Şəhla Nağıyeva

 

 

 

 

 

 

 

 

 

Poeziya tərcüməsinin bəzi məsələləri

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı  2011

 

 

 

Mündəricat

 

§1. Bədii tərcümə tarixinə  nəzər.......................................

§2 Azərbaycan və ingilis poeziyasında forma: qarşılıqlı tərcümənin problemləri..................................................................................................

§3. Tərcümə: məzmun, ritm, intonasiya, qafiyə və orijinalın ruhu...........................................................................................................

§4. Mütərcim mövqeyi............................................................................

§5. Klassik və müasir poeziyanın ingilis dilindən tərcüməsi: şeirin ruhu və adekvatlıq..................................................................................................

§6. Poetik tərcümənin özəlliyi və gözəlliyi............................................

Əlavə:  Azərbaycan və ingilis poeziyasından  tərcümə nümunələri..................................................................................................

 

Ədəbiyyat    siyahısı.....................................................................................

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəhla Bədir qızı Nağıyeva

Poeziya tərcüməsinin bəzi məsələləri.

Dərs vəsaiti

Bakı  2011

 

Tədris prosesində bədii tərcümənin, xüsusən də poetik tərcümənin öyrənilib araşdırılması xüsusi diqqət tələb edir. Bu sahədə tələbələr üçün ayrıca vəsaitin azlığını nəzərə alan müəllif ayrı-ayrı mənbə, nəşr, eləcə də toplu, məcmuə və internet saytlarında poetik tərcüməyə dair mühakimə və fikirlər nəşrə təqdim edilən dərs vəsaitində ümumiləşdirilmişdir.

Vəsaitdə  bədii tərcümənin tarixi, Azərbaycan və ingilis poeziyasında formal quruluş: qarşılıqlı tərcümənin özəllikləri, eləcə də tərcümə prosesində bir sıra digər vacib problemlərin  aradan qaldırılıması yolları haqqında təhlil və şərhlər verilmişdir.

Azərbaycan şairlərinin ingilis dilinə tərcümələri ilə yanaşı poetik tərcümədə adekvatlıq, məzmun və forma vəhdətinin və s. ortaya çıxardığı problemlərə dair materiallar təqdim edilmişdir.

Dərs vəsaiti respublika ali məktəblərinin filologiya (ingilis dili və ədəbiyyatı) fakültələrinin bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. “Bədii tərcümə” fənninin tədrisi üçün 60 auditoriya saatı müəyyənləşdirilmişdir. Həmin saatlardan 30 saat vəsaitdə nəzərdə tutulan mövzuların öyrənilməsinə həsr edilə bilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

§1. Bədii tərcümə tarixinə  nəzər

 

Bədii tərcümə - bədii əsərin bir dildən başqa dilə çevrilməsi ədəbi yaradıcılıq növü kimi tanınıb. Bədii tərcümə digər təecümə nümunələrindən orijinal bədii yaradıcılıqla bilavasitə bağlılığı ilə fərqlənir. Çünki bədii tərcümədə söz estetik mahiyyət kəsb edir. Bədii tərcümə həm də orijinal yaradıcılıqdan tərcümə obyektindən asılılığı ilə fərqlənir.

Bədii tərcümə tarixi hər bir xalqın milli ədəbiyyat tarixinin ayrılmaz tərkib hissəsidir. Deməli, inkişaf səviyyəsindən, tarixindən və dünya miqyasında oynadığı roldan asılı olmayaraq bütün xalqların ədəbiyyatında bədii tərcümə xüsusi rola malikdir.

Doğrudur, hələ lap qədim dövrlərdən başlayaraq dünyanın müxtəlif yerlərində bədii tərcümə işinə maraq göstərilmiş, yeni bədii tərcümə nümunələri meydana gəlmişdir. Lakin tərcüməyə belə maraqla yanaşı elə qədim dövrlərdən bəri bədii tərcüməyə fərqli baxışlar da mövcud olmuşdur. Tarixin müxtəlif mərhələlərində, ümumiyyətlə, bədii tərcümənin orijinalın təhrif olunması vasitəsi kimi əleyhinə çıxanlar, bu işin mənasız məşğuliyyət kimi dəyərləndirənlər tapılmışdır. Lakin bədii tərcümə sənətinə ziddiyətli baxış və münasibət bu sənətin qarşısını ala bilməmiş, bədii tərcümə ədəbi yaradıcılıq növü kimi formalaşmışdır.

Bədii tərcümə bu günkü ədəbi yaradıcılıq növü səviyyəsinə çatınca uzun və tarixi bir yol keçmişdir.          

Mütəxəssislər mədəniyyətlərarası körpü rolunu oynayan tərcümənin bir sənət  kimi lap  qədimlərdən  mövcud olduğunu  çoxdan sübut etmişlər. Ilk tərcümə nümunlərinin qədim Misirdə olduğu düşünülür. Bu nümunələr qədim şumer eposu olan “Qilqamış”dan parçaların  bir neçə Asiya dillərinə tərcümələri hesab edilir. Bu dövr üçün yunan dilindən tərcümələr də səciyyəvi xarakter daşıyır.  Həmin vaxt yəhudilər Mesapotamiyadan köləlikdən azad olub öz ölkələrinə qayıdanda  Müqəddəs kitablarının dilini başa düşmədiklərinə görə onların tərcümə edilməsini tələb etmələrinə dair bir sıra hekayətlər yaranmışdır.

Təxminən eramızdan əvvəl 1300-cü ildə “Əhdi-Ətiq” (“Old Testament”) tərcümə edilmişdir. Misir fironu II Psamtikin hakimiyyəti dövründə (e.ə. 595-589) gənc oğlanlar təhsil alıb tərcüməçi olmaq üçün Misirdən Yunanıstana göndərilirdilər. Deyilənə görə Makedoniyalı İsgəndər İranla müharibə apararkən fars mənşəli bir gənc onu müşaiət edirdi.

Hələ “eramızdan əvvəl III–II əsrlərdə  Luçiy Liviy  Andronik  Homerin məşhur “Odisseya” əsərini  latın dilinə  tərcümə edərək dünya  ədəbiyyatı tarixində  bədii tərcümənin  bizə məlum  nümunəsini  yaratmışdır” (38, 555-557).

Bu kiçik nümunələr də tərcümə tarixinin qədimliyindən xəbər verir. Lakin bədii tərcümənin tarixinin daha qədim dövrlərə gedib çıxdığını da söyləmək mümkündür. Hələlik  mütəxəssislər bədii  tərcümə  tarixini  bu əsərin  adı  ilə əlaqələndirilər.

Məlum məsələdir ki, bütün xalqların ədəbi fikrinin inkişafında, eləcə də ədəbi dilinin formalaşmasında daha çox inkişaf etmiş qonşu  xalqların ədəbiyyatından edilən müxtəlif tipli iqtibaslar da mühüm rol oynayır və  bu  iqtibasların  özlərini    müəyyən  mənada bədii  tərcümənin  ilk nümunələri hesab etmək olar. Belə iqtibaslar da bədii tərcümə kimi müxtəlif xalqların ədəbi dilinin inkişafında müəyyən əhəmiyyətli mərhələ rolunu oynamışdır.

Martin Lüterin (1483-1546) orijinaldan (yunancadan və yəhudi dilindən) tərcümə etdiyi “Bibliya” alman dilinin inkişafında mühüm rol oynamışdır. O, filoloji səliqəni deyil,  mətnin şərhi və aydınlığı prinsipindən çıxış edərək  müqəddəs kitabı danışıq  dilinə çevirməyə çalışmışdır. Bununla da almanlar arasında canlı xalq dilini yazılı dilə çevirən mütərcimlərin lideri olmuşdur. Onun tərcüməsi, özü demişkən, “ürəyə nüfuz edir, burada yenidən səslənir”. Bu tərcümə ilə M. Lüter alman milli dilinin  inkişafına təkan vermişdir.

“Bibliya”nın orijinaldan ingiliscəyə tərcümələri sırasında M. Lüterin müasiri olan Uilyam Tindeil (1495-1536) barədə oxşar fikri söyləmək mümkündür. Yunancadan və yəhudi dilindən sadə ingilis danışıq  dilinə çevirdiyi “Bibliya” ilə Tindeil, bir çox nüfuzlu rəylərə görə, ingilis dilinin atası adlandırılmağa C.Çoserdən daha çox layiqdir (10, 215).

Müqəddəs kitabımız olan “Qurani-Kərim”ın də müxtəlif dünya xalqlarının dillərinə tərcümə edilməsi sadəcə İslam ehkamlarının çatdırılması deyil, bütövlükdə müsəlman aləminin milli-mənəvi dəyərlərinin təbliği və öyrənilməsi baxımından əhəmiyyətlidir.

Azərbaycanda bədii tərcümənin ilk nümunələri orta əsrlərdə yaranmış, XIX əsrdə geniş vüsət almışdır. A.A.Bakıxanov vaxtilə rus ədəbiyyatından kifayət qədər kamil tərcümələr etmiş, M.F.Axundov özünün “Puşkinin ölümünə Şərq poeması”nı rus dilinə çevirmişdir.

M.F.Axundovun komediyaları 1853-cü ildə Tiflisdə rus dilində nəşr olunmuş, sonralar bu əsərlər fars və Qərbi Avropa dillərinə tərcümə edilmişdir.

M. F. Axundov tərcümənin əhəmiyyətini yüksək qiymətləndirdiyi üçün tərcüməçinin öz işinə xüsusi qayğı ilə yanaşmasını zəruri hesab edərək yazırdı: “….Tərcümənin….  əsas şərti budur ki, onda orijinaldan nə artıq, nə də  əskik bir şey olsun... Avropada məlum olmayan şəxs adları, bir çox elmi istilahlar, yer və ölkə adları vardır ki, onları islam xalqlarının əsas dilləri olan 3 dildən (türk, ərəb və fars dillərindən) birinə tərcümə etmək çətindir, buna görə də onlar olduğu kimi saxlanılmaıdır”.

Böyük dramaturq bədii tərcümə prosesində orijinala sadiq qalmaq, orijinal mətni cüzi də olsa, bəzən başqaları üçün “yersiz  görünən parçaları belə ixtisar etməməyi vacib sayır.”  M. F. Axundov hər hansı bir əsəri tərcümə edərkən tərcüməçinin yerli şivə və ləhcədən, xalq danışıq dilindən istifadə etməsini də məqbul hesab edir:  çünki belə tərcümə əsərləri tərcümə mətninin asan başa düşülməsinə xeyli köməklik göstərir.  Bu haqda o, 1870-ci ildə Fətəli şah Qacarın oğlu şahzadə Cəlaləddin Mirzəyə göndərdiyi  məktubunda yazırdı: “….əgər əslində fars olub türkcəni lazımınca bilən Tehran ziyalılarından biri bu “təmsilatı” (M. F. Axundovun dram əsərləri nəzərdə  tutulur) kitabda göstərilən şərtlər və qaydalar üzrə, bir şey əskiltmədən, sözçülüyə və qafiyəpərdazlığa yol vermədən, farsların yazı qaydalarına deyil, danışıq qaydalarına əsasən, sadə bir şivə ilə türk dilindən fars dilinə tərcümə və çap edib yayarsa… xalqa böyük xidmət etmiş olar ” (26).

XIX əsrin ikinci yarısında Mirzə Şəfi Vazehin şeirləri Avropa dillərinə, o cümlədən rus dilinə tərcümə olunmuşdur.

XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda tərcümə işi xüsusi inkişaf yoluna çıxmışdır.

Azərbaycan dilindən xarici dillərə tərcümə tarixi isə bir qədər qədimdir. Belə ki, hələ 1551-ci ildə fransız səfiri sifəti ilə İstanbulda səyahətdə olan Nikolas Nikoley Türkiyədə mövcud dini təriqətləri, o cümlədən hürufiliyi xarakterizə edərkən görkəmli Azərbaycan şairi Nəsimi haqqında da söhbət açmışdır (54, 185).

Qeyd edək ki, səfirin dini təriqətlərə marağı Nəsimi poeziyasının tam dərkinə çevrilməmişdir. Amma hər halda Nikolas Nikoleyin bu sənətkarın yaradıcılığı ilə tanış olması və öz qeydlərində bundan söhbət açması Qərbdə mədəniyyətimizə böyük maraq yaranmasından xəbər verir.

Füzulinin ingilis şərqşünaslığında öyrənilməsinə dair çoxsaylı tədqiqatların müəllifi olan Leyli Əliyeva  Nikolas Nikoleyin bu xidmətini qeyd etməklə yanaşı Azərbaycan ədəbiyyatı nümunələrinin Qərbi Avropa dillərinə əhatəli tərcüməsinin  XVII, xüsusilə  XVIII əsrlərə təsadüf etdiyini vurğulamışdır: “Bu vaxtdan etibarən Xaqani, Nizami, Nəsimi, Füzuli kimi klassiklərin əsərləri Avropada öyrənilməklə bərabər, eyni zamanda əcnəbi xalqların dillərinə də tərcümə edilməyə başlanmışdır” (5, 13).

Doğrudur, tanınmış tədqiqatçı alim Şahin Xəlilli bu mülahizə ilə razılaşmır: “Klassik sənət incilərimizin ərəb, yaxud fars dillərində yazıldığını nəzərə alsaq, ingilis şərqşünaslığının mətnlərində daha çox ərəb, yaxud fars nümunələri kimi tərcümə edilmiş sənət varlığımızın tarixinin bir tədqiqatla aydınlığının yaradılması çox azdır. Bu baxımdan L.Əliyevanın göstərdiyi əsrlərdən əvvəl ədəbiyyatımızdan edilmiş tərcümələrin olmaması həqiqəti ilə heç cür razılaşmaq mümkün deyildir” (21, 163).

Bu ehtimalın yaşamaq hüququ vardır. Lakin o da həqiqətdir ki, hələlik daha qədim dövrlərə gedib çıxan nümunələr olmadığı üçün gostərilən tarixlə kifayətlənməli oluruq. Beləliklə, tədqiqatçıların əksəriyyəti hələlik bu fikirdədir ki, Azərbaycan ədəbiyyatı nümunələrinin Avropa dillərinə, xüsusən ingilis dilinə əhatəli tərcüməsi XVII–XVIII əsrlərə təsadüf edir. Bu dövrdə Avropa tədqiqatçıları, habelə ingilisdilli tədqiqatçılar ayrı-ayrı Azərbaycan şairlərinin əsərlərini öyrənməklə yanaşı, onları tərcümə etməyə də meyl göstərmişlər. Lakin Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi sahəsində XIX əsrdə və XX əsrin əvvəllərində daha çox iş görülmüşdür.

1786-cı ildə Vilyam Cons “Sirlər xəzinəsi” poemasını nəsrlə ingilis dilinə tərcümə etmiş və bu tərcümə V.Consun ölümündən sonra – 1804-cü ildə Londonda nəşr olunmuşdur (21, 163).

Ümumiyyətlə, ingilisdilli ədəbiyyatda Nizami yaradıcılığına maraq olduqca böyük olmuşdur. Təsadüfi deyil ki, görkəmli Azərbaycan şairinin ingilis dilində öyrənilməsi və nəşri tarixinə xüsusi tədqiqatlar və məqalələr həsr olunmuşdur. Müxtəlif illərdə A.Krımski, Y.Bertels, Ə.Seyidzadə, Ə.Ağayev, S.Devek, V. Destgerdi, S.Nəfisi və başqa tədqiqatçı alimlər Nizaminin ingilis dilində öyrənilməsi tarixindən söhbət açmaqla bərabər Nizami əsərlərinin ingilis dilinə tərcüməsinin keyfiyyəti haqqında da müəyyən mülahizələr yürütmüşlər.

Mütəxəssislərin əksəriyyəti bu fikirdədir ki, Azərbaycan ədəbiyyatının ingilisdilli ölkələrdə ən tanınmış nümayəndəsi Nizami Gəncəvidir. Mütəfəkkir şairin ayrı-ayrı əsərlərindən parçalar, eləcə də bütöv əsərləri müxtəlif illərdə ingilis dilinə çevrilmişdir. Nizaminin yaradıcılığına ingilisdilli mütərcimlərdən Ceyms Atkinson da müraciət etmiş, şairin "Leyli və Məcnun" poemasını birbaşa farscadan ingilis dilinə çevirmişdir. Azərbaycan şairinin incə, romantik əhvallı əsəri romantizmin Avropa və Amerikada çiçəkləndiyi bir dövrdə - 1836-cı ildə çapdan çıxmış, həmin ölkələrdə yüzlərlə oxucunun böyük marağına səbəb olmuşdur. Bu marağın nəticəsidir ki, C.Atkinsonun eyni tərcüməsi 1894-cü ildə təkrar nəşr edilmişdir.

Tədqiqatçı X.Hüseynov XIX əsr ingilis nizamişünaslığından bəhs edərək 1844-cü ildə ingilis alimi N.Blandın “Sirlər xəzinəsi”nin elmi-tənqidi mətnini hazırlamaqla yeni istiqamətli bir tədqiqatın əsasını qoyduğunu vurğulamışdır (8, 29).

1881-ci ildə Nizaminin daha bir poeması - "İskəndərnamə" ingilis dilinə çevrilərək Londonda çapdan çıxmışdır. Bu əsər ingilis dilinə nəsrlə tərcümə olunmuşdur. Kitab izahlar və mətnə tənqidi şərhlərlə müşayiət olunur. "Leyli və Məcnun" poeması 1966-cı ildə İsveçrəli Doktor R. Qelpkenin tərcümə və redaktəsilə yenidən çap edilmişdir. Nizaminin fikir dünyasını daha dolğun çatdırmaq üçün mütərcim əsərin nəsrlə tərcüməsini yeganə mümkün variant hesab etmişdir.

Ötən əsrin ikinci onilliyində ingilisdilli oxuculara N.Gəncəvinin daha bir əsəri - "Yeddi gözəl" təqdim olunmuşdur.

Şairin "Sirlər xəzinəsi" poeması isə 1945-ci ildə Londonda ingilis dilində çapdan çıxmışdır.

XVIII əsrin sonu XX əsrin 60-cı illərinə qədər olan dövr tədqiqatçılarından N.V. Klark, Y.Braun, V.Modig, M.Houtsuman, S.Vilson, Q.Dorab, A.İ.Arberri, Y.Ripka, M.V.Medonald, Ç.Çarlz və başqaları ingilis nizamşünaslığının inkişafına təkan vermiş, bu barədə müəyyən fikirlər söyləmişlər. Şairin “Leyli və Məcnun” əsəri dörd dəfə ingilis dilinə tərcümə olunmuşdur (11, 46).

Nizamidən sonra ingilis tədqiqatçılarının daha çox müraciət etdiyi şairlərdən biri Məhəmməd Füzuli olmuşdur. Şairin ingilis şərqşünaslığında öyrənilməsi tarixindən ilk dəfə görkəmli rus alimi A.Krımski danışmışdır (68, 132).

Sonralar B.Çobanzadə, H.Araslı, İ.Babayev, R.Azadə,  M.Quluzadə, F. Qasımzadə, L.Əliyeva  və başqaları bu və ya digər dərəcədə Füzulinin əsərlərinin ingilis dilinə tərcüməsi problemlərinə toxunmuş, ingilis ədəbiyyatşünaslığının bu sahədəki uğurlarından və nöqsanlarından bəhs etmişlər.

Ingilis şərqşünası Gibb Füzulinin bir sıra əsərlərini ingilis dilinə çevirərək “Osmanlı ədəbiyyatı tarixi” əsərinə daxil etmişdir (25a).

Bununla yanaşı “Leyli və Məcnun” poemasının 1970-ci ildə türk şairi Sofi Nuri tərəfindən edilmiş tərcüməsi bütün tədqiqatçıların diqqətini cəlb etmiş və onun ədəbi- bədii keyfiyyətləri yüksək qiymətləndirilmişdir. S.Nurinin tərcüməsi Füzulinin “Leyli və Məcnun” əsərinin ingilis dilində ilk tam nəşri hesab olunur” (14).

Həmin dövrdə Azərbaycan şairi Qazi Bürhanəddinin bir sıra əsərləri də ingilis dilinə tərcümə olunmuşdur. Gibb “Osmanlı ədəbiyyatı tarixi” əsərinin birinci cildində Qazi Bürhanəddindən bəhs etmişdir. Gibb şairin divanını tədqiq etmiş və bu mövzu ilə bağlı ən etibarlı mənbələrlə tanış olmuşdur. Eyni zamanda Gibb Qazi Bürhanəddinin altı qəzəlini, səkkiz rübaisini və doqquz tuyuğunu ingilis dilinə çevirmişdir.

Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin əsərləri də ingilis alimlərinin diqqətini cəlb etmişdir. Katlin Burill Nəsiminin rübailərinə dair dəyərli monoqrafiya yazmış və eyni zamanda onun rübailərini tərcümə etmişdir. Doktorluq dərəcəsi almaq üçün təqdim olunan bu əsər 1964-cü ildə Kembric universitetində müdafiə edilımiş, 1972-ci ildə kitab şəklində buraxılmışdır. Bu kitab Nəsimi əsərlərinin ingilis dilinə ilk tərcüməsi hesab olunur.

Bütün bunlarla yanaşı müxtəlif illərdə Sahib Təbrizi, Fələki Şirvani, M.P.Vaqif, M.Ş.Vazeh və s. kimi klassik Azərbaycan şairlərinin ayrı-ayrı əsərləri və ya bu əsərlərdən parçalar ingilis dilinə tərcümə edilmişdir.

Klassik ədəbi abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanının ingilis dilinə tərcüməsinə ötən əsrin 60-cı illərindən sonra başlanmış, dastanın bir neçə tərcümə variantı meydana çıxmışdır.

Müasir Azərbaycan poeziyası nümunələri də hələ sovet dönəmində tez-tez ingilis tərcüməçilərinin diqqətini cəlb etmişdir. Aşıq Ələsgərin, S.Vurğunun, R.Rzanın və başqalarının əsərlərinin ingilis dilinə o vaxtkı tərcümələri bu cəhətdən maraqlıdır.

Sovet dövründə Moskvada dörd dildə (o cümlədən ingilis dilində də) nəşr olunan “Sovet ədəbiyyatı” (Soviet literature) jurnalının 1969-cu il dekabr nömrəsinin tamamilə Azərbaycan ədəbiyyatına həsr olunmsını o dövrdə ədəbiyyatımızın öyrənilməsi və təbliği sahəsində kiçik addım hesab etmək olar.

Ötən əsrin 70-ci illərinin əvvəllərində Moskvadakı “Proqress” nəşriyyatı tərəfindən ingilscə buraxılmiş “Azərbaycan poeziyası antologiyası” isə bu sahədə daha bir uğurlu addım sayıla bilər. Kitabda həm klassik şairlərimizin əsərərinə, həm də müasir poeziya nümunələrinə geniş yer verilmişdir. Bütün bunlar sübut edir ki, Azərbaycan poeziyası ingilis tədqiqatçıları və tərcüməçilərinin diqqətini həmişə cəlb etmişdir.

Uzun illər ABŞ-ın Pensilvaniya universitetinin ingilis dilində buraxdığı “Ədəbiyyat” (Edebiyat) jurnalı da şərq ədəbiyyatına, o cümlədən Azərbaycan ədəbiyyatına geniş yer vermişdir. Maraqlıdır ki, bu jurnalda ədəbi nümunələrimiz birbaşa Azərbaycan dilindən ingilis dilinə tərcümə olunmuşdur.

Azərbaycan müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi ədəbi nümunələrimizin xarici dillərə, o cümlədən ingilis dilinə tərcüməsi sahəsində də mühüm addımlar atılmış, yeni və daha keyfiyyətli tərcümə nümunələri işıq üzü görmüşdür. Bu illərdə artıq, demək olar ki, əksər tərcümələr sovet dönəmindən fərqli olaraq birbaşa orijinaldan edilmişdir. Bu sahəyə dövlət səviyyəsində qayğı göstərilməsi, dünya ədəbiyyatının ən yaxşı nümunələrinin Azərbaycan dilinə yenidən tərcümə olunub nəşr edilməsinə dair fərman və sərəncamların imzalanması, müasir dövrün tələblərinə uyğun olaraq tərcüməçi kadrların yetişdirilməsinə xüsusi diqqət yetirilməsi və s. kimi tədbirlər tərcümə işinin əhəmiyyətinə qayğı və diqqətdən xəbər verir. Təsadüfi deyildir ki, indi xarici dillərə, eləcə də xarici dillərdən Azərbaycan dilinə tərcümələrin sayı da ilbəil artır, bu sahədə peşəkar mütəxəssilər nəsli yetişir.  

Azərbaycan Respublikası müasir dövrdə dünya siyasətinin və dünya iqtisadiyyatının müstəqil subyektinə çevrilmişdir. Əgər ötən əsrin 90-cı illərinə qədər Azərbaycan ədəbiyyatı dünya mədəniyyətinə vahid sovet  ədəbiyyatının tərkib hissəsi kimi  qovuşurdusa və ideoloji məhduduyyətlər onun bütün  potensial imkanlarını üzə çıxarmağa qoymurdusa, indi bu ədəbiyyat  dünya mədəniyyət xəzinəsinin tərkib hissəsinə çevrilmişdir. Bu cəhətdən Azərbaycan ədəbiyyatı nümunələrinin  xarici dillərə tərcüməsi və bu prosesin  elmi – metodoloji dərki böyük aktuallıq kəsb edir. Çünki xalqların milli-mənəvi dəyərlərinin dərk olunmasında bədii ədəbiyyatın rolu əvəzsizdir. Qloballaşan dünyada isə xalqlar arasında anlaşmaya ehtiyac getdikcə artır. Bu ehtiyacın ödənilməsində isə bədii tərcümə mühüm əhəmiyyət kəsb edir.

 “Tərcümə, geniş mənada, insanlar arasında ünsiyyət vasitəsidir. Birinin anlamadığını ona anlatmaq üçün yeganə yol məsələyə onun bildiyi anlayışlar vasitəsi ilə açar axtarmaqdan ibarətdir. Uşaq bilmədiyi bir sözün mənasını valideynindən soruşduqda valideyn yalnız uşağın bildiyi sözlər vasitəsilə onu başa sala bilər. Bu halda söz ehtiyatı böyük olan valideynin dilindən söz ehtiyatı dar olan uşaq dilinə tərcümə işi baş verir. Mənimsəmiş olduğumuz söz, ifadə və anlayışlar vasitəsilə elmi anlayışların sadə tərifini vermək də elmi dildən daha sadə dilə tərcümə etmək deməkdir. Birisi bilərəkdən, süni surətdə və ya bacarıqsızlıq uzündən anlaşılmaz ifadələrlə danışırsa - "tərcümə et, görək nə deyirsən" deyə müsahibləri onu yüngülcə qınayır. Dilimizdə işlətdiyimiz "Tarixi-Nadiri yarıya kimi oxumuşam, amma sənin nə danışdığını başa düşmürəm" kimi ifadələr də, bəzən doğma dil içində də tərcüməyə ehtiyac olduğuna işarədir. Beləliklə, bir dildə danışanlar da öz aralarında arasıkəsilmədən tərcümə fəaliyyətindədirlər.  Elmi-ədəbi aləmdə tərcümə termini, əsasən bir dildə danışılanların və ya o dildə yazılmış əsərlərin başqa dilə çevrilməsini izah etmək üçün işlədilir. Azərbaycanca bunu bir tərcümə (və ya, bəzən, onunla eynigüclü hesab olunan çevirmə ) sözü ilə ifadə edirlər, sadəcə iki növ tərcüməni fərqləndirmək üçün yazılı tərcümə və şifahi tərcümə ifadələrini də işlədirlər. Geniş yayılmasa da, şifahi tərcümə edənə dilmanc, sifahi tərcümə işinə isə dilmanclıq da deyirlər.  Ruscada "perevod" sözü oxşar mənada və formalarda tətbiq edilir, yazılı və şifahi tərcümə uyğun olaraq "ustnıy perevod" və "pismennıy perevod" ifadələri ilə verilir.

İngiliscə, almanca və fransızcada isə yazılı və şifahi tərcümə üçün nəzərdə tutulmuş iki ayrı söz, uyğun olaraq "translation", "traduction" və "interpretation" terminləri mövcuddur…  Əsər hansı dildən tərcümə olunursa, yəni orijinal hansı dildə isə ona qaynaq (mənbə, resurs) dil, tərcümə hansı dilə edilirsə ona hədəf və ya alan (reseptor) dil deyilir” (10, 314). 

Tərcümə həm böyük coğrafi məkanda, ölkələr və xalqlar, həm də keçmişlə bu gün arasında əsas ünsiyyət vasitəsidir, gediş-gəlişi təmin edən körpüdür. Tərcümə bir yerdə, və ya bir dövrdə əldə olunmuş məlumatları, elmi-texnoloji nailiyyətləri, bədii gözəllikləri başqa yerə və ya başqa dövrə daşıyan zəhmətkeşdir.  Böyük rus şairi A.S.Puşkin gözəl demişdir: "tərcüməçilər maarifin poçt atlarıdır" (76).

Təsadüfi deyildir ki, ayrı-ayrı dövrlərdə, müxtəlif alim və filosoflar tərcümə işinə yüksək qiymət vermiş,  mədəni əlaqələrin inkişafında onun əvəzsiz  rolunu  qeyd etmişlər. Bu mənada tərcüməni  “bəşəriyyət tarixində xalqları biri– birinə bağlayan  mənəvi körpü”  adlandıranlar yanılmırlar. Regional sivilizasiyaların  dünya sivilizasiyalarına  çevrilməsi ilə xarakterizə olunan  tərcümə indi doğrudan da xalqların  əsl  mənəvi  körpüsünə çevrilmişdir.  İndi dünya xalqları bir-birinin  ədəbi  nailiyyətlərindən  bəhrələnir, bir-birinin  ədəbi-mədəni  dəyərləri ilə  ədəbiyyatın zənginləşməsi çevrəsində daha böyük uğurlar qazanır.

Bütövlükdə  isə tərcümə fəaliyyəti oxu prosesini dərindən araşdırmaqla baş verir. Mütərcümlərin  hər sözü və cümləni tənqidçi və ya alim gözü ilə dönə-dönə oxuması çox vacibdir.  Hətta ən  kiçik bir söz belə diqqətdən qaçmamalıdır. Elə buna görə də bütün mütərcümlərin ciddi oxu məsələsini ön plana çəkməsi təsadüfi deyildir. Tərcüməçilər  ilkin olaraq hər sözün  hərfi mənasına,  daha sonra isə daha geniş mənasına - onun mənsub olduğu xalqın  tarixi və mədəniyyəti kontekstində kəsb etdiyi mənalarına diqqət yetirirlər.  Mətnin oxunması mətnin tərcüməsi deməkdir, mətni yeni dil mühitində  əkərkən tərcüməçi  çevirmə prosesini davam etdirir.  Çevrilmə prosesi baş vermədən tərcümə mümkün deyil; elə bu səbəbdəndir ki, bədii əsərlərin çevrilməsində  hərfi tərcümə heç zaman uğurlu olmur.  Uilyam Uiver  bu məsələni aşağıdakı kimi şərh edir: “Tərcüməçinin edə biləcəyi ən böyük səhv” orijinalda belə deyilir fikrinə özünü inandırmaıdır”.  Əslində isə orijinalda sözlər yalnız başlanğıc nöqtədir; tərcüməçi orijinal mətndə olan məlumatı verməkdən daha mühüm işlər görməlidir (63, 122).       

Tərcümənin adekvatlığını müəyyənləşdirən əsas üç aspekt vardır: 1) orijinal mətnə formal uyğunluq dərəcəsi; 2)  tərcümə obyekti olan əsərin hədəf dilin imkanlarına formal uyğunluq dərəcəsi; 3)  məna yükünün  tərcümə edilən dilin daşıyıcıları tərəfindən qəbuledimə dərəcəsi.

Tərcümə əsərinin orijinal mətnə formal uyğunluq dərəcəsinin təhlili aşağıdakı iki metodun biri ilə müəyyənləşdirilə bilər: müəllif mətni ilə tərcümə mətninin quruluşlarının diqqətlə müqayisə edilməsi (ayrılıqda tərcümənin yoxlanılması prosesində orijinal və tərcümənin quruluşunda ən yaxın ekvivalentliyin olub-olmaması məsələsini öyrənmək şərtilə) b) Tərcümə mətni ilə orijinal mətnin həcmindəki ümumi fərqlərin müəyyənləşdirilməsi. 

Qeyd etmək lazımdır ki, yaxşı tərcümələrin böyük qismində orijinalın ölçüsünü artırmaq meyli olur. Bu əlbəttə, çox vaxt zərurətdən yaranır.  Adətən, yaxşı tərcümələr həcm baxımından orijinaldan böyük olur (67, 12-13).

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mövzu ilə bağlı suallar:

 

1.       Bədii sözün bəşər sivilizasıyasında mövqeyi və rolu haqqında nə düşünürsünüz?

2.       Bədii tərcümənin oxucuda yaratdığı təsir gücü hansı ədəbi-estetik meyarlarla ölçülə bilər?

3.       Dünyanın bədii tərcümə tarixində hansı əsərlərlə tanışsınız və onların mütərcimləri kimlərdir?

4.       Tərcümə sözünü necə başa düşürsünüz və Azərbaycanda bədii tərcümə məktəbinin yaranması hansı dövrə aid edilə bilər?

5.       Tərcümənin adekvatlığını müəyyənləşdirən əsas istiqamət və cəhətlər hansılardır?

 

 

Müstəqil iş

 

Bədii tərcümənin dünya xalqları arasında mənəvi körpü rolunu oynaması danılmaz həqiqətdir. Son dövrdə Respublikamızda dünya ədəbiyyatının Azərbaycan türkcəsinə tərcüməsi və nəşri sahəsində böyük işlər görülür. Mütaliə etdiyiniz, lakin tərcüməsi çox vacib olan bir əsər haqqında fikir və düşüncələrinizi esse şəklində yazın.

 

 

 

 

 

 

 

 

 

 

§2 Azərbaycan və ingilis poeziyasında forma: qarşılıqlı tərcümə problemləri

 

Orijinalın dil və hədəf dili kimi götürdüyümüz Azərbaycan və ingilis dillərinin fərqli dil qruplarına (İngilis dili Hind- Avropa dillərinin cənubi german qrupuna, Azərbaycan dili isə Türk dilləri ailəsinin cənubi-qərb qrupuna) mənsub olduğunu nəzərə alaraq hər iki poeziyada müxtəlif  şeir formaları və onların özəllikləri kimi məsələlərə diqqət yetirməyi son dərəcə vacib hesab edirik. 

