti, neft məhsullarını qəbul edir, saxlayır, emal üçün hazırlayır) və paylaşdırıcı N.b. (bilavasitə müəyyən ərazidə yerləşən müəssisələri kiçik taralarda neft və neft məhsulları ilə təchiz edir və s.) növləri var.

 

Neft qazları - neftlə birlikdə yerdən çıxan müxtəlif karbohidrogen qazlarının qarışığı. Seperasiya vasitəsilə neftdən ayrılır. 1 t neftlə çıxan qazın m3 ilə həcminə (normal şəraitdə) qaz faktoru deyilir. Neft kimyası sənayesi üçün qiymətli xammal hesab edilir, qismən yanacaq kimi də istifadə olunur. Həmin qazlardan maye spirt, plastik kütlə, süni kauçuk və s. alınır.

 

Neft quyularının istismarı - neftin quyudan fontanla və ya mexanikləşdirilmiş üsulla çıxarılması. Hazırda dünyada nasosla N.q.i. daha geniş yayılıb. Ölkəmizdə ümumi neft quyularının 75%-i bü üsulla işlənilir. Bu onunla əlaqədardır ki, quyu nasoslarının konstruksiyası sadə olmaqla bərabər, onlar iş zamanı xüsusi xidmət tələb etmir və quyuların iş rejiminin qurulmasında çətinlik törətmir.

 

Neft quyusu - bax: Quyu.

 

Neft daşları - Bakı şəhərinin Əzizbəyov rayonunda şəhər tipli qəsəbə (1952-ci ildən), Abşeron yarımadasından 42 km cənub-şərqdə, açıq dənizdə, polad dirəklər üzərində salınmış neft şəhəridir. Bu ərazi, ondakı daşların üzərində neft-qaz nişanələrinin olması ilə əlaqədar N.d. adlandırılmışdır. 1946-cı ildə N.d. rayonunda geoloji kəşfiyyat işlərinə başlanmış, ilk kəşfiyyat quyusu 1949-cu ildə qazılmışdır. Laylara su vuraraq süni təzyiq yaratmaq üsulu ilk dəfə N.d.-da sınaqdan keçirilmişdir.

 

Neft emalı - neftin mexaniki qatışıqlardan təmizlənib distillə vasitəsilə lazımi fraksiyalara ayrılması prosesi (neftin distilləsi). N.e.- neft emalı zavodlarında distillə qurğuları vasitəsilə aparılır. Müasir distillə qurğularının illik məhsuldarlığı 6 milyon tona yaxındır. Bu zavodlarda emal ediləcək neft, su və duzdan təmizləmək üçün az miqdarda deenulqator qatışdırılmış su ilə yuyulur. Əmələ gələn emulsiya 100-140, bəzən də 1600C-yə qədər qızdırıldıqdan sonra elektrik dehidratorlarına verilir. Yüksək temperatur, elektrik sahəsi və deemulqatorun birgə təsirindən emulsiya qısa müddətdə parçalanır, ayrılan su, onda həll olunan duzlarla birlikdə sistemdən çıxarılır. Nəticədə neftin tərkibində suyun miqdarı 0,05-0,20%-ə, xloridlərin miqdarı isə 0,5-5,0 mq/l-ə enir.

 

Neft emalı qazları - neftayırma qurğularında və ya neft məhsullarının termik və katalitik emalı proseslərində əmələ gələrək, əsasən kiçik molekullu karbohidrogenlərdən ibarət olan qaz qarışıqları. N.E.q.-nın çoxunda doymamış karbohidrogenlərin və hidrogenin miqdarı yerdən neftlə birgə çıxan, eləcə də təbii yanan qazlardakından xeyli artıq olur. N.E.q. tərkibindəki doymamış karbohidrogenlər (etilen, propilen və s.) neft kimyası sənayesi və motor yanacaqlarının yuksək oktanlı komponentlərini almaq üçün xammaldır.

 

Neft ixrac edən ölkələr təşkilatı (OPEK) - 1960-cı ildə yaradılmışdır. Əsas məqsədi OPEK-ə daxil olan ölkələrin iqtisadi inkişafını sürətləndirmək və beynəlxalq inhisarlardan müdafiə etməkdir. OPEK-ə BƏƏ, Venesuela, Qabon, Qətər, Ekvador, ƏXDR, İndoneziya, İraq, İran, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı daxildir. İqamətgahı Vyanadadır (Avstriya).

 

Neft yağları, mineral yağlar - neftdən alınan və əsasən sürtkü yağı kimi işlədilən iri molekullu karbohidrogenlərin qarışığı N.y- ından hidravlik maye, yağlayıcı-soyuducu maye, elektriki izolyasiyaedici mühit, yumşaldıcı maddə kimi və s. məqsədlə istifadə edilir. N.y.-nın iki əsas təsnifat sistemi var: istehsal üsuluna görə və işlədildiyi sahələrə görə.

 

Neft yataqlarının işlənməsi - yataqdan səmərəli istifadə etmək məqsədi ilə, ilkin istismar dövründən başlayaraq layda maye və qazın hərəkət prosesini idarə etmək, lay enerjisini tənzimləmək və s. kimi kompleks tədbirlərin həyata keçirilməsi.

 

Neft kəməri - neft və neft məhsullarının hasilat və ya işlənmə yerindən istifadə, həmçinin digər işlənmə yerinə və ya nəqliyyat vasitəsinə yükləmək məqsədilə göndərmək üçün qurğular kompleksi. Nəqliyyat neft kəmərinə (nefti mədəndən magistral neft kəmərinə, emal məhsullarını zavodlardan magistral neft məhsulları kəmərinə və s.) nəql etmək üçün magistral neft kəmərinə, mədən, zavod və neft bazası boru kəmərinə (daxili neftvurma üçün) ayrılır.

 

Neft-kimyəvi sintez - neft və təbii yanar qazların karbohidrogenləri əsasında sintetik kimyəvi məhsullar (plastik kütlə, kauçuk, lif, yuyucu maddələr və s.) alınması. N.-k.s. üzvi kimya, fiziki kimya, kimya texnologiyasının nailiyyətlərinə əsaslanır. N.-k.s. üçün xammal, neftin və təbii yanar  qazların ayrı-ayrı fraksiyaları (metan, butan qaz benzini və s.) və ya onlardan alınan fərdi karbohidrogenlərdir.