İngilis poeziyasına məxsus aşağıdakı şeir formaları mövcuddur:

1. Məxsusi qafiyə quruluşu olan şairin bənzərsiz təəssürat yarada biləcək hiss və duyğularını əks etdirən lirik şeir;

2. Məxsusi qafiyə quruluşu  və ölçüsü olan  nəqledici qeyri-dramatik şeir növü;

3. Növünə görə fərqli quruluşu olan 14 misralıq şeir növü- sonet:

A) Şekspir soneti – 3 bəndi və son beyti  ayəmbik səkkizlikdə abab cdcd efef gg, yaxud abba cddc effe gg qafiyə quruluşu olan sonet növü;

B) İtaliya (Petrarka) sonet növü- 8 və 6 misralıqdan ibarət olub  birinci hissə və ikinci hissə arasında fikir dəyişikliyini ifadə edən sonet növü.  Ənənəvi qafiyə quruluşu abbe abbe café cafe
4. Oda - mötəbər mövzuya həsr edilmiş dəqiq lirik şeir növü;
5. Ağ şeir növü: qafiyələnməyən ayəmbik (vurğulu və vurğusuz hecaların sıralanması) səkkizlik misralardan ibarət şeir;

6. Sərbəst şeir: xüsusi ritmik quruluşu olmayan qafiyələnməyən misralardan ibarət şeir;
7. Epik şeir: qəhrəmanın xalqı üçün ğöstərdiyi şücaətindən bəhs edən uzun nəqledici şeir növü;
8. Dramatik monoloq: danışanın onu əhatə edən auditoriyaya öz həyatının dramatik anları haqqında söhbətidir. Bu söhbət zamanı eləcə də onun mənəvi aləmi-xarakteri açılır.
9. Elegiya(lirik) bir şəxsin ölümünə həsr edilmiş şeir növü;
10. Ballada (lirik): oxunmaq yaxud əzbərlənmək üçün yazılmış sadə, nəqledici şeir növü. olur.
11. Çobansayağı (lirik) idealistik terminlərlə çoban həyatından bəhs edən şeir növü;
12. Vilanel lirik şeir forması: aba aba aba aba aba abaa qafiyə quruluşlu, birinci və üçüncü misraları qafiyələnən beş bənddən və 19 misradan ibarət olan fransız mənşəli şeir növü;

13. Əyləndirici şeir növü:  əyləncə məqsədilə yazılmış epiqram və limerik kimi  komik şeir növü. Şotlandiyanın Limerk şəhərinin adı ilə adlanır.  Bu cür şeir növünün satira və parodiya kimi ciddi mövzulu  variantları da vardır.
14. Hayku:  5, 7, və 5 hecalardan ibarət olan üç misralıq, xüsusilə incə varlıqlardan bəhs edən yapon şeir növü;

15. Limerik: yumoru olan cəfəngiyyat aabba qafiyə qurluşu olan şeir növü; (73).

İngilis şeirində qafiyənin növləri:

“Qafiyə” sözü xüsusi və ümumi mənada işlənə bilər. Xüsusi mənada qafiyə iki sözün son vurğulu saitlərinin və bütün sonra gələn səslərinin eyni olması deməkdir; şeirin iki misrasının sonda olan sözləri qafiyələnən sözlərdən ibarətsə, həmin misralar qafiyələnir. Tam qafiyələnən  sözlər qafiyələnən sözlərdəki hecaların sayına görə aşağıdakı kimi təsnif olunur:

·          Maskyulin (erkək): son hecasında vurğusu olan sözlərin qafiyələnməsi (rhyme, sublime, crime)

·          Feminin (dişi)  vurğusu son hecadan əvvəlki hecada olan sözlərin qafiyələnməsi (picky, tricky, sticky)

·          Daktilik: vurğusu son hecadan iki heca əvvəldə olan sözlərin qafiyələnməsi (“cacophonies", "Aristophanes")

Ümumiyyətlə “qafiyə” sözünü sözlər arasındakı fonetik bənzərliyin müxtəlif növləri kimi də izah etmək olar. Bu fonetik bənzərliyin dərərcəsinə və tərzinə  görə qafiyələrin  aşağıdakı növləri vardır:

·                      Sillabik (syllabic): sözlərin son hecasında sait səs olub-olmamasından asılı olmayaraq  eyni səslənməsi. (cleaver, silver, or pitter, patter)

·            Tam olmayan: vurğulu və vurğusuz hecalar arasındakı qafiyə (wing, caring)

·            Semiraym (Semirhyme)- sözdəki əlavə heca ilə qafiyə (bend, ending)

·            Məcburi (oblique, or slant):  səslərin tam uyğun olmaması ilə qafiyə (green, fiend)

·            Konsonans (consonance): samitlərin uyğunluğu (her, dark)

·            Yarımqafiyə  misradakı son sözlərin uyğunluğu (bent, ant)

·            Assonans (assonance) saitlərin uyğunluğu (shake, hate)

·            Alliterasiya:  sözlərin əvvəlindəi səslərin uyğun gəlməsi (short, ship)

 

İngilis poeziyasında  məzmuna görə bir sıra şeir növləri mövcuddur:

·          Toy poeziyası(Wedding poetry):  Bu tipli şeirlərə Uilyam Batler Yitsin

“Sən qocalanda” ( When you are old) “,  Elizabet Bərret Brauninqin “Seni mən necə sevirəm” (“How Do I Love Thee”), Xirsistafor Marlunun “Sevən çobandan sevgilisinə” (“The passionate Sheperd to his Love”), Vilyam Şekspirin “Səni yay  gününə bənzədimmi mən?” (“Shall I Compare Thee to a Summer”s Day?”) kimi şeir nümunələrini misal gətirmək olar.

·        Yeniyetməlik poeziyası:  yeniyetməlik mövzusunda olan  poeziya

növüdür. Yeniyetmə Poeziyası (Teen Poetry)    Redyard Kiplinqin “Əgər”,  Uilyam Bleykin “Pələng”( TheTyger), Corc Qordon Bayronun “Biz ayrılanda” (When We Two Parted) , T. S. Eliotun Conatan Svift, S. T. Coulric, Coys Kimler, Emili Dikinson, Tomas Hud, Meri Houit, Robert Bönz, Alfred Lord Tenison və Ceyms Folinin  şeirlərini əhatə edir. 

·        Qot poeziyası, yaxud Qaranlıq poeziya  adından da göründüyü kimi bu mövzulu

poetik nümunələri özündə birləşdirir. Kristina Rozetti, G. Q. Çesterton, Anna Finç, Uolter de la Mar, Uilyam Batler Yits, Aleyster Krauli,  Matyö Arnold, Jon Donn, Lord Bayron və başqalarının yaradıcılığında da bu tipli şeirlərə  rast gəlmək olur.Məs. Uilyam Bleykin  “Zəhər Ağacı”(A Poison Tree), Radyad Kiplinqin “Sən qocalanda”( When You Are Old), “Ölən Qadına” (Upon a Dying Lady) şeirləri bu qəbildəndir.

·        Amerika poeziyası. Amerika poeziyasının hər cür üslubda müxtəlif qurluşlu,

məzmunlu şeirlər yazan ən məhşur şairlərinin əsərlərini əhatə edir. Məs. Edqar Alan Pounun “Qarğa”( The Raven),  Coys Kimlerin “ Üzrxahlıq”(Apology), Karl Səndbörqün “Çikaqo”(Chicago) , Con Kuinsi Adamsın  “İnsanın istəkləri”(The Wants of Man),  Henri Uordsvorst Lonqfelounun “Milad zəngləri” və s. kimi əsərləri misal gətirmək olar.

·        İngilis  Poeziyası. İngilis poeziyasına hər cür  üslubda fərqli mövzularda

və qurlu.larda  yazılmlş şeirlər  daxildir.  Məs. Matyö Arnoldun “Ölməzlik” (Immortality), Robert Bricin “Bulbüllər” (Nightingales), Emili Brontenin “Sevgi və dostluq” (Love and Friendship), S. T. Kolricin  “Qoca dənizçi” (The Ancient Mariner),  Cefri Çoserin “Amansız Gözəllik” (Merciles Beaute), E. B. Brauninqin  “Səni necə sevirəm” (How Do I Love Thee) kimi şeir nümunələri  bu poeziyaya daxildir.

·        Robert Frost (1874 - 1963)Poeziyasına şairin yazdığı müxtəlif  növ şeir formaları

 daxildir. Böyük şair Amerikanın SanFransisko şəhərində Daily Evening Post qəzetinin redaktoru Uilyam Preskot Frostun ailəsində anadan olmuşdur. O,  Harvardda təhsilini başa vurmuş, atasının ölümündən sonar Masaçuset ştatına köçmüşdü. İlk şeiri orada işıq üzü görmüşdü. 1912-ci ildə anası ilə birlikdə anasının boya-başa çatdığı  Qlazqoya köçmüşdü. Çoxşaxəli yaradıcılığa malik olan şair dörd dəfədən artıq Pulitzer Mükafatına layiq görülmüşdür. Həm şair,  həm müəllim, publisist və tənqidçi kimi tanınan Robert Frost yaradıcılığının özəlliyi onun Amerika ədəbiyyatında Rober Frost poeziyasına ayrıca yer verilməsinə imkan yaratmışdı.
Məs. “Şəhərdə bir Çay”(A Brook in the City), “Bir Mömin Baharda” (A Prayer in Spring), “Gecə ilə Tanışlıq” (Acquainted with the Night), “Su arxasınca Gediş” (Going for Water), “Ruh Evi” (Ghost House), “Sevgi və bir sual” (Love and a Question) və s.

                 Azərbaycan ədəbiyyatında ölçü, qafiyə, ritm baxımından  aşağıdakı  şeir formaları mövcuddur:

1.   Heca vəzni. Bu vəznin iki mühüm şərti var: ölçü və bölgü. Bunlardan birincisi misralardakı hecaların sayının bərabərliyinə; ikincisi isə misradakı heca mikroqruplarının uyğunluğuna əsaslanır.

2.       Sərbəst vəznli şeir: Sərbəst şeir ölçülü şeirin əksini təşkil edir ki, bu qarşı-qarşıya qoyulma da müxtəlif fərqləndirici əlamətlərə malikdir. Bu əlamətlərdən ən mühümləri isə birinci növbədə vəzn və qafiyə,şeirin fonetik təşkili,  məcazlar sistemi və sairədir. Bu forma ənənəvi qafiyə sistemini, ölçünü rədd edir. Azərbaycan sərbəst şeirində vəznin əsasını ritmik vahidlər-taktlar təşkil edir. Necə ki müxtəlif sayda hecası olan bölgülər heca vəznində əsasdır, sərbəst vəzndə həmin vəzifəni ritmika-intonasiyanın vahidləri olan taktlar (təqtilər) yerinə yetirir. 

3.                Əruz vəzni:  Bu söz farsca ölçü deməkdir.  Ədəbiyyatımızda bu şeirin rəməl, həzəc bəhrləri  geniş şəkildə əvvəllər işlənmişdir. Əruzun 19-dan çox bəhri vardır. Halhazırda bu vəzn ədəbiyyatımızda sıradan çıxmaq üzrədir.

Qafiyə quruluşuna görə Azərbaycan şeirinin növləri:

·          Məsnəvi  (ikilik)– iki misranın həmqafiyə olduğu bənddir. ( qafiyə quruluşu

a-a, b-b, c-c...);

·          Qəzəl (ikilik) - geniş yayılmış lirik şeir növüdür. (qafiyə qurluşu a-a, b-a, c-...)

·          Üçlük-qafiyə sisteminə görə fərqlənir. Məs. a-a-a, a-b-a, b-b-b və.s.

·          Dördlüklər-poeziyamızda ən geniş yayılmış şeir növü. Bu şeir növünün qafiyə qurluşuna görə aşağıdakı formaları vardır:

a-a-a-b, 2- a-a-a-b, 3. a-a-b-a, 4- a-b-a-b, 5- a-b-c-b, 6-a-a-b-b ( məsnəvi), 7-a-b-c-d, 8-a-b-b-a

İkinci və üçüncü növ qafiyə quruluşu olan şeir növünə aşıq poeziyasına xas olan qoşma(on bir hecalı), gəraylı (səkkiz hecalı), təcnis kimi şeirlər daxildir.

Aaba qafiyə qurluşu olan şeirə bayatını, rübaini aid etmək olar.

Abab qurluşlu şeirlərə çarpazqafiyəli dördlük deyirlər. Abab qafiyəlınmə natamam çarpaz dördlüyə aiddir. Aabb qafiyəli şeirlər- məsnəvi adlanır.

·          Beşliklər-poeziyamızda iki növü vardır: müxəmməs və təxmis(qafiyə qurluşü-a-a-b-a-d,a-b-a-b-a, a-b-b-a-a, a-b-c-c-b, a-b-c-a-b, a-b-c-b-d, a-a-b-b-c)

·          Altılıqlar-müsəddəs şeir növüdür. (qafiyə quruluşu-a-b-a-b-c-c, a-a-b-a-c-d,

a-a-a-b-c-b, a-b-c-b-e-d)

·          Yeddiliklər-müsəbbe şeir növüdür. (qafiyə quruluşü-a-a-b-b-a-c-c, a-b-c-b-d-b-f)

·          Səkkizliklər- qafiyə quruluşu a-b-c-b-d-d-b-c (1, 72).

İngilis poeziyasında olduğu kimi Azərbaycan  türk ədəbiyyatında da məzmununa və quruluşuna  görə bir çox şeir formaları vardır. Bunlara misal olaraq aşıq poeziyasını, meyxana (bədiyyə) kimi şeir formalarının adını göstərmək olar.

Azərbaycan türk  poeziyasında çox vaxt populyar forma kimi tanınan qəzəl janrını çox vaxt Qərb poeziyasının sonet janrı ilə müqayisə edirlər. Bu iki şeir formasında zahiri oxşarlıq olsa da,  fərqli cəhətlər də çoxdur. Bu fərqlər özünü tərcümədə də göstərir və bəzən müəyyən cətinliklər də yaradır.

Azərbaycan yazılı ədəbiyyatı  VII-X əsrlərdə formalaşsa da,  ilk şeir nümunələri XIII əsrə  aid edilir. Sonrakı əsrlərdə isə ana dilimizdə yazılı ədəbiyyat, o cümlədən bitkin şeir nümunələri yaranmışdır.

 XI əsrdə Yaxın Şərqin bir sıra ölkələrində olduğu kimi Azərbaycanda da əsas poeziya dili fars-dəri dili sayılırdı. Azərbaycanda ilk qəzəl Qətran Təbriziyə məxsusdur. XII əsrdə Azərbaycan ədəbiyyatında qəzəl Fələki Şirvani, Mücirəddin Beyləqani, Xaqani Qivami Mütərrizi və Nizami Gəncəvi sənətində müstəqil janr kimi böyük şöhrət qazanmışdır..

Qəzəl öz quruluşu ilə diqqəti cəlb edir- hər beytin birinci misrasındakı axırıncı söz ikinci misrada sual şəklində qoyulur və aydınlaşdırılır. Qəzəldəki beytlərin, xüsusən son misraları poetik baxımdan maraqlıdır- bir misrada iki bədii sual və iki bədii təyin. Bu növ kompozisiya emosionallığı qüvvətləndirir, mənanın oxucuya daha təsirli çatmasına və ehtizazına xüsusi təkan verir (19, 42).

Qəzəlin birinci beytinin misralarında daxili qafiyə olur. Digər beytlərin ikinci misrasında birinci beytin misralarının sonunda təkrar olunan söz sonda gəlməklə, ondan əvvəlki söz birinci beytdə qafiyələnən sözlə qafiyələnir, birinci misralar isə sərbəst olur.  (Aa ba ca da ea və s.)

Qazi Bürhanəddin və Nəsimi yaradıcılığı XV-XVI əsrlərdə doğma dildə yaranan qəzəlin gələcək inkişafı üçün mərhələ rolunu oynadı. Bu dövrdə qəzəl  yazan sənətkarlarımız artıq üstünlüyü ana dilimizə verirdilər. Məhəmməd Füzuli ədəbiyyatımızda qəzəl ustası kimi böyük şöhrət qazanmışdır. Təsadüfi deyil ki, XX əsrin ortalarında Fizulinin davamçısı sayılan Əliağa Vahid kimi qəzəlxan yetişmişdir.

 

 

 

 

 

 

 

 

 

 

Mövzu ilə bağlı suallar:

 

1.       İngilis poeziyasında əsas şeir formaları hansılardır?

2.       Qafiyənin təsnifatı haqqında nə bilirsiniz?

3.       Azərbaycan türk poeziyasında ən məşhur şeir formaları haqqında nə demək olar?

4.       Qəzəl janrının əsas xüsusiyyətləri hansılardır və ədəbiyyatda bu janrın yaradıcıları kimlərdir?

 

Müstəqil iş:

Poeziya nədir, xüsusilə onun insanlarda yaratdığı hisslər-duyğular necə olur kimi sualların cavablarını düşünərək bu haqda esse yazın.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

§3   Tərcümə: məzmun, ritm, intonasiya, qafiyə və orijinalın ruhu

 

 

Şekspir yaradıcılığına xas bir sənət şedevrlərinin tərcüməsi və tədqiqi Azərbaycan tərcüməçilərinin və ədəbiyyatşünaslarının həmişə diqqət mərkəzində olmuşdur. və Azərbaycan oxucusunun təsəvvüründə Şərq- Qərb dünyagörüşünün yeni sinteziniyaratmışdır.  Bu baxımdan ingilis dramaturqunun “Hamlet” faciəsinin dilimizə tərcüməsi  və tədqiqi tarixi müəyyən cəhətləri ilə diqqəti cəlb edir.

Bu əsəri dilimizə ilk dəfə - 1906-cı ildə Əbdürrəhim bəy Haqverdiyev tərcümə etmişdir. Sonralar bu tərcümə istər dil, istərsə də bədiilik baxımından zəif  tərcümə kimi dəyərləndirilmişdir. «Hamlet» kimi son dərəcə mürəkkəb bir əsərin bədii cəhətdən sönük tərcümə edilməsi o dövr üçün qanunauyğun hal idi. Əlbəttə ki, bu ehtiyacı nə Ə.Haqverdiyev, nə də o dövrün tərcüməçilərinin heç birisi ödəyə bilməzdi. Bu böyük  vəzifəni yerinə yetirmək üçün tamamilə başqa bir yaradıcı şəxsiyyətə ehtiyac duyulurdu. Bu, C.Cabbarlı oldu: «Hamlet»in ideyasını, əsərin qəhrəmanının dünyagörüşünü, mənəvi iztirablarını düzgün ifadə edə bilən bədii cəhətdən ən yüksək tərcüməni yaratmaq Cabbarlıya nəsib oldu. Beləliklə, bu əsərdə iki düha bir-biri ilə görüşmüş, Azərbaycan dramaturqu dünya dramaturgiyasının  ən yüksək zirvələrində dayanan olan bu əsəri öz xalqı üçün doğmalaşdıra bilmişdir.

 

1990-ñı ilin iyulunda, o vaxt Yazıçılar Birliyinin nəzdində hələ təzəñə fəaliyyətə başlayan Azərbayñan tərñümə mərkəzinin sədri mərhum Aydın Məmmədovun tərñümə məsələlərinə həsr etdiyi, o zamankı real vəziyyətlə bağlı fikrinə diqqət yetirək: «Bəllidir ki, hazırda başqa dillərlə müqayisədə rus dilindən və rus dilinə tərñümə işi nisbətən asandır, belə ki, bu sahədə bir sıra püxtələşmiş tərñüməçilərimiz var. Bu tərñüməçilər indiyəñən etdikləri tərñümələri öz kanalları vasitəsilə Moskvada və başqa yerlərdə çap etdirirdilər. Avropa dillərinə gəldikdə isə, vəziyyət çətindir. Belə ki, Azərbayñan dilindən, tutaq ki, ingilis dilinə, fransız dilinə, alman, ispan və yaxud bizə yaxın olan şərq dillərinə tərñümələri barmaqla saymaq olar. Hazırkı şəraitdə ən yaxşı halda yalnız normal sətri tərñümə hazırlana bilər. Tutaq ki, yaxşı bir klassik inñimizin layiqli tərñüməsi də hazırlandı. Bundan sonra biz Avropada  Azərbayñan dili mütəxəssisi tapmalı, ondan xahiş etməliyik ki, bu sətri tərñüməni bədii şəkildə işləsin. Anñaq hələlik Avropaya çıxmaq bizim üçün çox çətindir. Ona görə də  Moskvaya mürañiət edib bu işi Moskvada yaşayan Avropa dilləri mütəxəssislərinin köməyi ilə görürük.

Bu, bir daha onu göstərir ki tərñümə ilə məhz peşəkar mütərñimlər məşğul olmalıdır, bu mütərñimlərin əksəriyyəti isə məhz istedadlı şair və yazıçılarımızın içərisindən çıxa bilər. Əgər onlar tərñümə ədəbiyyatına barmaqarası baxmasalar. Bəli, bizim Tofiq Rüstəmov, Beydulla Musayev, Əziz Şərif, Mikayıl Rzaquluzadə, Ñəfər Bağır, Hañı Hañıyev, İshaq İbrahimov, Natiq Səfərov və digərləri kimi yalnız tərñüməçiliklə məşğul olan ziyalılarımız da olub və var. Yenə çox təəssüf ki, barmaqla sayılañaq qədər az.”

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda xarici dil bilən  peşəkar  tərcüməçilərin olmadığı  üçün    dünya ədəbiyyatından tərcümələrin hamısı  rus  dilindən olunurdu.  Əslində burada  peşəkar  tərcüməçilərə  ehtiyac da  yox  idi, çünki bütün  sahələrdə  olduğu kimi  ədəbiyyatda  tərcümələr də  Moskvanın “razılığı” ilə yerinə yetirilirdi. Daha  doğrusu, yalnız “Moskva senzurası”ndan keçən  alman  yazarlar  Azərbaycan  ədəbiyyatına  yol  tapa  bilərdi. Yalnız 70-ci  illərdən sonra  Azərbaycanda  orijinaldan  tərcümə sənətinə xüsusi  diqqət  yetirilməyə  başladı və dövrü  mətbuatda  klassiklər, ADR  yazıçıları ilə bərabər  Haynrix Böll, Ziqfrid Gents, V. Borxert kimi  Qərbi Almaniya  yazıçılarının adları da görünməyə  başladı. Ümumiyyətlə,  XX əsrin 70-80-ci illəri  alman dilindən  Azərbaycan  dilinə   birbaşa tərcümə  fəaliyyətinin ən yüksək  dövrü  hesab  etmək olar.

Rus ədəbiyyatından və rus dili vasitəsilə başqa xalqların bədii təfəkkür  xəzinəsindən Azərbaycan dilinə tərcümə etməmiş nasir, xüsusən də şair Azərbaycanda demək olar ki,  yox dərəcəsindədir. S. Rüstəm, Mirzə İbrahimov, Ə. Məmmədxanlı, N. Xəzri, Qabil, J. Əzimzadə, O. Sarıvəlli, N. Rəfibəyli, M. Seyidzadə, M. Dilbazi, Qılman İlkin, Cəfər Bağır,  Cabir Novruz, Qasım Qasımzadə, Məmməd Araz, Aslan Aslanov, Ələviyyə Babayeva,  Əzizə Cəfərzadə, Əkrəm Əylisli,  Novruz Gəncəli, Nəriman Həsənzadə, Hüseyn Hüseynzadə bədii tərcümə sahəsində fəaliyyət göstərmişlər. Lakin  dünya və rus lirikasının,  qardaş xalqlar poeziyasının Azərbaycan türkcəsində  səslənməsi sahəsində böyük əmək sərf etmiş   Tələt Əyyubovun (Şekspirin “Sonetlər”i), Adil Babayevin tərcümə etdiyi Azərbaycan səhnəsində tamaşaya qoyulan bir sıra əsərlər, “Darıxma, ana!” və “Tufan” pyesləri, Mikayıl Rzaquluzadənin (Heynenin “Seçilmiş əsərləri”), Ələkbər Ziyadxanın (Qriboyedovun “Ağıldan bəla”sı, Mejealaytisin “İnsan”ı) tərcümələri yaradıcılıq fəaliyyətinə başlayandan  demək olar ki,  həyatını bütünlüklə rus dilindən bədii nəsr tərcüməsinə həsr etmiş Beydulla Musayevi, Hüseyn Şərifin, Əziz Şərifi, Cəlal Məmmədovu, Əli Səbrinin və Elxan İbrahimovun xidmətlərini xüsusi qeyd etmək lazımdır. Əziz Şərif, Əli Səbrini, Cəlal Məmmədov, İmran Seyidov və Elxan İbrahimovun yaradıcılığı isə onunla əlamətdardır ki, onlar eyni Azərbaycan yazıçılarının əsərlərini də müvəffəqiyyətlə rus dilinə çevirib, ümumittifaq  oxucusunun malı edirlər...

Azərbaycan şair və yazıçılarının rus ədəbiyyatından tərcümələri bu dilin vasitəsilə digər ədəbiyyatlardan tərcümələrə nisbətən əsasən ona görə qənaətbəxşdir ki, qələm əhlinın çoxu rus dilini yaxşı bilir və müntəzəm olaraq bu sahədə vərdişlərini təkmilləşdirir, biliklərini zənginləşdirirlər.

Rus dilinin Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatına qovuşmasında vasitəçi roluəvəzsizdir. Lakin qiymətləndirməklə yanaşı vasitəçi dilin yaratdığı  məna təhrifləri milli koloritin itirilməsinə səbəb olan amillərdəndir.

Bu fikrə istinad edən Cəlal Məmmədov qeyd edir ki, bu çox böyük bir nöqsandır: indiyədək biz dünya ədəbiyyatının və SSRİ xalqları ədəbiyyatının əksər əsərlərini orjinaldan deyil, rus dilindən tərcümə edirik. Doğrudur, rus tərcümə məktəbi ən gözəl ənənələri olan məktəbdir və dünyada ən kamil tərcümələrin çoxunu məhz o yaratmışdır. Belə bir mənbədən istifadə etmək heç də pis deyil. Lakin bədii tərcümə yalnız orjinaldan edildiyi təqdirdə tam dəyərli ola bilər. Bu, tərcümə yaradıcılığının ümumi şəksiz qanunudur (13).  

1969-cu ildə Moskvanın Progress Publisher-nin nəşr etdiyi, xalq yazıçısı Mirzə İbrahimovun ön söz yazdığı “Azerbaijanian Poetry” antologiyasına daxil edilən əsərlərin ingilis dilinə tərcüməsində vasitəçi dil rus dili olmuşdur.  Bu dilin təsiri yalnız əsərlərin tərcümələrində deyil, eləcə də şairlərin imzalarının transliterasiyasında da  özünü biruzə verir:

Nizami Ganjevi, Mekhseti-Khanum Ganjevi, Mullah-Panakh Vagif, Mirza-Shafi Vazekh, Hassan-Ogly İzzeddin, Nasimi İmadeddin, Shah- İsmail Hatai, Mirza Alekper Sabir, Gadjikerim Sanili, Abdulla Shaik, Aliaga Vakhid, Mikail Mushfik və.s.

       Mirzə Ələkbər Sabirin  antologiyaya daxil edilmiş “Tək səbir” şeirinin tərcüməsində də təhrif  faktlarını müşahidə etmək olar:

 

  Andıra qalmış nə yaman səslənir,

Söz deməyə vermir aman səslənir,

                                                                       Ox atılır, sanki kaman səslənir,

                                                                       Sahəti-meydanda vurur tək səbir.

 

İngilis dilinə tərcüməsi:

 

That unlucky odd sneeze be it ever accursed

    It won’t let us speak, it sounds without cease,

          As if thunder has sounded, lightening must burst,

              All over our squares sounds that mighty odd sneeze

(Azerbaijanian Poetry Anthology. Ìîsñîw, Progress  Publisher, 1971., 226).

XX əsr Azərbaycan  ədəbi  prosesində  Şekspirin “Hamlet” əsərinin  C. Cabbarlı, Puşkinin “Yevgeni Onegin”  mənzum romanının  S. Vurğun  tərəfindən  edilmiş  tərcümələri    ədəbi  prosesdə həqiqətən böyük rol  oynamış, milli ədəbiyyat nümunəsi  statusunu qazanmışdır. C. Cabbarlının uğurlu tərcüməsi sayəsində  Hamletin məşhur  monoloqunun  ilk  aforistik ifadəsi olan  “olum, ya ölüm” ingilis  bədii  fikrinin,  ingilis  dilinin  faktı  kimi yox, Azərbaycan  bədii  fikrinin və  dilinin  faktı  kimi  qavranılır.

Bu gün artıq  müəyyən  mənada C. Cabbarlı  tərəfindən tərcümə  olunmuş “Hamlet”  pyesi də  müasir  ədəbi  prosesin bütün  tələblərinə cavab vermir. Birincisi, əsər Azərbaycan  dilinə  vasitəçi dildən – rus  dilindən tərcümə  olunmuşdur. İkincisi, C.Cabbarlı  bu  faciəni öz dövrü üçün gözəl olan, lakin  müasir dövr  baxımından tam  dolğun olmayan, hələ XIX əsrdə  rus dilinə tərcümə  olunmuş  variantdan çevirmişdir. Üçüncüsü, C. Cabbarlının  istifadə  etdiyi  ədəbi  dil  normaları  müəyyən  qədər  arxaikləşmişdir.

 

Lakin Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə dünya ədəbiyyatı klassiklərinin əsərlərinin orijinaldan tərcüməsi və latın qrafikası ilə nəşri bu sahədə bir çox problemlərin həllinə səbəb olmuşdur. V.Şekspirin əsas əsərləri və 154 sonetinin hamısı ingilis dilindən tanınmış şair-tərcüməçi Sabir Mustafanın tərcüməsində nəşr olunmuşdur.

M. Cəfərə görə vəzndə sərbəstlik... o deməkdir ki, şair yeni məzmunu yeni formalarda daha müvəffəqiyyətlə ifadə edə bilmək üçün eyni əsərdə, ya eyni bir şeirdə, poemada müxtəlif vəznlər işlədə bilər.

Ümumiyyətlə, Azərbaycan türkcəsindən ingilis dilinə poeziya tərcüməsində sərbəst vəzndə yazılmlş şeirlərin seçilməsi adekvat tərcüməyə nail olmağa imkan verir.

Azərbaycan sərbəst şeirində  vəznin əsasını ritmik vahidlər-taktlar təşkil edir. Necə ki müxtəlif sayda hecası olan bölgülər heca vəznində əsasdır, sərbəst vəzndə həmin vəzifəni ritmika- intonasiyanın vahidləri olan taktlar yerinə yetirir. Ritmika-intonasiya vahidləri olan taktlar nə deməkdir?  Ritm, məlum olduğu üzrə cəmiyyətdə və təbiətdə, insan həyatının ən müxtəlif sahələrində obyektiv surətdə mövcuddur. Buna görə də o fizioloji, psixoloji, fiziki, linqvistik, estetik və.s. cəhətlərdən izah oluna bilər.” (1, 50).

R. Rzaya görə  sərbəst şeir deyərkən şeirin bütün qaydalardan azad olması nəzərdə tutulmur. 

O, hər şeyin  fikrə, şeirin konkret ifadəsinə, ritmə tabe olmasını əsas götürərək qeyd edir ki, Azərbaycan sərbəst şeiri qafiyəni tamamilə rədd etmir. Əksinə, sərbəst şeirdə iki, üç, dörd, beş və daha çox misra ardıcıl qafiyələnə bilər,  yaxud həmqafiyə misraların arasında iki, üç, dörd, beş qafiyələnməyən misra gələ bilər.

Ənənəvi ölçülü şeirlər sözün geniş mənasında vəznə əsaslanırsa, sərbəst şeirlər sözün xüsusi mənasında ritmə əsaslanır və yaxud ənənəvi şeirlərin vəzninin əsasını ölçü,  sərbəst vəznin əsasını isə ritm, nəhayət, ölçünün əsasını bölgülər, ritmin əsasını isə təqtilər təşkil edir (1, 54).

Bütün bunlar isə ingilis dilinə tərcümədə orijinalın ruhunu saxlamağa imkan verir. Çünki bu forma və ritm ingilis poeziyasında da mövcuddur.

İngilis poeziyasını Azərbaycan dilinə tərcümə edərkən vəziyyət bir qədər fərqli olur. Belə ki,  heca vəznində olan ingilis şeiri asanlıqla bu vəznin normalarına uyğun şəkildə Azərbaycan dilinə çevrilərək bəzən tərcümə əsəri kimi deyil, bu dildə yazılmış şeir təsiri bağışlayır. Sərbəst vəzndə yazılmış ingilis şeiri isə sərbəst şeir formasında Azərbaycan dilinə tərcümə edilməklə yanaşı, dilimizin geniş imkanlarından istifadə edilərək hətta heca vəznində də tərcümə olunur. İngilis şairi Mətyü Arnoldun “Longing” (“Həsrət”) şeiri  ingilis şeirnə xas  vurğulu, vurğusuz hecaların düzülüş qaydalarına uyğun olmaqla yanaşı Azərbaycan şeirinin heca vəzninə uyğun gəlir. Orijinaldan bir bəndə və onun Azərbaycan türkcəsinə tərcüməsinə diqqət yetirək: 

 

Orijinal:

Come to me in my dreams, and then

By day I shall be well again.

For then the night will more than pay

The hopeless longing of the day.

 

Tərcüməsi:

 

Gecələr  yuxuma gəlsən əgər sən

Dünya gözlərimdə gözəl görünər.

Gündüz də həsrətin tutub əlindən

Gecələr röyada vüsala dönər.

(3, 57).

(Tərcümə bu sətirlərin müəllifinə məxsusdur.)

 

Orijinalda olan aa bb qafiyə quruluşu tərcümədə çarpaz qafiyə ilə əvəz olunaraq ab ab  qafiyə forması ilə tərcümə edilmişdir.  Orijinalın romantik ruhu, məcazi məna üslubu  tərcüməçidən hədəf dilin imkanlarından son dərəcə yararlanmaqla adekvatlığı saxlamağı tələb edir. Fikrimizcə, bu vəziyyətdə sərbəst vəznlə tərcümə orijinalın ruhuna xələl gətirməklə Azərbaycan dilli oxucularda poetik hisslər oyada bilməzdi.

Nəticə etibarilə tərcümə prosesi, xüsusilə də bədii tərcümə dildən asılı olmayaraq fərqli yanaşma tələb edir desək, yanılmarıq. Belə yanaşma şeir tərcüməsinin uğurunu təmin edə bilər.

Vilyam Şekspirin “Hamlet” faciəsində Hamletin monoloqu Azərbaycan türkcəsinə müxtəlif dövrlərdə,  ayrı-ayrı tərcüməçilər tərəfindən tərcümə edilmişdir. Monoloqun son misralarının bir neçə tərcümə variantına diqqət yetirək:

 

Orijinal:

 

And enterprises of great pitch and moment

With this regard their currents turn awry

And lose the name of action.-Soft you now!

The fair Ophelia? Nymph, in thy orisons

Be all my sins remember’d.

 

Sətri tərcüməsi:

Və həmin böyük anın planları

Bu cür düşünərkən öz gücünü itirir,

Və süstləşir,-Sən indi sakitləş, 

Ədalətıi Ofelya!  Mələk, öz dualarında

Mənim günahlarımı da yada sal.

 

C. Cabbarlı monoloqu iki variantda- həm nəsrlə, həm də sərbəst şeir formasında tərcümə etmişdir:

 Qorxaq fikrin müdhiş etirafı, qəti bir iradənin iti boyası, təfəkküratın zülmətinə qarşı solur. Düşündükcə tələsik həyacanların cəsarəti sönür… fikir işə keçməyir. Sus… Ofeliya, gözəl pəri, öz dualarında mənim də günahlarımı xatırla».  (23, 77-78).

 

“Ən qəti qərarın iki rəngi...

Sardıqca xəjalə, daldıqca, düşündükcə

Solub getmədə, həyat...

Həyəcanla doğan qəti cəsarət sönüyor,

Fikr işə keçmiyor. ”

(eyni mənbədən)

 

C. Cabbarlının  eyni poeziya nümunəsindən etdiyi iki tərcümə variantı arasında aydın görünən fərq şeir formasında edilmiş tərcümənin daha qısa ifadəsindədir. Tərcüməçi nəsrlə tərcümədə orijinala  daha sədaqətli olmaqla, verilmiş fikri daha aydın ifadə etməyə nail olmuşdur. Qeyd etdiyimiz kimi dramaturqun yaşadığı dövrün ədəbi dil normalarının bu gün nisbətən köhnəlməsi və tərcüməçinin əsəri vasitəçi dildən çevirməsi monoloqda Hamletin daxili hiss və həyəcanlarını qabarıq ifadə etməyə mane olmuş və tərcümələrdə  fikir bir qədər sönük ifadə olunmuşdur. Bunu da qeyd etmək lazımdır ki, nəsrlə edilən tərcümədə orijinalda olan son iki misra ötürülmüşdür.

 

Tələt Əyyibov bu misraları bir sıra əlavələr etməklə ümumilikdə mənasını verməyə nail olmuşdur:

 

Həyata keçməsi mümkün görünən

Ən böyük xəyallar, böyük arzular.

Cəsarətsizlikdən həlak olur, ah!

Bəsdir. Ah, Ofeliya!  Mənim sevincim!

Dua eyləyərkən günahlarımı,

Məni də xatırlat mehriban mələk!

                                      

Aslan Aslanovun tərcüməsində isə bu misralar abstract bir şəkildə, həm də yarımçıq verilmişdir:

Odur ki, gücündən düşür şücaət

Alıb dərrakədən solğun bir çalar

Böyük qətiyyətlə  coşan cəsarət

Məqsəd qapısında olur tar-mar!

 

Mehdi Məmmədov bu misraları nəsrlə Azərbaycan türkcəsinə tərcümə etmişdir. Bu tərcümə nümunəsində də monoloqun Hamletin daxili iztirablarından  dolayı örətdikləri günahlarının etirafı kimi səslənən son misralar nəzərdən qaçırılmışdır:

 

Belə də hər niyyət, hər böyük amal öncə nailiyyət, zəfər vəd edir, təxirə düşdükcə puç olub gedir». (Mehdi Məmmədov)

 

Monoloqu ingiliscədən birbaşa Azərbaycan türkcəsinə sərbəst vəznlə çevirən şair-tərcüməçi Sabir Mustafanşn tərcüməsini  uğurlu hesab etmək olsa da, qüsurlardan da xali deyildir. Belə ki, Ofeliyanı  “mələk”  adlandıran və onu təmkinli olmağa səsləyən Hamletin “sus...sus”deməsi məntiqli görünmür. Ədalətli mənasını verən “fair” sözü “qəşəng” kimi tərcümə edilmişdir:

 

O böyük təşəbbüs, o ali məqsəd

İtirir adını, öz mənasını.

Sus...sus! Ofeliya? Ey qəşəng pəri,

Hər zaman özünün dualarında

Xatırla mənim də günahlarımı (25, 206).