 

Neft kimyası - üzvi kimyanın bir bölməsi. Neftin və neft fraksiyalarının tərkibini, fiziki-kimyəvi xassələrini və kimyəvi emal üsullarını öyrənir.

 

Neft kimyası sənayesi - ağır sənaye sahəsi; başlıca olaraq neft və təbii yanar qaz emalı məhsulları əsasında sintetik material və məmulat istehsalını əhatə edir. N.k.s. müəssisələrində sintetik kauçuk, əsas üzvi sintez məhsulları (etilen, propilen, yuyucu maddələr və s.) rezin məmulatı texniki- asbest məmulatı hazırlanır.

 

Neft ləkəsi - su akvatoriyasının neft və neft məhsulları ilə çirklənməsi. Neft ləkələri su hövzəsinin ekoloji balansını pozur, maddələr mübadiləsinə mane olur və buna görə dəniz fauna və florasına ziyan vurur.

 

Neft maşınqayırması - bax: Kimya və neft maşınqayırması.

 

Neft mədəni - neftin və onunla birgə olan qazların Yerin dərin qatlarından çıxarılması üçün quyu, boru kəmərləri və müvafiq avadanlıqlardan ibarət texnoloji kompleks. N.m.-də quyulardan hasil edilən məhsullar (neft və onunla birgə çıxan qaz, habelə lay suları) qrup halında ölçmə qurğusuna verilir. Neftin miqdarı ölçülür, ondakı suyun və hasil olunmuş 1 t neftə düşən qazın miqdarı hesablanır. Bu ölçmələr əsasında hər bir quyu üçün ayrılıqda neftin (t-la) və qazın (m3-lə) sutkalıq debiti müəyyən olunur.

 

Neft mədənlərinin avtomatlaşdırılması - mədən texnoloji qurğuları və nəzarət-uçot proseslərinin informasiya-ölçü cihazlarının istifadəsi ilə və müasir riyazi üsullar, kibernetik hesablama-ölçü cihaz və kompleksləri əsasında avtomatlaşdırılması N.m.a. üçün keçmiş SSRİ-də ilk dəfə olaraq XX əsrin 30-cu illərində Bakı neft mədənlərində təcrübə xarakteri daşıyan tədqiqatlar aparılmışdır.

 

Neft məhsulları - neftin emalından alınan karbohidrogenlərlə onların bəzi törəmələrinin qarışığı və ya fərdi kimyəvi birləşmələr. Onlardan yanacaq, sürtkü yağı, elektroizolyasiya materialı, həlledici, yol örtüyü, neft-kimya sənayesi üçün xammal kimi və başqa məqsədlər üçün istifadə edilir. N.m.-nin əksəriyyəti ayrı-ayrı karbohidrogen komponentlərin qarışığından ibarətdir. N.m.-yə duru yanacaq və qaz yanacağı daxildir, həmçinin neft yağları öz həcmi və əhəmiyyətinə görə N.m.-nin 2-ci böyük qrupunu təşkil edir. Onların çoxu sürtkü yağlarıdır. N.m.-nin mühüm bir qrupu bərk karbohidrogenlər- parafin, serezin, petrolatum və s. daxildir. Müxtəlif həlledicilər, neft koksu, duda və s. qiymətli N.m-dir. Bakının neftayırma zavodlarında hal-hazırda 100-dən çox müxtəlif növlü neft məhsulu istehsal edilir.

 

Neft məhsullarının aromatikləşdirilməsi - neftin yüngül fraksiyalarındakı naften karbohidrogenlərini dehidrogenləşdirmə və açıq zəncirli karbohidrogenləri dehidrosikləşdirmə yolu ilə onlarda aromatik karbohidrogenlərin miqdarını artırmağa yönəldilmiş kimyəvi emal üsulları.

 

Neft məhsullarının təmizlənməsi - neftin emalından alınan distillat və qalıqlarının tərkibindən arzu olunmayan birləşmələrin çıxarılması. Sənayedə kimyəvi, fiziki-kimyəvi və katalitik təmizləmə üsullarından istifadə edilir. N.m.t.-dən alınan birləşmələr və əmələ gələn tullantılardan xalq təsərrüfatının müxtəlif sahələrində istifadə olunur.

 

Neft sənayesi - ağır sənaye sahəsi; neft və qaz yataqlarının kəşfiyyatını, quyular qazılmasını, neft və neft-qaz hasilatını, neft qazının emalını, neftin boru kəmərləri ilə nəqlini əhatə edir.

 

Neft suları - neft yataqlarının suları. Məhsuldar horizontlarda nefti müşayiət edir. Neftli layda yatımına və neft yatağına olan münasibətinə görə N.s. yan (konturarxası), daban, yuxarı, bağlı və neft yataqlarının işlənməsi zamanı layda təzyiqi saxlamaq üçün vurulan süni sulara ayrılır.

 

Neft Fondu - neftin satışından, nəqlindən və emalından toplanan və müəyyən təyinatlar üçün sərf olunması nəzərdə tutulan kapital toplusu.

 

Neft fontanı - quyudibi təzyiqin təsiri ilə neft və qazın quyudan çıxması. Qapalıaçıq növlərə ayrılır. Açıq n.f. yanğın cəhətdən təhlükəli olub, neft yatağının işlənməsinə və çıxarılan neftin keyfiyyətinə mənfi təsir göstərir. Qapalı n. f. isə tənzim edilir.

 

Neft şirkəti - neftin kəşfiyyatı, hasilatı, satışı və nəqli ilə məşğul olan istehsalat müəssisəsi.

 

Neftayırma zavodu - müxtəlif neft məhsulları əldə etmək üçün neft komponentlərini (tərkib hissələrə) ayıran müəssisə.

 

Neftayırma sənayesi - neft emalı və neft məhsulları istehsalı ilə məşğul olan ağır sənaye sahəsi. N.s. neft kimyası ilə sıx bağlıdır.

 

Neftin distilləsi - neft məhsulları və ya onların komponentlərini almaq üçün neftin qaynama temperaturları arasındakı fərqə əsasən, öz tərkib hissələrinə (fraksiyalara) ayırma. Neftin emalının ilk mərhələsi olan bu proses, qızdırılma nəticəsində neftdən əmələ gələn buxar fazasının maye neftdən tərkibcə fərqlənməsinə əsaslanır. N.d.-də birdəfəlik və ya tədricən, buxarlandırma, rektifikasiyalı və ya reaktifikasiyasız fraksiyalandırma, atmosfer təzyiqi altında və ya vakuumlu distillə üsulları tətbiq edilir.