 

 

Yuxarıda  qeyd etdiyimiz kimi  ana dilimizin zənginliyi monoloqu heca vəznində qafiyə ilə  tərcümə etməyə imkan vermişdir:

 

Xəyallar, arzular solanda, o dəm

Hər şey durğunlaşır, süstləşir aləm.

Sakitləş! Rəhmdil mələk Ofeliya!

Tanrıya mənimçün sən eylə dua.

(24, 11).

 

Bütün yuxarıda deyilənlər onu deməyə əsas verir  ki,  Azərbaycan türkcəsindən ingilis dilinə  şeir tərcüməsi zamanı sərbəst şeir forması, ingilis dilindən Azərbaycan türkcəsinə tərcümədə  həm heca vəznli, həm də sərbəst vəznli şeir formaları daha uğurlu seçim sayıla bilər.

Bir çox qeyri dəqiq tərcümə nəzəriyyələri alman ilahiyyatçısı və filosofu Fridrix Şleyermaxerin “xariciləşmə”yə dair son nəzəriyyələrinin nəzərəçarpacaq dərəcədə təsir etdiyi Alman romantizminə əsaslanır. “Tərcümənin müxtəlif metodlarına dair”(1813) mühazirəsində  Fridrix Şleyermaşer “yazıçını oxucuya” tərəf aparan, dəqiq tərcümə növü və “oxucunu  müəllifə doğru aparan”, yəni  müəllif mətninnin xarici dildə uyğunlaşdırmaqla edilən tərcümə növünü müəyyən etmişdir.  O açıq –aşikar ikinci metoda üstünlük vermişdir.  Onun belə mövqeyi heç də onun millətçi kimi əcnəbi oxucularda fransız mədəniyyətini bəyənməməsi və alman ədəbiyyatını üstün tutmasını fikrini formalaşdırmamalıdır.

Ümumilikdə “sədaqətlilik”, “şəffaflıq” anlayışları Qərb ədəbiyyatında  əsas yer tutmaqda davam edir.

Qərbə xas olmayan ədəbiyyatlarda bu anlayışlara  eyni dərəcədə həssaslıqla yanaşılmır. “Ramayana” hind epik əsərinin bir sıra hind dillərində biri-birindən fərqli olan bir neçə versiyaları vardır.

Tərcümədə sədaqət və şəffaflıq məsələləri müvafiq olaraq “formal ekvivalentlik” və “dinamik ekvivalentlik” terminləri kimi formalaşmışdır.

“Dinamik ekvivalentlik” (yaxud funksional ekvivalentlik) lazım gələrsə mətni sətri tərcümə etmklə, söz sırasını qorumaqla, müəllif mətnindəki  fellərin məlum, məchul növlərini olduğu kimi verməklə müəllif mətnində ifadə olunmuş fikri tərcümədə ifadə etməkdir.

“Dinamik ekvivalentlik”, əksinə, (“sətrilik” vasitəsilə axtarış)  müəllif mətnini lazım gələrsə tərcümə edilən dilin xüsusiyyətlərinə uyğun şəkildə şərh edir.

Dinamik və formal ekvivalentliklər arasında  ciddi fərq yoxdur. Əksinə, hər ikisi tərcüməyə yanaşmanın vahid spektrumunu təşkil edirlər. Hər biri ayrı-ayrı vaxtlarda, müxtəlif kontekstlərdə eyni tərcüməçi tərəfindən və eyni mətnin müxtəlif məqamlarında, bəzən də hər ikisi eyni zamanda işlənir (58, 321). 

Görkəmli dramaturq, ədəbi əlaqələrimizin tanınmış tədqiqtçısı mərhum alimimiz Ş. Qurbanov Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı ilə qarşılıqlı əlaqə və qarşılıqlı təsirinin öyrənilməsinin çox vacib məsələ və vəzifə olduğunu qeyd edərək yazırdı: “Hər hansı ədəbiyyatın inkişafında ictimai-tarixi şəraitin böyük rol oynaması inkaredilməz bir həqiqətdir” (12, 333-334).

Azərbaycan dramaturgiyasının banisi, teatr sənətimizin görkəmli nümayəndəsi Cəfər Cabbarlı həm də istedadlı tərcüməçi idi. O, müxtəlif mövzularda bədii və ictimai-siyasi əsərlər tərcümə etmiş, dilimizin və ədəbiyyatımızın zənginləşməsində böyük rol oynamışdır. Cabbarlının tərcümə etdiyi bədii əsərlər içərisində V.Şekspirin «Hamlet» və «Otello» kimi dünya ədəbiyyatının şedevrlərini, Bomarşenin «Fiqaronun toyu», Şillerin «Qaçaqlar» əsərlərini xüsusilə qeyd etmək lazımdır. Bu məşhur əsərləri Cabbarlının tərcümə etməsi heç də təsadüfi deyildi. İnqilabdan sonrakı dövrdə ölkəmizdə yeniliklə köhnəliyin qarşılaşdığı ictimai həyatımızda keçmişin qalıqlarına qarşı amansız mübarizə apardığı bir zamanda həmin əsərlərə kəskin ehtiyac duyulurdu.

C.Cabbarlı ictimai-siyasi və bədii əsərlər tərcümə etməklə kifayətlənməmiş, öz məqalə və çıxışlarında dəfələrlə tərcümənin milli ədəbiyyat üçün əhəmiyyətindən söz açmışdır.

O, tərcümənin nəzəri əsasları haqqında da dəyərli fikirlər söyləmiş, adekvat tərcümənin bəzi mühüm aspektlərini uzaqgörənliklə əsaslandırmışdır. Ədib mütərcimdən tərcümə dilinin sadəliyini, aydınlığını və xəlqiliyini tələb edirdi. Onun V.Şekspirin «Otello» faciəsinin 1921-ci ildə H.Səbrinin tərcüməsində Azərbaycan Dövlət Teatrında tamaşası haqqında yazdığı məqalədə oxuyuruq: «Bu dəfə bu əsər mərhum Haşımbəy Vəzirovun tərcüməsi ilə deyil, gənc aktyorlarımızdan Həsən Səbri Abdullayevin tərcüməsi ilə oynanılırdı. Haşımbəyin tərcüməsi çox zəif idi. Mütəəssüfanə yoldaş Həsən Səbrinin də tərcüməsi bir o qədər də qüvvətli çıxmamışdır. Xüsusən, cümlələri qırıq-qırıq, bəzən olduqca uzundur. Bir çox yerdə cümlənin əvvəli ilə sonu düz gəlmir. Dili və yabançı sözlər çoxluğundan olduqca çətindir.

C.Cabbarlının tərcümə obyekti olan əsərlərin teatr tamaşası  baxımından yararlı olmasına görə öz baxışı var idi. Ona görə tərcümə əsərində aşağıdakı məqamlara xüsusi diqqət yetirilməlidir:

1) səhnə sənətinin spesifikasının nəzərə alınması;

2) doğma Azərbaycan türkcəsindən xalq dilinin zəngin xəzinəsindən istifadə etməyin vacibliyi:

3) tərcümədə mümkün qədər yabançı sözlərin işlədilməməsi.

C.Cabbarlının yaradıcılığında onun tərcümələri və orijinal əsərləri üzvi vəhdət təşkil edir. Çünki o, həm öz əsərlərində, həm də müxtəlif dillərdən çevirdiyi əsərlərdə eyni sənət prinsiplərindən çıxış etmişdir. Məlumdur ki, Cabbarlı öz yaradıcılığında bir tərəfdən dilin daxili inkişaf qanunauyğunluqlarından çıxış edərək ədəbi dili yeni sözlər yaratmaq yolu ilə zənginləşdirməyə, təbiiləşdirməyə çalışmış və beləliklə, insan hisslərini, insan fikirlərinin ən incə çalarlarını ifadə etməyə nail olmuşdur. Dramaturqun əsərlərinə xas olan bu keyfiyyəti onun Azərbaycan dilinə çevirdiyi əsərlərə də şamil etmək olar.

Dünyanın bütün xalqları Şekspir yaradıcılığına vaxtaşırı müraciət etmişlər. Hər yeni nəsil Şekspirin əsərlərinə öz ədəbi zövqü, dünyagörüşü baxımından yanaşmış, həyatın, cəmiyyətin mühüm problemlərinin həllində dahi dramaturqun məsləhətinə daxili ehtiyac duymuşlar.

Şekspir yaradıcılığına Azərbaycan ədibləri də biganə qalmamışlar. Onun ən çox tərcümə edilən əsəri isə «Hamlet» olmuşdur. Bu da təsadüfi deyildir M.Y.Lermontovun dili ilə desək, Şekspirin dahiliyi, orijinallığı bu əsərdə daha parlaq bir şəkildə görünür. «Əgər o (Şekspir- red.) dahidirsə, onda bu cəhət özünü «Hamlet»də göstərir, əgər o insan qəlbinə, taleyin qanunlarına nüfuz edə bilərsə, əgər o orijinaldırsa, yəni yenilməzdirsə, onda özünün əksini «Hamlet»də tapır» (76).

Öz qnoseoloji idraki spesifikası etibarilə tərcümə bilavasitə yaradıcılığ prosesindən əsaslı surətdə fərqlənir. Belə ki, tərcümədə əsas şərtlərdən biri başqa dildə ifadə edilən həmin dilin normalarına tabe olan mətni öz beynində çevirə bilmək, tərcümə dilində buna həm də üslub cəhətcə uyğun söz və ifadələr tapa bilmək qabiliyyəti – istedadıdır. Belə bir bacarıq görkəmli ədiblərdə ola da bilər, olmaya da. Böyük istedad sahibi olan sənətkarların tərcümələri çox zaman onların orijinal əsərlərindən zəif görünür. Əksinə, bəzən böyük ədib kimi tanınmayan şair və yazıçılar tərcümə sahəsində daha qüdrətli və istedadlı sənətkarlar kimi şöhrət qazanırlar. Bu kimi ədiblərə Azərbaycanda A.Səhhəti,Ə.Cavadı, T.Əyyubovu, B.Musayevi, V.Qafarovu və başqalarını misal göstərmək olar. Əlbəttə, bu iki yaradıcılıq növü arasında çox sıx əlaqə, qırılmaz münasibətlər mövcuddur. Məhz bunun nəticəsində böyük şair dramaturq və nasirlərin əksəriyyəti, xüsusilə universal istedada malik yazıçılar, eyni zamanda, görkəmli tərcüməçi   kimi fəaliyyət göstərirlər. Öz xalqlarının mədəniyyətlərini ümumdünya mədəniyyəti kontekstində görə bilmək böyük yazıçıların çoxunu tərcüməçiliyə gətirib çıxarır. Bunun əyani nümunəsini  Cabbarlı yaradıcılığında görürük.

Ədəbi-tənqidi düşüncə tariximizdə N. Gəncəvi və Şekspir sənətinin, poeziyasının oxşarlığı haqqında dəyərli fikirlər söylənilmişdir.  Mərhum ədəbiyyatşünas  alim prof. Ə.Ağayevin mühakiməsinə diqqət yetirək: ...bütünlükdə onun qəzəlləri arasında ideya və fikir cəhətdən əlaqə və yaxınlıq vardır. Demək olar ki, onun qəzəllərinin hamısı bir-birini tamamlayır. Nizaminin həyata olan lirik münasibətini davam etdirir. Həyata lirik münasibətin belə ardıcıl ifadəsi dünya ədəbiyyatının böyük nümayəndələrində-Şekspirin sonetlərində özünü göstərən diqqətəlayiq bir xüsusiyyətdir ki, bunu biz Nizaminin lirik əsərlərində də görürük”.  Mərhum prof. Arif Hacıyev isə yazırdı: “Onu hər kəsdən əvvəl, Şekspirlə, onun faciə və sonetləri ilə müqayisə etmək olar (7, 119).

“Nizami, qəzəllərində, böyük italyan şairi Dante kimi, öz Beatriçasını tərənnüm etmiş, öz ideal məhəbbətini ifadə etmişdir” yazan sözsevər ədəbiyyatşünas alimimiz Əkbər Ağayevin fikrinə nəsə əlavə etmək fikrində deyilik. Amma Nizaminin Dantedən, Petrarkadan, Şekspirdən bir neçə əsr əvvəl qələmə aldığı qəzəllərinin Qərbi Avropa, o cümlədən italyan sonetlərinə güclü təsiri olduğunu heç kim dana bilməz. Qəzəlin də, sonetin də forma və məzmununda olan oxşarlıq, bənzərlik sonetin qəzəl kanonu üzərində qurulduğunu təsdiq edir (76).

“...Şekspir sonetlərinin dərin ictimai-fəlsəfi məzmunu yüksək poetik keyfiyyətlərə malik olduğundan nəzəri ədəbiyyatda çoxdan qəbul olunub və Şekspir soneti tipi adı altında qanunlaşdırılıb, kanon şəklini almışdlr.«… (6, 29).

Şərq və Qərb poeziyasının ən tanınmış simaları olan və müxtəlif dövrlərdə yaşayıb-yaratmış Nizami Gəncəvi və Vilyam Şekspir yaradıcılıqlarında  mövcud olan  oxşarlıqlar fərqli semantik, qrammatik quruluşu olan və müxtəlif dil qruplarına mənsub olan  xalqların ədəbiyyatının biri-birini zənginləşdirmək üçün əhəmiyyətli və yararlı mənbədir.

İnsanın ən kövrək, nisgilli könül harayları və ya sevincli, riqqətli, narahat fikir təlatümləri əsl izharını məhz poeziyada tapır. Poeziya danışıq nitqi ilə musiqi arasında bir növ orta mövqe tutur. O da musiqi kimi adi danışıqla tam ifadə edilməyən gərgin emosiyadan, böyük həyəcandan doğulur. Elə bil ki, poetik fikirlər yaranarkən hansı ürək döyüntüləri, qəlb çırpıntıları üzərində köklənirsə, şeirin daxili ahəngi, bölgüləri, təqtiləri də həmin ritmi səsləndirir. Məzmun həyəcanı ritm həyəcanında musiqiləşir, “şeirləşir”...

Buna görə də şeirin ritmi, ahəngi poetik gözəlliyin ən ümdə şərtlərindəndir. Çünki poetik məzmun öz bədii ifadəsinə, estetik gözəlliyə məhz uyarlı bədii formada nail olur (1, 5).

Bualo “Poeziya sənəti” adlı məhşur əsərində şeirin ritm səliqəsinə, ahəng səlisliyinə xüsusi diqqət yetirməyi tövsiyə edirdi: “...şeirdə ahəngə diqqət yetir, vəzni pozma; misranı iki yerə bölməli olsan, elə et ki, sözlər arasındakı fasilə mənaya xələl gətirməsin, onu daha da aydın nəzərə çatdırsın. Xüsusilə səy et və çalış ki sözlərdəki saitlər dalbadal gəlib qarışmasın, ahəngi pozmasın” (61, 232).

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mövzu ilə bağlı suallar:

 

1.  Dünya ədəbiyyatından Azərbaycan türkcəsinə tərcümə edilmiş məşhur əsərlər hansılardır? Bu əsərlərin mütərcimləri kimlərdir?

1.       Bədii, yaxud poetik tərcümənin uğurlu olmasında hansı cəhətlər əsas sayıla bilər?

2.       Cəfər Cabbarlının Vilyam Şeksprin dram əsərlərinin, xüsusilə”Hamlet” faciəsinin tərcüməsi haqqında sizin fikriniz nədir?

3.       Nizami Gəncəvi qəzəlləri ilə Vilyam Şekspir sonetləri arasında nə kimi oxşarlıqlar vardır?

 

Müstəqil iş:

 

Görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlı ilə ingilis Renessansının dahi dramaturqlarından biri Vilyam Şekspirinyaradıcılığında oxşar və fərqli cəhətlər haqqında fikrinizi esse  şəklində yazmağa çalışın.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

     

§4. Mütərcim mövqeyi

Dillər arasında mövcud olan sərhədlər bədii tərcümə işini cətinləşdirir. Bu baxımdan da tərcümə sənəti həmişə bir dildən başqa dilə tərcümənin qeyri-mümkünlüyü fikrini təkzib etməyə yönəlmişdir. Əslində, belə demək olar ki, poetik mənada tərcümə sənətinə orijinalda olan məna incəliyi və tərcüməçilərin  öz qarşılarına qoyduqları tələblər gölgəsindəki sərhədlər təsir edir. Təbii ki, tərcüməçilər orijinal mətnin dilinə bədiilik baxımından  tələbkar olaraq  öz sənətlərində ədalətli olmağa çalışırlar. Tərcüməçilər bu dillərin sərhədlərinə görə, orijinalın mənasına mümkün qədər sədaqətli omağa görə  özlərini məhdudlaşmış hesab edirlər. (Hugo Friedrich. On the Art of Translation. Theories of Translation. An Anthology of Essays from Dryden to Derrida. The University of Chikago Press 1992 p. 11)

Romalılara görə tərcümə orijinalla yarışmadır. Məqsəd  orijinalı üstələməkdir və belə olduğu halda bir dildə yeni ifadəni yaratmaq üçün çox da şişirtməyə yol vermədən  orijinaldan ilham mənbəyi kimi yararlanmaqdır.

 

Şeirin dili və vəzni haqqında  poetika tədqiqatlarının müəllifi Məmməd Cəfər yazır: “Dilləri bir-birindən ayıranların arasında Çin səddi çəkmək, dillərin hər cəhətdən biri-birinə təsir göstərdiyini və müəyyən hallarda onların arasında ümumi cəhətlərin olduğunu inkar etmək mümkün olmadığı kimi, şeir vəznləri arasında da möhkəm Çin səddləri yaratmaq, onların biri-birinə yaxınlığını inkar etmək, onları bir-birinə qarşı qoymaq olmaz. Şeir vəznləri hər şeydən əvvəl milli dilin xüsusiyyətləri ilə əlaqədar olaraq yaranır.”

Poeziya tərcüməsinin ən başlıca vəzifəsi tərcümə mətnini mümkün qədər müəllifin mətnindən ayırmamaqdır. Başqa sözlə desək, oxucunun dinamik rolunu azaltmamaqdır (44, 258).

Kristian Nordun fikrincə, tərcümədə əsas üç prinsip ğözlənilməlidir:

Dəqiqlik, sərbəstlik, ekvivalentlik (39, 91).

L.A. Bunin adekvatlığın qorunub saxlanması haqqında  yazırdı: “Mən tərcümə edərkən hər vəchlə müəllif mətninə yaxın olmağa, dilin sadəliyini, müqayisə və epitetləri, sözlərin xarakterik olaraq təkrarlanmasını hətta mümkün olduğu qədər misraların sayını  saxlamağa çalışdım. Bu heç də asan deyildi”.

Tərcümə nəzəriyyəçisi R. Yakobson haqlı olaraq yazırdı: “Dillər biri-birindən əsas etibarı ilə ifadə edə bildikləri nəsnələrə görə deyil, ifadə edə bilmədikləri nəsnələrə görə fərqlənir” (72, 22).

Ümumiyyətlə, tərcümədə MM və TM arasındakı uyğunluqla bağlı

Y. Naydanın da tərcümə fəaliyyətində aşağıdakı prinsipləri əsas götürməkdə haqlıdır. O yazırdı:

1. MM-in tərkib hissələrə ayrılması və semantik məğzin təşkil olunması;

2. MM-dən TM-ə mənanın ən adi səviyyədə dəyişdirilməsi;

3.TM-də üslubi və semantik ekvivalentin ifadəsi (55, 19).

Bütün bu müqayisələr və tədqiqlər göstərir ki, Azərbaycan türk poeziyasının ingilis dilinə tərcüməsi zamanı mütərcimlər poetik formanın qorunub saxlanmasına həmişə nail ola bilmirlər. Bu, hər şeydən əvvəl Şərq və Qərb poetik sistemimin müxtəlif   şeir sistemlərinə söykənməsi ilə əalaqədardır. Bütün bu deyilənlərdən sonra belə bir qənaətə gəlmək  olar ki, bu sahədə uğur qazanmaq üçün hər bir tərcüməçi:

·          Ingilis dilində olan şeir  vəznlərini dərindən öyrənməli və onların Azərbaycan dilində mövcud olan üç vəzn arasında ekvivalentini tapmalıdır.

·          Tərcümə etdiyi əsərin müəllifinin yaradıcılıq mühitinə bələd olmalı, onun ruhunu duymağı bacarmalıdır

·          Orijinalın ruhunu, mahiyyətini, onun özünəməxsusluğunu dəqiq öyrənməlidir (55, 50).

Ə. Rza yazırdı ki, Azərbaycan dilindən fərqli olaraq, ingilis şeirində vəzn üçün hecaların miqdarı və vurğu əsas götürülür. Təqtilərdə vurğulu və vurğusuz hecaların qanunauyğun, ritmik düzülüşü beş vəziyyətdə olur. Buna görə də sillabotonik əsasda qurulan ingilis şeirində vəznin 5 növü vardır: yamb, xorey, daktil, amfibrax və anapest.

Yamb iki hecalı sözlərlə yazılır və vurğu həmişə ikinci hecaya düşür. Daktil, amfibrax və anapestdə üçhecalı təqtilər təkrar olunur (20).

Bədii tərcüməyə dair tanınmış tədqiqatçıların yuxarıda tədim və təhlil etdiyimiz fikirləri tərcümə  işinin kifayət qədər çətin və məsuliyyətli olduğunu diqtə edir. Digər tərəfdən əgər bədii tərcümə materialı kimi şifahi xalq yaradıcılığı məhsulu nəzərdə tutulursa, məsələ bir qədər də çətinləşir. Belə ki, illərlə hər hansı bir xalqın ruhundan süzülüb gəlmiş, cilalanmış, müəyyən bir qəlibə düşmüş istənilən şifahi xalq yaradıcılığı nümunələri başqa dilə tərcümədə digər janrlarla müqayisədə daha böyük itkiyə məruz qalır. Bəzi hallarda isə milli koloritlə zəngin olan folklor nümunəsinin başqa dilə tərcüməsi məqsədəuyğun sayilmır. Ona görə ki,  həmin nümunə tərcümə zamanı qazanmaqdan çox itkiyə məruz qalır. Bu baxımdan tərcüməyə material seçərkən tərcüməçilər həssas və diqqətli olmalıdırlar.

E. Etkind yazırdı ki, “mütləq tərcümə” yalnız müstəsna hallarda mümkün olur. Bir qayda olaraq itkisiz, dəyişikliksiz şeir tərcüməsi mümkün deyildir... Şeirin tərcüməçisi üçün ən başlıcası odur ki, tərcüməçi hər bir konkret halda məhz hansı itkilərə yol veriləcəyini dəqiq bilməlidir (71, 68).

Azərbaycan türk  ədəbiyyatının təbliğində və tərcüməsində xüsusi yeri olan “Azerbaijan İnternational” jurnalı öz fəaliyyətində qeyd etdiyimiz  məqamları diqqət mərkəzində saxlayaraq, xalq yaradıcılığından tutmuş müasir şair və yazıçılarımızın bu və ya digər əsərlərinii ingilis dlinə tərcümə edilib yayımlanmasında xeyli iş görmüşdür.

Jurnal  şifahi xalq yaradıcılığı nümunələrinin tərcüməsinə  xüsusi həssaslıqla yanaşmışdır. Burada diqqəti çəkən məqam odur ki, tərcümə edilmiş bayatılar dərc olunarkən bayatı haqqında ingilisdilli oxucuya əhatəli məlumat verilmişdir. Bu isə tərcümənin oxucu tərəfindən düzgün qavranılmasına imkan yaratmışdır. Hətta jurnalın 2006-cı ildə çıxan yaz nömrəsində 1955-56-cı illərdə Sibirə sürgün edilmiş Əhməd Cəfərzadənin topladığı heç bir yerdə dərc edilməmiş bayatıları belə əldə edilərək onların həm Azərbaycan türkcəsində, həm də sərbəst vəznlə ingilis dilinə tərcüməsi çap olunmuşdur (30, 32). 

 

Misal:

 

Sibirin yollarında

Qarı var kollarında

Dustağı kim tanımaz

Zəncir var qollarında.

 

Tərcüməsi:

 

On the roads of Siberia

Snow covers the bushes.

Who can’t recognize the prisoner?

Whose hands are in chains.

 

Fikrimizcə bayatıda olan qafiyə quruluşu saxlanılmasa da, Sibir dustağı haqqında ifadə olunan yanğı hissi öz poetik ifadəsini tapmışdır. İngilisdilli oxucu Sibirin qarlı çöllərində qolu zəncirli dustağı gorə bilir.

Başqa bir misala diqqət yetirək:

 

Dağlara lala gəldi

Gül gəldi, lala gəldi

Hitler biz yazıqlara

Allahdan bəla gəldi.

 

İngilis dilinə tərcüməsi:

 

Poppies bloomed in the mountains,

Flowers and poppies blossomed in the mountains.

Hitler came as a misfortune from the God

To us miserable people.

 

Dağların gülə- çiçəyə qərq olduğu bir vaxtda Hitlerin xalqa Allahdan bəla gəldiyi fikri də burada aydın təcəssümünü tapmışdır.

Bayatıların əvvəlində isə şifahi xalq ədəbiyyatının bu məşhur  növü haqqında yığcam məlumat aşağıdakı kimi təqdim olunmuşdur: “Azərbaycan poeziyasının geniş yayılmış formalarından biri, lirik poeziyada ənənəvi janr olan bayatıdır. Bu şifahi xalq ədəbiyyatına aid olan janrdır. Bayatılar ağılar kimi xalqın ürəyindəki qəm-qüssəni, narahatçılığı ifadə edir”.

Burada eyni zamanda bayatının quruluşu və onu toplayan şəxs haqqında da qısa məlumat verilmişdir:

“Bayatların çox dəqiq üslub xüsusiyyətləri vardır: Hər bənd yeddi hecalı dörd misradan ibarət olur. Üçüncü misra sərbəst olur, digər üç misra qafiyələnir. Şeirin əsas ideyası son iki misrada ifadə olunur” (30, 34).

Tərcümədə qafiyə quruluşunun, ritmin saxlanılmaması, sadəcə mənanın çatdırılması da qeyd olunur. Fikrimizcə, xalqın kimliyini, mədəniyyətini, ədəbiyyatını olduğu kimi digər xalqlara çatdırmaq üçün tərcümə uğurlu sayıla bilər. Hər halda bunlara toxunmaq olmaz, məna itər deyə başqa dillərə tərcümə etməmək qərarı  bütün xalqların qloballaşan dünyaya öz töhvələrini verdiyi bir zamanda doğru fikir deyildir. Əgər bu gun  xalqımızın uzaq keçmişindən, ruhundan süzülən muğamımız  hər hansı əcnəbini ram edirsə, bayatılarımız, laylalarımız da belə bir mənəvi  gücün sahibidir.

Bəzi hallarda isə dilimizdə  atalar sözü kimi işlənilən bayatılar da mövcuddur ki, onların ingilis dilində qarşılığını bir sadə cümlə ilə ifadə edirik. Doğrudur,  bu halda bayatıda ifadə olunan fikir heç də ingilis dilində qarşılığı hesab etdiyimiz atalar sözünün ifadə etdiyi mənada tam təcəssüm olunmur.

 

Məsələn:

 

Əzizim Vətən yaxşı,

Geyməyə kətan yaxşı,

Qürbət yer cənnət olsa,

Ölməyə vətən yaxşı.

 

Bayatının  ingilis dilində qarşılığını aşağıdakı kimi təqdim etmək olar:

 

“There is no place like home”

 

Tərcüməsi:

“Ev kimi doğma yer yoxdur”

 

Və yaxud 

 

East or west home is best.

 

Tərcüməsi:

 

Şərqdə də , qərbdə də ən yaxşı yer vətəndir.

 

Halbuki orijinalda ifadə olunan fikri saxlamaqla yanaşı qismən də olsa, qafiyə və ritmi də qorumaqla bu bayatını aşağıdakı kimi tərcümə etmk olar:

 

Oh, Motherland you be blessed,

Apart from you I always missed.

Should I lived in wonderful lands,

Let my deathbed be your breast.

 

Azerbaijan International jurnalında kı bayatı tərcüməsindən başqa bir nümunə:

 

Orijinal:

Bakıdan gələn yox,

Danışıb gülən yox,

Köksüm dərdlə doludurr,

Göz yaşımı silən yox.

 

İngiliscəsi:

 

No one comes from Baku
No one speaks or laughs
I am full of grief
There is no one
To wipe away my tears.

 

Aşağıdakı bayatıları isə “Azerbaijan İnternational” jurnalına Dağıstanın Dərbənd şəhərində anadan olmuş Azərbaycan türkü  Nuhbala Qədirov təqdim etmişdir.

 

Orijinal:

Fələyi dindireydim

Dərdimi bildireydim,

Mənə yazı yazanda

Qələmin sındıreydim.

 

Tərcüməsi:

 

If only I could speak with God,
I would let Him know what

He doesn't know.
I would break the pen
With which He wrote my fate.

 

Orijinal:

 

Aman fələk dad fələk,

Heç olmadım şad fələk.

İçirdiyin şərabdan

Bir özün də dad fələk.

 

Tərcüməsi:

 

Oh God, help me God,
Why am I so unhappy?
God, you should also taste
The poison that you have made me drink.

(75).

 

Bu bayatını qafiyəsini və ritmini qorumaqla aşağıdakı kimi də tərcümə etmək olar:

 

O dearest God, help me please,

My sorrow, grief never cease

İ wish you tasted  the wine

That made me drink the divine

 

Bayatılar kimi illərin sınağından çıxmış, xalqımızın ruhundan süzülən atalar sözlərimiz

qafiyə, ritm baxımından özünəməxsusluğu ilə seçildiyinə görə onların da ingilis dilinə

tərcüməsi  tərcüməçidən xüsusi diqqət tələb edir.  Məsələn,  Azərbaycan türkcəsindəki

“İşləməyən dişləməz” atalar sözünün ingilis dilində    “No Pain, no Gain”, “ A stitch in time saves nine”-“ Vaxtında görülmüş işdən gül iyi gəlir”,  “Well-begun is half done”-

Yaxşı başlanğıc işin yarısıdır” kimi  qarşılıqlarının olması  tərcümə zamanı tərcüməçinin işini asanlaşdırır.

Bu da danılmaz faktdır ki, ingilis dilində bu qəbildən olan atalar sözünün heç də həmişə bu cür qarşılığını tapmaq mümkün deyildir. Bəzi hallarda Azərbaycan dilində orijinalın mənasına uyğun  atalar sözü olmadıqda tərcüməçinin  dilimizdə mövcud olan orijinala mənaca  yaxın olan atalar sözünü işlətməsi məqbul hal kimi hesab olunur. Məsələn,  ingilis dlindəki   “An apple a day keeps doctor away”  “Gündə bir alma yesən həkimə getməzsən”atalar sözünün  dilimizdə dəqiq qarşılığı olmadığından  biz onu “İş adamın çövhəridir” kimi tərcümə etsək heç  bir məna təhrifinə yol verməmiş olarıq.

“Early to bed, early to rise makes a man healthy, wealthy and wise” atalar sözünü işləmə konteksti imkan verirsə  “Tez oyananla, tez evlənən heç vaxt uduzmaz” kimi  verə bilərik. Əgər işlənmə konteksti orijinaldakı mənaya uyğundursa  bu atalar sözünün “Tez yatmaq, tez oyanmaq insanı sağlam, zəngin və müdrik edir” kimi tərcümə etməklə heç bir üslub səhvinə yol verməmiş olarıq. Aşağıdakı atalar sözləri də bu qəbildəndir:

Today and tomorrow is as near as joy and sorrow.- “ Bu günlə sabah sevinclə kədər kimi yaxındır.

Red sky at night shepherd’s delight.  “Gecə səmanın qırmızı olması çobanı məmun edir”.

Red sky in the morning shepherd’s warning. “Səhər səmanın qırmızı olması çobana pis hava barədə xəbərdarlıqdır” kimi tərcümə olunması da məqbul haldır.

A little pot is soon hot. “Balaca qazan tez qızar”

 

Məşhur alman linqvisti, müqayisəli dilçiliyin banisi, antik poeziyanın  görkəmli mütərcimi Vilhelm Humboldt 1796-cı ildə Şlegelə məktubunda yazırdı: “Hər cür tərcümə mənə sözsüz ki, yerinə yetirilməsi mümkün olmayan məsələnin həlli üçün göstərilən cəhd kimi görünür. Hər bir mütərcim sualtı qayıqlardan birinə çatmalı, yəni orijinalı xalqın xüsusiyyətlərinə uyğun, ya da əksinə onu qurban verməlidir. Bunların arasında orta mövqe tutmaq isə çox çətindir”(69, 50). 

Cavab məktubunda Avqust Şlegel yazırdı ki, mətnin iştirakçılarından biri ölməlidir: ya orijinalın müəllifi, ya da mütərcim.  XIX əsrin ortalarında yaşamış məşhur filoloq Marista Qaünt isə qeyd edirdi:  “Bu tərcümə anlayışların, fikirlərin məhvidir”(69, 76).

Tərcümə barədə  bu kimi təzadlı fikirlər heç də onun bəşəriyyətin mədəniyyət körpüsü olduğu fikrinə zərrə qədər xələl gətirmir.

Bir sıra tərcümə mütəxəssislərinin fikrinə ğörə poeziya tərcümə zamanı itir. Əslində isə dilini heç başa düşmədiyimiz şeirdənsə, məna və məzmununu bir qədər dəyişmiş, qurban vermiş şeir tərcüməsi orijinal dilin poetikası, bədii dili, ədəbi ifadə vasitələri və hiss- həyəcanları, duyum və düşüncə tərzi barədə bizə müəyyən məlumat verir. Tərcüməçini hər hansı bir bədii parçanı tərcümə etməyə həvəsləndirən faktorlar vardır. Bu faktorların ən önəmlisi  tərcüməçinin özünü dərketməsindən irəli gəlib, onun özünün  şeir, yaxud digər janrda əsər yazmasi  həvəsinə düşməsi ilə eyni  səviyyədə durur. Tərcüməçi  orijinalın dilində dərindən hiss etdiyi, duyduğu, qəlbinə yaxın olan əsərləri öz ana dilinə daha uğurla tərcümə edir.

“Şeirdə ifadə olunan fikirdənsə onun necə verilməsi faktına diqqət yetirməyi qarşıya məqsəd qoymağa ehtiyac yoxdur. Fikrin necə  verilməsinə diqqət çəkmək məzmundan fikri yayındıra bilər. Şekspiri oxuyarkən onun  fikir dünyasının təsiri altına düşürük. Tərcümədə sözləri, hətta bir sözü  belə dəyişərkən  ifadə olunmuş fikir itir” (46, 18).

Bədii tərcümə prosesində ortaya çıxan problem və çətinliklər barədə çox yazılmışdır. Belə problemlərdən biri də tərcümə üçün əsər seçimi ilə bağlıdır. Çünki seçim zamanı tərcüməçi aşağıdakı suallara da cavab verməlidir: əsərini tərcümə edəcəyi müəllifin yaradıcılığına  dərindən bələddirmi, onun dilinin incəliklərini bilirmi, əsərlərini ürəkdən sevirmi?  Əks halda çətinliklər qaçılmazdır. Məlum məsələdir ki, tərcüməçi “tərcümə etdiyi əsərin müəllifinin yaradıcılıq mühitinə bələd olmalı, onun ruhunu duymağı bacarmalıdır. Orijinalın ruhunu, mahiyyətini, onun özünəməxsusluğunu dəqiq öyrənməlidir”  (15, 50).

Bundan əlavə orijinalın milli koloritini saxlamaq üçün tərcüməçi tərcümə etdiyi dil, bu dilin daşıyıcısı olan xalq haqqında hərtərəfli biliyə və geniş dünyagörüşünə malik olmalıdır. Burada kiçik ehtiyatsızlıq  milli adət-ənənələr arasında mövcud olan sərhədlərin pozulmasına gətirib çıxara bilər.  

Yalnız bu prinsiplərə əməl edən tərcüməçi öz ana dilinin də özəlliklərini nəzərə almaqla bu işin öhdəsindən uğurla gələ biləcəyinə əmin ola bilər. Belə hallarda tərcümə əsəri hətta bəzən orijinalın özü qədər güclü olur. Tərcümə üçün seçilən əsərin müəllifinin də həyata baxışları, dünyagörüşü nəzərə alınmalıdır. Məsələn, təsadüfi deyil ki, “Odisseya”nın tərcüməsində Jukovski özünə xas olmayan bir çərçivə daxilində hərəkət etmiş, orijinalın məzmunu və ruhunu saxlamaq baxımından mühafizəkar olmağa çalışmışdır: “Homeri tərcümə edərkən hər cür ədəbazlıqdan, bər-bəzəkdən, hər hansı bir effektə uymaqdan, şuxluqdan imtina etmək gərəkdir” (2, 342).