 

Neftin ikinci üsulla əldə olunması - süni üsullarla neftin və ya qazın hasilatı. Lay təzyiqinin saxlanması qazın, suyun və ya digər maddələrin laylarla vurulması hesabına aparılır.

 

Neftin ilkin üsulla əldə olunması - ancaq təbii proseslərdən istifadə olunmaqla neftin və ya qazın hasilatı.

 

Neft markaları - neftin keyfiyyətini xarakterizə edən klassifikasiya dərəcəsi. Dünya birjalarında keyfiyyət nişanına görə neftin markası «layt» və «brent» adı ilə fərqləndirilir. Azərbaycan nefti dünya bazarına «Azəri layt» markası ilə çıxarılır. «Layt» markalı neftin qiymətinin «brent» markalı neftdən bahalılığı onun keyfiyyətinin yüksək olması ilə əlaqədardır.

 

Neftin üçüncü üsulla əldə olunması - neftin üçüncü üsulla hasilatı birinci və ya ikinci üsullarla istismar olunan layların üstündə yerləşən lay hissəsindən neftin və ya qazın çıxarılması. Çox vaxt mürəkkəb texnoloji üsullardan istifadə etməklə aparılır, məs., neftin özlülüyünün azaldılması üçün layın qızdırılması və ya neftin əridilməsi üçün kimyəvi maddələrdən istifadə və s.

 

Neftçıxarma - neftin və onunla birgə çıxan qazların Yer təkindən çıxarılması (hasilatı), toplanması və qabaqcadan emala hazırlanması (yəni sudan və bərk qatışıqlardan təmizlənməsi) prosesi.

N. prosesini üç mərhələyə ayırmaq olar:

- Neft yataqlarının işlənməsi;

- Neft quyularının istismarı;

- Neftin, onunla birgə çıxan qaz və suyun toplanması, neftdən su və mineral duzların ayrılması, neftlə birgə çıxan qazların toplanması.

 

Niqrol - transmissiya yağlarından biri, bax: Neft yağları.

 

Nümunə -  süxurun xüsusiyyətlərini öyrənmək məqsədi ilə qazma zamanı qazılan yataqdan süxur nümunəsinin götürülməsi.         

 

 

O

 

Oktan - doymuş karbohidrogen, xarakterik iyli rəngsiz mayedir. -56,80C-də donur, 125, 670C-də qaynayır; sıxlığı 200-də 0,7025 q/sm3, oktan ədədi 17-19-dur. Neftdə, distillə benzinlərində (10%-ə qədər) və sintetik benzində (çoxlu miqdarda) olur.

 

Oktan ədədi - motor yanacaqlarının (benzin və kerosinin) antidetonasiyası xassələrinin şərti göstəricisi. Yoxlanılan yanacaq, O.ə. şərti olaraq 100 qəbul edilmiş izooktan və o qəbul edilmiş N- heltanın qarışığından ibarət etalon yanacaqlarla müqayisə edilir. Həmin yanacaq demonasiyaya davamlılıq cəhətdən hansı etalon yanacağa uyğun gəlirsə, ondakı izoktanın faizi yoxlanılan yanacağın O.ə. qəbul olunur.  

 

Operator - layihənin aparıcı və məsul icraçısı. Məsələn, BP şirkəti Bakı -Ceyhan neft kəməri layihəsinin operatoru hesab olunur.    

 

 

Ö

 

Ölü neft - tərkibində qaz olmayan neft.

 

Özlülük - mayenin müəyyən temperaturda axımlılıq qabiliyyəti.

 

Özühərəkət edən platforma, dəniz qazma platforması - böyük buy sisternlərin  köməyi ilə idarə olunur. Dəniz qabarması zamanı bu sisternalar su ilə dolur və platformanı dənizin üzərində saxlayır.

 

P

 

Paker - quyunun ayrı-ayrı laylarını (neftli, qazlı, sulu, geoloji- kəşfiyyat məqsədli) bir-birindən ayırmaq, qapamaq və hermetikləşdirmək üçün vasitə və ya qurğu. Layları ayrılıqda istismar etməyə imkan verir. Quyuya borularla endirilir. Quyudibi, ayırıcıizolyasiyaedici növləri var.

 

Palçıq vulkanı - vulkan palçığı materiallarından təşkil olunmuş zirvəsində krateri olan yastı konus formalı təpə. Fasiləsiz və yaxud vaxtaşırı qaz, vulkan palçığı, suxur qırıntıları, su (bəzən neftli) püskürür. P.v. mənşəcə neft və ya qaz yataqları ilə əlaqədar olub, əsasən cavan qırışıqlıq zonalarında yayılmışdır.

 

Parafin - neft məhsulu - molekulunda 9-40 karbon atomu olan, əsasən, normal quruluşlu doymuş karbohidrogenlər qarışığından ibarətdir. Bərk parafin ərimə temperaturu 45-700C əsasən parafinli neftlərin yağ distillatlarından alınır, kimya (xammal kimi) və elektrotexnika sənayəsində izolyasiya materialı kimi, ətriyyat və yeyinti sənayelərində, tibbdə işlədilir.

 

Parafinsizləşdirmə - neft fraksiyalarından (dizel yanacağı və sürtkü yağları istehsalında) N-parafin karbohidrogenlərinin çıxarılması. P. nəticəsində məhsulun keyfiyyəti yüksəlir, donma temperaturu aşağı düşür. Dörd P. üsulu vardır.

 

Perespektivli lay - geoloqların fikrincə tərkibində neft və ya qaz olan lay.

 

Piroliz - yüksək temperaturun təsirindən destruksiya nəticəsində üzvi maddələrin kimyəvi parçalanması. P. dedikdə adətən neftin və neft qazlarının termik parçalanması nəzərdə tutulur (bax: həmçinin Krekinq). P. üzvi sintez üçün xammal əldə edilməsinin mühüm sənaye üsullarından biridir. P. üçün əsas xammal neft qazları (etan, propan) benzin və kerosin-qazoyldur. Əsas P. məhsulları doymamış karbohidrogenlər, etilen, propilen və butadienlə zəngin olan qazlardır. Həmin qazlardan plastik kütlə, sintetik lif, sintetik kauçuk və s. məhsul növlərinin istehsalı üçün müxtəlif polimerlər alınır.

 

Plazma ilə qazma - xüsusi konstruksiyalı plazmatromla, plazmaburla qazma üsulu.

 

Platforma - dəniz üzərində yerləşən və dəniz yataqlarını istismar etmək üçün nəzərdə tutulmuş kompleks avadanlıq.

 

Plotforminq - neft məhsullarının katalitik emalı növlərindən biri; avtomobil benzini və aromatik karbohidrogenlərin yüksək oktanlı komponentlərini almaq üçün işlədilir. P. hidrogen axınının təzyiqi altında pratili alüminium- oksid katalizatorunun iştirakı ilə aparılır (ətraflı məlumat üçün bax: Riforminq).

 

Preventor - qazma quyusunun ağzını kipləşdirmək və neft, yaxud qaz fontanları tullantılarının qarşısını almaq üçün quyunun ağzında quraşdırılan tərtibat.

 

Propan - doymuş karbohidrogenlərdən biri. Rəngsiz, iysiz, yanıcı qazdır. -42,10C-də mayeləşir, -187,70C-də donur. Hava ilə qarışığında 2,1-9,5% (həcmcə) P. olduqda partlayışa səbəb ola bilər. Təbii yanar qazlarda, neftlə birgə çıxan və neft emalı qazlarında olur. P.-dan həlledici kimi (məs. Neft məhsullarının parafinsizləşdirilməsində) istifadə edilir.

 

Propilen, propen- doymamış karbohidrogenlərdən biri, zəif iyli, rəngsiz, yanıcı qazdır; -47,70C- də mayeləşir, -1850C-də donur. Sənayedə neft fraksiyalarının pirolizindən və propanı katalitik hidrogensizləşdirməklə alınır. Kimya sənayesi üçün ən mühüm xammal növlərindən biridir. Ondan qliserin, aseton, fenol, butadien və s. alınır.

 

 

R

 

Reaktiv mühərrik yanacağı - aviasiya reaktiv mühərrikləri üçün istehsal olunan yanacaq. Ən çox işlədilən R.m.y. azkükürdlü neftlərin birbaşa distilləsindən alınan kerosin fraksiyasıdır. Termik sabitliyi yüksək olan yanacaq almaq üçün neftin birbaşa distillə fraksiyaları selektiv surətdə hidrogenləşdirilir.

 

Reaktiv- turbin qazma qurğusu - bax: Reaktiv- turbin qazması.

 

Reaktiv turbin qazması - reaktiv turbin qazma quyusunun köməyi ilə böyük diametrli şaquli quyuların qazılması üsulu. Bu üsul neft, qaz, texniki, ventilyasiya və s. quyuların yuxarı intervallarını qazmaq, neft və digər faydalı qazıntı yataqlarında istismar və ventilyasiya lüləsi, habelə hidrotexniki qurğular tikmək üçün istifadə olunur. R.t.q.-da baltaların diametri qazılan quyunun diametrindən xeyli kiçik olur.

 

Rezervuar - maye və qazları saxlamaq üçün qurğu. R. yer üstündə, yerdə və yer altında quraşdırılır. Əsasən metal və dəmir-betondan hazırlanır. Silindrik, sferik və prizma formasında düzəldilir.

 

Riforminq - yüksək oktanlı benzin və aromatik karbohidrogenlər almaq məqsədi ilə neftin benzin və liqroin fraksiyalarının yenidən emalı prosesi. Benzol, toluol, ksilol almaq üçün, əsasən R. qurğularından istifadə edilir.

 

Royalt vergisi - bax: Mədən vergisi.

 

Rotorla qazma - fırlanma qazmasının növü, bu üsulda balta quyuda qazma kəməri vasitəsilə quyu ağzında qoyulmuş rotorla fırladılır. Kəşfiyyat, istismar quyuları və xüsusi məqsədlə quyu qazılmasında tətbiq edilir. R.q.-nın üstünlükləri: xüsusilə dərin qazmada baltanın işləmə müddəti çoxalır; qazma baltasına lazım olan boyuna yükü vermək mümkündür; təzyiq itkisi az olur və s. Mənfi cəhətləri: enerji sərfi çox olur, qazma boruları tez işdən çıxır və s.

 

Ruberoid - dama döşənən hidroizolyasiya materialı. Xüsusi dam kartonuna tez əriyən neft bitumları hopdurub, sonra hər iki üzünə çətin əriyən bitum yaxmaqla alınır.

 

 

S

 

Seysmik karotaj - quyularda suxurların seysmik xüsusiyyətlərinin elastik dalğaların sürətlərini, onların əksolunma, keçmə və udulma əmsallarını təyin etməklə tədqiqi. S.k.-nın 2 növü var: düz  s.k.tərs s.k. Süxurların tərkibinin öyrənilməsində neftli-qazlı layların seçilməsində və quyuların texniki vəziyyətinə nəzarət edilməsində işlədilir. S.k. Azərbaycan respublikasında neft və qaz yataqlarının kəşfində geniş tətbiq edilir.

 

Seysmik kəşfiyyat - partlayış və ya mexaniki zərbə ilə yaranmış elastik dalğaların Yer qabığında yayılması xüsusiyyətlərinin öyrənilməsinə əsaslanan geofiziki kəşfiyyat metodları. S.k.-ın iki əsas metodu var: əks olunan dalğalarsınan dalğalar. S.k. struktur və regional geoloji məsələlərin həllində neft, qaz və s. faydalı qazıntı yataqlarının axtarışında  və s. tətbiq olunur.

 

Sementləmə, quyuların sementlənməsi - qoruyucu kəmərlə quyu divarları arasındakı fəzanın sement məhlulu ilə doldurulması. S. neft, qaz və su laylarını bir-birindən ayırmaq, istismar olunan neft və qaz quyularına kənar suların keçməsinin qarşısını almaq, həmçinin kəməri lay sularının korroziyasından qorumaq və quyunun divarlarını möhkəmlətmək məqsədi ilə aparılır. S.-dən neft və qaz quyularının əsaslı təmirində, qazma zamanı baş verən qəzalarla mübarizədə və s. hallarda da istifadə olunur.

 

Separator - sıxlıqlarından asılı olaraq quyudan çıxarılan filtiratın tərkibində olan qazı, suyu və nefti quyu ağzında ayıran qurğu.

 

Setan - doymuş karbohidrogen; 18,20C-də əriyən və 286,80C-də qaynayan rəngsiz mayedir. S.-dən dizel yanacağının keyfiyyətini müəyyən etmək üçün etalon kimi istifadə edilir.