Bu baxımdan C.Q, Bayronun “Şərq poemaları”nın Azərbaycan türkcəsinə tərcüməsinin səciyyəvi özəllikləri vardır. Adından da göründüyü kimi  bu poemalarda şərq adət-ənənələri əks olunmaqla yanaşı, türk sözlərindən də geniş istifadə edilmişdir. Şairin Şərq aləminə yaxından bələd olmasının səbəbi  onun Şərq ölkələrinə səyahəti zamanı bir müddət orada yaşamasıdır. Bu isə əsərin Azərbaycan türkcəsiinə keyfiyyətli tərcümə edilməsini asanlaşdırır. Elə buna görə də xalq şairi  B. Vahabzadənin Bayronun “Şərq poemaları”ndan doğma dilimizə çevirdiyi “Abidos gəlini, türk hekayəti” uğurlu hesab olunan tərcümələrdəndir. Eyni kitabda  ingilis şairinin   “Gavur”əsərinin Novruz Gəncəli, “Korinfin mühasirəsi”  poemasının A. Aslanov tərəfindən edilmiş tərcümələri də verilmişdir.

Kitabdakı tərcümələrin uğurunun səbəbini tanınmış tərcüməçi və pedaqoq İ.Rəhimov aşağıdakı kimi izah etmişdir: “Bu kitabdakı poemaları tərcümə etmiş hər üç mütərcim Bayronu dönə-dönə oxumuş, onun ruhuna girə bilmiş,onu sevmiş, onu yaxından tanımağa səy göstərmişdir. Mütərcimlər tərcümənin əsas qaydasına - mətnin ruhuna sadiq qalmaq qaydasına cəhd etmişlər və demək olar ki, buna müvəffəq olmuşlar. Şübhəsiz, tərcümələrdən Bayron poemalarının ruhu, mənası və üslubu aydın hiss olunmaqdadır” (17, 19).

Qeyd edək ki, tərcüməçi-alim sonralar  Azərbaycan türkcəsinə edilmiş bu tərcümə nümunələri əsasında elmi tədqiqat işi apararaq Bayron poeziyasının incəliklərinin doğma dilimizdə ifadə formasına dair samballı dissertasiya işi yazmışdır.

Fikrimizi aydınlaşdırmaq üçün Bayronun “Şərq poemaları”na daxil  olan “Abidos gəlini” poemasından bir parçaya və onun tərcüməsinə diqqət yetirək:  

 

There linger'd we, beguil'd too long
With Mejnoun's tale, or Sadi's song,
Till I, who heard the deep tambour
Beat thy Divan's approaching hour,
To thee, and to my duty true,
Warn'd by the sound, to greet thee flew:

 

Tərcüməsi:

 

Bizim dilimizdə çiçəklər açdı

 Məcnunun dastanı, Sədinin şeiri,

Çox gəzib əyləndik, birdən uzaqdan

Təmburun səsini eşitdim əlan.

Bildim divanxana toplanır demək,

Qayalar adlayıb çöllər keçərək

Qaçdım üz-gözümdən tər yağa-yağa,

Gəldim paşamızı salamlamağa

(12, 80).

 

Orijinalda olan poetik parçanı oxuyarkən oxucuya elə gəlir ki, bu şeir türk şairi tərəfindən ingilis dilində yazılmışdır. Məcnunun dastanından, Sədinin şeirindən ilhamla söz açan şairin dili asanlıqla tərcüməçi tərəfindən anlaşılır və doğma dilimizə qüsursuz tərcümə edilir.  Göründüyü kimi  türk mənşəli “divanxana” və “təmbur” sözləri də şairin öz ana dilində olan sözlər kimi orijinalda işlədilmişdir.

 Tərcümə məsuliyyətini dərindən dərk edən hər bir mütəxəssis başa düşür ki, hər cür əsər hər müəllif üçün tərcümə obyekti ola bilməz. Düzgün əsər seçimi keyfiyyətli tərcüməyə aparan əsas yoldur desək, yanılmarıq. Yaxud əksinə, milli koloritlə zəngin olan əsərlərin başqa dillərə tərcüməsi böyük məsuliyyət tələb edir. Ərəb yazıçısı Əmir ər-Reyhaninin bir fikrini xatırlatmaq  yerinə düşür: “İki növ şair var: öz xalqının, öz dövrünün şairi və bütün dövrlərin və xalqların şairi. Birincilərin şeirləri başqa dillərə tərcümə edildikdə çox itirir, ikincilər isə istedadlı tərcüməçilərin əlində daha ipə-sapa yatandır. Ikinci növ şairlərin qəlbi keçici heç nəyə bağlı deyil, kiməsə bənzəmək və zamanın keçici ruhuna uyğunlaşmaq onlara yaddır. Onlar dünyanın qəlbi və düşüncəsidir” (65, 265-267).

Təbii ki, Azərbaycan şeirinin müxtəlif formalarının ingilis dilinə tərcüməsinin xüsusi özəllikləri vardır. Bu da daha çox Azərbaycan poeziya nümunələrinin janr rəngarəngliyi ilə əlaqədardır. Heca və əruz vəznində yazılmış nümunələrin tərcüməsində bir qayda olaraq Azərbaycan türk dilinin özünəməxsus çalarlarını qorumaq çətin olur. Bu özünəməxsusluq isə hər şeydən əvvəl qafiyə quruluşu, ritm və.s ilə bağlıdır. Ümumiyyətlə, şeir tərcüməsində bəzi üslubi təhriflərə yol verilir. Bu fikri Azərbaycan poeziya nümunələrinə, xüsusən heca və əruz vəznində yazılan  şeirlərə daha çox şamil etmık olar. Çünki elə şairlər var ki, onların şeirlərinin məna gücü sözlərin musiqili düzülüşü, ritm, bölgü və.s ilə bilavasitə bağlıdır. Belə şeirlərdəki məna və forma gözəlliyini saxlamaqla başqa dildə ifadə etmək heç də həmişə mümkün olmur.  Bir neçə il əvvəl ABŞ-da  poeziya tərcüməsi üzrə tədqiqat apararkən amerikalı həmkarlarımızla ölməz şairimiz S. Vurğunun “Şair, nə tez qocaldın sən?” şeirini ingilis dilinə tərcüməsində forma və məzmun vəhdətini saxlamağa cəhd göstərmişdik. Nümunə üçün heca vəznində yazılmış, səsləndirilərkən həzin  musiqi kimi qəlbimizə süzülən bu şeirin son bəndinə və onun ingilis dilinə tərcüməsinə diqqət yetirək:

 

Orijinal:

 

Saç ağardı, ancaq ürək

Alovludur əvvəlki tək.

Saç ağardı, ancaq nə qəm

Əlimdədir hələ qələm.

Bilirəm ki, deməyəcək

Bir sevgilim, bir də vətən

Şair, nə tez qocaldın sən?

 

Tərcüməsi:

 

Though my hair goes grey,

My beating heart has much to say.

I have my pen and forever

It will make me much braver.

My love,my land will tell never

What’s happened? Aren’t you young yet?

Early you got so old, poet!

 

Tərcümədə ritm, qafiyə yerində olsa da, amerikalı həmkarlarımızın fikrincə bu nümunə amerikalı oxucuya şeir təsiri bağışlamır, orijinaldakı məna yükü tərcümədə görünmür. Belə halda tərcümə obyekti üçün şeir seçimində diqqətli olmaqla yanaşı, adekvat dildə şeirin daha asan  başa düşə biləcəyi qəlibi də müəyyənləşdirmək keyfiyyətli tərcüməyə zəmin yaradır. Təcrübə göstərir ki, Azərbaycan türkcəsindən dilindən ingilis dilinə tərcümə zamanı orijinalın hansı vəzndə yazılmasından asılı olmayaraq tərcümə etdiyi dildə sərbəst şeir formasını seçən tərcüməçi daha böyük uğur qazanır. Adından da göründüyü kimi bu poetik forma ilə  orijinalda ifadə olunmuş fikri  əks etdirmək imkanları genişdir.

“Azerbaijan Poeziyası antologiyası”ında isə bu şeir parçasnşı Piter Tempest  qafiyə quruluşunu saxlamaqla aşağıdakı kimi tərcümə etmişdir:

 

My head is graying, but my heart
Glows just as bright as at the start.
Although with gray my head be strewn
I know for sure that, come what may,
My wife and country shall not say:
"How come you've grown so old so soon!"

(31, 56).

Bu tərcümə variantı  Azərbaycan türkcəsinə birbaşa orijinaldan deyil, rus dilindən tərcümə edilmişdir. Elə bu səbəbə görə də orijinalda olan məna tam ifadə olunmamış, bir çox hallarda isə təhrif edilmişdir.  Orijinaıdakı “saç ağarmaq”  ifadəsi “head is graying”, yəni “baş ağarmaq kimi” verilmişdir. Bundan başqa tərcümənin dili orijinaldan fərqli olaraq bir qədər ağırdır, yəni orijinaldakı musiqili deyim tərzi, ritm, qafiyə birləşərək şairin saçının ağarması faktına görə təəssüf hissinin daha qabarıq ifadə olunmaslna xidmət edirlər. Yuxarıdaki ingiliscə olan hər iki tərcümə nümunəsində təbii ki, bu fikri orijinaldakı kimi emfatik ifadə etmək mümükün olmamışdır.

Aşıq Ələsgərin “Müşgünaz” qoşmasının  ingilis dilinə tərcüməsi də bu baxımdan maraqlıdır.  Şeirin bir bəndinin orijinalı və ingiliscə tərcüməsi üzərində müqayisəli təhlil aparaq:

 

Orijinal:

 

Sübhün çağı mah camalın görəndə

Xəstə könlüm gəldi saza Müşgünaz.

Sona tək silkinib gərdən çəkəndə

Bənzəyirsən quya, qaza Müşgünaz.      

 

İngiliscə tərcüməsi:

 

Early in the morning, when I see the moon’s beauty

My sick heart comes to the saz Mushgunaz!

When you quiver just so and crane your neck

You resemble a swan, a goose, Mushgunaz! (41).

 

Orijinaldakı “saza gəlmək” frazeoloji birləşməsində işlənən saz sözünün milli alətimiz olan sazla heç bir əlaqəsi olmadığını  orijinalın dilində aydın görünür. Təbii ki,  sazın tərcümələrdə olduğu kimi saxlanması təqdirəlayiq haldır. Belə hallarda həmin sözə  əlavə izahat verilıir və tərcümə mətni oxucu üçün heç bir anlaşılmazlıq yaranmır. Yuxarıdakı  nümunədə isə tərcüməçinin aşıq yaradıcılığından xəbəri olmadığı və   şeirin mənasını anlamadığı aşkar olur. Belə tərcümələr isə şairin fikirlərini ingilisdilli oxuculara təqdim etmək əvəzinə, onu  həmin oxucuların gözündə mənasız söz yığınına çevirir.

Əlbəttə, xalqımızın ruhunu oxşayan, aşıq ilhamının məhsulu olan bu misralarda ona xas  musiqini, ritmi ingilis dilində tam şəkildə ifadə etmək qeyri-mümkündür. Lakin bu misralarda verilən mənanı ingilisdilli oxucuya aşağıdakı kimi çatdırmaq olar:

 

Seeing your moonlike face in the morning

A flow of joy filled my empty soul, Mushgunaz

You quiver before me like an angel

As if  swans are  in the lake, Mushgunaz.

(Şeiri bu sətirlərin müəllifi amerikalı həmkarı şair Əlison Məndəvillə birlikdə etmişdir.)

 

Azərbaycan  şifahi xalq ədəbiyyatının sevilən poetik mümunələrindən olan “Sarı gəlin”in  Aytən Əliyeva və Aynurə Hüseynova tərəfindən  ingilis dilinə tərcüməsi Azerbaijan İnternational jurnalında çap olunmuşdur.

 

Orijinal:

 

Saçın ucun hörməzlər,

Gülü sulu dərməzlər,

Səni   mənə verməzlər,

Neylim, aman, sarı gəlin

Aman, aman sarı gəlin

 

İngiliscəsi:

 

You don’t braid the end of your hair,

They will not let me marry you.

I wish I had the chance to see

The face of my beloved...

Oh, what can I do?

Oh, what can I do

Yellow bride...

 

Tərcümədə “Gülü sulu dərməzlər” misrası ötürülmüş, əvəzində ikinci bənddəki

“Nə ola bir görəm

Nazlı yarın üzünü”

misrasının tərcüməsi əlavə edilmişdir.  “Sarı gəlin” ifadəsi isə sırf Azərbaycan reallığında anlaşıla bilən, milli koloritli bir sözdür.  Sarı gəlin deyərkən sarışın, ailəli cavan, cazibədar qadın nəzərdə tutulur. Fikrimizcə bu ifadə sonda izahatı verilməklə  olduğu kimi saxlana bilərdi. İkinci mümkün tərcümə variantı “fair lady” ola bilərdi. Bu sözün “yellow bride”  kimi tərcüməsi isə  bir qədər məntiqsiz görünür.

 

Orijinal:

 

Bu dərənin uzunu,

Çoban qaytar quzunu.

Nə ola bir görəm

Nazlı yarın üzünü

Neylim, aman sarı gəlin

Aman, aman sarı gəlin

 

Ingiliscəsi:

 

Along this valley,

Bring back the sheep, shepherd…

I wish I had the chance to see

The face of my beloved…

Oh, what can I do?

Oh, what can I do

Yellow bride...

 

Göründüyü kimi Azərbaycan dilində həzin, kövrək, romantik duyğuları əks etdirən bu poeziya nümunəsi ingilis dilinə tərcümədə o qədər də uğurlu səslənmir.

 

Lakin bu heç də o demək deyildir ki, tərcümə üçün yalnız yaradıcılığına bələd olduğumuz, əsərləri dünyada məşhur olan və daha çox tanınmış müəlliflərə müraciət etmək lazımdır. Mütaliə zamanı müəyyən bir gözəl üslubi keyfiyyəti, orijinallığı ilə diqqəti çəkən istənilən əsər tərcümə obyekti ola bilər. Belə halda yenə də müəllifin yaradıcılığına müracət etməklə, yaşadığı ədəbi mühit haqqında müəyyən biliklər əldə olunmalıdır.

Bütün bunlarla yanaşı tərcüməçi əsər seçimində tərcüməni təqdim edəcəyi auditoriyanı da nəzərə almalıdır. Bu baxımdan tərcümə zamanı əks dilin mütəxəssislərilə əməkdaşlıq da səmərəli nəticə verə bilər.  Bu sətirlərin müəllifi  Amerika Birləşmiş Ştatlarında elmi ezamiyyətdə olarkən amerikalı həmkarları ilə Azərbaycan türkcəindən ingilis dilinə tərcümə sahəsində belə əməkdaşlığın şahidi olmuşdur. Xalq şairi  B.Vahabzadənin “Qızıma” şeirinin tərcüməsi zamanı bəzi anlaşılmazlıqlar yaranmışdır. Nəticədə amerikalıların bizdən fərqli adət-ənənələri nəzərə alınaraq şeirin sərlövhəsini  ingilis dilinə “To My Married Daughter” – “Ərə getmiş qızıma”  kimi tərcümə etmişdik. Xalqımızın uzun illərin sınağından çıxmış milli psixologiyasının təzahür forması kimi ərə gedən qızın ata evinə gələrkən utanıb- sıxılmasını, özünü qonaq kimi aparmasını təbii qəbul etdiyindən bu şeiri oxuyarkən heç bir anlaşılmazlıq yaranmır. Amerika oxucusu üçün isə mənanın düzgün anlaşılması naminə tərcüməyə əlavələr etmək qəbahət hesab olunmamalıdır. Burada  qeyd etmək yerinə düşər ki, bu şeiri oxuyan amerikalı milli dəyərlərimizin bir incə məqamı ilə tanış olur: ailə quran qızın ata evində olan şuxluğunu, şıltaqlığını ər evində gəlin abır-həyası, isməti əvəz edir. Bu dəyişikliklərə görə o, ata evində  gonaq kimi bir qədər özünü yad hiss edir. Bunu oxuyan amerikalı və ya hər hansı ingilisdilli oxucuya bu cəhət çox maraqlı görünür və onlar  bizi  bu cür dəyərlərə malik bir millət kimi yadda saxlamağa çalışır.

Yuxarıda deyilənləri Anna Axmatovanın sözləri ilə yekunlaşdırmaq yerinə düşər: “Deyirdilər ki, Axmatova və V. Hüqo-mümkün deyil”, amma əslində sənə oxşamayanı tərcümə etməlisən, əsl yeni şəklə düşmək məhz budur” (66, 436).

                                                                

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mövzu ilə bağlı suallar:

 

1.       Tərcümə nəzəriyyəçilərinin poetik tərcüməyə dair fikir və mühakimələri haqqında nə deyə bilərsiniz?

2.       Poetik tərcümədə əsasən hansı cəhətlərə verilməlidir?

3.       Tərcümədə mütərcim mövqeyi nə deməkdir?

4.       Dilçi və ədəbiyyatşünas alim İsmixan Rəhimovun tərcümə sahəsində hansı xidmətlri olmuşdur?

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

§5. Klassik və müasir poeziyanın ingilis dilindən tərcüməsi: şeirin ruhu və adekvatlıq

 

Uzun illər ərzində bir çox nəsr əsərlərinin müəllifi, otuz ildən artıq tərcümə sənəti ilə məşğul olan Börton Raffel “Poeziya tərcümə sənəti” kitabında yazır: “Tərcüməçilər ədəbiyyat sahəsində incəsənət adamları olduqlarından onların da  eynilə orijinal əsərin yaradıcısında olduğu qədər daxili tələbat və istəkləri vardır. Təəccüblüdür ki, məndə  nəsr əsərlərini tərcümə etmək üçün “təbii” istək yaranmır, özümü bu prosesdə rahat hiss etmirəm. Mən həmişə poeziya tərcüməsində özümü tam rahat hiss etmişəm. Mən poeziyanı ona görə tərcümə edirəm ki, mən onu sevirəm, mən nəsr əsərlərini ona görə tərcümə etmirəm ki, mən bunu etməyi sevmirəm”.

Yazışı-tərcüməçi  bir faktı da nəzərdən qaçırmır: “Mən yaxşı bilirəm ki, şeiri tərcümə etmək üçün şair olmaq lazımdır. Sözsüz ki, nəsr əsərlərini tərcümə edən tərcüməçilərə bu qabilliyyət yazıçı olmaqda kömək edir. Amma tərcüməçinin yazıçı olmağı mütləq deyil”.

Onun qənaətinə görə “tərcümə  obyekti kimi poeziyanı və ya nəsri seçərkən üç qərar ətrafında düşünmək lazım gəlir:

1. Hansı dildən tərcümə etməli ?

2. Hansı müəllifi (müəllifləri) seçməli?

3. Hansı dövrün ədəbi nümunəsini götürməli?”   

(36, 101-102).

İngilis ədəbiyyatında Romantizm cərəyanının öndəri kimi tanınan, öz poetik prinsiplərinə həmişə sadiq olan və simvollarla zəngin poetik irs qoyan Uilyam Bleyk (1757-1827) yaradıcılığı dərin fəlsəfi tutumu ilə  bir poetik dünyanı xatırladır. Şairin “Zəhər ağacı” onun poetik dünyasında sayılan  şeirlərdəndir. Şeirin sərlövhəsi şeirin məzmunu barədə çox şey deməklə yanaşı, Azərbaycan türkcəsinə tərcümədə də heç bir prtoblem yaratmır.

Şeirin birinci bəndinə nəzər salaq:

 

Orijinal:

 

I was angry with my friend:

I told my wrath, my wrath did end.

I was angry with my foe;

I told it not, my wrath did grow.

 

Sətri tərcüməsi:

 

Mən dostuma qəzəbləndim:

Qəzəbimi söylədim, hirsim soyudu.

Düşmənimə qəzəbləndim;

Ona demədim, hirsim artdı.

 

Poetik tərcüməsi:

 

Dostuma nədənsə qəzəbim tutdu,

Ona bəyan etdim, könlüm unutdu.

Düşmənə qəzəbim tutanda fəqət,

Demədim, hirsim də çoxaldı, əlbət.

 

Göründüyü kimi orijinalda  fəlsəfi fikir- dostuna qəzəbi tutan şairin ona söyləməklə hirsinin soyuması və rəqibinə bəyan etmədiyindən hirsinin artması fikri poetik ifadə olunmuşdur.  Tərcümədə isə bu fikirləri səlis Azərbaycan türkcəsində  şeir formasında ifadə  etmək mütərcüməçidən son dərəcə ehtiyatlılıq  tələb edir. Bu halda onun qafiyə xatirinə bədii boyalardan istifadə etmə imkanları da məhdudlaşır. Bu baxımdan orijinalla müqayisədə tərcümə  əsəri bədiilik baxımından bir qədər çılpaq görünə bilər. Başlica məqsəd isə orijinalda ifadə olunmuş fəlsəfi fikri  tərcümədə qorumaq, ona xələl gətirməməkdir. Şairin qəlbində kök atmış kinin necə boy atdığı fikri isə aşağıdakı bəndlərdə poetik ifadəsini tapmışdır:

 

And I watered it in fears.

Night and morning with my tears;

And I sunned it with smiles,

And with soft deceitful wiles.

 

Sətri tərcüməsi:

 

Və mən qəzəbimi qorxu içində suvardım,

Gecə və səhər göz yaşlarımla;

Onu gülüşlərimlə və aldadıcı hiylələrimlə isitdim.

 

Poetik tərcüməsi:

 

Bəslədim bu hirsi qorxu içində

Göz yaşım suvardı onu hər gündə.

Gülüşüm günəştək isitdi onu

Yalandan, hiylədən biçildi donu.

 

Bu bənddə   

Gecə və səhər göz yaşlarımla;

Onu gülüşlərimlə və aldadıcı hiylələrimlə isitdim.

misralarında verilən fikri

Gülüşüm günəştək isitdi onu

Yalandan, hiylədən biçildi donu.

kimi tərcümə edərkən, şeirin məna yükünə bədii rəng qatmağa və  eyni zamanda  poetik formanı qorumağa səy göstərmişik.

 

Orijinal:

 

And it grew both day and night,

Till it bore an apple bright.

And my foe beheld it shine,

And he knew that it was mine,

 

Sətri tərcüməsi:

 

Hirsim gecə və gündüz artdı,

Dönüb gözəl bir alma oldu.

Və düşmənim onun parıltısını gördü.

Və o bildi ki, o alma mənimdir

 

Poetik tərcüməsi;

 

Qəzəbim böyüyüb nübar gətirdi,

Kökləri kin olan alma bitirdi.

Məndə bu almanı görəndə düşmən

Tamah sürüklədi onu yenidən.

 

Bu bəndin də son iki misrasında  orijinalda verilmiş fikiri qorumaqla bədii çalar qataraq ifadfə etməyə çalışmışıq. Son bənddə şeirin məzmunu  Bleyk yaradıcılığına xas olan bir formada- əksliklərin vəhdəti- məsumluqla günahkarlığın qarşılaşdırılması fonunda ifadə edilmişdir.

 

Orijinal:

 

And into my garden stole

When the night had veiled the pole;

In the morning glad I see

My foe outstretched beneath the tree.

 

Sətri tərcüməsi:

 

Və oğrunca mənim bağıma girdi;

Üfüqə gecə pərdə çəkən vaxt;

Səhər mən görüb şad oldum

Düşmənimi ağacın altında ölmüş görəndə.

 

Poetik tərcüməsi:

 

Bu gözəl meyvədən yemək istədi,

Bir gecə gizlicə bir alma yedi.

Sevindim mən səhər bağa girəndə

Düşməni önümdə ölmüş görəndə.

(Tərcümə müəllifə məxsusdur.)

 

Şairin rəmzlərin dili ilə demək istədiyi fikri- xeyirlə şərin mübarizəsi və sonda şərin məğlub olmasını tərcümədə də əks etdirməyə çalışmışıq.

Uilyam Bleykin insan psixologiyasının mürəkkəbliyini, təbiətdə rast gələ bilməyəcəyimiz proseslərin yalnız insan beynində baş verməsindən bəhs edən “İnsan mücərrədliyi” şeiri də dəqiq tərcümə tələb edən şeirlərdəndir:

 

Uilyam Bleykin  „Infant Sorrow“  („Körpə  kədəri”) şeirinə diqqət yetirək:

Orijinal:

 

My mother groaned, my father wept,

Into the dangerous world I leapt;

Helpless, naked, piping loud,

Like a fiend hid in a cloud.

 

Sətri tərcüməsi:

 

Anam əzab çəkdi, atam kədərləndi,

Mənim atıldığım bu qorxulu dünyada;

Mən aciz, çılpaq, bərkdən qışqıraraq

Buludlar arasında gizlənmiş şeytan kimiydim.

 

Poetik tərcüməsi:

 

Atam qüssələndi, inlədi anam

Bu müdhiş dünyaya can atdığım an.

Qışqıra-qışqıra aciz və üryan

Sanki buludları yarırdı şeytan.

 

Orijinal:

 

Struggling in my father’s hands,

    Striving against my swaddling bands,

Bound and weary, I thought best

To sulk upon my mother’s breast.

 

Sətri tərcüməsi:

 

Atamın qollarında çabalayaraq

Bələyimi açmağa cəhd edirdim.

Qollarım bağlı, yorğun halda

 düşündüm ki, ən yaxşısı

Anamın döşlərindən süd əmməyimdir.

 

Əlləri bağlı körpənin çırpınaraq özünə daha güvəncli yer axtardığı  və yorğun düşərək ana döşlərindən süd əmərkən özünü daha rahat və sərbəst hiss etdiyi məqamı poetik şəkildə çatdırmaq üçün tərcümə əsəri  müəyyən artırmalar, əlavə boyalar tələb edir:

Poetik tərcüməsi:

 

Ata qollarında üsyan eylədim

Çırpınıb özümə yuva dilədim.

Duydum ki, aləmi bürüsə də nur,

Ən işıqlı dünyam ana qoynudur.

 

Təbii ki, ana qoynunda olan körpə həm qidalanma, həm də  daha güvəncli olmaq baxımından  ən rahat yerdədir. orijinaldakı

“Düşündüm ki, ən yaxşısı

Anamın döşlərindən süd əmməyimdir” misraların

Duydum ki, aləmi bürüsə də nur,

Ən işıqlı dünyam ana qoynudur” kimi verilməsi məhz verilmiş fikrin çılpaq şəkildə deyil, bədii boyalarla verilməsinə xidmət edir və heç bir məna təhrifinə səbəb olmur.

Uilyam Bleykin “Love’s Secret” (Məhəbbət sirri) şeir məhəbbətin oyatdığı ən ülvi hissləri və bu anlayışın fəlsəfi qanunlarını da özündə birləşdirən bir şeirdir:

 

Orijinal:

 

Never seek to tell thy love,

Love that never told can be;

For the gentle wind doth move

Silently, invisibly.

 

Sətri tərcüməsi:

 

Heç vaxt sevgini bəyan eləmə,

Sevgi heç vaxt elan edilməz;

Çünki həzin meh də hərəkət edir

Sakitcə, görünmədən.

 

Poetik tərcüməsi:

 

Çalışma eşqini açıb deyəsən

Sevirəm söyləməz sevən heç zaman.

Səssizcə, gizlicə öpər telindən

Həzin meh də səni oxşadığı an.

 

Orijinal:

 

I told my love, I told my love,

I told her all my heart,

Trembling, cold, in ghastly fears.

Ah! She did depart!

 

Sətri tərcüməsi:

 

Mən sevgimi bəyan etdim, Mən sevgimi bəyan etdim.

Mən ona bütün ürəyimi açdım,

Titrəyə-titəyə, üşüyərək qorxu içində.

Ah! O məni tərk etdi!

 

Poetik tərcüməsi:

 

Mən açdım eşqimi, açdım eşqimi

Sevdiyim gözələ qorxu içində

Ah! Məni tərk etdi, o, bir quş kimi,

Hicranın oduna qalandım mən də.

 

Orijinaldakı fikirlər tərcümədəki üç misrada verilmişdir. Dördüncü misra isə

“Hicranın oduna qalandım mən də” həm qafiyə xatirinə həm də digər üç misradakı fikirlərin daha qabarıq verilməsinə xidmət edir. 

 

Orijinal:

 

Soon after she was gone from me,

A traveler came by,

Silently, invisibly

He took her with a sigh.

 

Sətri tərcüməsi:

 

Məndən ayrılandan az sonra

Bir səyyah gəldi,

Sakitcə, gözə görünmədən

Onu bir köks ötürməklə apardı.

 

Poetik tərcüməsi:

 

Məhəbbət gör mənə nə sitəm etdi

Məni tərk eyləyib gedən kimi ah!

Onu bir andaca aparıb getdi

Eşqin sirlərini bilən bir səyyah.

(tərcümə müəllifə məxsusdur.)

Üçüncü bənddə isə sakitcə qəfildən gələn bir səyyahın bir köks ötürməklə sevdiyini aparması fiikiri ifadə olunmuşdur.  Azərbaycan oxucusuna bu fikiri  “Məhəbbət gör mənə nə sitəm etdi”, “ Eşqin sirlərini bilən bir səyyah” kimi əlavələr etməklə çatdırmağa çalışmışıq.   Bu əlavələr tərcümənin daha poetik, musiqili olmasına, eyni zamanda qafiyə ilə ifadə edilməsinə zəmin yaradır, heç bir məna itkisinə yol verilmir, əksinə məna daha qabarıq verilir.

İngilis ədəbiyyatında Romantizm cərəyanının  tanınmış nümayəndəsi Lord Corc Qordon Bayron (George Gordon Byron(1788-1824) yaradıcılığı Azərbaycan ədəbiyyatında kifayət qədər yer almışdır.  Onun  “Şərq poemaları”na daxil olan “Abidos gəlini” poemasından aşağıdakı şeir parçası toranlıqda təbiətin təsvirinə həsr olunmuşdur. Şeirin sərlövhəsini Toranlıq kimi də  vermək olar.  Dilimizin zənginliyi  orijinalda ab ab qafiyə quruluşu ilə, yəni çarpaz qafiyə ilə yazılmış bu şeir parçasının eyni qafiyə quruluşunu saxlamağa imkan vermişdir.

Şeirin orijinalını  Azərbaycan türkcəsinənə edilmiş bədii tərcüməsinini eləcə də orijinalın sətri tərcüməsini verməklə  müəyyən təhlilllər aparmaqla və poeziya tərcüməsinə dair fikirlərimizi misallar üzərində əsaslandırmağa çalışacağıq.

         Orijinalın ilk bəndinə nəzər salaq:

 

        It is the hour when from the bows

        The nightingale's high note is heard;

        It is the hour when lovers' vows

        Seem sweet in every whispered word;

 

       Sətri tərcüməsi:

 

     Bu an ağaclardakı bülbülün

    Zil səslə nəğmə oxuduğu andır.

    Bu an sevgililərin pıçıltı ilə

    Əhd-peyman bağladıqları andır.

   Və yaxınlıqdakı çaylar, həzin meh səs eşitməyən qulaqlara musiqi bəxş edir.

 

     Poetik tərcüməsi:

 

   Dilində nəğmələr zil şirin səslə

   Bülbüllər budağa qonurlar bu an.

   Ürəkdən sevənlər min bir həvəslə

   Söz verib, and içir, bağlayır peyman.

 

Tərcümə zamanı orijinaldakı məna yükünü saxlamağa çalışmışıq. Sadəcə orijinalın birinci və üçüncü miralarının əvvəlində verilmiş təkrirləri (it is the hour) dilimizin cümlədə sözlərin düzülüşünə görə ingilis dilindən tam fərqli olması səbəbinə görə qorumaq mümkün olmamışdır.

İngilis poeziyasında tez-tez misranın əvvəlində işlənən “and” (və) Azərbaycan türk şeirinə xas olmadığından şeirin formasını bir qədər dəyişib dilimizdəki bədii ifadə vasitələrindən istifadə edərək orijinaldakı mənanı qoruyub saxlamağa çalışmışıq:

 

And gentle winds, waters near,

                                           Make music to the lonely ear.

 Each flower the dews have lightly wet,

And in the sky the stars are met

 

     Sətri tərcüməsi:

 

Və yaxınlıqdakı çaylar, həzin meh

Səs eşitməyən qulaqlara musiqi bəxş edir.

Hər gülün üstünə yüngülcə şeh düşüb,

                                          Və səmada ulduzlar görüşür.

 

     Poetik tərcüməsi:

 

Suyun şırıltısı, həm həzin külək

Nəğmə bəstələyir yanıqlı, kövrək.

Güllər gözü nəmli şeh damlasından

Ulduzlar səmada sulayır meydan.

 

Sətri tərcüməsi “Səs eşitməyən qulaqlara musiqi bəxş edir”  misrasının tərcümədə  “Nəğmə bəstələyir yanıqlı, kövrək” və” Hər gülün üstünə yüngülcə şeh düşüb” misrasının isə “Güllər gözü nəmli şeh damlasından” kimi verilməsi daha məqbul olardı. Beləlilkə,  şairin orijinalda ifadə etdiyi fikri  mənaya xələl gətirmədən bədii boyalarla ifadəsi  orijinal formanın tərcümədə adiləşməsindən qorumağa xidmət edir.  Sətri tərcümədə olduğu kimi sadəcə gülün uzərinə şeh düşüb ifadəsi heç kim üçün yeni deyildir və bunu bu formada deməklə şeiri primitivləşdirmiş olardıq. Şübhəsiz ki, Bayron da  öz ana dilinin bədii boyalarından istifadə edərək bu fikri xüsusi bir tərzdə təsvir etmişdir ki, bu da oxucuda şeirə maraq oyadan  məhz şeirin özünəməxsus cəhətidir.

 

   Şeirin son misralarına nəzər salaq:

 

And on the wave is deeper blue,

And on the leaf a browner hue,

And in the heaven that clear obscure,

So softly dark, and darkly pure,

Which follows the decline of day,

 As twighlight melts beneath the moon away.

 

     Sətri tərcüməsi:

 

Və dalğa da dərinlikdə mavidir,

Və yarpağın rəngi qəhvəyidir.

                                              Və göylər aydın, təmizdir,

  Xoş bir qaranlıq və qaranlıq olduğu qədər saf

                                              Bütün bunlarla gün başa çatır

Toranlıq uzaqdan görünən Ayın işığında əriyən kimi.

 

       Poetik tərcüməsi:

 

                                         Dalğalar mavidir dərin sularda

Hər cür rəngə çalır yarpaqlar burda.

                                         Göylər də tərtəmiz, fəqət qaranlıq

                                         Gündüz işığına pərdə çəkilir,

                                         Qaranlıq əriyir, budur Ay gəlir.

                                         (Tərcümə müəllifə məxsusdur.)

 

Orijinalda şeirin son beytində əsrarəngiz təbiət təsvirindən sonra axşamın düşməsi  poetik şəkildə ifadəsini tapmışdır. Bu səbəbdən günün başa çatmasının “Gündüz işığına pərdə çəkilir” kimi verilməsini  orijinalın  poetik ruhunun qorunub saxlanılmasına xidmət edır.

Dünya ədəbiyyatı tarixinə azadlıq müdadfiəçisi kimi daxil olan ingilis şairi Persi Bişi Şellinin (Percy Bysshe Shelley, 1792-1824) yaradıcılığı ingilis poeziyasına güclü təsir göstərmişdir. Şairin romantik simvolik obrazlarda ifadə etdiyi  fəlsəfi fikri, zəngin bədii təsvir və ifadə vasitələrindən istifadə , dərin məna yüklü  misraların ritmik və melodik axını  Azərbaycan tərcüməçilərinin  maraq dairəsində olmuşdur.

 

Orijinal:

 

Good-night

 

Good-night? Ah no; the hour is ill

Which severs those it should unite;

Let us remain together still,

Then it will be good-night.

 

Sətri tərcüməsi:

Gecən xeyrə qalsın? Ah, yox; zaman xəstədir,

Birləşməli olanları ayırır;

Gəl hələlik bir yerdə qalaq,

Onda gecəmiz xeyirə qalar.

 

Poetik tərcüməsi:

 

Gecən xeyrə qalsın? Belə söyləmə,

Qoy zaman ləngisin biz ayrılmayaq.

Gəl olaq bir yerdə, heç bir söz demə,

Olaq sevgimizlə zülmətə mayak.

 

Şairin  orijinalda ifadə etdiyi fikri- iki sevənin “gecən xeyirə qalsın” sözü ilə ayrılmağın əleyhinə olmaları fikrini dilimizdə ifadə edərkən onu daha onu aydın şəkildə əks etdirmək, rəng qatmaq üçün bəzi əlavə etməyi lazım bilmişik. (Olaq sevgimizlə zülmətə mayak.)