 

Setan ədədi - mühərrikin silindrində dizel yanacağının alışıb yanma xassəsini müəyyən edən şərti xarakteristika. Müasir dizel yanacaqlarının S.ə. 40-55 arasındadır.

 

Səyyar qazma qurğusu - bax: Qazma qurğusu.

 

Səmt qazı - lay süxurlarını doydurmuş azad və ya həll olunmuş qazlar.

 

Sənaye yağları - sənaye və məişətdə maşın, cihaz və s. mexanizm növlərini yağlamaq üçün işlədilən neft yağları. Özlülüyündən asılı olaraq S.y.-ni üç qrupa ayırırlar: yüngül, ortaağır. S.y-nə bu üç qrupun yağlarından əlavə nəzarət- ölçü cihazlarını yağlamaq üçün işlədilən cihaz yağları , həmçinin hidravlik və vakuum yağlrı da daxildir.

 

Silindr yağları - buxar maşınlarının, silindr, ştok və klapanlarını yağlamaq üçün işlədilən aztəmizlənmiş neft yağları.

 

Sintetik kauçuk sənayesi - bax: Neft kimyası sənayesi.

 

Sintetik maye yanacağı - sintez yolu ilə alınaraq daxiliyanma mühərriklərində işlədilən yanacaq növü. Təbii qazlardan və daş kömürün qazlaşdırılmasından alınan karbon 2-oksidlə (CO) hidrogen (H2) qarışığından sintez edilir.

 

Sistern - maye və səpələnən materialları saxlamaq və daşımaq üçün qapalı tutum. Yerləşdirilməsinə görə yeraltı, yarı yeraltıyerüstü növləri var. Dəmiryol sisterni silindrik formalı qaynaqlanmış metal rezervuardan ibarət vaqondur. Mayeni boşaltmaq üçün xüsusi axıdıcı qurğu ilə təchiz edilir.

 

Solyar yağı - neftin təqribən 240-4000C-də qaynayan fraksiyası. Qazoyl, yüngülağır s.y. növlərinə bölünür. S.y. kiçik sürətli traktorlar və gəmi dizelləri üçün yanacaq növüdür.

 

Sualtı faydalı qazıntı istehsalı - su altından (çay, göl, dəniz və okean dibindən) faydalı qazıntıların çıxarılması. Mədən, geoloji və hidrometeoroloji şəraitdən, yatağın işlənməsi dərinliyi və faydalı qazıntının növündən asılı olaraq müxtəlif texniki vasitələr və çıxarma üsulları tətbiq edilir. Su altından neft çıxarmaq üçün Avropada ilk dəniz quyusu 1925-ci ildə Azərbaycan ərazisində  qazılmışdır.

 

Sübut olunmuş ehtiyatlar - geoloji və texniki informasiyaya əsaslanaraq hazırda açıqlanmış neft və qaz laylarından iqtisadi və texniki baxımdan çıxarıla bilən karbohidratların qiymətləndirilmiş ehtiyatları.

 

Sübut olunmuş yataq - fiziki uzunluğu və qiymətləndirilmiş ehtiyatı müəyyən olunmuş neft və ya qaz yatağı.

 

Sürtkü materialı - yağlayıcı təsirə malik olan maddələr.

 

Sürtkü yağları - maşın, mexanizm, mühərrik, sənaye avadanlığı, cihaz və s. sürtünən hissələri yağlamaq üçün işlədilən neft yağları və sintetik yağlar.

 

Sütuncuqlu balta - sütuncuqlu qazıma qurğusunun işlək orqanı; qazma, süxur sütununu massivdən qoparmaq və Yer səthinə olduğu kimi qaldırmaq üçündür. Bax: həmçinin Qazma baltası.

 

Sütuncuqlu qazma - bərk faydalı qazıntılar kəşfiyyatında, həmçinin mühəndis-geoloji axtarış işlərində sütuncuqlu balta komplekti ilə aparılan və süxur nümunəsini quyu dibindən olduğu kimi qaldırmaq üçün istifadə edilən fırlanma qazması. S.q.-da quyudibi halqavari qazılır.

 

Süxurlar - mineroloji və kimyəvi tərkibi qismən sabit mineralların təbii aqreqatları. Yer qabığını təşkil edən müstəqil kütlələr əmələ gətirir.

 

Süxurların məsaməliliyi - süxurlardakı boşluqların məcmusu. S.m.-nin miqdarı bütün məsamələr həcminin süxurun ümumi həcminə olan nisbətilə ifadə edilir. Neft geologiyasında S.m. iki yerə ayrılır: effektiv (neft və qazla tutulmuş məsamələrin məcmusu) və dinamik (müəyyən təzyiq və temperaturda maye və qazın hərəkət edə bildiyi məsamələrin həcmi). S.m.-nin öyrənilməsi nəticələrindən faydalı qazıntı (məs., neft və qaz) ehtiyatlarının hesablanmasında, onların işlənmə texnologiyasının seçilməsində və s. istifadə edilir.

 

 

T

 

Tanker - rezervuarlarında maye, yarımmaye və səpələnən yüklər (neft, benzin və sürtkü yağları və s.) daşıyan gəmi.

 

Termiki qazma - mədən süxurlarına səsdən sürətli, yüksək temperaturlu qaz axını və ya plazma ilə (bax: Plazma ilə qazma) təsir etməklə quyu qazma üsulu. T.q.-da işlədilən alət reaktiv mühərrik prinsipinə görə işləyir. T.q.-dən kvarslı süxurlarda istifadə etmək daha effektlidir. Çox baha başa gəldiyindən dərin qazımada tətbiq edilmir.

 

Termik neftçıxarma - neft laylarına istilik (elektrik enerjisi, buxar, qızdırılımış su) verməklə neftin Yer səthinə qaldırılması üsulu. T.n.-dan əsasən, kiçik təzyiqli və yüksək özlülüklü nefti olan layların işlənməsində istifadə olunur. Bax: Təkrar istismar üsulları.

 

Terminal - xam neft məhsulunun toplandığı və nəql olunduğu anbar. Azərbaycanda ən böyük neft terminalı Sanqaçal terminalıdır. Bakıdan 42 km. aralıda yerləşən bu terminal 2003-ci ilin aprelində istifadəyə verilib. Orada ümumi tutumu  100 000 m3 -dən artıq olan 4 çən var. Terminal xam nefti ölçmək və ixrac boru kəmərinə vurmaq üçün müasir qurğularla təchiz olunub.

 

Təbii ehtiyatlar - bəşəriyyətin varlığı üçün zəruri olan və təsərrüfatda istifadə edilən təbiət elementləri.