 

Orijinal:

 

How can I call the lone night good,

Though thy sweet wishes wings its flight?

Be it not said, thought, understood-

Then it will be-good-night.

 

Sətri tərcüməsi:

 

Mən tənha gecəni necə yaxşı adlandıra bilərəm,

Baxmayaraq ki, sənin şirin arzuların qanad açır?

Deyilməsə də, düşünulür, başa düşülür-

Bizim gecəmiz birgə xeyirə qalar

 

Poetik tərcüməsi:

 

      Əgər qoparırsa arzumdan məni,

       Gecən xeyrə qalsın, necə deyərəm?

       Deməsək, əzizim, biz bu kəlməni

       Gecəmiz xeyirə qalacaq o dəm,

 

Orijinal:

 

To hearts which near each other move

From evening close to morning light,

The night is good; because, my love,

They never say good-night.

 

Sətri tərcüməsi:

 

Ürəklərimiz bir-birinə can atır

Axşamdan səhər açılına qədər,

Gecə yaxşıdır; çünki mənim əzizim,

Könüllərimiz bir-birinə gecən xeyrə qalsın demirlər.

 

Poetik tərcüməsi:

 

Könlümüz can atır biri-birinə,

Gecə sevgimizə səhər açılır.

Əzizim, bu axşam gözəldir yenə

Gecəmiz birlikdə xeyirə qalır.

 

Şellinin təbiət təsvirləri dərin fəlsəfi və siyasi məna kəsb edir. Onun peyzajlarında nə Bayronun peyzajlarındakı kimi qəmgin notlar, nə də leykçilərə xas olan sentimentallıq vardır. Təbiət gözəl və əzəmətlidir, ona bəşəriyyətin tale qisməti olan əzab-iztirablar yaddır. Təbiət insanda həyata, azadlığa olan məhəbbət hissini, mübarizəyə olan iradəsini möhkəmləndirir. Özünün fəlsəfi mənası ilə fərqlənən şeirlər sırasında "Məhəbbət fəlsəfəsi" şeirində təbiətin gözəlliyi və daim dəyişərək insanlarla yanaşı gözəlliklər yaratması fikri ifadə olunmuşdur ki, bu da Şellinin təbiət haqqındakı düşüncələrinə xas olan əsas cəhətlərindən biridir.

Şellinin  “Məhəbbət fəlsəfəsi” (“Love’s Philisophy”) şeirində təbiətdə sevgi  münasibətlərində olan cütlüklərin sevib-sevilmə səhnələri vəsf edilir, həyatın bu sevdalı anında şairin də öz sevgilisinə qovuşmaq istəyi ifadə olunur:

 

Orijinal:

 

The fountain mingles with the river

And the rivers with the Ocean,

The winds of Heaven mix for ever

With a sweet emotion;

 

Sətri tərcüməsi:

 

Şəlalələr çayla qovuşur

Və çaylar okeana qovuşur,

Göylərin küləkləri əbədilik

Şirin bir hisslə bir-birinə qovuşur;

 

Poetik tərcüməsi:

 

Coşqun şəlalər çaya qovuşur,   

Özünə yurd salır çay da dəryada.

Həzin meh sevinclə səmanı qucur.

Məhəbbət nuruna bələnib o da.

 

Hisslərin humanizmi, səmimiliyi və dərinliyi Şellinin məhəbbət lirikasının əsas səciyyəvi cəhətini təşkil edir. Onun məhəbbət lirikasında, siyasi və fəlsəfi lirikasında olduğu kimi, təbiət insanın bütün sevinc və həyəcanlarını bölüşdürür. Şair insan hissləri ilə cansız təbiət arasında  paralellər aparır ki, bu da ona lirik obrazı dərin və dolğun şəkildə açmağa imkan verir.

 

İngilis ədəbiyyatında cəmiyyətdə gedən proseslər nəticəsində meydana çıxan sosial tələbatdan yaranmış tarixi romanlar müəllifi Volter Skott(Walter Scott(1771-1832) yaradıcılığa ilk dəfə şeir yazmaqla başlamışdır. Həmin şeirlərdən birini tədqiqat obyekti kimi seçməkdə məqsədimiz bütün səpgilərdən olan ingilis poeziya nümunələrinin doğma dilimizə tərcüməsi zamanı ortaya çıxan maraqlı məqamları elmi təhlillərə cəılb edərək poetik tərcümə məsələlərinə müxtəlif rakurslardan yanaşmaqdır.

 

Orijinal:

 

An hour with thee!

Oh, what can frame my mind to bear

The toil and turmoil, lark

New grieves, which coming unfold,

And sad remembrance of the old

One hour with thee!

 

Sətri tərcüməsi:

 

Bir saat səninlə

Bir saat səninlə! Sübh erkən çağı

Üfüq qızılı rəngə boyananda

Ah, mənim kölüm necə dözsün

Quşların nəğməsindən doğan kədərə,

Keçmişin qəmgin xatirəsinə

Bir saat səninlə!

 

Poetik tərcüməsi:

 

Bir saat səninlə! Sübh erkən çağı

Taxanda belinə qızıl qurşağı,

Könlümün oylağı sahilsiz dəniz,

Əzablı yollarda büdrədikmi biz?

Nigaran çöhrələr, gözlərdə kədər

Boylanar keçmişdən lal xatirələr

Bir saat səninlə.

 

Orijinaldakı

  When earliest day

Dapples with gold the eastern grey” (Üfüq qızılı rəngə boyananda) misrası

“Sübh erkən çağı

Taxanda belinə qızıl qurşağı”  kimi tərcümə etməkdə məqsədimiz dilimizdəki bədii vasitələrdən istifadə edərək orijinaldakı fikiri daha poetik verməklə həm də  qafiyəni qoruyub saxlamaqdır.

İkinci bəndin tərcüməsində də də bu cür hallara rast gəlmək olar:

 

Orijinal:

 

One hour with thee! When sun is set,

Oh what can teach me to forget

The thankless labors of the day;

The hopes, the wishes, flung away;

The increasing wants, and lessening gains,

The master’s pride, who scorns my pains?

One hour with thee!

 

Sətri tərcüməsi:

 

Bir saat səninlə! Günəş batanda,

Ah mənə unutmağı kim öyrədə bilər

Gün ərzində hədər gedən zəhmətimi;

Uçub gedən arzu və xəyalları,

Artan istəkləri, azalan qazancları,

Məni əzablarıma görə qınayan könül sultanım?

Bir saat səninlə!

 

Poetik tərcüməsi:

 

Bir saat səninlə qürub çağında

Sönmüş ümidimin sevgi bağında.

Hədər zəhmətimi necə unudum,

İçim kədərimi mən udum-udum.

Güman azalanda, istək artanda

Qürurla halıma güldüyün anda

Bir saat səninlə!

 

Oh what can teach me to forget

The thankless labors of the day;

 

misralarını  daha  poetik vermək xatirinə  mənanı saxlamaqla  iki misranın mənasını bir misra ilə ifadə edərək ikinci misranı verilmiş mənanı gücləndirmək üçün əlavə etmişik:

 

Hədər zəhmətimi necə unudum,

İçim kədərimi mən udum-udum.

 

Britaniya ədəbiyyatında irland əsilli Tomas Kəmpbellin (Thomas Campbell, 1777-1844) “Ömür çayı” şeirində insan ömrünün  müxtəlif anları şairin fəlsəfi baxışlarının süzgəcindən keçirilərək poetik şəkildə ifadə olunmuşdur. Abab qafiyə quruluşuna malik olan şeirin orijinalı ilə həmahəng də Azərbaycan trkcəsinə tərcümə edilmişdir:

 

The River of Life

 

The more we live, the more brief appear

Our life`s succeeding stages:

A day to childhood seems a year,

And years like passing ages.

 

Sətri tərcüməsi:

 

Nə qədər çox yaşayırıq, ömrümüz o qədər qısa görünür

Həyatımız ardıcıl mərhələlərdən ibarətdir.

Uşaqlıqda bir gün bir il kimi görünür,

İllərsə əsrlər kimi uzundur.

 

Poetik tərcüməsi:

 

Uzun ömrümüz də qısa görünür,

Qalxırıq həyatda pillə-pillə biz.

Uşaqlıqda bir gün bir ilə dönür,

Sanki bir əsrdir ötən ilimiz.

 

Orijinal:

 

The gladsome current of our youth,

Ere passion yet disorders,

Steals lingering like a river smooth

Along its grassy borders.

 

Sətri tərcüməsi:

 

Gəncliyimizin şən dövrləri

Ehtirasla, səs-küylə

Sakit çay otlu sahilləri boyunca

Axan kimi oğrunca ləngər vura-vura keçir.

 

Poetik tərcüməsi:

 

Gənclik gurultulu axan dağ çayı,

Axır ömrümüzdən axır gizlicə.

Fəqət eşidilmir hayı, harayı,

Bilmirik ömürdən ötübdür, necə.

 

Orijinalda gəncliyin oğrunca insan ömründən çay kimi ləngər vura-vura axıb getməsi fikri Ifadə olunmuşdur. Tərcümədə  bu fikri şairin demək istədiyi şəkildə çatdırmaq və qafiyə quruluşunu  saxlamaq məqsədilə şeirin məzmununa xələl gətirilmədən kiçik əlavə edilmişdir (Bilmirik ömürdən ötübdür, necə).

 

Orijinal:

 

But as the care-worn cheeks grow wan,

And sorrow’s shafts fly thicker,

Ye Stars, that measure life to man,

Why seem your courses quicker?

 

Sətri tərcüməsi:

 

Ancaq qayğıdan insanın yanaqları solanda

Və kədərin oxları uzaqlara uçduqca,

Siz, insan ömrünü ölçən ulduzlar;

Sizin dövranınız niyə belə tez keçir?

 

Poetik tərcüməsi:

 

Solanda insanın al yanaqları,

Kədər gölgə salır tutqun çöhrəyə.

Ey insan ömrünün gözəl çağları,

Sürətlə ömürdən ötdünüz niyə?

 

“İnsan ömrünü ölçən ulduzlar” fikrinin   “Ey insan ömrünün gözəl çağları” fikri ilə tərcümə edilməsi fikrimizcə, orijinalın ruhuna ciddi xələl gətirmir, əksinə, bu fikrin bir qədər emfatik səslənməsinə səbəb olur.

 

Orijinal:

 

When joys have lost their bloom and breath

And life itself is vapid,

Why, as we reach the Falls of Death,

Feel we its tide more rapid?

 

Sətri tərcüməsi:

 

İnsan təravətini və həvəsini itirəndə

Həyat da tez keçir.

Nə üçün biz Olümün Şəlaləsinə çatan kimi

Onun gurultusunu daha tes hiss edirik?

 

Poetik tərcüməsi:

 

Şənliyi, şuxluğu itirən zaman

İnsan kədər donu geyir əyninə.

Hələ son mənzilə çatmamış insan

Onun qəm yükünü alır çiyninə.

 

 

Nə üçün biz ölümün şəlaləsinə çatan kimi

Onun gurultusunu daha tes hiss edirik?

 

- misrasında ölüm ərəfəsində insanın ölüm təhlükəsini hiss edərkən onun ağırlığının təsiri ilə məzlumlaşması fikrini

 

Hələ son mənzilə çatmamış insan

Onun qəm yükünü alır çiyninə

 

-kimi verməklə şarin simvolik ifadə tərzini tərcümədə həyatı fakt kimi təqdim edərkən məna təhrifinə yol vermədiyimizi düşünürük.

 

Orijinal:

 

It may be strange – yet who would change

Time’s course to slower speeding,

When one by one our friends have gone

And left our bosoms bleeding?

 

Sətri tərcüməsi:

 

Qəribədir, kim azaldacaq

Zamanın sürətini?

Bir-bir dostlarımız köçərək

Və bizim koksümüzü göynədir.

 

Poetik tərcüməsi:

 

Suallar içində çırpınır ürək:

Zamanın atını ləngidən hanı?

Dostlar yanımızdan bir-bir köçərək

Bizə yoldaş edir dərdi, hicranı.

 

Orijinal:

 

Heaven gives our years of fading strength

Indemnifying fleetness;

And those of youth, a seeming length,

Proportioned to their sweetness.

 

Sətri tərcüməsi:

 

Talenin bizə bəxş etdiyi illər

Ömrümüzdən sürətlə keçib yox olur,

Və gəncliyin illəri, gənclik dövrünün şirinliyi

Ömrün bütün dövrlərinə paylanır.

 

Poetik tərcüməsi:

 

Ömürdən sürətlə ötüşür illər,

Aylar ömrümüzdən sovuşub gedər.

Gəncliyi şərbət tək içsən sən əgər,

Ömrün hər çağına şirinlik düşər.

 

Orijinaldakı “And those of youth, a seeming length,

                    Proportioned to their sweetness. 

misralarının sətri tərcüməsi  “Və gəncliyin illəri, gənclik dövrünün şirinli

                                                 Ömrün bütün dövrlərinə paylanır.”  Bu misraları

Gəncliyi şərbət tək içsən sən əgər,

Ömrün hər çağına şirinlik düşər.

 

kimi verməklə həm mənanı qorumağa, həm də tərcümənin qafiyəli olmasına, ritmik səslənməsinə çalışmışıq. 

 

 

Mətyu Arnold (Mathew Arnold(1822-1888)

Longing

 

Come to me in my dreams, and then

By day I shall be well again.

For then the night will more than pay

The hopeless longing of the day.

 

Sətri tərcüməsi:

 

Röyalarımda mənim yanıma gəl və mən onda

Gündüzə qədər özümü yaxşı hiss edəcəyəm.

Çünki onda gecə

Gündüzün ümidsiz həsrətinin

Əvəzini ödəyəcək.

 

Poetik tərcüməsi:

 

Gecələr yuxuma gəlsən əgər sən,

Dünya gözlərimdə gözəl görünər.

Gündüz də həsrətin tutub əlindən

Gecələr röyada vüsala dönər.

 

İlk baxışdan orijinaldakı mənanın Azərbaycan türkcəsində dəqiq əksini tapmadığı təəssüratı yarana bilər. Lakin diqqətlə fikir versək, ifadə olunmuş fikir bədii boyalarla ifadə olunsa da,  mənaya heç bir xələl gəlməmiş və orijinalda olduğu kimi tərcümə  edilmiş poetik parçada qafiyə quruluşu da saxlanmışdır.

Amerika  şairi Teodor Roetkenin kiçiik bir şeirini onun tərcüməsi üzərində müqayisəli təhlillər aparmaqla  ingilis poeziyasının bədii ifadə vasitələrinin Azərbaycan türkcəsində  təqdim olunma üsullarına, Qərb və Şərq mədəniyyətlərindəki bənzərlikləri və fərqləri müzakirə obyektinə çevirməyə səy göstərəcəyik:

Orijinal:

Theodore Roethke (1908-1963)

Wish for a Young Wife

 

My lizard, my lively writher,

May your limbs never wither

May  the eyes in your face

Survive the green ice

Of envy’s green gaze;

May you live out your life

Without hate, without grief,

And your hair ever blaze’

In the sun, in the sun,

When I am undone,

When I am no one

 

Sətri tərcüməsi:

 

Mənim kərtənkələm, həyat dolu sevgilim,

Qoy sənin oynaqlarının gücü tükənməsin.

Qoy sənin gözlərin  paxıl və soyuq baxışlarından uzaq olsun;

Qoy sənin  həyatın nifrətsiz, kədərsiz olsun.

Və sənin saçların həmişə parlasın

Günəşin altında, günəşin altında

Mən olmayanda,

Mən olmayanda.

 

Poetik tərcüməsi:

 

Teodor Roetke

Gənc xanımıma 

 

Mənim körpə quzum, sən həyat səsim

İncə ayaqların heç büdrəməsin.

Qoy parlaq gözlərin gülər çöhrənə

Nur saçıb qəlbini oxşasın yenə.

Boğsun xəbisliyi dərinliyində.

Ömründə nə nifrət, nə kədər olsun.

Həyatın ən ülvi məsləklə dolsun.

Günəş şəfəqləri saçını yusun.

Mənsiz şər qarışıb söküləndə dan,

Mənsiz öz atını çapanda zaman.

(Tərcümə müəllifə məxsusdur.)

 

Orijinaldakı  lizard sözü Azərbaycan dilinə kərtənkələ kimi tərcümə olunurş Bu sözü tərcümədə orijinaldakı kimi versəydik, sevdiyimiz kəsi əzizləməkdən çox təhqir etmiş olarıq.  Bu isə əvvəlcə də qeyd etdiyimiz kimi mədəniyyətlərarası fərqlərdən irəli gəlir.   Əksinə, tərcümədəki quzu sözünü ingilis mühitində insanlar sevgilisinə şamil etsələr, yenə də qarşı tərəfdə mənfi hiss oyadar.  Bundan əlavə,  orijinaldakı fikir dilimizin imkanları daxilində bədii ifadə vasitələrindən geniş istifadə edilməklə tərcümə olunmuşdur.

XIX əsr Britaniya ədəbiyyatının taninmış siması olan Radyad Kiplinq yaradıcılığından Azərbaycan dilinə tərcümə etdiyimiz “Əgər” şeiri  insanları halallığa, saflığa səsləyən bir şeirdir. Bu şeirin Azərbaycan türkcəsinə edilmiş iki tərcümə variantında bu cür ülvi hisslərin ifadəsini müqayisəli təhlilə cəlb edəcəyik:

Orijinal:

Rudyard Kipling (1865-1936)

IF ...

 

If you can keep your head when all about you

Are losing theirs and blaming it on you,

If you can trust yourself when all men doubt you

But make allowance for their doubting too;

 

Sətri tərcüməsi:

 

Əgər hamı sənin haqqında səhv fikirdədirlərsə

Və buna görə də səni qınayırlarsa, özündən çıxmasan,

Hamı sənə şübhə edirsə sən özünə inansan,

Amma onların sənə şübhə etmələrinə yol verirsənsə;

 

Mərufə Mədətovnın poetik tərcüməsi:

 

Əgər sən başını dik tuta bilsən,

Özünə inamı yaşada bilsən,

Sənə şübhələrlə baxsa da hamı,

Bil yoxdur onların sənə inamı.

 

Şeirin ilk misrasında olan  “İf you can keep your head when all about you are losing theirs” ifadəsinin   əslində sətri tərcüməsi  “ Əgər hamı sənə münasibətdə öz başlarını itirirsə, sən öz başını saxlaya bilirsənsə” kimidir. Misranın daha anlaşıqlı olması üçün biz onun hərfi tərcüməsini  bir qədər izahatla vermişik,  yəni “başı itirmək”   “kmin, yaxud nəyinsə haqqında səhv düşünmək deməkdir. Tərcüməçi bu mühüm məqamı nəzərdən qaçıraraq “bu mənanı başı dik tutmaq” kimi ifadə etmişdir.  Bundan başqa  orijinaldakı

“If you can trust yourself when all men doubt you

But make allowance for their doubting too”  misralarını tərcüməçi

Sənə şübhələrlə baxsa da hamı,

Bil yoxdur onların sənə inamı.

kimi vermişdir ki,  bu dab u misraların sətri tərcüməsindən də göründüyü kimi  orijinalın ifadə etdiyi mənanın təhrifinə səbəb olmuşdur. Qeyd etdiyimiz  məna təhrifini nəzərə alaraq yuxarıdakı misraları belə tərcümə etmişik:

 

Günahkar sanılıb qınananda sən

Ağlını qoruyub saxlaya bilsən,

Hamı şübhə ilə baxsalar sənə

Özünə inanıb güvənsən yenə

 

Orijinal:

 

Or being hated, don't give way to hating,

And yet don't look too good, nor talk too wise;

If you can dream - and not make dreams your master;

If you can think - and not make thoughts your aim,

If you can meet with Triumph and Disaster

and treat two impostors just the same;

If you can fill the unforgiving minute

With sixty seconds' worth of distance run,

Yours is the Earth and everything that's in it,

And - which is more - you'll be a Man, my son!

 

Sətri tərcüməsi:

 

Yaxud sənə nifrət edirlərsə, sən nifrət etmirsənsə,

Və çox yaxşı görünmürsənsə, müdrik danışmırsansa

Əgər arzu edə bilirsənsə, arzulara qul olmursansa,

Əgər fikirləşə bilirsənsə, amma fikirlərə qərq olmursansa,

Xəşbəxtlik və bədbəxtliklə üz-üzə gəlməyi bacarırsansa,

  hər ikisinə eyni cür yanaşırsansa,

Əgər bağışlanılmayan  bir dəqiqəni

Altmış saniyə ərzində qaçıb uzaqlaşmaqla yola verirsınsə,

Yer kürəsi və onun üstündəki hər şey sənindir,

Və ondan da əhəmiyyətlisi odur ki, sən insansan, oğlum!

 

Mərufə Mədətovanın poetik tərcüməsi:

 

Kimsəni əhv edib susmağı bacar,

Lovğa, təkəbbürlü olmağa nə var?

Nifrət etsələr də nə qədər sənə,

Nifrəti sən yaxın qoyma qəlbinə.

Arzuya qul olma, amma arzu et,

Düzgün düşünməyi eyləmə adət.

Qaytara bilməzsən ötən zamanı,

Ömründə mənalı yaşa hər anı.

Bu sözlərə əməl eyləsən, inan,

Onda səninkidir büsbütün cahan.

Dünyada hər şeydən qiymətli olan,

Bil oğlum, odur ki-əsl insansan!

(Tərcümə edəni Mərufə Mədətova)

 

Şeirin bu hissəsinin tərcüməsində isə tərcüməçi şeirin ruhuna uyğun  olaraq

“Kimsəni əhv edib susmağı bacar,

Lovğa, təkəbbürlü olmağa nə var?”

misralarını əlavə etmişdir. Zənnimizcə,  bu əlavəyə ehtiyac yoxdur. Bundan başqa tərcüməçi  orijinalda olan “If you can think - and not make thoughts your aim”    misrasını  “Düzgün düşünməyi eyləmə adət” kimi verməklə bir daha məna təhrifinə yol vermişdir.   Orijinaldakı

If you can fill the unforgiving minute

With sixty seconds' worth of distance run”  misralarını tərcüməçi

“Qaytara bilməzsən ötən zamanı,

Ömründə mənalı yaşa hər anı.” kimi  tərcümə etmişdir. Halbuki bu misraları aşağıdaki kimi tərcümə etmək daha məqsədəuyğun olduğunu düşünüruk:

 

“Bir anın səhvini əhv edə bilsən

Ondan uzaqlaşıb unuda bilsən”

 

Şeirin sonundakı fikir də M. Mədətovanın tərcüməsində bir qədər dolayı verilmişdir:

 

Yours is the Earth and everything that's in it,

And - which is more - you'll be a Man, my son!

 

Bu sözlərə əməl eyləsən, inan,

Onda səninkidir büsbütün cahan.

Dünyada hər şeydən qiymətli olan,

Bil oğlum, odur ki-əsl insansan!

 

Fikrimizcə bu misraları bu şəkildə daha qısa şəkildə ifadə etmək olar:

 

Bütün Yer kürəsi , səma sənindir,

Bil, oğlum, insansan, dünya sənindir.

 

Poeziyası kənd həyatından,  təbiətin füsunkar  gözəlliyindən qaynaqlanan şotland şairi Robert Bernz yüzdən artıq mahnının müəllifidir. Məktəb təhsili görməyən Bernz tyutorunun köməyi ilə ingilis ədəbiyyatına dərindən yiyələnmiş, son dərəcə romantik, musiqi ovqatlı  zəngin bir poetik irs qoymuşdur. Şairin dili dialekt sözləri ilə zəngin olsa da, anlaşıqlıdır, tərcümə zamanı çətinliklər yaratmır:

 

Robert Berns (Robert Burns,1759-1796)

 

Had we never loved so kindly,
Had we never loved so blindly,
Never met or never parted,
We had ne'er been broken-hearted."

 

 Sətri tərcüməsi:

 

“Biz bir- birimizi  heç vaxt bele mehribancasına sevməsəydik,

 Biz heç vaxt bir-birimizi belə kor-koranə sevməsəydik,

Heç vaxt görüşməsəydik, heç vaxt ayrılmasaydıq,

Bizim ürəklərimiz heç vaxt belə sınmazdı.

 

Poetik tərcüməsi:

 

Əgər kor-koranə sevməsəydik biz,

Sevgiylə dolmasa ürəklərimiz.

Nə vüsal, nə hicran tapardı bizi,
Nə həsrət yaxardı qəlblərimizi.

(Tərcümə müəllifə məxsusdur.)

 

 Dördlüyün sətri tərcüməsində  misralar göründüyü kimi  daha uzundur. Azərbaycan dilinin zəngin ədəbi-bədii vasitələri orijinaldakı mənanı və formanı mümkün qədər qorumaqla şeir parçasını dilimizdə ifadə etməyə imkan vermişdir.

Şairin digər şeirinə nəzər salaq:

 

Orijinal:

Should auld acquaintance be forgotten and never brought to mind

Should auld acquaintance be forgotten and days of auld lang syne.

 

For auld lang syne my dear, for auld lang syne,

Let’s take  a cup of wine yet.

 

Poetik tərcüməsi:

 

Mümkünmü unudub köhnə dostluğu, ömürlük bir daha yada salmamaq,

Mümkünmü unudub köhnə dostluğu keçmiş rübabını bir də çalmamaq.

 

O gözəl çağları gəl, bu dəm anaq,

Şəninə bir qədəh şərab qaldıraq.

 

Şairin “Auld Lang Syne” və bu kimi digər mahnılarını həzinliyinə, müsiqili səslənməsinə görə şifahi  xalq ədəbiyyatımızın çox sevilən qolu olan  aşıq şeirlərinə bənzətmək olar. Bu baxımdan yuxarıda qeyd etdiyimiz kimi  şeirdə olan xoş ovqat nəinki tərcüməçiyə problem yaradır, əksinə, könlümüzü oxşayır, ana laylası kimi oxucunu füsunkar aləmə aparır.

Hamlet İsaxanlının yaradıcılığından Amerikalı həmkarım şair Marqaret Yokumla birlikdə tərcümə etdiyimiz dördlüyün də poetik məna yükü kifayət qədər əhatəlidir.

 

Orijinal:

 

Sözlər var ki soğan kimi acıdır,

Sözlər də var başımızın tacıdır.

Dil yarası sağlam adam öldürər

Dil də var ki, dərdlərin əlacıdır.

 

Tərcüməsi:

 

Words  are bitter as onion,

Words place crown on our heads,

One sharp tongue’s  wound  can kill

 a healthy person,

But tongues can heal all wounds.

 

Dördlükləri müqayisəli verməkdə məqsədimiz dil fərqlərinə baxmayaraq fərqli zamanlarda, fərqli məkanlarda yaşayan yaradıcı şəxslərinin könüllərindən könüllərinə yollar görünür fikrinə bir aydınlıq gətirməkdir. Bu baxımdan Amerika şairi Robert Frostun “Poeziya tərcümədə itir fikri” ilə müəyyən mənada razılaşsaq da, poeziyanın tərcümə edilməsinə qadağa qoyanların fikirlərinin tam əleyhinəyik. Dünyada olan bütün insanların bir-birinə qohum olmasına dair fikri kənardan bir qədər inanılmaz görünə bilər. Lakin bu fikrin əsasında heç bir fakt və dəlilin inkar edə bilməyəcəyi dini və fəlsəfi bir həqiqət dayanır. Yer kürəsindəki bütün insanlar Adəm və Həvvanın  törətdikləri nəsillərin törətdikləri nəsillər kimi bir-birinə qohumdurlar,  eyni düşüncə tərzinə, hiss, duyğulara malikdirlər. Poeziya tərcüməsi bəşər övladına xas olan insani duyğuların, hisslərin oyatdığı poetik düşüncə məhsulunu hədəf dilin spefikliyini, özəlliyini diqqət mərkəzində saxlamaqla, orijinal mətnin məna və məzmununa və ruhuna xəyanət etməməklə, hisslərin və duyğuların köməyi ilə həmin dildə ifadə etməkdir. Bədii tərcümə  təkcə müəyyən olunmuş qanunauyğunluqlar çərçivəsində deyil,  hiss və duyğuların bu qanunauyğunluqlara yol yoldaşı olduğu  zaman uğurlu olur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mövzu ilə bağlı suallar

1.                               Xristafor  Marlonun şeirlərinin Azərbaycan türkcəsinə edilmiş tərcüməsinə dair fikriniz nədir?

2.                               U. Bleyk, R. Berns, C.Q. Bayron şeirlərinin tərcümə variantları haqqında daha nə demək istərdiniz?

3.                               Ingilis və Amerika ədəbiyyatının görkəmli simaları olan V. Skottun və

E. A. Ponun şerilərinin Azərbaycan türkcəsinə hansı tərcümə özəllikləri vardır?

4.                               Radyad Kiplinqin   “İf...”  şeirinin Azərbaycan türkcəsinə edilmiş iki tərcümə variantında xoşunuza gələn və gəlməyən cəhətlər hansılardır?

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

§ 6. Poetik tərcümənin özəlliyi və gözəlliyi

 

Yunan sözü olan poeziya (poiesis) –ədəbiyyatda ilk dəfə Aristotel (eramızdan əvvəl 394-322) tərəfindən işlədilmiş, mənası  isə “yaradıcı” deməkdir. Bu söz yaradılarkən bu gün kəsb etdiyi mənadan fərqli olaraq təxəyyülün məhsulu olan bütün ədəbi janrlara aid edilirdi.

Poetik hiss və duyğuların  hər dilin vəzni, ritmi, qafiyəsi ilə nizamlanması və qəlibə düşməsi ilə yaranan,  xüsusilə xalqın ruhunu, yaşam tərzini əks etdirən poeziya hər bir xalqın əxz etdiyi ən zəngin mənəvi sərvətdir. Bəs bu kimi özəllikləri ehtiva edən poeziya milli mənəviyyatımızı dünyaya təqdim etmək üçün hansı dəyişikliklərə məruz qalır?  Belə bir halda milli özəllikləri bütövlükdə qorumaq mümkündürmü? Sözsüz ki, yox. Tərcümədə məzmun formaya, yoxsa forma məzmuna qurban verilməlidir?  Bu sualların cavabları hər bir dildə onun özünün təcəssüm etdirdiyi spesifik xüsusiyyətlərlə əlaqədar  bir qədər fərqli, ümumilikdə isə eyni ola bilər. Poetik forma rəngarəngliyi və zənginliyi ilə seçilən Şərq poeziyasını tərcümə edərkən bu suallar üzərində xüsusilə düşünməli olursan. Ona görə ki,  hələ lap qədim dövrlərdən Şərq şairləri məna və məzmun vəhdəti ilə yanaşı, forma kamilliyinə də xüsusi əhəmiyyət vermişlər. Daha doğrusu onlar, məna dərinliyi və forma mükəmməlliyi arasında dialektik vəhdəti dərindən hiss etmiş, öz əsərlərində bu vəhdəti gerçəkləşdirməyə çalışmışlar. Dərin

məna , fəlsəfi-poetik məzmun kamil poetik forma ilə tamamlananda əsərin  estetik-fəlsəfi dəyəri daha yüksək, təsir gücü isə daha böyük olur. Şərq, o cümlədən Azərbaycan türk poeziyasında poetik forma gözəlliyi mühüm əhəmiyyət kəsb edir və bu cəhət poetik nümunələrimizi ingilis dilinə çevirən mütərcimlərin diqqətindən yayınmamışdır.

Poeziya tərcüməsi haqqında mütəxəssislərin fikirləri  fərqli olsa da,  hamısının kökündə keyfiyyətli tərcümə  etmənin yollarını araşdırmaq, onun düzgün metodologiyasını işləyib hazırlamaq dudur.  Bu barədə Burto Raffelin isə fikiri belədir: “Bütövlükdə tərcümə etməyin  uç cür forması vardır: Birincisi, müəllifi sözbəsöz, sətirbəsətir başqa dilə çevirmək. Horasın “Poeziya sənəti” əsərini  tərcümə edərkən Ben Conson bu tərcümə üsulundan istifadə etmişdir. İkinci üsuldan istifadə edən tərcüməçi müəllifin fikrini itirmədən, amma sözlərin mənasını çox da dəqiqliklə saxlamasa da mənanı dəyişmədən  onu hədəf dilin imkanları daxilində ifadə edir.  Məs. Vircilin “Dördüncü Anaid “ in Üallersin tərəfindən tərcüməsi. Üçüncü üsul təqlid etmə  üsulundur ki,  tərcüməçi  bu zaman məna sözlərin ifadəsində sərbəst olur, orijinalın ümumi mənasını verir. Bu üsulla Mister Kauli və Pindarı iki odasını tərcümə etmişdir” (36, 110).

Azərbaycan türk ədəbiyyatının ingilis, yaxud əksinə, ingilis ədəbiyyatının Azərbaycan türkcəsinə tərcüməsi zamanı bu prinsiplərə nə dərəcədə diqqətlə yanaşılmışdır? Hər iki  dildə tərcümə nümunələrindən misallar gətirərək bu suala cavab tapmağa səy göstərək.

Vahid Ərəb Amerika şairi Lənqston Hyuzun  sərbəst vəzndə yazdığı on dörd misradan ibarət olan “Pride” şeirində ifadə olunan fikri Azərbaycan türkcəsində  hər misra yeddi hecadan ibarət olmaqla altı dörd misralıq, bir beş misralıq abcb ilə qafiyələnən- cəmi yeddi bənddə ifadə etmişdir. Belə ki, şairin haram çörək yeməyə qarşı üsyan etməsi fikrini tərcüməçi  öz hisslərinin gücü ilə ana dilimizdəki şeirlə ifadə etmişdir və demək olar ki, şeiri bir növ başqalaşdırmışdır.. Tərcüməçi şeirin sərlövhəsinin tərcüməsində də məna təhrifinə yol vermiş, haram çörək yeməyi öz şəninə sığışdırmayan şair qürurla üsyan etdiyi halda, tərcüməçi onu “iftixar” kimi tərcümə etmişdir. Şeirin orijinalı aşağıdakı kimidir:

 

Langston Hughes(1902-1967)

Pride

                                 Let all who will

                                Eat quietly the bread of shame

                                                I cannot!

 

Without complaining loud and long

Tasting bitterness in my long throat?

And feeling to my very soul?

It’s wrong!

 

For honest work                                          

You prefer my poor pay.

For honest dreams,

Your spit is on my face!

And so my fist is clenched

Today

To strike your face!

 

V. Ərəbin tərcüməsi:

İftixar                         

                    Qoy hər kəs yeyir, yesin   

                     Asan, minnətli çörək

                      Belə haram çörəyin

                       Axırı nədir görən?

 

İnsanın varlığına

Zəhərdir haram çörək.

Kişi olan heç zaman

Onu yeməsin gərək.

 

Ey könül, mətin dayan!

Bil ki, o yemək deyil.

Sən bir parça çörəkçün,

Nə alçal, nə də əyil.

 

Halal duz-çörək üçün

Az pul verin siz mənə.

Ancaq minnət vurmayın,

Deməyin bir söz mənə.

 

Sənsə özgə malından

Özünə tac qurmusan,

Mənim qanımı içmiş,

Bu günsə qudurmusan.

 

Milyonların puludur,

Özünə xərclədiyin.

Minlərin göz yaşıdır,

Şərab kimi içdiyin.

 

Mənsə yavan çörəklə,

Dolanaram, bil ancaq

Bu gün yumruqlarımı

Uda bilməyəcəksən,

Boğazında qalacaq! (16, 71).    

 

Fikrimizcə,  dilimizin gözəlliyi və zənginliyi sərbəst vəzndə yazılmış bu şeiri heca vəznində tərcümə etməyə imkan verirsə, burada heç bir qəbahət yoxdur. Lakin şairin şeirinin quruluşunu tam dəyişib ona xeyli  əlavələr etməklə  təbii ki, şeirin ruhuna xəyanət etmiş oluruq. Əksinə, şairin fikrini doğma dilimizdə nə qədər səlis ifadə etsək, ona suni bəzək-düzək verməkdən azad olsaq, bu halda tərcümənin uğurundan daha çox danışmaq olar.

E. Etkind yazırdı ki, “mütləq tərcümə” yalnız müstəsna hallarda mümkün olur. Bir qayda olaraq itkisiz, dəyişikliksiz şeir tərcüməsi mümkün deyildir... Şeir tərcüməçisi üçün ən başlıcası odur ki, tərcüməçi hər bir konkret halda məhz hansı itkilərə yol verməyi dəqiq bilməlidir (71, 68).