 

Təkrar istismar üsulları - layların neftvermə qabiliyyətinin artırılması, quyuların məhsuldarlığını və layın neftvermə qabiliyyətini artırmaq üçün tətbiq edilən termiki və kimyəvi üsullar. T.i.ü. ilə tərkibində parafin-qatran-asfalten maddələri çox və özlülüyü yüksək olan ağır neftlər laydan qismən (bəzən tamamilə çıxarılır). T.i.ü. quyudibi ətrafı zonasını qızdırma, laya termiki və kimyəvi təsiretmə üsuslarına ayrılır. Bu üsulla layın neftvermə qabiliyyətini 10-12% artırmaq olur. Azərbaycan Respublikasının neft mədənlərində T.i.ü.-dən geniş istifadə olunur.

 

Tələ -  neft və qazın hərəkətinə (miqrasiyasına) maneçilik göstərən şəraitin olması ilə fərqlənən keçirici neftli-qazlı layın bir hissəsi.

 

Toluol - metilbenzol, benzolaoxşar iyli, rəngsiz yanan maye. 110,60C-də qaynayır, -950C-də donur. Tərkibində həcmcə 1,27-7,0% T. olan hava partlayış cəhətdən təhlükəlidir. Sənayedə onu əsas etibarilə daş kömür qatranından və neftin termik emalından alınan məhsullardan ayırırlar. T.-dən boya, partlayıcı maddə və s. istehsalında işlədilir.

 

Torpaq qurğular - Tamamilə və ya əsasən, qruntdan hazırlanan qurğu.

 

Torpağın rekultivasiyası - insan fəaliyyəti nəticəsində (faydalı qazıntıların çıxarılması, su qurğularının yaradılması və s.) yararsız hala düşmüş torpaqların məhsuldarlığının bərpa edilməsi.

 

Transmissiya yağları - tərkibində yeyilməyə qarşı aşqar (kükürdlü və xlorlu üzvi birləşmələr və s.) olan neft yağları.

 

Transformator yağları - neft yağları və ya sintetik yağlar; transformatorlarda və yağla doldurulmuş digər elektrik təchizatlarında, elektrik ayrıcılarında elektroizoləedici mühit kimi işlədilir. Əsasən neftlərin parafinsiz və az qatranlı yağ distillatlarından alınır.

 

Turbin qazması - turboburdan istifadə etməklə qazma üsulu; fırlanma qazmasının bir növü. Bu üsulla süxuru qazmaq üçün lazımi enerji baltaya bilavasitə, yəni qazma kəmərini fırlatmadan quyudibindəki turboburla verilir. T.q. maili qazmada, dərin, çox dərin quyular qazılmasında daha çox tətbiq edilir. Hazırda neft və qaz quyuları qazılmasının ümumi həcminin 70-80%-ni təşkil edir.

 

Turbin yağları - sürtkü yağları, buxar, su turbini, turbanasos, turbakompressorlu maşınlardakı val və köməkçi mexanizmləri yağlamaq və ya soyutmaq üçün, dövri sistemlə işləyən digər sənaye mexanizmlərdə isə işçi maye kimi istifadə edilir. T.y. az kükürdlü parafinsiz və ya kükürdlü parafinli neftlərdən dərin təmizləmə üsulu ilə alınan distillat yağlarıdır.

 

Turbobur, turbin qazıyıcısı - hidravlik turbinlər vasitəsilə qazma baltasına bilavasitə quyudibinə fırlanma hərəkəti verən mühərrik. Əsasən neft, qaz və şaxta quyularının qazılmasında tətbiq olunur. İlk dəfə 1924-cü ildə Suraxanı mədənlərində reduktorlu T. tətbiq edilmişdir.

 

Turbokompressor - qazı sıxmaq və ötürmək üçün kürəkli kompressor; turbokompressor mühərrikinin əsas aqreqatı.

 

Tutucu kalibr - bax: Tutucu alət.

 

Turş qudron - neft məhsullarını qatı sulfat turşusu ilə təmizləyərkən alınan tullantı; qara, qatranvari kütlə. Üzvi hissədən və sərbəst sulfat turşusundan (15-70%) ibarətdir. Sulfat turşusunun regenarasiyasından sonra qalan üzvi hissə bitum və yanacaq kimi işlədilir.

 

Tutucu alət (qazmada) - qazma zamanı neft və qaz quyularında baş vermiş qəzalar nəticəsində orada qalmış boru kəmərini, qazıma alətinin aşağı hissə dəstini, quyudibi mühərrikini, baltanı və onların ayrı-ayrı hissələrini, həmçinin quyuya düşmüş xırda metal hissələrini tutub qaldırmaq üçün işlədilən qəza alətləri.

 

 

U

 

Uayt-spirit - neftin fraksiyası. 165-2000C-də ayrılan maye karbohidrogen qarışığı. Neftin birbaşa qovulmasından alınır. Əsasən lak - boya sənayesində həlledici kimi işlədilir.

 

Universal preventor - qazma zamanı neft və qaz quyularının ağzını kipləşdirmək üçün işlədilən avadanlıq. U.p.-dən sualtı quyuların qazılmasında da istifadə olunur.

 

 

Ü

 

Üzvi həlledicilər - müxtəlif maddələri həll etmək üçün işlədilən uçucu üzvi maddələr və ya onların qarışığı. Benzin, benzol, tolyol və s. Ü.h.-dəndir.

 

Üzən qazma qurğuları - dəniz akvatoriyalarında axtarış, struktur-axtarış və kəşfiyyat quyuları qazmaq məqsədi ilə işlədilən səyyar dəniz qurğuları. Qazma işləri başa çatdırıldıqdan sonra Ü.q.q. yedəklənib, yeni quyu qazılacaq sahəyə aparıla bilər ki, bu da onların stasionar qazma qurğularına nisbətən, böyük iqtisadi səmərəliliyini təmin edir. Ü.q.q. əsasən batırılan, domkratlı, yarımbatırılan tipli Ü.q.q.-nə və qazıma gəmisinə bölünür.

 

Üzən əsaslar - dəniz və okeanların mineral sərvətlərinin faydalı qazıntı ehtiyatlarının mənimsənilməsində işlədilən səyyar qurğular. Buraya üzən qazma və istismar qurğuları, neft anbarları, təbii və neft qazlarını mayeləşdirmək üçün platformalar, sualtı neft və qaz kəməri çəkən qurğular və s. qurğular daxildir.