Qafiyə xatirinə şeirin formasını tamamilə dəyişmək, orjinalda ifadə olunan mənanı isə dolayı yolla vermək tərcümənin aşağı səviyyədə olduğuna dəlalət edir. Tərcümədə fikri orjinalda ifadə olunan ideyanı  daha yığcam və səlis ifadə etməklə müəllifin fərdi üslubuna, deyim tərzinə. daha da sədaqətli olmaq mümkündür:

 

Qürur                                           Lənqston Hyuz                                  

 

İştahla yeyirsə haram çörəyi                     

Yeyənlər qoy yesin,

Mən bacarmaram.

 

Tale acısını daddım hər zaman

Haqsızlıq görəndə etmədim üsyan.

Urək də dərk edir bu həqiqəti

 Olanlar hamısı yanlışlıq, yalan.

 

Vicdanlı əməyin dəyərini sən

Mənim acgöz ağam, görə bilməzsən.

Şirin xəyallarım saf, təmiz ikən

Tüpürüb onlara ləkə saldın sən.

 

Sən indi hazır ol, növbə mənimdir,

Güclü yumruqlarım üstünə gəlir.

(Tərcümə bu sətirlərin müəllifinə məxsusdur.)

 

Onu da qeyd etmək lazımdır ki, həmin kitabda Vahid Ərəbin  L. Hyuzdan etdiyi daha bir tərcüməsi  də dərc olunmuşdur. Əvvəlcə haqqında danışdığımız tərcümə ilə müqayisədə tərcüməçi burada şairin ruhuna xeyli yaxındır və həm məzmunda, həm də formada təhriflərə yol verməmişdir.

 

Orjinal:

 

It was a long time ago.

I have almost forgotten my dream

But it was there then,

In front of me,

Bright like a sun,-

My dream.

 

Tərcüməsi:

 

Uşaq idim, bilmirdim,

Xəyal nədir, arzu nə?...

Arzum günəşlə birgə

Boylanırdı üzümə (16, 67).

 

Dərin fəlsəfi ideyaları poeziyasında sənətkarlıqla təcəssüm etdirən Uilyam Bleyk şeirlərinin ana dilimizə tərcüməsində orijinalın forma və məzmun  gözəlliyinin vəhdətini qorumaq, şairin ruhunu duymaq üçün tərcüməçinin son dərəcə ehtiyatlı olması lazımdır.  Belə ki, burada  şairin fəsəfəsini  olduğu kimi tərcümədə vermək naminə forma gözəlliyini bir qədər qurban vermək lazım gəlir. Onun yaradıcılığından bəzi nümunələrin Azərbaycan türkcəsinə edilmiş tərcümələr əsasında tərcümədə

 sənətkarlıq, vəzn, qafiyə meyarlarının bitkinliyi haqqında müəyyən fikir söyləmək mümkündür. Aşağıda U. Bleyk şeirinin orijinalına diqqət yetirək:

 

Şeirin orijinalı:

 

Pity would be no more,

If we did not make somebody Poor:

And Mercy no more could be,

If all were as happy as we.

 

Tərcüməsi:

 

Kasıblar olmasa dünyada əgər,

Təəssüf hissi də heç yaranmazdı.

Hamı doğulsaydı xəşbəxt, bəxtəvər

İndi nə mərhəmət, nə rəhm vardı (16, 22-23).

 

Göründüyü kimi  tərcümədə şairin fikrinə heç bir xələl gəlməmiş, forma gözəlliyinə də diqqət yetirilmişdir. Şairin  başqa bir şeirinin tərcüməsində yaradıcılığından digər gətirəcəyimiz nümunədə  məzmun xatirinə onun formasında bir qədər dəyişikliyin aparılmasına ehtiyacın yaranmışdır.Ü. Bleyk şeirlərinə diqqət yetirək

 

  Infant Sorrow

 My mother groaned, my father wept,

Into the dangerous world I leapt;

Helpless, naked, piping loud,

Like a fiend hid in a cloud.

 

Struggling in my father’s hands,

Striving against my swaddling bands,

Bound and weary, I thought best

To sulk upon my mother’s breast.

 

Orijinaldan tərcümədə oxuyuruq:

 

Körpə kədəri

   

Atam  qüssələndi, inlədi anam

Bu müdhiş dünyaya can atdığım an.

Qışqıra-qışqıra, aciz və üryan,

Sanki buludları yarırdı şeytan,      

 

Ata qollarında üsyan eylədim,

Çırpınıb özümə yuva dilədim.

Duydum ki, aləmi bürüsə də nur

Ən işıqlu dünyam ana qoynudur (16, 26-27).

 

Şeirdə dünyaya gələn  körpənin hiss və duyğularının poetik   ifadəsi verilmişdir.. İkinci bənddə  fikir ana dilimizdə forma baxımından orjinaldan bir qədər fərqli ifadə olunmuşdur. Həmin bəndin sətri tərcüməsinə diqqət yetirək:

 

Atamın qollarında mübarizə edərək

Bələyimdən çıxmağa çalışaraq

Aciz və yorğun halda düşündüm ki, ən yaxşısı

Anamın döşlərindən süd əmməyimdir.

 

Tərcümədə  fikir formaca  bir qədər fərqli verilsə də, elə hesab edirik ki, şairin əsas məqsədi körpənin ən güvəncli sığınacaq yeri kimi ananın qoynunu göstərməsidir.

Tərcüməçi unutmamalıdır ki, “forma məzmunun çatdırılmasına xidmət edəndə də müəyyən məzmun və məna daşıyır ” (70, 137).

L.A. Bunin adekvatlığın qorunub saxlanması haqqında  yazırdı: “Mən tərcümə edərkən hər vəchlə MM-ə (müəllif mətninə) yaxın olmağa, dilin sadəliyini, müqayisə və epitetləri, sözlərin müvafiq şəkildə, təkrarlanmasını hətta mümkün olduğu qədər misraların sayı və yerləşməsini saxlamağa çalışdım. Bu heç də asan deyildi” (69, 41-42).

Bədii tərcümə,  xüsusilə  poeziya tərcüməsi ilə məşğul olan mütərcimin mənbə və hədəf dili eyni səviyyədə yaxşı bilməsi tərcümə əsərinin keyfiyyətli olmasından xəbər verən faktdır desək, yanılmarıq.

Bunu də təəssüflə qeyd etmək lazımdır ki, Respublikamızda peşəkar tərcüməçilər sayca çox deyillər. Belə olan halda üçüncü dilin-vasitəçi dilin köməyinə ehtiyac olur. Vasitəçi dilin köməyi olmasaydı, dünya ədəbiyyatının bir çox nümunələrini bu gün ana dilimizdə oxuya bilməzdik.  Tarixən bədii tərcümə prosesində həlledici rol oynayan vasitəçi dil sindromu heç də həmişə  əsərin orijinalı ilə tərcüməsi arasında sədaqətli, etibarlı elçi rolunu oynamır. Keçmiş  Sovet dövründə ədəbi incilərimizin  Azərbaycan türkcəsindən ingilis dilinə tərcümə edilməsində vasitəçi rol oynayan rus dili haqqında da bu fikri demək olar. Bu baxımdan rus dilinin Azərbaycan türk ədəbiyyatının dünya miqyasında tanınmasında rolu əvəzsiz olsa da, tərcümələrin əksəriyyətində vasitəçi dilın dilimizə göstərdiyi leksik, qarmmatik və semantik  müdaxilələr qabarıq şəkildə hiss olunur.

Tərcüməçinin işi orijinalda olan sözün mövcud vəziyyətdə işlənmə dairəsini müəyyənləşdirməklə başlayır. Hamıya məlumdur ki,  heç bir dildə bizim hiss, həyəcanımızı, zehni düşüncəmizi bütövlükdə ifadə edən kifayət qədər sözlər yoxdur. Bəzi dillər sözlərin sayına görə başqalarından daha zəngindir… Bir dildəki sözün digər dildə dəqiq ekvivalentini tapmaq qeyri-mümkündür. Bu isə tərcüməçiyə həm çətinlik yaradır, həm də onu dilemma qarşısında qoyur.  Hətta ayrılıqda götürülən sözlərin mənsub olduğu dildə, və ya başqa dildə dəqiq mənalarını ifadə edən ekvivalentləri mövcud deyildir… Bu halda tərcüməçinin ilk və ən vacib vəzifəsi tərcümə etdiyi hər sözün əhatə dairəsini və birlikdə işləndiyi hər sözlə  əlaqələrini müəyyənləşdirməkdir.

Tərcüməçi bu işi həm mənbə dilidə, həm də  hədəf dil olan ingilis dilində görməlidir. Belə demək olar ki, tərcüməçi hər bir sözün kənarları heç vaxt aydın görünməyən rəsm əsərinə çevrilən  imicini yaradır. Bu zaman bir sözün yazılmasında işlənmiş boya axıb digərinə qarışır” (63, 192).   

Təcrübə göstərir ki, tərcümənin keyfiyyətinə təminat verən başqa bir etibarlı üsul orijinal dilin daşıyıcısı olan tərcüməçi ilə hədəf dilin mütəxəssislərinin müştərək fəaliyyəti nəticəsində olan tərcümələrdir.

Hökümə Billurinin zəngin milli koloriti özündə əks etdirən “Azərbaycanım” şeirinin ingilis dilinə tərcüməsi zamanı rastlaşdığımız çətinliklər bu haqda fikrimizi təsdiqləyən yaradıcılıq örnəklərinin açıqlanmasını tələb edir.

 

H. Billurinin  aşağıdakı şeirinə diqqət yetirək:

 

...Doğmadan doğmasan, ey ana yurdum,            

Yolunda başımla, canımla durdum.

Sinəndə əbədi bir yuva qurdum,

Dolanım başına, bir də dolanım,

Mənim ömrüm, günüm, Azərbaycanım!

 

Nə qədər dünya var, bu kainat var,

Nə qədər ömür var, gün var, həyat var,

Nə qədər uçmağa məndə qanad var,

Bil sənsən ilk yuvam, ömür məkanım,

Eşqindən məşəltək alışım, yanım.

 

Səninlə bir canam, bir bədənəm mən,

Dənizsən, ümmansan, bir qətrənəm mən,

Günəşsən, ulduzsan bir zərrənəm mən,

Məndən üz döndərmə, ey mehribanım,

Dolanım başına, hər gün dolanım...

 

Eşqindən kükrəyən dağ seliyəm mən,

Dünənim, bu günüm, sabahım da sən,

Yaşa əsrlərcə, yaşa, ey vətən!

Ey mənim cahanda dünyam, cahanım!

Ey ömrüm, həyatım, Azərbaycanım!

 

 “Azərbaycanım” şeirini bu sətirlərin müəllifi Amerka mütəxəssisləri ilə birgə iş təcrübəsi olmadığı zaman ingilis dilinə orijinalın ruhuna uyğun şəkildə çevirməyə cəhd göstərmişdir:

 

           

My native home, My motherland,

For you favour all we stand,                                                      

On your nest  we built nest grand.                                           

Take my love and warm embrace,                             

 Azerbaijan! My holy place.

 

While the world is nice to see.                                        

While the life is pleasant, glee,

While I'm a bird flying free,                                                 

You are my nest & the shelter.                                        

Torch shall I be for you later.

 

You are a whole. I'm a part.                                                       

 Drops from sea never depart.                                              

The sun you are, of you I start.                                                 

My love, my life, be kind to me,                                                  

 I am your child worshipping thee,

 

I'm a mountain river flowing,

To bright future we are going.                                                     

 In my own life the dearest thing.                                         

Oh! My heart, long live, well done,                         

Wonderful land, Azerbaijan!

 

Qeyd etdiyimiz kimi orijinalın dilinin “başına dolanım”, “qurbanın olum” kimi milli koloriti tənzim edən  sözlərlə zəngin olması ona şirinlik qatan və onun bu dilin daşıyıcısı olan hər zümrədən olan oxucu  auditoriyası  tərəfindən anlaşılan ritmik bir şeirdir. Təbii ki, dilimizdəki o sözlərin tam məna yükünü daşıyan və  dilimizdəki kimi şirin səslənən bu cür sözlər ingilis dilində yox dərəcəsindədir. Bu halda  həmin sözləri ingilis dilində qismən də ifadə edən sözlərlə ifadə edərək tərcümədə də  bu cəhətləri qismən də olsa qoruyub saxlamağa çalışsaq da, Amerika Birləşmiş Ştatlarında Şimali Karolina Universitetinin poeziya tərcüməsi ilə məşğul olan mütəxəssisləri ilə təcrübə mübadiləmiz zamanı haqqında danışdığımız tərcümənin uğurlu tərcümə olmadığı aşkar oldu. 

Poeziyamızın rəngarəngliyini ingilisdilli oxuculara əyani göstərmək və eyni zamanda ingilis və Azərbaycan poeziyalarının qarşılıqlı tərcüməsində adekvatlığın saxlanması məsələsinə müxtəlif duyumlu şairlərimizin, ayrı-ayrı şeirlərinin üzərində təhlillər aparmaqla daha dəqiq elmi nəticəyə gəlmək üçün böyük dramaturqumuz C. Cabbarlı yaradıcılığından da bir şeir nümunəsini ingilis dilinə tərcümə edərək  oxucuların ixtiyarına verməyi məqsədəuyğun hesab edirik.

 

Dan ulduzu

                           C. Cabbarlı

 

Qaranlıq gecədə səni gözləyib

Durmaqdan yoruldum, ey Dan ulduzu!

Uzaq üfüqlərə göz gəzdirməkdən

Az qala kor oldum, ey Dan ulduzu!

 

Öksüz taleyim tək gecikdin, nədən?

Karvanqıran doğdu, görünmədin sən.

Oxşadım, yanıldım, könül verdim mən,

Bilmədən vuruldum, ey Dan ulduzu!

 

Arxasınca qoşdum sonsuz bir yola,

Hər addımda tuş gəlincə bir kola.

Qaranlıqda çox baxındım sağ, sola

Hər yana buruldum, ey Dan ulduzu!

 

Büsbütün yorulub gücdən düşərkən,

Bir ulduz parladı uzaq üfüqdən,

Bu görünən səndin, artıq gəldin sən.

Axır səni buldum, ey Dan ulduzu!

 

İngiliscə tərcüməsi:

 

Morning Star

                           By J. Jabbarlı

 

I longed for you  in one dark night

And wandered here, the Morning Star!

Of staring at a the pole distant and bright

I almost got blind, the Morning Star!

 

You didn’t appear like my unlucky fate,

All stars were seen, but you were too late,

Of those stars your image I made,

And admired them, the Morning Star!

 

I followed you on your way endless,

At every step what I met, you guess,

I looked here and there in the darkness,

Turned around the Earth, the Morning Star!

 

When I was tired to reach my goal

A star shone from that distant pole.

It was you, lightening my soul.

Finally I got you, the Morning Star!

 

 

“Sərbəst şeir, ümumiyyətlə, ölçülü şeirlə oppozisiya təşkil edir ki, bu qarşı-qarşıya qoyulma da ən müxtəlif fərqləndirici əlamətlərə malikdir. Bu əlamətlərdən ən mühümləri isə birinci növbədə vəzn və qafiyə, şeirin fonetik təşkili, məcazlar sistemi və sairədir. ... bu şeir şəklinin Azərbaycan poeziyasında iki inkişaf mərhələsi vardır. Birinci mərhələ 1920-ci illərin sonu 30-cu illərin əvvəllərini əhatə edir....  Ümumiyyətlə, sərbəst şeirin birinci mərhələsi əsasən öz fonetik tərkibinə görə böyük “sərbəstliyi” ilə fərqlənirdi. Səs təqlidi yolu ilə yaranmış müxtəlif səs kompleksləri bu şeirlərin aparıcı qüvvəsini təşkil edirdi.... Sərbəst şeirin ikinci inkişaf dövrü 1950-ci illərin əvvəlindən başlayır... İkinci inkişaf mərhələsində sərbəst şeir zamanın ruhunu, əsrin səsini milli zəminə malik poetik bir qüvvətlə əks etdirdiyindən, o, gənc yaradıcı qüvvələrin diqqətini cəlb edir və poeziyamızda öz mövqeyini gündən-günə qüvvətləndirirdi... Bu, dövrün sərbəst şeiri, heç şübhəsiz, tərəqqiyə, irəliyə çəkən bir hadisədir... R. Rza özünün “Kanonları pozaraq” adlı məqaləsində yazırdı:  ”Müasir poeziyada çox müxtəlif şeir formaları sərbəst şeir adlandırılır. Azərbaycan poeziyasının əməli təcrübəsində bu “sərbəstlik” necə təzahür edir? Bu hər şeydən əvvəl, ənənəvi qafiyə sistemini, donmuş ölçüləri, bəndin məcburi formalarını və arxitektonikasını rədd etməklə meydana çıxır.... sərbəst şeir poetik fikrin  tam, təbii və sadə ifadəsi üçün böyük imkanlar açır. Şeir əlavə bəzək-düzəksiz poetik olmalıdır. Qafiyə o zaman lazımdır ki, poetik fikrin daha qabarıq ifadəsi onu tələb etsin. Ölçü kimi bənd də fikri buxovlayır, poetik orqanizmə bir çox lüzumsuz, gərəksiz şeylər gətirir”. 

Sərbəst vəznə poeziyada bu qədər üstünlük verən şairin yaradıcılığı təsadüfi deyildir ki, bu tipli şeirlərlə zəngindir. Qeyd etdiyimiz kimi müasir Amerika poeziyasında aparıcı şeir növü olan sərbəst şeir forması  ingilis dilinə ana dilimizin hər formada olan şeirlərinin, xüsusilə də sərbəst vəzndə yazılmış şeirlərin tərcüməsində ən münasib və məqbul hesab edilən formadır.

Fikrimizi R. Rzanın bu vəzndə yazdığı  “Xanım” şeiri və onun ingilis dilinə etdiyimiz  tərcüməsi üzərində sübuta yetirməyə çalışacağıq.

 

R. Rzanın  sərbəst vəzndə yazdığı daha bir şeirinə diqqət yetirək:

 

Xanım

Paltarın dəst-dəst;

Hərəsi bir əziz günün,

Bir bayramın töhvəsidir.

Sənin bir aylıq geyimin, xanım,

Yüz arvadın bir il bəsidi.

Aç pəncərəni,

Ağaclara bax!

Dağlara, yamaclara bax!

Yasəmənə bax!

Bircə dəst paltarı var,

Özü dünya gözəlidir.

Sənin ala-bəzək görkəmin, xanım,

Doğrudan da məzəlidir.

 

Lady

                               By Rasul Rza

 

    You have many dresses

     Each of them, dear lady,

     Was a present for a holiday

   Your dress for a month

     Would be enough

for a hundred ladies.

Open the window,

Look at the trees,

  Look at the meadow,

    And the mountains

with jasmine blossoms.

Think of what it means.

    They have only one dress

            But they are the best of the best.

             And your decorative façade of

Artificial charm

Dear lady,

Is funny

Really!

(Şeiri  bu sətirlərin müəllifi Corc Meyson Universitetinin müəllimi, şair Marqaret Yokumla birlikdə tərcümə etmişdir )

Bəxtiyar Vahabzadəin dərin fəlsəfi tutumlu “İki kor” şeirinin iki tərcümə variantı da orijinalda olan  fikrin ingilis dilində poetik duyumu və ifadəsi baxımından maraqlıdır.

İki kor

                B. Vahabzadə

 

Bir kor taniyiram, gözü korsa da,

                        özü kor deyil.

Yaxşıya ortaqdır,

yamanı görmür,

Bəzən qəm odunda qovrulursa da,

Ağlına, hissinə o, nankor deyil.

 

Bu şeirin Tələt Səid Halmanın ingilis dilinə etdiyi tərcüməsi “Azerbaijan İnternational” jurnalında dərc olunmuşdur.  Orijinalın mənasını saxlamaq baxımından tərcümələrin hər ikisi qənaətbəxş olduğunu  qeyd etsək yanılmarıq:

Two Blind Men
by Bakhtiyar Vahabzade

There's a blind man I know: His eyes are sightless,
But he is not blind.
Though he sometimes gets scorched
in the fire of sorrows,
He does not turn a cold shoulder to his passion
And his mind.

(29, 44).

İkinci tərcümə variantı:

I know two blind men—

One is blind in his eyes

But not in his being.

Sometimes  he burns in the flame of his sorrow,

But  controls his mind, his feelings.

(Əlison Məndəvill və Şəhla Nağıyeva tərəfindən tərcümə edilmişdir.)

 

Şeirin başqa bir parçasının  tərcüməsi:

 

Orijinal:

 

Gözləri görməyən kor deyil hələ,

Görmək istəməyən kordur, deyərdim.

Belə müqəvvaya, belə cahilə

Həyatın özü də gordur deyərdim.  

 

Birinci tərcümə variantı:  

A sightless man need not be blind;
Blind is he who does not want to see.
To such an ignorant fool,
Life itself is a grave,
If you ask me.

(33, 42).

 

İkinci tərcümə variantı:

 

Blind is not

One who has no eyesight.

Blind is choosing not to see.

To this manikin, this naive one,

There is no difference

Between life and the grave .

 

B. Vahabzadənin lirik-fəlsəfi şeirlərinin ingilis dilinə tərcüməsi Qərb dünyasının oxucularında böyük maraq oyatmış, şairin söz demək, oxucunu düşündürmək ideyası həmişə xoş assosasiyalar yaratmışdır.

Tanınmış Azərbaycan türk şairi Əli Kərimin  Daş” şeirini Amerikalı həmkarlarım  şair Erik Pənki və Cenifer Atkinsonla ingilis dilinə tərcümə edərkən demək olar ki,  heç bir çətinliklə üzləşmədik. Şairin rəvan dili,  sadə deyim tərzi həmkarlarımda anlaşılmazlıq yaratmadı.  Həmçinin  orijinalda sərbəst vəzndə yazılmlş şeiri eyni vəznlə  ingilis dilində ifadə etməyimiz çətin olmadı. Nəticə etibarı ilə qeyd etməyi vacib bilirik ki,  şeirin ifadə etdiyi bəşəri duyğular tərcümə işini asanlaşdıran əsas amillərdən biri kimi dəyərləndirilə bilər.  Şeirn ingilis dilinə edilmiş iki tərcümə nümunəsinə diqqət yetirək:

 

Orijinal:

Əli Kərim

Daş                                                  

 

Yarıçılpaq,

           Qədim insan

Düşməninə bir daş atdı,

Qana batdı.

Daş düşmədi amma yerə,

Uçub getdi üfüqlərdən üfüqlərə.

 

Birinci tərcümə variantı:

Half-naked,
Primitive man
Cast a stone at his foe,
Shed blood.
But the stone
Didn't fall to the ground,
It kept flying,
From horizon to horizon.

 

Bu tərcümədə orijinaldakı “qədim insan”  “primitive man” kimi tərcümə olunması mənanın təhrifinə səbəb olmuşdur. Qədim insanın qana batması “shed blood” qan tökdü kimi verilməsi məqbul hal kimi qiymətləndirilə bilər.

 

İkinci tərcümə variantı:

 

A half-naked,

              Prehistoric man

Threw a stone at his enemy,

And put his hand in the blood,

But the stone did not fall;

It flew beyond the horizon.

 

Amerika şairləri Erik Pənki və Cenifer Atkinsonla bu sətirlərin müəllifi birlikdə tərcümə etdikləri ikinci variantda “qədim insan” “prehistorict man” kimi verilmişdir.  Bundan başqa  bu tərcümə variantında “qana batdı” frazeoloji birləşməsi put his hand  in the blood” kimi verilməsi tərcümənin şeirin ruhuna daha yaxın olmasına zəmin yaratdığını düşünürük.

 

Orijinal:

 

Ey həməsrim,

Həqiqətin qan qardaşı,

Dayandırmaq olmazmı, de,

Yarıçılpaq,

           yarıvəhşi

Qədim insan

             atan daşı?!

 

Birinci tərcümə variant:

You, my contemporary,
You, brother of Truth,
Tell me, can't that stone be stopped,
That the half-naked,
Half-savage,
Primitive man
Cast so long ago?

 

İkinci tərcümə variantı:

 

You,  a man of my century,

You, a true blood brother,

Why can’t you stop

A stone

Thrown by

A half-naked,

Half-wild,

Prehistoric man?!

 

Yuxarıda şeirin orijinaldan verilmiş ikinci hissəsindəki ”həməsrim  sözü birinci tərcümə variantında “contemporary”,  qan qardaşı” “a true blood brother  verildiyi halda, ikinci tərcümə variantında “həməsrim” “a man of my century”, “qan qardaşı” sözü isə  a true blood brother” kimi verilmişdir ki, bu da  orijinaldakı fikrin daha emfatik  verilməsinə zəmin yaradır.

Şair Fikrət Qocanın çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri vardır. Aşağıda onun “Eynilik şeirinin orijinal mətni ilə tərcüməsinə diqqət yetirək:”

 

FİKRƏT QOCA

EYNİLİK

 

Sənin əlin qabar-qabar,

Mənim ürəyim,

Onun beyni.

Hamımız eyni cür fəhləyik, qardaş,

Eyniyik, eyni.

 

Tərcüməsi:

Fikret Goja

The Same

 

Your hands are hard,

And my heart.

And his brain

We all are the same kind of workers, my brother

We are all the same, the same.

 

İlk baxışdan şeirn ingilis dilinə edilmiş tərcüməsi  sətri tərcümə təsiri bağışlasa da, əslində quruluşca  Amerika poeziyasında səciyyəvi şeir forması olan sərbəst şeirlərdən heç də fərqlənmir. Mənanın tam saxlanması baxımından isə tərcümə qənaətbəxşdir.

 

Zəlimxan Yaqubun ulu öndərimiz Heydər Əliyevə həsr etdiyi “O, həyatı sevirdi”  şeiri  dahi şəxsiyyətin yüksək insani keyfiyyətlərini hərtərəfli əhatə edən frazeoloji ifadələrlə zəngin bir poeziyanın mücəssəməsinə çevrilmişdir.

 

O həyatı sevirdi

 

Kəskin zəka, iti göz,

                  ayıq baş, aydın fikir,

Siyasət dünyasında

                  sağlam toxumlar əkir:

Baxışlarda sual var,

Alimdi, yoxsa rəssam,

                  şairdi, yoxsa memar?

Memar ilə danışır

                  kərpiclə daş dilində,

Heykəl ilə danışır

                  heykəltəraş dilində

 

İngiliscə tərcüməsi:

 

Zalimkhan Yagub

He Loved this Life

 

This smart man of common sense,

     With sharp eyes, clear mind

Planted healthy seeds

        in the world of politics:

A question is hidden

                    on all faces:

Is he a scholar, artist

                or sculptor?

Speaking to the architect

the language of stone and brick he uses.

In the presence of the sculptor

he speaks the language of sculpture.

 

Amerikalı şair  Əlison Məndəlvil  ilə ingilis dilinə tərcümə etdiyimiz yuxarıda təqdim olunan  şeirin sərlövhəsinin tərcüməsində kiçik bir əlavə etməklə, yəni “O həyatı sevirdi” sərlövhəsini “He loved this Life”  kimi verməklə ingilisdilli oxucunun mövzunu düzgün anlamda başa düşməsinə səy göstərdik. (İngilis dilində “posthumous life”  “ölümdən sonrakı həyat”sözü  olduğuna görə dəqiq anlaşma üçün  “həyat”  “this life” sözü kimi tərcümə edilmişdir.) Bir tərəfdən şeirin sadə, ritmik, həm hər kəs tərəfindən anlaşıla bilən dili olması bizə bu tipli şeirləri tərcümə edərkən tərcüməçi elə bir çətinlik çəkmir qənaətinə gəlirik. Digər tərəfdən şeirdə olan poetik  ifadənin sətiraltı mənalarının olması tərcümə zamanı mütərcimi dilemma  qarşısında qoyur. Belə olan tərzdə mütərcimin  dilin daşıyıcısı ilə məsləhətləşməsinə ehtiyac duyulur.

Çağdaş Azərbaycan ədəbiyyatında öz dəsti-xətti, poetik aləmi ilə seçilən Ramiz Rövşən yaradıcılığı tərcümə  baxımından mütərcimdən böyük məsuliyyət tələb edir. şeirlərlə zəngin bir yaradıcılıqdır. Onun heca vəznində aaab qafiyə quruluşu olan dördlük (gəraylı) formasında yazdığı “Həvəsim yoxdur” sərlövhəli şeirinin ingils dilinə tərcüməsində mənanı saxlamaq xatirinə forma baxımından nəyisə qurban verməli olursan.  Şairin yaradıcılığından bir şeir nümunəsinin ingilis dilinə tərcüməsinə diqqət yetirək:

 

Orijinal:

Ramiz Rövşən

 

         Ələ qələm alan kimi,
          Sətirlər qaralan kimi,
          Köynəyə çıxan qan kimi
          Kədərim varağa çıxır.

 

Canımda sözlər sıxılır,
Artır, üst-üstə yığılır,
Yüz nəğmə batır, boğulur,
Bir nəğmə qırağa çıxır.

                              
          Küsən çox şair sözündən,
          Öpən yox şair gözündən,
          Şerin astarı üzündən
          Baha çıxır, baha çıxır...

 

İngiliscə tərcüməsi:

 

Ramiz Rovshan

 

As I  take up my pen

As the lines blacken

Sorrow soaks the paper

As blood stains shirt.


In me the words are in pressure,

They compound  and  pile up

Hundreds of songs smother

Only one  escapes and survives.

Poet often offend his readers,

Who criticize him, and kiss never

The silken lining of the poem

Costs more than  the cotton of its cover.

 

Göründüyü kimi şairin ifadə etdiyi mənanı qafiyə ilə tərcümə etmək mümkün olmadığından münasib forma kimi sərbəst şeir  növünə müraciət edilmişdir.

Amerikalı həmkarlarımızın şeiri tərcümə etməzdən öncə onun orijinalını intonasiyası, ritmi ilə onlara oxumağı xahiş etmələri  bu faktorların düzgün poetik tərcümə üçün nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir.  Yuxarıdakı poetik nümunənin son misralarının ingilis dilinə tərcüməsi zamanı şeirin mənasını daha qabarıq vermək üçün     

         Şerin astarı üzündən
          Baha çıxır, baha çıxır...
“ misralarını

 

The silken lining of the poem

Costs more than  the cotton of its cover.  kimi tərcümə etməklə   “silken”, “cotton” sözlərini əlavə etməli olduq.   

Bütün mütəxəssislərin qəbul etdiyi faktdır ki, bədii əsərlərin “sətri”  tərcümə edilməsi uğurlu olmur...  Sətri tərcümə edərkən tərcüməçi hər sözün dəqiq mənasına vararaq  sözün əsər kontekstindən, mənsub olduğu xalqın mədəniyyəti, tarixi kontekstindən kənarda qoyur.... Sətri tərcümədə tərcüməçi sözün üst qatında olan mənanı əsas götürür və üst qatın altında orijinal əsərin müəllifinin ifadə etdiyi mənanı görə bilmir (63, 143).

Tanınmış alim və şair Hamlet İsaxanlının ecazkar təbiət mənzərəsini əks etdirən “Gözəldir” şeirinin sərlövhəsinin  ilk tərcümə variantında “ All is Wonderful” kimi tərcümə etməyi məqsədəuyğun hesab etmişdik. Bu isə Azərbaycan türkcəsinə “Hər şey gözəldir” kimi tərcümə edilir. Dəqiqliyə varsaq sərlövhəni “İt is beautiful” kimi verməliydik ki, bu da sərlövhə kimi yarımçıq görünməklə, eyni zamanda bir qədər poetiklikdən uzaq səslənə bilərdi.  Amerikalı həmkarım Əlison Məndəvillə həmin şeirin tərcüməsi üzərində uzun müddət işləyərək ikinci tərcümə variantını ərsəyə gətirdik. Bu variantda şeirin sərlövhəsini “ Beautiful” kimi tərcümə etməyi orijinalın ruhuna daha uyğun hesab etdik.  Hər iki tərcümə variantına diqqət yetirək:

 

Orijinal:

Hamlet İsaxanlı

 

Bulaq çaya dönür, axır şırhaşır,

Sevdalı meşədə kim pıçıldaşır?

Hər yanda möcüzə, xəyalım çaşır,

Aran da gözəldir, dağ da gözəldir!

 

İlk tərcümə variantı:

 

Bubbling springs run into the rivers,

Green forests hide whispering lovers

                                             Seeing this vista my soul shivers—

      Wonderful are valleys, so are mountains.

 

Son tərcümə variantı:

                                           As spring runs to cascading river

deep in the forest, what lovers whisper?

              Everywhere miracles, my daydream bewilders—

Beautiful valleys, beautiful  mountains.

 

 

     Şeirin orijinalda olan bəzi ifadələrini ingilis dilinə uyğun ifadələrlə verməyi münasib bilmişik. Məsələn, bulağın  şırhaşır axması çaya axması”  ilk tərcümə variantında “bubbling springs run into the rivers”  son tərcümə variantında “ spring runs to cascading river” kimi, sevdalı meşədə kim pıçıldaşır,  ilk variantda “Green forests hide whispering lovers  kimi ikinci variantda ritorik sual tərcümədə “deep in the forest, what lovers whisper” və orijinalda olan “aran” sözü “valleys” kimi verilməsidir.  Digər misraların tərcüməsinə diqqət yetirək:

Orijinal:

 

Torpaqdan uzaqda, tozdan uzaqda,

Hərcayi, töhmətli sözdən uzaqda,

Qol-qola gəzməyə gözdən uzaqda

Bağça da gözəldir, bağ da gözəldir!

 

Ilk tərcümə variantı:

 

Far from the dirt, far from the dust,

Far from the words that hurt the heart,

Far from these eyes, walking arm in arm,

The gardens are green, so too the fields.

 

Son tərcümə variantı:

 

               Away from the dust and so far

               From any word that hurts the heart,

               Out of all mind, out of all sight—

               Wonderful are the gardens, so are the fields.

 

Orijinal:

 

Rəng verər gözəlin üzü, rəng alar,

Utanıb qızarar, dərddən saralar,

Binadan aybəniz, ya əsmər olar,

Qara da gözəldir, ağ da gözəldir!

 

İlk tərcümə variantı:

 

                                       Beauty’s color changes from time to time

     Becomes yellow with grief, blushes from blame.

                                      By birth some are brown, pale or plain—

                                     The brown girl is wonderful, so is the white.

 

Son tərcümə variantı:

 

               Beauty’s color changes, wears with time

               Becomes yellow with grief, blushes from blame.

               From birth some are moon-white, others night-dark—

               The dark, the light—both so lovely.

 

Orijinal:

 

Ürək çırpınanda, göz çağıranda,

Nəfəs bir olanda, dil lal olanda,

Dodaq can atanda, sifət yananda,

Sol yanaq da gözəl, sağ da gözəldir!

 

İlk tərcümə variantı:

 

                                  While the heart is yet beating, eyes sparkling,

                                 We breathe together and become dumb, darling.

                                 Lips long for each other, faces are burning—

                                  The left cheek is wonderful, so is the right.

 

Son tərcümə variant:

 

For when the heart quickens, when eyes call out,

We breathe as one, voices stilled,

Lips long for each other, faces catch fire—

The left cheek so soft, and the right.

 

Fikrimizcə, ilk tərcümə variantı  da mənanı qorumaq və poetik ifadə baxımından qənaətbəxş olsa da, eyni tərcüməçilərin daha səmərəli və gərgin axtarışının nəticəsində ərsəyə gələn son tərcümə variantını daha uğurlu saymaq olar.

Amerika Romantizm ədəbiyyatının görkəmli simalarından olan Henri Lonqfelounun “The Rainy Day” şeirinin Azərbaycan türkcəsinə edilmiş iki tərcümə variantını müqayisəli təhlil edək :

Orijinal

Henry Wadsworth Longfellow

(1807-1882)

The Rainy Day

 

My life is cold, and dark and dreary

It rains, and the wind is never weary;

My thought still clings to the mouldering Past,

But the hopes of youth fall thick in the blast,

And the days are dark and dreary.

 

Sətri tərcüməsi:

 

Həyatım soyuq,  qaranlıq və darıxdırıcı

Yağış yağır, və külək heç vaxt  yorulub dayanmır.

Mənim fikrim hələ də çürük keçmişimə sarılıb.

Ancaq gəncliyin ümidləri  təlatümlə  çırplnır

Və günlər qaranlıq və darıxdırıcıdır.

 

Firəngiz Nəsirovanın  poetik tərcüməsi:

 

Mənim də həyatımın buna çox bənzəri var,

Bəxtimi külək döyər, gözümdən yağış yağar.

Keçmişimi gəzərəm, üzər məni qüssə-qəm,

Gəncliyimdən söz açmaq faydasızdır, bilirəm

Onu yellər aparıb, əlçatmazdır o çağlar.

 

Mərufə Mədətovanın  poetik tərcüməsi:

 

Günlərim qaranlıq, günlərim soyuq,

Tənhalıq qəlbimdə açıb min oyuq.

Xəyalım sarılır uzaq keçmişə,

Qaranlıq içində qalan həyatım

Gör necə söyuqdur, soyuq həmişə.

 

Göründüyü kimi hər iki  poetik tərcümə variantında  sətri tərcümə olduğundan fərqli fikirlər və sözlər vardır.  Orijinalda müəllif  təbiətin qəmgin mənzərəsi ilə  öz həyatının  qaranlıq anlarını parallel verməklə şeirin təsir gücünü daha qabarıq ifadə etməyə nail olmuşdur. Firəngiz  Nəsirovanın tərcüməsində isə bu parallellik  gözlənilməmiş,  şeirdə ifadə olan  bütün qəmgin məqamlar  yalnız müəllifin həyatına aid edilmişdir. Bu da təbii ki, məna təhrifinə səbəb olmuşdur.

M. Mədətovanın tərcüməsində də eynilə birinci tərcümədə olduğu kimi təbiət təsviri tərcüməçinin diqqətində kənarda qalmışdlr. Tərcüməçi orijinalda olan

“Günlərim qaranlıq, günlərim soyuq,” “Xəyalım sarılır uzaq keçmişə,”

misralarını saxlamaqla yeni bir şeir yazmışdır.

Sətri tərcüməyə sədaqətli olmağa cəhd edərək orijinalın üçüncü  poetik tərcümə variantını təqdim edirik:

 

Həyatım qaranlıq, mənasız, soyuq

Külək  ara vermir, həm yağış yağır.

Çürük keçmişimə dalmış duyğular

Gəncliksə ümidlə coşub-çağlayır

Günlər qaranlıqdır, həm keçir ağır.

(Tərcümə müəllifə məxsusdur.)

 

Xristafor Marlonun  (Christopher Marlowe- 1564-11593)  “Çoban məhəbbəti” (“The Passionate Shepherd to His Love”) və Uolter Rolinin (Walter Raleigh- 1554-1618)  “Çoban məhəbbətinə cavab” (“The Nymph’s Reply to the Shepherd”) şeirlərinin hər bəndini qarşı-qarşıya qoysaq, şifahi xalq ədəbiyyatımızın aparıcı qolu olan aşıq yaradıcılığında olan deyişməni xatırladır:

 

Orijinal:

 

Come live with me, and be my love,

And we will all the pleasures prove

That hills and valleys, dales and fields,

And  all the craggy mountains yields.

 

Sətri tərcüməsi:

 

Gəl mənimlə yaşa, sevgilim ol,

Və biz bütün əyləncələrin dadını dadaq.

Təpələri, dərələri, nərgizləri, çölləri,

Və bütün daşlı-kəsəkli dağları görək.

 

Poetik tərcüməsi:

 

Gəl yaşa mənimlə, məhəbbətim ol,

Dadaq bu dünyada hər cür nəşəni.

Gəzək çol-çəməni, həmsöhbətim ol,

Sıldırım qayalı dağı, meşəni.

 

İngilis Renessans ədəbiyyatı dövrü ədəbiyyatının tanınmış şairi Uolter Rolinin “Çoban məhıbbətinə cavab” adlı şeirini də müqayisəli təhlil üçün təqdim edirik:

 

Walter Raleigh

A Nymph’s Reply to the Shepherd’s Love

 

Orijinal:

 

If all the world and love were young,

And truth in every shepherd’s tongue,

These pretty pleasures might me move

To live with thee and thy love.

 

Sətri tərcüməsi:

 

Gözəl qızın çobana cavabı

 

Əgər bütün dünya və məhəbbət gəncləşərsə,

Və çobanın dilindən çıxan kəlmələr həqiqət olsa,

Bu gözəl əyləncələr məni cəlb edərdi

Səninlə yaşayıb sənin məhəbbətin olmaq üçün.

 

Uolter Roli

Çoban məhəbbətinə cavab

 

Sevgimiz, dünyamız cavanlaşarsa,

Çoban, sözlərində həqiqət varsa,

Titrədər qəlbimi bu gözəl çağlar,

Səninlə yaşamaq, sevilmək olar.

 

 

 

 

 

 

 

 

 

 

                   Mövzu ilə bağlı suallar:

 

1.       Poeziyanın tərcüməsində hansı prinsiplərə, yaxud qanunauyğunluqlara riayət olunmalıdır?

2.       Azərbaycan poeziyasında sərbəst vəzndə yazdığı şeirləri ilə məşhur olan görkəmli xalq şairi Rəsul Rza poeziyasının ingilis dilinə tərcümə edilmiş şeirləri haqqında tənqidi düşüncələrinizi bölüşə bilərsinizmi?

3.       Bəxtiyar Vahabzadə poeziyasında dərin fəlsəfi fikirlərinin tərcümədə poetik ifadəsi sizi qane edirmi?  Bəs siz onu necə tərcümə edərdiniz?

4.       Zəlimxan Yaqubun, Ramiz Rövşənin şeirlərində diqqətinizi çəkən məqamlar hansılardır? Şeirlərin tərcüməsində onların orijinalından unudulan məqamları varsa, onları tapmağa çalışın.

5.       Necə fikirləşirsiniz- poetik tərcümədə mətnin ruhu, yoxsa, sözün, misranın sətri tərcüməsi, poetik ifadəsi, intonasiyası, rimi daha əsasdır?

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əlavə: Azərbaycan və ingilis poeziyasından  tərcümə nümunələri

 

Tarixən müxtəlif  xalqların bir-birinin yaşayışı, hiss və duyğuları, düşüncə tərzi haqqında  müəyyən biliklər əldə etmək zərurətindən doğan bədii tərcüməyə yanaşma müxtəlif dövrlərdə fərqli olmuşdur. Hətta bizim özümüzün  bir neçə il öncə tərcümə etdiyimiz nümunələr bu gün bizə qənaətbəxş görünmüyə bilər. Çünki orijinal əsər bilik dairəsindən, dünyagörüşündən , tərcümə edildiyi dövrdən asılı olaraq  hər oxucuda  fərqli təəssüratlar oyada bilər.

Bu səbəbdən haqqında mühakimə yürütdüyümüz tərcümə nümunələrinə yanaşmamız nisbidir və hər cür müzakirəyə açıqdır.

 

Aşağıda “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin Azərbaycan, Türkiyə, Amerika qadın yazıçılarının seçilmiş əsərlərinin tərcüməsindən ibarət nəşr etdirdiyi “Buta” qadın ədəbiyyatı antologiyasından və digər mənbələrdən götürdüyümüz ayrı-ayrı Azərbaycan və ingilis şairlərinin şeirlərinin sətri və poetik tərcümə variantlarını  təqdim edirik. Məqsəd tələbələrin bu nümunələr əsasında müvafiq təhlil və müqayisə aparmasına imkan yaratmaqdır. 

 

Aysel Novruz (1985) 

 

Bir fincan sındırmışam

...Bu mətbəxin hər küncündə bir ağrı var…
Bu oğlanın hər sözündən əsəb yağır.
qəzəb yağır…
Masa üstdə sındırmalı üç fincan var.
Üç fincandan ən əzizi mənə baxır.
Hər bayramda sevən qızın qismətinə ya gül düşür,

ya bilərzik, ya da öpüş.
Ötən bayram
o qəzəbli sevgilimdən fincan aldım.
Göy rəngdəydi. Göyü sevdim.
Bəs, üstündə sarı rəngli ləkələri nəydi elə?
Bu fincanın alnınamı yazılmışdı
o qəzəbli sevgilimdən
qopduğum an
əllərimdə əsib-əsib,
yerə düşüb
çatlaq-çatlaq parçalanmaq?
Gözlərimin içinə baxa-baxa söydülər də,
döydülər də…
ağlamadım!
Təsadüfən yerə düşüb çilik olan
bayramımda sevincimə şərik olan
bu fincanın
sınmasından
göz yaşlarım gilə-gilə
axırdılar...
Bizim evdə hər küncündə ağrı olan bir mətbəx var.
Bu mətbəxdə tez-tez sınır
dəniz rəngli, sarı telli fincanlarım...

 

İngiliscəyə tərcüməsi:

 

Aysel Novruz

I have Broken a Cup

 

... There is an ache in every corner of this kitchen

Every word this boy says makes you suffer

And gives you anger.

Three cups are on the table to be broken,

The dearest of them is looking at me.

The loving girl gets either flower, a bracelet or a kiss from her love

In every holiday.

Last holiday I got a cup from my nervous love.

It was blue, I loved blue.

But, what the yellow spots on them meant.

Was that luck of the cup,

Shivering in my hands and falling down 

and breaking  into pieces,

When I separated from my angry love?

They insulted and beat me

Looking into my eyes...

But I did not cry !

For the cup that fell down by chance,

That shared my joy in my holiday

I burst into tears.

... There is and ache in every corner of this kitchen..

My sea-colored , yellow decorated cups often break

In this kitchen.

Orijinal:

 

         Nuranə Nur (1980)             

          Nabələd yolçu

 

                Hər gün ürəyimdən keçən   

                Bircə dəfə bilmədi ki, hardan keçir.

                Yeyib, bitirib içimi susayıb o,

                Gözlərimin nurun içir.

                Addım səsləridir bu döyüntülər

                Bir yoldu, bir yolçu yola nabələd

                Yəqin ki,yolunu azacaq əlbət.

                Ürəyim onunçün geniş bir ölkə

                Bəs niyə qərarı tutmur bu yerdə

                Başqa ürəklərə tələsir bəlkə?

                Yaman nigaranam, bilmirəm nədən

                Keçirik yenə də səndən xəbərsiz.

                Mən sizin küçədən, sən ürəyimdən.

               

İngiliscəyə tərcüməsi:

 

         Nurana Nur

          Strange Traveller

 

The one who passes through my heart every day

Never knew what way he passed through.

He has eaten my inside, but still is thirsty,

And drinks the light of my eye.

It is the noise of her steps that beat in my heart,

He is a strange traveller doesn’t know the ways,

Sure he will lose his way.

My heart is a large country for him,

Why doesn’t  he  soothe (calm down)  here?

Maybe he is in a hurry to other hearts?

I feel uneasy and know not why

You are unaware, we pass through the ways,

Me-I pass through your streets,

And you pass through my heart.

 

Orijinal:

 

              AND

Alıb adını dilimə,                                             

Çəkib yoxluğunu ciyərlərimə,

Bağıracam göylərə.

Buludlar təlaşla deyəcəklər bir-birilərinə.                  

 Əvvəl əks etdirib səsini aləmə,

Sonra şəklimi çəkib göndərəcəklər yuxularına.

Qorxub “fırtınalı mən”dən yalvaracaqsan

                                                    yuxuma

Etirafın dağ vuracaq dilinə mən adda.

And içmişəm bu eşqə ki,

Daha əvvəlki olmaram.

Nə yuxuda, nə həyatda.     

 

İngiliscə tərcüməsi:                                        

                                             

An Oath

 

Calling you by my tongue,

Breathing your  absence into my lungs

I will roar at the sky

The clouds will crush in panic

Firstly spreading their voice on the Earth

Then taking my photo will send to my dreams

Being  afraid of  my hurricanes  you will plead my dream

Your confession will brand my name on your tongue.

I have sworn on this love

That I will not be as I was before any more

 Either in dream, or in life                                             

                                            

         Orijinal:                                     

                            

    Həyat  Şəmi (1970)

  MƏN, SƏN, O

 

Hər şey mənim əlimdə,

dualarım,

ürəyim,

əfv fərmanım,

imzam,

qollarım,

Açın qollarımı!

 

Hər şey Sənin əlində,                             

sorğu-sual,

durğu və duyğu işarələri,

son cümlə,

nöqtən.

Ürəyimə ölümcül həmlə...

Son dəfə getmək istəyim,

 üzümə bağlı qapıların dəstəyi...               

Açın qapıları!                             

 

Hər şey O-nun əlində,

qələm,

yazı,

olum və ölüm,

Açın gözlərinizi!

 

İngiliscə tərcüməsi:                                                  

 

Me, You , She

 

Everything is in my hands,

my pray,

my heart,

my decree to forgive,

my signature,

my arms,

Untie my arms!

 

Everything is in your hands,

Interrogation,

Signs for punctuation, and feelings

Last sentence,

And your dot.

A deadly attack to my heart...

My last heart words

Are on closed doors’ handle,

Open the doors!

 

Everything is in Creator’s hands

A pen,

Power to write,

To let live, or not to,

Open your eyes!

 

Orijinal:

     

Yazılmayan şeir

 

Əvvəl

ömrü boyu çəkə bilməyəcəyi

bir rəsmin önündə

quruyub qaldı

saçlarının ucunacan.

Qurutdu onu,

rəssam əlindən süzülən rənglər,

sonra,

narın-narın yağan yağış

islatdı.

Addım-addım uzaqlaşdı

o rəsimdən.

 

Bu heyrətdən ayılmamış

sevdiyi gənci

heç zaman yerinə olmayacağı

bir qızla gördü,

küçəni keçən zaman.

O cütlər gözdən itənəcən,

o yağış kəsənəcən,

quruyub qaldı yerindəcə.

 

Keçdi küçədən,

Keçdi yağışdan,

Keçdi sevgidən.

 

Duymadı bunu

“Torqovı”nın insan əlindən

 təngə gəlmiş

o dar küçəsi də.

 

Heç zaman geyinə bilməyəcəyi

bir geyim önündə

 ayaq saxlayıb içəri keçdi.

Ürəksiz maniken qürrələnirdi

əynindəki geyimin zövqü altında.

“More exspensive”deyib eşiyə çıxdı.

Küçələr daşa dönmüşdü,

Evlər yaş daşa dönmüşdü,

Ayağının altındakı daş

 daşa dönmüşdü.

 

Ayaqlarını

torpağa əmanət vermiş bir qəhraman,

duymadı daşların daşa dönməyini...

əl açdı iki ayaqlılara-

ürəklər daşa dönmüşdü.!!

 

Bundan sonra

qaçmaq istədi gördüklərindən ,

Qaçdı, qaçdı, qaçdı,

qaçdı  o küçədən.

Elə qaçdı ki,

heç kölgəsi də çata bilmədi ona.

Nə qədər qaçsa da,

nə o rəsm,

nə o gənc, nə o geyim, nə də o əlildən

uzaqlaşa bilmədi.

Heç kəsin yaza bilməyəcəyi

bu şeiri yazdı o gün...

 

Unwritten Poem

 

At first

She was shocked  and stood still  before the painting

Which she will not manage to draw through her life,

And the paints of the artist

 Had dried the picture  to the hair.

Then the splashing rain

Moistured it.

She stepped away from the painting.

Hardly had  she drifted from that amazement

She saw her love

With a girl whom she can never replace

Crossing the street.

She was shocked and stood still

Till the couple dissappered,

Till the rain stopped.

 

She crossed the street,

She ignored the rain,

She ignored the love.

Even Torgovi’s narrow street

Bored of  too many people

Could not guess it.

Stopping before a dress that she could never wear

She came in.

The heartless maniken boasted

Under the taste of  the dress on it,

Saying “More expensive” she left the store.

The streets had turned into the stone

The houses had turned into the wet stone,

And the stone under her feet

Had turned into the stone.

The hero sacrificing his feet for the land

Could not guess how stone turned into the stone.

He begged money from the ones with two feet,

Alas, the hearts had turned into the stone.!!

Seeing it she wanted to escape

from what she had seen

She ran, ran, ran away from that street.

She ran so

that even her shadow could not catch her.

Though she ran,

She could not escape

Neither  from that painting,

Nor from  that guy,

Nor from that dress

Nor from her hands

And she wrote the poem

Which no one could manage to...

Orijinal:

 

Sima Ənnağı (1970)

Ailə fotoalbomuna baxarkən

 

I.

Fotoda

Mən

Gülümsəyən

Ata-anamı görəndə

Düşünürəm ki,

Həyat zərbələrinə

Tab gətirmək üçün

Təbəssüm

Kifayət etmir...

 

II.

Atanın qucağındakı

Məsum cocuq.

Cocuğun şəkərbura ayaqlarındakı

Ana öpücükləri.

Qorxma, balaca,

Yuxundakı kəpənəklər

Ana sevgisindən müjdə gətirər...

 

İngiliscə tərcüməsi:

 

Looking at the Family Photo

 

I.

Seeing my smiling parents

In the photo

I think

Smile is not enough

To bear the blows of life...

 

II.

 

An innocent child in the hands of his father,

Mother’s  kisses on the child’s shakarburalike¹ legs,

Don’t get scared the lovely baby,

The  butterfly in your dreams

Will bring you good  news about the mother’s love...

 

_______________________________________________________________

¹Novruz holiday sweet

 

 

Orijinal:

 

Ananın gündəliyindən                

 

Öz balaca

darısqal dünyanda

hər səhər

uşaqlara qayğanaq bişirirsən,

onların pal-paltarını yuyub sərirsən,

burun silirsən,

yan yuyursan,

birini danlayıb

o birisini ovundurursan.

Sonra

divarlarına səs-küy hopmuş

otaqların tozunu alırsan,

uşaqlarla oynayırsan,

onlara

sehrinə inanmaq istədiyin nağıllar danışırsan.

Uşaqlar

gündəlik qayğılardan yorulub

yataqlara çəkiləndə,

bir xəlvət küncə sıxılıb

doyunca ağlamaq keçər könlündən.

Ağlamırsan.

Uşaqlar oyanar.

Göz yaşların hər gecə

gözlərində donub qalar...

 

İngiliscə tərcüməsi:

 

Mother’s Diary

 

In your small, narrow world

You cook omlette for  your siblings

Every morning.

Wash their laundry, clean mouth and nose,

Wash their dirt,

Blame one of them,

Soothe the other one,

Then,

You dust the room

With walls absorbing the noise,

You play with the children,

And retell them  fairy tales,

To which you want to believe.

When the children  go to bed,

Getting  tired of daily routines,

You want to cry from your heart

Sitting in the corner secretly.

But you don’t cry, the children may awake,

And your tears freeze in your eyes every night…

 

Orijinal:

 

Gecə zülmü

Gecə...

Tənha pəncərə önündə

Belibükük bir kölgə.

Tavandakı həyasız lampalar

İynə şüalarıyla

Adamın beynini sancır,

Ayrılığın qara cizgilərini yırtaraq

Sonu bilinməyən kədəri zolaqlayır...

Lampaların yuxusuz işığı

Qaranlıq küçəni oyada bilmir,

Günün nikbin rəngləri

Kömür zülmətdə itir.

Səslər sükutda.

Sözlər eşidilmir səssiz fırtınalarda.

Küçə kor yuxuda.

Adam - dəhşətdə...

Günəş doğacaqmı...

 

İngiliscə tərcüməsi:

 

The night torture

 

 It is night…

A hump shadow

Before the lonely window.

The impudent lamps on the ceilings,

Sting the people’s brains

With needlelike sharp rays.

Tearing  the black signs of separation,

Hits the endless sorrow.

The dreamless light of the lamps

Cannot wake the dark streets up.

The optimistic colors of the day

Are lost in pitch darkness.

The noises are in silence,

The words are unheard  in silent gale.

The street is in blind sleep,

The people are in horror…

Will the sun rise…

 

 

İki kor

                B. Vahabzadə (1925-2009)

 

Bir kor taniyiram, gözü korsa da,

                        özü kor deyil.

Yaxşıya ortaqdır,

yamanı görmür,

Bəzən qəm odunda qovrulursa da,

Ağlına, hissinə o, nankor deyil.

Gecəli-gündüzlü yazır, oxuyur.

Ağlının gözüylə o görür, duyur.

Ancaq... biri də var...kor deyilsə də,

                         gözü görməyir.

Dostu göz önündə öldürülsə də,

                           görmədim deyir...

O, saata baxır,

zamanı görmür.

Fikrini, hissini ucadan deməz,

Bəzən gördüyünü görmək istəməz.

 

Gözləri görməyən kor deyil hələ,

Görmək istəməyən kordur, deyərdim.

Belə müqəvvaya, belə cahilə

Həyatın özü də gordur deyərdim.     

 

Two Blind Men
by Bakhtiyar Vahabzade (born 1925)

 

Birinci tərcümə variantı:

 

There's a blind man I know: His eyes are sightless,
But he is not blind.
Though he sometimes gets scorched
in the fire of sorrows,
He does not turn a cold shoulder to his passion
And his mind.
He reads and writes day and night,
In his mind's eye he sees, feels, knows.

But there is someone else
Although he is not blind,
Nonetheless, he cannot see,
His bosom friend may die
In front of his eyes-
"I saw nothing," he says.
Whatever is good he claims as his;
He fails to see the bad.
He looks at the clock,
But can't tell what time it is.
Nothing noble
Visits his thoughts and feelings;
Often he denies he saw something,
Though he really has.

A sightless man need not be blind;
Blind is he who does not want to see.
To such an ignorant fool,
Life itself is a grave,
If you ask me (33, 42).

 

 

İkinci tərcümə variantı:

 

Two blind men

 

I know two blind men—

One is blind in his eyes

But not in his being.

He shares the good, ignores the evil

On his rainy days

He controls his mind, his feelings.

 

 

He reads and writes

All day and night.

He sees through the eyes of the brain

Intelligent and bright.

 

Another man, he has excellent eyesight

But he is blind mentally.

Be the friend killed in his presence

He will not see,

Or pretends to be

Blind physically.

 

Sharing in good things, missing all evils,

Watching the clock, he never sees

What time it is.

Never says

What he thinks, aloud.

What he has seen

He sometime misses.

 

Blind is not

One who has no eyesight.

Blind is choosing not to see.

To this manikin, this naive one,

There is no difference

Between life and the grave .

 

Orijinal:

 

Dünyanın...

 

Baş çıxarmaq həm çətindir, həm asan
İblisindən, mələyindən dünyanın.
Adəm satdı bir buğdaya cənnəti,
Tora düşdü kələyindən dünyanın.

 

Nə gözəldir, ürək geniş, söz açıq,
Yaşamadım bir sevdamı yarımçıq.
Əzab adlı dəyirmandan narın çıx,
Keçəcəksən ələyindən dünyanın.

Arzum üçün mələyən bir cüyürdüm,
O təpədən bu təpəyə yüyürdüm.
Niyə qorxum kəfənindən?
Nə gördüm
Beşiyindən, bələyindən dünyanın?

 

Ey Bəxtiyar, zaman ömrü əridər,
Ölümümüz axan vaxta borc ödər.
Arxasınca palaz kimi sürüdər
Bərk yapışsan ətəyindən dünyanın.

 

Poetik tərcüməsi:

 

This world...

                        By B. Vahabzade

It is both  easy and  hard to understand

The devils and angel of this world.

Adam sold Heaven for a grain,

And what happened, he was trapped by this world.

 

How nice to open your heart and speak freely,

I never abandoned  my love  halfway

Be brave, survive the mill of  torture

Since you will be sieved  by this world

 

Like a bleating roe

I ran from the hill to hill to reach my dream.

Why should I fear of the shroud

When the diaper and cradle pass of this world.

Bakhtiyar,  time melts our lives,

Death will  pay for the time flown by,

You will drag it like a rug behind you,

If you hold tightly the hem of this world.

 

Orijinal:

 

Axı, dünya fırlanır

                     

 

Vaxtın dəyirmanında daş əridi, qum oldu,
Tarixə atdığıımız qayıtdı, lüzum oldu.
Dünənin həqiqəti bu gün tərs yozum oldu,
Niyə də yozulmasın, axı, dünya fırlanır.

Çox ovlaqlar içində çox ovları ovladım,
Aşıb-daşan arzumu mən artıq cilovladım.
Mən atamı ötmüşəm, məni ötür övladım,
Bu, belə də olmalı, axı, dünya fırlanır.


Dünən düz sandığımı bu gün əyri sanıram.
Bəzən olur, özümdən özüm oğurlanıram.
Hər il başqa arzunun başına fırlanıram,
Niyə də fırlanmayım, axı, dünya fırlanır...

 

Çox əyilən görmüşəm, əyilməyən başları.
Sular duruldu, gördük dibindəki daşları
Ünvanmı dəyişdi dünənin alqışları;
Niyə də dəyişməsin, axı, dünya fırlanır...

 

 

Necə dönür bu dövran, necə dönür bu gərdiş,
Tazılarm üstünə dovşanlar da gülərmiş.
Dünya bina olandan hər şey dəyişilərmiş,
Dəyişməsin neyləsin, axı, dünya fırlanır.


Əbədini dünyada mən əbədi sanmadım,
Bir atəşə tutuşdum, min atəşə yanmadım,
Bütlər gəldi və getdi, birinə inanmadım
Niyə inanmalıyam, axı, dünya fırlanır.

 

 

Fırlandıqca bu dünya, yox da dönüb var olur,
Quruyan çeşmələrdən sular yenə car olur.
Bu dünyanın xeyri də, şəri də təkrar olur,
Niyə təkrar olmasın? Axı, dünya fırlanır.

 

 

Min-min illər bu dünya beləcə fırlansa da,
Bir yuvanın bülbülü min budağa qonsa da,
Aylar, illər, fəsillər bir-birini dansa da,
Dəyişməzdir əqidəm, çox da dünya fırlanır,


Nə qədər istəyirsə, min o qədər fırlana,
Qarşıma gah şər çıxa, gah xeyir dığırlana.
Çərxi-fələk istəyir lap dolana tərsinə,
Əqidəmi heç nəyə dəyişmərəm mən yenə

 

Poetik tərcüməsi:

 

Bakhtiyar Vahabzade

  Doesn’t the World Go Round

   

Crushed in the mill of time  stone turned to sand

What we abandoned to history we need now.

Yesterday’s truth  has turned into its opposite,

Why not, doesn’t the world go round?

 

All through the forest  I kept on hunting

Dreams welled up in me and grew calm

I have outpaced my father as my son will me

It must be so, doesn’t the world go round ?

 

What I thought yesterday  is wrong today

Sometimes I used to steal my self  from myself

Every year I chase around  a different dream.

Why not, doesn’t the world go round ?

 

I  have seen  many proud heads  bow down,

When  the water cleared we could see the stones beneath

Yesterday’s applause changed my standing

Why not, doesn’t the world go round ?

 

See , how times change, how people change,

Rabbits could  laugh at dogs,

Everything has changed since the world began,

It has to, doesn’t the world go round?

 

I  have never known an eternal thing,

I  caught fire from  a single source,

Idols came and went, others worshipped, I believed none,

Why should I, doesn’t the world go round ?

 

As this world goes round we have  what once we could not

The  dry springs once  again bubble and flow.

Evil and good replace one another,

Why  not, doesn’t the world go round?

 

Should this world go round and round thousands years

Should a nightingale nest  on thousands boughs

Should months, years, seasons deny the one that went before

I am unchanged, though the world goes round.

 

Should the world go round and round

Should I meet either evil or good

Should everything go round in reverse direction

I am unchanged,  the same forever.

 

Orijinal:

İnsan-göydə ay kimidir...

 

Çəmənlikdə gül-çiçəyin
Sağ-solunda ələfi var.
Dünyada hər bədbəxtliyin
Həm zərəri, həm nəfi var.

 

Vaxt hakimlər hakimidir,
Həyat, varkən yox kimidir.
Yaydan çıxan ox kimidir,
Hər ömrün öz hədəfi var.

 

Ürəkdədir sözün kökü,
Ayıra bil tükdən tükü,
Çox ağırdır amal yükü,
Çəkə bilsən şərəfi var.

Ürək fikrin tilsimidir,
Hər qatı bir lay kimidir.
İnsan - göydə Ay kimidir,
Görünməyən tərəfi var.

 

Poetik tərcüməsi:

 

Man as the Moon in the Sky

                         By B. Vahabzade

 

 

Flowers in the valley

Grow up among the weeds and thorns

Every unhappiness in the world

Does both good and  harm.

Time is the judge of judges

Life continues until it ends

Every life has its own target

Like an arrow released  from the bow

As hard  as to distinguish one hair from the next

 It is to know words whose roots are hidden  in the heart

Such wisdom is heavy

If you carry it, the honor is great.

 

 Obscured in mystery

The heart conceals thoughts

Each chamber has its secret

A man is like  the Moon in the sky

One side always  invisible.

 

Orijinal:

 

Mahir Qarayev

SON NÖQTƏ

 

Hər şey hədərmiş…

Bu gün də, bu həftə də,

bu şeirin sonluğuna

bir azdan qoyacağım nöqtə də…

 

Ən qısa şeir də,

ən uzun nəsr də,

ən yorucu şəhər də,

ən üzücü fəsil də bitərmiş.

 

 

Gedənlər bir daha gəlməzmiş demə,

gələnlər gedərmiş -

hər şey hədərmiş.

 

Yetərmiş,

gec-tez sona yetərmiş

min birinci gecə də,

min ikinci küçə də.

Sevgi dedikləri

bir qara həvəsmiş, bir qara qanmış;

Ömür dedikləri

bir quru nəfəsmiş, bir quru canmış

o da buracanmış,

bura qədərmiş -

hər şey hədərmiş.

 

İtərmiş

hər şeyin mənası,

Kədərmiş -

əvvəli, sonrası.

Günü günə calasan da

gün çatmayan ötən günlər,

əl çatmayan, ün yetməyən

bütün aylar, bütün illər

unudulub gedərmiş -

hər şey hədərmiş.

 

 

Hər şey alın yazısı,

hər şey qədərmiş -

keçdiyin yol

seçdiyin yol deyilmiş,

seçdiyin yol

keçdiyindən betərmiş…

Hədər olmayan

yalnız bircə sözdü, bircə sətirdi -

o da nə yazılmış, oxunmuş nə də;

Qalan hər şey hədərdi -

son nöqtənin önündəki bu misra,

            bu misranın sonundakı nöqtə də…

 

The Last Full Stop

     By Mahir Garayev

 

All seem useless…

Today, this week too,

And the dot

That I will put at the end of this poem.

 

The shortest poem,

The longest piece of  prose

The most tiring morning

The most wearing season

Will have an end.

 

They come and they go

Those who go, will never return,

All seem useless.

 

Early or late

The thousand  and first night

And thousand and second street

Will come to an end

 

What is called love is just inclination

Black blood,

What is called life is just breath in 

                                  body

Everything ends here

All seem useless.

Everything will lose its meaning

Everything will begin and end

In grief and in sorrow

Even if you tie days to days

All days, all months, all years

They cannot be reached

Will be forgotten one day

All seem useless.

Everything is written on you forehead,

There is nothing but luck

The way you went was not the one

 you chose.

The way you chose was worse.

All seem useless…

 

Only an unwritten word

Only an unwritten line seem useful.

 

The rest is useless-

The line before the final full stop

And the full stop after this line.

 

Orijinal:

 

 Zəlimxan Yaqub

 

O həyatı sevirdi

 

Kəskin zəka, iti göz,

                  ayıq baş, aydın fikir,

Siyasət dünyasında

                  sağlam toxumlar əkir:

Baxışlarda sual var,

Alimdi, yoxsa rəssam,

                  şairdi, yoxsa memar?

Memar ilə danışır

                  kərpiclə daş dilində,

Heykəl ilə danışır

                  heykəltəraş dilində

Nəğməni dilləndirir

                  şux nəğməkar dilində,

Zirvəylə qar dilində,

                  budaqla bar dilində.

Muğamlara baş vurur,

                  görəndə xanəndəni,

Allah belə yaradır

                  çox sevdiyi bəndəni.

Açılardı dilində

                  elmin dərin qatları,

Göylərə baş vurardı

                  fikrinin qanadları.

Torpaqla danışardı

                  sarı sünbül dilində,

Çəmənlə danışardı

                  çiçəklə gül dilində,

İnsanla danışardı

                  sevən könül dilində,  

Allahı – qurmaq eşqi,

                  tanrısı – zəhmət idi,

Təpədən dırnağadək

                  sevgi, məhəbbət idi.

Yaratdıqca hər anı,

                  hər saatı sevirdi,

Həyat onu sevirdi,

                  o, həyatı sevirdi.

Tanrı ona verəndə

                  odlu nəfəs də verdi,

Sarayları titrədən

                  gur, məğrur səs də verdi.

Qanadlanan bir ilham,

                  coşan həvəs də verdi,

Qılıncdan kəskin olan

                  ən iti söz də verdi,

Yüz il, min il sonranı

                  görməyə göz də verdi.

Baxışına qəzəbdən

                  çaxan şimşək də verdi,

Dünyanı dünya boyda

                  duyan ürək də verdi,

Həyatın yaddaşından

                  silinməz iz də verdi,

Qatlanmaz bir bilək də,

                  bükülməz diz də verdi.

 

Xırda fikirlərə yad,

Böyük işlərə ustad,

                  ulu niyyət verdi.

Oddan-sudan qorxmayan

                  bir qətiyyət də verdi.

“Yarat!” dedi,

         “Yaz!” dedi,

                  “Ucalt!” dedi,

                            “Qur!” dedi,

Hər işinə ilahi

                  ürəkdən uğur dedi.

Susmaq, durmaq, dayanmaq

                  varlığına yad oldu,

Ən müqəddəs duyğular

                  ona qol-qanad oldu.

Bir yurdu-yuvanı yox,

Bir ovuc havanı yox,

Yeri, göyü, varlığı

                  kainatı sevirdi,

                  o. həyatı sevirdi.

 Bir ömürdə bu insan

                  görün nələr yaratdı,

Həqiqətə sığmayan,

                  əfsanələr yaratdı,

Bulaq çəkdi “İç!” dedi,

         Körpü saldı “Keç!” dedi,

                  Qanad verdi “Uç!” dedi.

“Mən çəkdiyim bulaqdan

                  içməyi bacarmasan,

Mən saldığım körpüdən

                  keçməyi bacarmasan,

Mən verdiyim qanadla

                  uçmağı bacarmasan,

Daha məndən incimə

özündədi suç”, dedi.

Tanrı kimi tapındı

                  mənalı ömürlərə,

Mənasız keçən ömrə

                  yalan dedi, puç, dedi.

Ağac əkdi barını

                  şirin-şirin dər, dedi,

Şəhər saldı, bu işdə

                  gücünü göstər, dedi,

Sinəsi sipər oldu,

                  kirpiyi çəpər oldu,

Qanında qeyrət, hünər,

                  canında təpər oldu.

Yer üzündə şöhrəti

                  o qədər yüksəldi ki,

Göy üzündə mələklər

                  alnından öpər oldu.

Torpağın qucağında

                  qurmağı, yaratmağı,

Göylərdə yeddi rəngi,

                  yeddi qatı sevirdi.

Həyat onu sevirdi,

                  O, həyatı sevirdi.

 

İngiliscə tərcüməsi:

 

He Loved this Life

 

This smart man of common sense,

     With sharp eyes, clear mind

Planted healthy seeds

        in the world of politics:

A question is hidden

                    on all faces:

Is he a scholar, artist

                or sculptor?

Speaking to the architect

the language of stone and brick he uses.

In the presence of the sculptor

he speaks the language of sculpture.

 He sings songs

with the tongues of famous singers.

On the highest peaks

            he is snow.

As fruit, he knows  the language of trees 

Among the national singers, he is

In the lap of sweet mughams.

This is how God creates

A human being that  He loves most.

He knew too well

All branches of science.

His thoughts had wings

And he flew on them,

Gave no place for silence.

 He talked to the ground

With the language of the Yellow Spike,

The language of flowers in the valleys

Talking to men

his loving soul spoke sweetly.

 His main dream was to build and create

In labour his spirit relaxed

He prized every moment of his life

As he loved this life, so did this life love him.

God created him unique

Huge palaces were shaken by his voice when he spoke.

His spirit bubbling,

his wishes knew no bounds.

The words he said

              cut sharper than a sword.

He could foresee

the things to be

            one hundred years later.

Like lightning, his looks

Against his enemies flashed with anger.

His heart was as big as the whole world,

Felt the sorrow of all Mankind

                                in a word.

God placed him in eternal memory,

With his physical strength

         and moral victory.

He stood apart from trifles,

Led mighty works,

Never was afraid of fire, or water.

That was challenge

                  Of his Creator:

    Write

     Create

      Rise

God blessed him,

     And he presented surprise.

He never kept silence,

He never stood apart

From where all labyrinths start.

With his fresh, holy dreams

He was lucky, gained success.

He loved not only the land of his own,

Not only fresh air around him

He loved the whole Earth,

                  the whole sky

The whole universe.

He loved this life, so did this life love him.

See, what a human being created

                             within a life,

A life mostly legend

Making  a spring, he invited his nation

 to drink from it on their humid days,         

  Building  an enormous bridge

  He encouraged them

 to go ahead on smooth ways

Giving wings to his people,

he urged them to fly.

“You should drink

           from the spring I made,

You should cross

                       the bridge I built

You should fly

                with the wings I gave you,

Don’t blame me if you can’t,

It is your responsibility,”

                     were his words.

   He highly relied on meaningful lives

He ignored the lives

        that lived in vain

He planted a tree for his nation

                to taste its fruit.

He built cities for them to

                  raise their mood.