 

 

 

F

 

Faydalı qazıntı yatağı - sənaye əhəmiyyətli təbii mineral xammal yığını. Adətən lay, damar, ştok, yuva formalarında olur. Bax: Yataq.

 

Faydalı qazıntılar - Yer qabığında maddi istehsal sahəsində effektiv istifadə oluna bilən üzvi və qeyri-üzvi mənşəli mineral aqreqatları; bərk, maye və qaz halında olur.

 

Faydalı qazıntıların geo - kimyəvi axtarışları - faydalı qazıntı yataqlarını aşkara çıxartmaq məqsədi ilə metosfer, hidrosfer, atmosfer və biosferdə elementlərin paylanması qanunauyğunluqlarının tədqiqinə əsaslanan metodlar. Bir sıra bölməyə ayrılır ki, bunların içərisindən metokimyəvi planalma metodu (süxurların və onların aşınma məhsullarının kütləvi yoxlanmasına əsaslanır) daha əhəmiyyətlidir. Neft və qaz yataqlarının geokimyəvi axtarışları süxur nümunəsindəki karbohidrogen qazlarının miqdarının təyininə əsaslanır (bax: Qaz planlaması, Qaz karotajı).

 

Filtirat - quyudan çıxarılan neftin, qazın və qumun qarışığı.

 

Fitinq - boru kəmərlərini birləşdirən detal. Boru kəmərlərinin budaqlanan, dönən yerlərində, bir boru kəmərindən digər diametrli boru kəmərinə keçid yerlərində quraşdırılır.

 

Fırlanma qazması - neft, qaz, şaxta və s. quyuların qazılmasında tətbiq edilən qazma üsulları. F.q-nə rotorla qazma, turbin qazması daxildir.

 

Fontan armaturu - fontan vuran neft və qaz quyularının  ağzını kipləşdirmək, onlara nəzarət etmək və istismar rejimini tənzimləmək məqsədi ilə istifadə olunan quyuüstü avadanlığı. Yerüstü (quruda qazılmış quyular üçün) və sualtı (dəniz quyuları) F.a. vardır. Eyni zamanda iki və daha çox laydan neft çıxarılan quyular ayrılıqda istismar F. a. ilə təchiz olunur.

 

Fontan quyusu - lay enerjisinin təsiri altında və ya quyudan neft çıxaranda neftli laylardan ayrılan qazın genişlənməsi nəticəsində fontan vuran quyu.

 

Fontan üsulu ilə neftçıxarma - lay enerjisinin təsiri ilə quyulardan neftin, qaz-kondensatın yer səthinə qaldırılması.

 

Fraksiya - səpələnən və ya xırda parçalar şəklində olan bərk materialın və duru qarışığın (məs. neftin) müəyyən əlamətə (hissəcik və ya dənəciklərin ölçüsünə, sıxlılığına, qaynama temperaturuna və s.) görə ayrılmış hissələri.

 

Fraksiyalaraayırma distilləsi - mayelər qarışığını fraksiyalara, yəni məhdud temperatur intervallarında qaynayan hissələrə ayırma prosesi. Distillə yolu ilə alınan fraksiyalara distillat deyilir. F.d.-dən neftayırma sənayesində benzin, kerosin və s. almaq üçün istifadə edilir.

 

 

X

 

Xam neft - karbohidrogenlərin bəzi naftenlərin, həmçinin müxtəlif oksigenli, kükürdlü və azotlu birləşmələrin mürəkkəb qarışığı.

 

Xammalın bölünməsi - bax: «Hasilatın pay bölgüsü».

 

Xəlilov açarı - neft və qaz quyularının yeraltı təmirində nasos- kompressor borularını (diametri 20-dən 132mm-dək) bağlamaq və açmaq üçün alət. İlk dəfə 1956-cı ildə Azərbaycan alimi A.A.Xəlilov tərəfindən yaradılmış və Azərbaycanın neft mədənlərində sınaqdan keçirilmişdir.

 

 

H

 

Hava qazı - yanacağın qazlaşdırılmasından alınan məhsul. Qaz generatorlarında bərk qızdırılmış yanacağın hava ilə qarşılıqlı təsirindən yaranır.

 

Hasilat sənayesi - yerin təkindən, sudan və meşədən müxtəlif növ xammal və yanacaq hasil edən istehsal sahəsi.

 

«Hasilatın pay bölgüsü» (HPB) - hazırda bazar iqtisadiyyatının yenicə formalaşdığı ölkələrdə daha geniş yayılmış müqavilə münasibətləri formasıdır. HPB müqaviləsinin şərtləri adətən ölkənin milli qanunvericiliyində (əksər hallarda HPB haqqında qanunda) müəyyən edilir. Mahiyyət baxımından HPB ilə konsessiya müqaviləsi arasında başlıca fərq bundan ibarətdir ki, HPB müqavilələrində dövlətə, müəyyən vergi və qeyri-vergi ödənişləri ilə yanaşı, hasil olunan neftin (mənfəət neftinin) bir hissəsi də məhsul formasında çatır.

 

Hidravlik zərbə - boruda maye axını sürətinin  birdən-birə kəskin dəyişməsi. Boruda siyirtmənin tez bağlanması, turbin və ya nasosun işinin birdən-birə saxlanması nəticəsində baş verə bilər.

 

Hidravlik yarılma, layın hidravlik yarılması - süxura özlü maye ( mineral yağlar, çox vaxt özlü neft, emulsiya və s.) vurmaq nəticəsində quyudibində yaranan təzyiq hesabına qazıma quyusu ətrafındakı mədən süxurlarında çatlar yaratma üsulu. Çatlar yarandıqdan sonra süxur təzyiqinin təsirindən onlar bitişməsin deyə quyuya bərk hissəcikli (qumlu) özlü maye qarışığı vurulur. H.y.-dən neft, qaz quyularının məhsuldarlığını artırmaq və s. üçün istifadə edilir.

 

Hidro-krekinq - tərkibində kükürdlü və qatranlı birləşmələrin miqdarı çox olan, buna görə də adi katalitik üsulla emal edilməyə yaramayan orta və ağır neft distillatlarının hidrogenin iştirakı ilə emalı. H. k. - 350 - 4500  C-də 3-14 mn/m2 (30-140 at) təzyiq altında aparılır və 1 m3 xammala 170-350 m3 hidrogen sərf olunur.

 

Hidrogen-sulfid - hidrogenin kükürdlə ən sadə birləşməsi. Rəngsiz, lax yumurta iyi verən qazdır, zəhərlidir. H.- s. neft və qaz yataqlarından çıxan sularda olur.

 

Hidromonitor balta - qazma baltası; neft, daş kömür və digər filizçıxarma mədənlərində süxuru dağıtmaq, yaxud bu prosesi sürətləndirmək üçün işlədilir. Quyuya vurulan məhlul (yuyucu məhlul, su) H.b.-nin yuma dəliklərindən (gözlərindən) böyük sürətlə (70-110 m/san) çıxdıqdan sonra yaranan hidravlik qüvvə süxuru dağıdır.

 

Hidroforminq - neft məhsullarının emalı üsullarından biri. Bax: Riforminq.

 

«Holland sindromu» - bu terminin meydana gəlməsi ötən əsrin 50-ci illərinin sonu, 60-cı illərinin əvvəlində Şimal dənizinin Hollandiyaya məxsus sektorunda təbii qaz yataqlarının kəşfi ilə əlaqədardır. O dövrdə ölkədən təbii qaz ixracının kəskin artması milli valyutanın əhəmiyyətli dərəcədə möhkəmlənməsinə gətirib çıxarmışdı ki, bu da digər ixracyönümlü sahələrə özünün mənfi təsirini göstərirdi. «Holland sindromu» dedikdə, əksər hallarda milli valyutanın kursunun iqtisadi sahələrdən birinin məhsulunun ixracının artması hesabına möhkəmlənməsi və bunun digər sahələr və bütövlükdə iqtisadiyyat üçün mənfi təsiri nəzərdə tutulur.

 

Horizont (geologiyada) - müəyyən üzvi qalıqlar kompleksi ilə xarakterizə olunan müxtəlif metoloji tərkibli eyni yaşlı süxurları əhatə edir.

 

 

Ç

 

Çən - bax: Rezervuar.

 

Çox dərin qazma - çox dərindəki faydalı qazıntı laylarını açmaq məqsədi ilə, habelə Yer qabığının və yuxarı mantiya qatının tədqiqi üçün 6000 m-dək və daha dərin quyu qazma dünyada ən dərin iki quyudan biri (layihə dərinliyi 15 km.) Azərbaycan Respublikasının Saatlı rayonu ərazisindədir. Quyunun qazılmış hissəsi 8324 m.-dir. Ç.d.q. rotorla, turbinlə və ya hər iki üsulu istifadə etməklə qazılır.

 

Çoxdibli qazıma - məhsuldar lay (neft, qaz və s.) sahəsindəki əsas quyu lüləsindən kəskin əyilmiş şəkildə budaqlanmış əlavə quyular qazma. Ç.q. - dan neft və qaz çıxarılmasında istifadə edilir. Ç.q. - nin mühüm üstünlüyü yataqdan nefti daha tam çıxartmağın mümkün olmasıdır.

 

Çökdürücü qurğular - maşın və texnoloji qurğularda sənaye yağları, benzin və s. - ni çökdürmə yolu ilə təmizləmək üçün işlədilən qurğular.

 

Çökmə süxurlar - quru səthində və ya müxtəlif su hövzələrində əvvəl mövcud olmuş süxurların və orqanizm qalıqlarının pozulma məhsullarının toplanması nəticəsində əmələ gəlmiş süxurlar. Faydalı qazıntıların 75% - dən çoxu (neft, kömür və s.) Ç. s. - dan hasil edilir.

 

 

 

C

 

Cihaz yağları - neft yağları, əsasən nəzarət-ölçü aparatlarının yoxlanmasında istifadə edilir. Sənaye yağlarına aiddir.

 

 

 

Ş

 

Şaroşkalı balta - bax: Qazma baltası.

 

Şaroşkalı baltalarla qazma - quyuları şaroşkalı baltalarla qazma üsulu. Bu üsuldan dərin (bir neçə km.) geoloji-kəşfiyyat, neft və qaz quyuları və s. qazılmasında istifadə edilir.

 

Şaxta quyusu - bax: Quyu.

 

Şaxta lüləsi - yer səthinə çıxışı olan yeraltı şaquli və ya maili mədən qazması.

 

Şaxta üsulu ilə neftçıxarma - yeraltı mədən qazları sistemi çəkməklə neft hasilatı. Çox özlü neft yataqlarının və müxtəlif energetik səviyyəli orta özlüklü neft yataqlarının işlənilməsi üçün tətbiq edilir. Texnoloji cəhətdən Ş.ü.i.n. - nın üstünlüyü bunlardır: məhsuldar laya bilavasitə yol açılması sayəsində oraya istilik daşıyıcı vurduqda onun itkisini azaltmağa, məhsuldar layı tam açmağa və neft ehtiyatlarından tamamilə istifadə etməyə imkan verir; görülən işlər hava şəraitindən asılı olmur. Aktiv qazlar, kontur və quyudibi suların mövcudluğu, məhsuldar laydakı kövrək süxur və s. bu üsulun çatışmayan cəhətləridir.

 

Şərti yanacaq - müxtəlif yanacaq növlərinin effektivliyini müqayisə etmək və onların ümumi hesabını (uçotunu) aparmaq üçün işlədilən üzvi yanacağın uçot vahidi.

Ş.y. vahidi kimi yanma istiliyi 7000 kkal/kq (29,3 Mc/kq) olan 1kq. yanacaq qəbul olunmuşdur.

 

Şəffaf neft - şəffaf neft məhsulu. Neftayırma prosesində alınan ən yüngül neft məhsulları.

 

Şlam - qazma zamanı quyunun dibində əmələ gəlmiş xırda süxur qırıntılarına deyilir. Yer səthinə balta və qazma borusundan keçərək cərəyan edən gilli məhlul vasitəsilə çıxarılır.

 

Şurf - yatağın parametrləri haqqında məlumat əldə etmək üçün istifadə olunan quyu.

 

Ştanq - texnikada bir çox alət, mexanizmdə detal kimi istifadə edilən metal mil; məs, qazma ştanqı - aşağı ucuna qazma alətləri bağlanan metal mil. Ştanqlı nasosda Ş. hərəkəti mancanaq dəzgahından alıb dərinlik nasosunun plunjerinə ötürür.

 

Ştanqla Qazma - bax: Qazma.

 

Ştanqsız dərinlik nasosu ilə neftçıxarma - bax: Dərinlik nasosu ilə neftçıxarma.

 

 

 

© www.himayadar-az.org