His breast defended his nation

                       as a fortification.

Eyelashes protected his land

                    like hedge.

He had courage in his blood

             and strength in his body

The Earth honoured him so much

That angels had to kiss him

          on his forehead in the Sky.

He loved to build, create

         in the arms of land on the Earth.

He loved seven colours,

          seven layers on the Sky

He loved this life, so did this life love him.

 

 

Ramiz Rövşən

Həvəsim yoxdur

 

Qanadım var, göyüm var

Quşam qəfəsim yoxdu.

Uçmağa hər şeyim var,

Təkcə həvəsim yoxdu.

 

Yol getməyə yolum var,

Qulluğum var, qulum var,

Xərcləməyə pulum var,

Təkcə həvəsim yoxdu.

 

Nə dərd var, nə əzab var,

Nə hirs var, nə qəzəb var,

Ölməyə yüz səbəb var,

Təkcə həvəsim yoxdu.

 

İngliscə tərcüməsi:

 

I have my wings and the sky.

I have no cage, and like a bird

Owning everything to fly,

Lack only desire and interest.

 

I have found my way to go,

And can serve and be served.

I have money to spend though

Lack only desire and interest.

 

I have no sorrow, no grief,

Neither anger nor wrath;

With so many reasons to live no more,

I lack only desire and interest.

 

Ramiz Rövşən

Orijinal:

 

MƏN DURMUŞAM YERİMDƏ

 

Hamı mənə sarı gəlir,

Mən durmuşam yerimdə.

Yol getməyə yolu gəlir,

Mən durmuşam yerimdə.

 

 

Göydən məni görür Allah,

Darıxıb ölür Allah.

Mənə sarı gəlir Allah,

Mən durmuşam yerimdə.

 

Uzaqdan bir adam gəlir,

Məni ağladan gəlir,

Yolumu bağladan gəlir,

Mən durmuşam yerimdə.

 

Bu nə səsdi, bu nə əzan?!

Xəbər gəlir ölümdən.

Yer axtarma, qəbirqazan,

Mən durmuşam yerimdə…

 

İngiliscə tərcüməsi:

 

          I stand still in my space

 

All move towards me

I stand still in my space.

Everyone else keeps going way

I stand still in my space.

 

From the sky Allah sees me

From the sky Allah misses me,

From the sky Allah comes to me

I stand still in my space.

 

A man is coming from far away

He will make me cry

He will block my way

I stand still in my space.

 

What noise is this, why this azan

Is there news of my death?

 Gravedigger, I need no other space ,

I still stand on my own space.

 

Orijinal:     

 

Ramiz Rövşən

Şirin-şirin yuxudayıq

 

Şirin-şirin yuxudaydıq,

Bir zalım oyatdı oyatdı bizi.

Anaların qucağından

Bu dünyaya atdı bizi.

 

 

Düşdük yolların ağına,

Baxtımızın sorağına,

Qatdı bizi qabağına,

Əlində oynatdı bizi.

 

Biz ki, yol nədi bilməzdik,

Biz ki, öl nədi bilməzdik.

Bilsək, dünyaya gəlməzdik,

Analar aldatdı bizi…

 

İngiliscə tərcüməsi:

 

We were in a Sweet Dream

 

We were in a sweet dream,

When a cruel man woke us.

Taking us from our mother’s breast

And throwing us into the world.

 

We took the easiest route

Trying our luck

Which then pulled us along

And then dropped us where we were

 

We didn't know which way to head

We never knew about death

Had we known, we wouldn't have been born

          Of  mothers who deceived us…

 

Əli Kərim(1931-1969)

Daş                                                  

 

Yarıçılpaq,

           Qədim insan

Düşməninə bir daş atdı,

Qana batdı.

Daş düşmədi amma yerə,

Uçub getdi üfüqlərdən üfüqlərə.

Deməyin ki, daş yox oldu,

Daş çevrilib bir ox oldu.

Oldu qılınc, güllə, mərmi,

Dayanmadı fikir kimi.

Atom oldu,

Meredianı qırıq-qırıq,

Arzuları zərrə-zərrə,

Okeanı para-para

Edib keçdi…

Həmin o daş

İndi yenə dayanmayır,

                      uçur hara?

O, neytron, elektron -

Dönüb nələr, nələr olur,

Alov olur, ölüm olur, zəhər olur.

 

Ey həməsrim,

Həqiqətin qan qardaşı,

Dayandırmaq olmazmı, de,

Yarıçılpaq,

           yarıvəhşi

Qədim insan

             atan daşı?!

 

İngiliscəsi:


Stone
by Ali Karim
Half-naked,
Primitive man
Cast a stone at his foe,
Shed blood.
But the stone
Didn't fall to the ground,
It kept flying,
From horizon to horizon.

 

Don't say that the stone disappeared.
That stone transformed into an arrow,
And then a sword,
A bullet,
A missile.
It did not stop as we thought.
It transformed into an atom.
Piercing the summit
And wishes
And the ocean,
It sped away...
Nor has that very stone
Stopped even now,
It still shoots through the air, but where?
It becomes neutron,
Electron-
A lot of this, a lot of that.
Transforming into fire.
Death.
Poison.

You, my contemporary,
You, brother of Truth,
Tell me, can't that stone be stopped,
That the half-naked,
Half-savage,
Primitive man
Cast so long ago?

(Tərcüməçi Aynura Hajiyeva)
 

 

 

The Stone

     By Ali Karim

 

A half-naked,

              Prehistoric man

Threw a stone at his enemy,

And put his hand in the blood,

But the stone did not fall;

It flew beyond the horizon.

Don’t think it disappeared,

It turned into an arrow

A sword, a bullet, a missile.

Like a thought it never stopped,

But turned into a bomb,

Subdividing the globe into plots,

Dreams into fragments,

Oceans into puddles.

Still the stone continued.

The stone never stops.

Where does it go?

It turns into an atom bomb.

What else?

Fire, death and poison.

 

You,  a man of my century,

You, a true blood brother,

Why can’t you stop

A stone

Thrown by

A half-naked,

Half-wild,

Prehistoric man?!

 

Orijinal:

 

Dahilik və cahillik

                                     R. Rza

O eşitmişdi ki, dahilər

Yuxusuz qalır gecələr.

Bəzən

O qədər fikrə dalırlar ki,

ətrafdakıları görmür,

səslərini eşitmirlər.

Düşündü:

Bu çətin şeydir məgər!

Üç gün,

Üç gecə

Dilinə bir şey vurmadı,

Çağırana səs vermədi.

Gözü yumulu gəzdi və...

Xəstələndi!

Həkimlər təyin edə bilmədi

Bu nə mərəzdi.

Yatmadı,

Eşitmədi,

Görmədi, Bir söz

Şəhid elədi özünü

Dahilik yolunda.

Ancaq heç kəs

Bir dahilik görmədi

Kişinin oğlunda.

Anası halına yanmadı onun,

Bir ah çəkdi dedi: bala!

İnsan üçün məziyyət

Həm yaxşı işləmək,

Həm də yaxşı yatmaq,

Yaxşı eşitmək,

Yaxşı görməkdir.

Dahilərə də bunlar gərəkdir.

Dahi bəzən yatmırsa gecələr,

Çalışır, yaradır.

Nə bilirsən, ay bala,

Bəlkə gündüzlər yatır.

 

İngiliscə tərcüməsi:

 

Genius and ignorant

          By Rasul Rza

 

He heard the geniuses

Not sleep night after night

Sometimes

    They are in the deep in thought

        And do not perceive the people around them

          Don’t hear a sound.

He thought:

           Is it difficult to be genius?

    For three days and three nights

He didn't eat a thing

Didn't respond when called

             He walked with his eyes closed

Until, finally, he fell ill.

           The doctors couldn’t diagnose

What disease afflicted him

He didn’t sleep,

 He heard nothing.

He didn’t see a thing

In a word,

On the path to martyrdom

For greatness.

           But no one could see brilliance

In his deeds.

   His mother wept.

         She sighed: dear son,

          For a man the best thing

Is to work well

To sleep well

To see well.

They work and create.

           For greatness, don’t yell

       If geniuses don’t sleep at night,

  For their sleepless nights they

Can rest all day

 

 

 

 

 

 

 

Britaniya poeziyasından Azərbaycan türkcəsinə edilmiş tərcümə nümunələri

 

Christopher Marlowe- 1564-11593)

The Passionate Shepherd to His Love”

 

Orijinal:

 

Come live with me, and be my love,

And we will all the pleasures prove

That hills and valleys, dales and fields,

And  all the craggy mountains yields.

 

Sətri tərcüməsi:

 

Gəl mənimlə yaşa, sevgilim ol,

Və biz bütün əyləncələrin dadını dadaq.

Təpələri, dərələri, nərgizləri, çölləri,

Və bütün daşlı-kəsəkli dağları görək.

 

Poetik tərcüməsi:

 

Gəl yaşa mənimlə, məhəbbətim ol,

Dadaq bu dünyada hər cür nəşəni.

Gəzək çol-çəməni, həmsöhbətim ol,

Sıldırım qayalı dağı, meşəni.

 

Orijinal:

 

And we will sit upon the rocks,

Seeing the shepherd feed their flocks,

By shallow rivers, to whose falls

Melodious birds sing madrigals.

 

Sətri tərcüməsi:

 

Biz qayaların üstündə oturaq,

Çobanın sürüsünü otardığına baxaq.

Dayaz dağ çaylarının şəlaləsinin yanında

Nəğməkar quşların oxuduqları mahnıya qulaq asaq.

 

Poetik tərcüməsi:

 

Mənimlə qayanın üstə oturub

Gör çoban sürünü otarır  necə.

Quşlar şəlalənin önündə durub

Şirin nəğmə deyir ona gizlicə.

 

Orijinal:

 

And I will make thee beds of roses,

And a thousand fragrant posies,

A cap of flowers and a kirtle

Embroidered all with leaves of myrtle;

 

Sətri tərcüməsi:

 

Və mən sənin şərəfinə qızılgül ləkləri,

Və min ətirli çələng düzəldərəm,

ən gözəl güllərdən və onların yarpaqlarından

 sənə paltar və papaq toxuyaram.

 

Poetik tərcüməsi:

 

Sevgimiz şəninə salım gül bağı,

Ətirli güllərdən çələng düzəldim.

Toxuyub güllərdən paltar, papağı,

Gözəl sevgilimə ərmağan edim

 

Orijinal:

 

A gown made of the finest wool,

Which from our pretty lambs we pull;

Fair lined slippers for the cold,

With buckles of the purest gold;

 

Sətri tərcüməsi:

 

Gözəl quzularımızdan qırxdığımız

ən gözəl yundan libas düzəldərəm;

Soyuq hava üçün  qızılı düymələri olan

 zolaqlı başmaq düzəldərəm

 

Poetik tərcüməsi:

 

Məni əyləndirər quzu yunundan

Çöhrənə yaraşan libas toxumaq,

Dağlarda soyuqda  üşüyən zaman

Tikərəm mən sənə  qızılı  başmaq.

 

Orijinal:

 

A belt of straw and ivy buds,

With coral clasps and amber studs;

And if these pleasures may thee  move,

Come live with me, and be my love.

 

Sətri tərcüməsi:

Tumurcuqlardan bəzəkli daşlarla bəzədilmiş sarı rəngli kəmər və

Çöl daşları ilə naxışlanmış  daş-qaş düzəldim;

Və bütün bu əyləncələr səni təsirləndirsə

Gəl yaşa mənimlə və mənim sevgilim ol.

 

Poetik tərcüməsi:

Otlarla daşlardan toxuyum  kəmər,

Bər-bəzək  düzəldim daşla naxışlı.

Səni bu əyləncə güldürsə əgər,

Gəl, ol sevgilim, ceyran baxışlım.

 

Orijinal:

 

The shepherd swains shall dance and sing

For thy delight each may morning;

If these delights thy mind may move,

Then live with me, and be my love.

 

Sətri tərcüməsi:

 

Sənin heyranın olan bu çoban rəqs edib oxuyacaq

Hər may səhəri səni əyləndirmək üçün;

Əgər bu əyləncələr səni həyəcanlandırsa,

Onda gəl mənimlə yaşa, məhəbbətim ol,

 

Poetik tərcüməsi:

 

Sənə ürəyində şirin arzular,

Çoban şənlik etsin, açsın qanad-qol.

Könlünü xoş edib açırsa bunlar,

Gəl yaşa mənimlə, məhəbbətim ol.

 

Walter Raleigh

The Nymph’s Reply to the Shepherd

Orijinal:

 

If all the world and love were young,

And truth in every shepherd’s tongue,

These pretty pleasures might me move

To live with thee and thy love.

 

Sətri tərcüməsi:

 

Gözəl qızın çobana cavabı

 

Əgər bütün dünya və məhəbbət gəncləşərsə,

Və çobanın dilindən çıxan kəlmələr həqiqət olsa,

Bu gözəl əyləncələr məni cəlb edərdi

Səninlə yaşayıb sənin məhəbbətin olmaq üçün.

 

Poetik tərcüməsi:

 

Uolter Roli

Çoban məhəbbətinə cavab

 

Sevgimiz, dünyamız cavanlaşarsa,

Çoban, sözlərində həqiqət varsa,

Titrədər qəlbimi bu gözəl çağlar,

Səninlə yaşamaq, sevilmək olar

 

Orijinal:

 

Time drives the flocks from field to fold,

When rivers rage and rocks grow cold,

and Philomel becometh dumb,

the rest complains of cares to come.

 

Sətri tərcüməsi:

 

Zamanla sürülər çöllərdən çəkilər,

Çaylar kükrəyəndə, qayalar soyuyanda

Və bülbüllər susanda,

Və qalanlar isə qayğılardan şikayətlənəndə.

 

Poetik tərcüməsi:

 

Dağılar sürülər keçdikcə zaman,

Çaylar qəzəblənər, qaya buz olar.

Bülbüllər lal olar, söküləndə dan,

Təbiət yorulub yuxuya qalar.

 

 

 

 

Orijinal:

 

The flowers do fade, and wanton fields

To wayward winter reckoning yields:

A honey tongue, a heart of gall,

Is fancy’s spring, but sorrow’s fall.

 

Sətri tərcüməsi:

 

Çiçəklər solar və bəzəkli çöllər

Qışın dəyişməz qanunlarına boyun əyər.

Şirin dil,  ürəkdə nisgil

Xəyalın baharı, kədərin isə nisgilidir.

 

Poetik tərcüməsi:

 

Qış gələr, dediyin çiçəklər solar,

Hamısı xoş xülya, xoş röya olar

Bal kimi kəlməyə, sözə gəlincə,

Adi bir təsəvvür, xoş bir düşüncə.

 

Orijinal:

 

 

Thy gowns, thy shoes, thy beds of roses,

Thy cap, thy kirtle, and thy posies

Soon break, soon wither, soon forgotten,

In folly, in reason rotten.

 

Sətri tərcüməsi:

 

Sənin libasın,  ayaqqabıların,  gül çələngin,

Papağın, paltarın və güllərin

Tezliklə məhv olar, yaddan çıxar,

Heç bir məna, məzmun kəsb etməz.

 

Poetik tərcüməsi:

 

Libas, ayaqqabı güllər çələngi,

Cırılar, büzüşər, saralar rəngi.

Hamısı yox olar, bizə nə qalar?

Məhəbbət büdrəyər, xəyala dalar.

 

Orijinal:

 

Thy belt of straw and ivy buds,

Thy coral clasps and amber studs,

All these in me no means can move

To come to thee and be thy love.

 

 Sətri tərcüməsi:

 

Tumurcuqlardan bəzəkli daşlarla bəzədilmiş sarı rəngli kəmər və

Çöl daşları ilə naxışlanmış axur;

Bunlar heç biri mənə təsir edib

Sənin yanına getməyə və sevgilin olmağa göndərə bilməz.

 

Poetik tərcüməsi:

Otlardan kəmərin, çiçək çələngi,

Pəyədə axurun qızılı rəngi

Fəth edib qəlbimi güldürə bilməz,

Çobanın yanına göndərə bilməz.

 

Orijinal:

 

But could youth last and love still breed,

Has joy no date nor age no need,

Then these delights my mind might move,

To live with thee and be thy love.

 

Sətri tərcüməsi:

 

Ancaq gənclik davam etsə, məhəbbət çiçəklənsə,

Sevincin nə yaşı, nə tarixi olmasa,

Onda bütün bu əyləncələr mənim könlümü tərpədər,

Səninlə yaşamağa və sevgilin olmağa göndərə bilər.

 

Poetik tərcüməsi:

 

Qoy gənclik çağlasın, sevgmiz coşsun,

Sevinc ömrümüzə daim qovuşsun.

Onda qəlbimizə istəklər dolar,

Səninlə yaşayıb, sevilmək olar.

 

William Shakespeare

Shall I compare thee to a summer’s day?

             

Shall I compare thee to a summer’s day?

Thou art more lovely and more temperate;

Rough winds do shake the darling buds of May

And summer’s lease hath all too short a date;

 

Sətri tərcüməsi:

Uilyam Şekspir

Səni yay gününə bənzədimmi mən?

 

Səni yay gününə bənzədimmi mən?

Sən  daha sevimli, daha dözümlüsən.

Sərt küləklər sevimli may

 Tumurcuqlarını silkələyər

Və yay da qısa bir müddətə keçib gedir;

 

Orijinal:

 

Sometime too hot the eye of heaven shines,

And often is his gold complexion dimmed;

And every fair from fair sometime declines,

By chance, or nature’s changing course, untrimm`d;

 

Sətri tərcüməsi:

 

Bəzən səmanın gözləri istidən parlayır,

Və tez-tez rəngi qızılı rəngə çalır;

Və bəzən də rəngi sarımtıl olur,

Təsadüfən, yaxud təbiətin qanunlarına əsasən nizamsız olur.

 

Orijinal:

 

But thy eternal summer shall not fade;

Nor lose possession of that fair thou owest;

Nor shall Death brag thou wander`st in his shade,

When in eternal lines to time thou growest;

 

Sətri tərcüməsi:

 

Ancaq sənin daimi baharın heç zaman solmayacaq;

Nə sənin gözəlliyin keçməyəcək;

Nə ölüm səni məğrurluğunun gölgəsi altına almayacaq.

Sənin ömür yollarında;

 

 Orijinal:

 

So long as men can breathe, or eyes can see,

So long lives this, and this gives life to thee.

 

Sətri tərcüməsi:

 

Nə qədər ki, insanlar nəfəs alır, gözlər görür,

Bu fikir yaşayır və bu da sənə həyat verir.

 

Sonetin Azərbaycan türkcəsinə  tərcümə edilmiş iki varinatı:

 

Axı,  necə yaya bənzədim səni?

Ondan daha odlu, daha gözəlsən.

Tufan məhv eyləyir yazda gülşəni,

yaz da tez ötüşür ömürdən bilsən.

 

Bəzən göyün gözü odlanır, yanır;

Bəzən də gizlənir duman içində.

Gözəllik də sona çatıb dayanır,-

Təbiət yox edir bir an içində.

 

Fəqət sənin yayın sovuşa bilməz,

Sənin gül hüsnünü tutmaz bu pərdə,-

Ölümün gölgəsi üstünə gəlməz

Mənim şeirlərim dil açan yerdə.

 

Neçə ki, həyat var, göz görür, inan,

Şeirimdə əbədi yaşayacaqsan.

(Tərcüməçi Sabir Mustafa)

 

Digər tərcümə variantı:

 

Səni yay gününə bənzədimmi mən?

Sən daha sevimli, daha incəsən.

Qönçə də inciyir köksünə əsən

Bu qısa ömürlü yay küləyindən.

 

Səmanın gözləri alovla dolur,

Qızılı çöhrəsi tutulur birdən.

Təbiət gah qəmgin, gah da şən olur,

Qızılı çöhrəsi tutulur birdən.

 

Sən solmaz bir çiçək, əbədi bahar,

Həmişə gözəllik libasındasan.

Nə gülər çöhrənə ölüm gəc baxar,

Nə həyat eşqini söndürər zaman.

 

İnsan yaşadıqca, gəldikcə bahar
əbədi sən varsan, saf məhəbbət var.

 

(Tərcüməçi Şəhla Nağıyeva)

 

 

William Blake

Human Abstract

 

Orijinal:

 

Pity would be no more,

If we did not make somebody Poor:

And Mercy no more could be,

If all were as happy as we.

 

Sətri tərcüməsi:

 

Təəssüf hissi heç olmazdı,

Əgər biz kimisə kasıb etməsəydik

Mərhəmət yaranmazdı,

Əgər hamı bizim kimi xoşbəxt olsaydı.

 

Poetik tərcüməsi:

 

Kasıblar olmasa dünyada əgər,

Təəssüf hissi də heç yaranmazdı.

Hamı doğulsaydı xoşbəxt, bəxtəvər

İndi nə mərhəmət, nə rəhm vardı.

 

Orijinal:

 

And mutual fears brings peace,

Till the selfish loves increase:

Then cruelty knits a snare,

And spreads his baits with care.

Sətri tərcüməsi:

 

Bir-birindən qorxu hissi hamını dinc yaşamağa səsləyir

Özünü sevmə hissi yaranana qədər.

Sonra qəddarlıq tələ toxuyur,

Və ehtiyatla əməllərini işə keçirir.

 

Poetik tərcüməsi:

 

Qorxub bir-birindən verir əl-ələ

Sevgisi, məsləki saxta insanlar.

Sonra da qəddarlıq toxuyur tələ

Ovuna düşənlər dilini anlar.

 

Orijinal:

 

He sits down with holy fears,

And waters the ground with tears:

The Humilities takes its root

Underneath his foot.

 

Sətri tərcüməsi:

 

O müqəddəs qorxu içində oturur,

Və torpağı göz yaşları ilə suvarır;

Ona tabe olanlar onun ayaqları altından su içir.

 

Poetik tərcüməsi:

 

Oturur qəddarlıq qorxu içində

Suvarır göz yaşı torpağı gündə.

Ehtiyac kök atır içir bu yaşdan

Boy atır böyüyür keçdikcə hər an.

 

Orijinal:

 

Soon spreads the dismal shade

Of Mystery over his head:

And the Caterpillar and Fly

Feed on the Mystery.

 

Sətri tərcüməsi:

 

Tezliklə onun başının üstünü

Sirrin qaranlıq kölgəsi alır:

Və böcək, kəpənək

Bu sirlə qidalanacaq.

 

Poetik tərcüməsi:

 

Məkr bu an onun üstünü alır,

Tezliklə sehrinin toruna salır.

Ən adi varlıqlar – böcək, kəpənək

Bu sirli ağacdan meyvə yeyəcək.

 

Orijinal:

 

And it bear the fruit of Deceit,

Ruddy and sweet to eat:

And the Raven his nest has made

In its thickest shade.

 

Sətri tərcüməsi:

 

  ondan meyvəsi Yalan olan

Qırmızı və şirin yeməli alma

Yarandı

Qarğa alma ağacının ən qalın yerində öz yuvasını qurdu.

 

Poetik tərcüməsi:

 

Bu bir ağac olur hiylə meyvəsi

Şirinliyi heyran edir hər kəsi.

Qarğa yuva qurur ən sıx yerində

Yeyir yaxşısını meyvələrin də.

 

Orijinal:

 

The Gods of the earth and sea,

Sought through Nature to find this Tree;

But their search was in vain:

There grows one in the Human Brain.

 

Sətri tərcüməsi:

 

Yer və Dəniz Allahı bu ağacı

Tapmaq üçün bütün Təbiətə baş vurdu;

Ancaq onların axtarışı əbəs idi:

Çünki bu İnsan Beynində yetişən yeganə ağacdır.xtarışı əb

yerində öz yuvasını qurdu.

 olmur.na yükünə müngilisdilli oxucuya bu y                            

 

Poetik tərcüməsi:

 

Torpaq, su Allahı gəzdi hər yanı

Gəzdi bu dünyada: bu ağac hanı?

Bilmədi, axtardı fəqət nahaqdan

İnsan beynindədir o Ağac bu an.

 

 

Percy Byshe Shelley

Love’s Phylosophy

 

Orijinal:

 

 

The fountain mingles with the river

And the rivers with the Ocean,

The winds of Heaven mix for ever

With a sweet emotion;

 

Sətri tərcüməsi:

 

Şəlalələr çayla qovuşur

Və çaylar okeana qovuşur,

Göylərin küləkləri əbədilik

Şirin bir hisslə bir-birinə qovuşur;

 

Poetik tərcüməsi:

 

Coşqun şəlalər çaya qovuşur,   

Özünə yurd salır çay da dəryada.

Həzin meh sevinclə səmanı qucur.

Məhəbbət nuruna bələnib o da.

 

Orijinal:

 

Nothing in the world is single,

All things by a law divine.

In one sprit meet and mingle,

Why not I with thine?

 

Sətri tərcüməsi:

 

Dünyada heç nə tək deyil,

Butun hər şey ilahi bir qüvvə ilə

Bir ruhda görüşür və qovuşur,

Nə üçün mən səninlə deyiləm?

 

Poetik tərcüməsi:

 

Yalnız yaranmamış heç nə dünyada,

Ülvi qanunudur bu təbiətin.

Hər kəs həmdəminə qovuşan anda,

Niyə üzsün məni sənin həsrətin?

 

Orijinal:

 

See the mountains kiss high Heaven,

And the waves clasp one another;

Nor sister flower would be forgiven

If it disdained its brother.

 

Sətri tərcüməsi:

 

Bax, dağlar səmanı öpür,

Və dalğalar bir-birini qucaqlayır;

Heç bir gül qız gül qardaşından uzağa getsə bağışlanmaz

 

Poetik tərcüməsi:

 

Göylər busə verir şişuclu dağa,

Qolboyun olubdur mavi dalğalar.

O öz sirdaşından getsə uzağa

Bulud öz qulunu necə bağışlar?

 

Orijinal:

 

And the sunlight clasps the Earth,

And the moonbeams kiss the sea;

What is all this sweet work worth

If thou kiss not me?

 

Sətri tərcüməsi:

 

Günəş şəfəqləri Yeri yalayır,

Və Ayın şəfəqləri dənizi öpür;

Bütün bu şirin işin dfəyəri nədir

əgər sən məni öpmürsənsə?

 

Poetik tərcüməsi:

 

Günəş şəfəqləri yalayır yeri,

Dəniz də nazlanır ay öpüşündən.

Mənimçün bunların nədir dəyəri

Öpməsən bu anda əgər məni sən?

 

          G. G. Bayron

“When We Two Parted”

 

Orijinal:

 

When we two parted

In silence and tears,

Half broken-hearted

     To sever for years,

 

Pale grew thy cheek and cold,

Colder thy kiss;

Truly that hour foretold

    Sorrow to this.

 

Sətri tərcüməsi:

 

Sakitlik içində və göz yaşlarıyla,

Qarşıdakı illər ayrılığına görə

     Ikiyə bölünmüş ürəklə

Biz ayrılanda

Yanaqların soyudu və ağardı,

Öpüşün soyudu;

    Həmin an bu hicranın kədərini əvvəlcədən verirdi.

 

Poetik tərcüməsi:

 

Sakitlik içində göz yaşlarıyla

 Sınnmış bir ürəklə biz ayrılanda.

Hicran da dondurdu buzu,  qarıyla

    Solmuş yanağını sənin bu anda.

 

Orijinal:

 

The dew of the morning

Sunk chill on my brow-

    It felt like the warning

Oh what I feel now.

 

Sətri tərcüməsi:

 

 Səhər şehi

Qaşlarımı nəmləndirdi-

Bu mənim indi hiss etdiklərimi

Göstərən xəbərdarlıq idi.

 

Poetik tərcüməsi:

Qondu qaşlarıma səhər jaləsi,

 Kirpiklər çırpıldı, leysan ələndi.

Ayrılıq qorxusu, hicran naləsi

    Hopdu varlığıma, qəlbimə endi.

 

Orijinal:

Thy vows are all broken,

      And light is thy fame;

I hear thy name spoken,

And share in its shame.

 

Sətri tərcüməsi:

 

Sən əhd-peymanı pozdun,

Sən yüngül şöhrət dalınca qaçdın.

Sənin haqqında mənim yanımda danışdılar,

Və mən xəcalətdən əridim.

 

Poetik tərcüməsi:

 

Pozdun ilqarını, pozdun əhdini,

Bu eşqi sən adi şöhrətmi sandın?

Adını kimsədən eşidən kimi

Xəcalət içində alışdım, yandım.

 

Orijinal:

 

They name thee before me,

A knell to mine ear;

A shudder comes o`er me –

Why wert thou so dear?

 

Sətri tərcüməsi:

 

Mənim yanımda adını çəkdilər

Qulağıma matəm marşının səsi gəldi;

Məni titrəmə tutdu-

Nə üçün, əzizim, sən beləsən?

 

Poetik tərcüməsi:

 

Çəkdilər adını mənim yanımda,

Deşildi qulağım sanki neştərlə.

Dondu damarımda axan qanım da

Nədən amansızsan, de, nədən belə?

 

Orijinal:

 

They know not I knew thee,

Who knew thee too well: -

Long. Long shall I rue thee,

Too deeply to tell.

 

Sətri tərcüməsi:

 

Onlar bilmirlər ki, mən səni tanıyırdım,

Özü də səni çox yaxşı tanıyırdım:-

Uzun-uzun vaxt keçər səni kədərləndirərəm,

Sənə haqqında dərindən danışmaqla.

 

Poetik tərcüməsi:

 

Bilmirlər ürəkdən sevib əzəldən

Tanıyırdım səni varlığım kimi.

Vaxt gələr sənə də danışaram mən

Sənin həyatının hekayətini.

 

Orijinal:

 

In secret we met –

In silence I grieve,

That thy heart could forget,

Thy spirit deceive.

 

Sətri tərcüməsi:

 

Gizlicə, sakitlikdə biz görüşdük-

Mən kədərləndim.

Sənin ürəyin bunu unuda bilər,

Sənin ruhun səni aldadır.

 

Poetik tərcüməsi:

 

Sakitlik içində görüşdük o an,

Qəlbimdə köksünü ötürdü kədər.

Səni qarsıtmadı bu odlu hicran,

Sanmışdın bəlkə də bu eşqi hədər.

 

Orijinal:

 

If I should meet thee

After long years,

How should I greet thee?

With silence and tears.

 

Sətri tərcüməsi:

 

Əgər mən səninlə qarşılaşsam

Uzun illərdən sonra,

Mən səni necə salamlayım

Sakitlik içində göz yaşlarıyla?

 

Poetik tərcüməsi:

 

Ay keçər, il keçər əgər yenidən

Toqquşsa baxışın baxışlarımla.

Necə qarşılayım söylə səni mən

Ölü bir sükutla, göz yaşlarımla.

 

 

 Rudyard Kipling

        IF ...

 

Orijinal:

 

If you can keep your head when all about you

Are losing theirs and blaming it on you,

If you can trust yourself when all men doubt you

But make allowance for their doubting too;

If you can wait and not be tired of waiting,

Or being lied about, don't deal in lies,

Or being hated, don't give way to hating,

And yet don't look too good, nor talk too wise;

If you can dream - and not make dreams your master;

If you can think - and not make thoughts your aim,

If you can meet with Triumph and Disaster

and treat two impostors just the same;

If you can fill the unforgiving minute

With sixty seconds' worth of distance run,

Yours is the Earth and everything that's in it,

And - which is more - you'll be a Man, my son!

 

Sətri tərcüməsi:

Əgər hamı sənin haqqında səhv fikirdədirlərsə

Və buna görə də səni qınayırlarsa, özündən çıxmasan,

Hamı sənə şübhə edirsə sən özünə inansan,

Amma onların sənə şübhə etmələrinə yol verirsənsə;

Əgər gözləməyi bacarırsansa və gözləməkdən yorulmursansa,

Yaxud, sənə yalan danışırlarsa, sən yalan demirsənsə

    Yaxud sənə nifrət edirlərsə, sən nifrət etmirsənsə,

Və çox yaxşı görünmürsənsə, müdrik danışmırsansa

Əgər arzu edə bilirsənsə, arzulara qul olmursansa,

Əgər fikirləşə bilirsənsə, amma fikirlərə qərq olmursansa,

Xəşbəxtlik və bədbəxtliklə üz-üzə gəlməyi bacarırsansa,

  hər ikisinə eyni cür yanaşırsansa,

Əgər bağışlanılmayan  bir dəqiqəni

Altmış saniyə ərzində qaçıb uzaqlaşmaqla yola verirsınsə,

Yer kürəsi və onun üstündəki hər şey sənindir,

Və ondan da əhəmiyyətlisi odur ki, sən insansan, oğlum!

 

Şəhla Nağıyevanın  tərcüməsi:

Günahkar sanılıb qınananda sən

Ağlını qoruyub saxlaya bilsən,

Hamı şübhə ilə baxsalar sənə

Özünə inanıb güvənsən yenə

Heç vaxt gözləməkdən sən usanmasan

Səni aldatsalar, deməsən yalan

Nifrət olunsan da, nifrət etməsən

Müdrik olduğunu şöhrət etməsən

Arzunla arzuya əsir olmasan

Fikir edib fikiri ötəri sansan

Səadət, fəlakət qoşa gedirsə

Acısı, şirini sənə birdisə,

Dözülməz anları unudursansa,

Qəlbini səbirlə ovudursansa

 

Bütün Yer kürəsi , səma sənindir,

Bil, oğlum, insansan, dünya sənindir.

 

Mərufə Mədətovanın tərcüməsi:

 

Əgər sən başını dik tuta bilsən,

Özünə inamı yaşada bilsən,

Sənə şübhələrlə baxsa da hamı,

Bil yoxdur onların sənə inamı.

Bacar gözləməyi, yorulma bir an,

Qoy yalan desinlər, sən demə yalan.

Kimsəni əhv edib susmağı bacar,

Lovğa, təkəbbürlü olmağa nə var?

Nifrət etsələr də nə qədər sənə,

Nifrəti sən yaxın qoyma qəlbinə.

Arzuya qul olma, amma arzu et,

Düzgün düşünməyi eyləmə adət.

Qaytara bilməzsən ötən zamanı,

Ömründə mənalı yaşa hər anı.

Bu sözlərə əməl eyləsən, inan,

Onda səninkidir büsbütün cahan.

Dünyada hər şeydən qiymətli olan,

 

 

 

 

 

 

 

 

 

 

Amerika ədəbiyyatından poetik nümunələr və

onların Azərbaycan türkcəsinə tərcüməsi

 

 

Edgar Allan  Poe(1809-1849)

 

A Dream within a Dream

 

Orijinal:

 

Take this kiss upon the brow!

And, in parting from you now,

Thus much let me avow-

You are not wrong, who deem

That my days have been a dream;

Yet if hope has flown away

In a night or in a day,

In a vision or in none,

Is it therefore the less gone?

All that we see or seem

Is but a dream within a dream.

 

Sətri tərcüməsi:

 

Qaşlarından öpüşümü qəbul eylə,

Və bundan sonra səninlə ayrılırıq,

Qoy sənə etiraf edim ki,

Sən belə düşünməkdə haqlısan

Mənim keçirdiyim günlər röyaya dönüb;

Umid sönübsə,

Gecə, ya gündüz,

Varlıqda, ya yoxluqda

Çoxu gedib, azı qalıb.

Bizim bütün gördüklərimiz, ya bizə görnənlər

Yuxu içində yuxudur

 

Poetik tərcüməsi:

 

Əzizim, qoy öpüm mən qaşlarından

Səninlə ayrılıq dəmidir bu an.

Sən doğru söylədin, haqlısan inan

Qış çağı çəməndən çiçək dərmişik,

Biz röya içində röya görmüşük.

Ümidlər məhv olub uçub getsə də,

Gündüz işığında, zülmət gecədə

Var idi, yox idi, təsəvvür idi,

Nə fərqi, mənası yenə də birdi.

Bir sevda yaşayıb yelə vermişik,

Biz röya içində röya görmüşük.

 

Orijinal:

 

I stand amid the roar

Of a surf-tormented shore,

And I told within my hand

Grains of the golden sand-

How few! yet how they creep

Trough my fingers to the deep,

While I weep-while I weep!

O God can I not grasp

Them with a tighter clasp?

O God! can I not save

One from the pitiless wave?

Is all that we see or seem

But a dream within a dream?

 

Sətri tərcüməsi:

 

Mən dalğaların qəzəblə çırpındığl sahildə dayandım,

Mən ovcumun içindəki

Qum dənəcikləri ilə danışdım.

Necə az idi, necə onlar sürüşüb

Barmaqlarım arasından tökülərək dərinliyə gedirdilər.

Mən hönkürərkən, mən hönkürərkən!

Allahım! Mən onları

Ovcumu sıxmaqla saxlaya bilmirəm.

Allahım! Qum dənəciklərinin birini də mən rəhimsiz dalğalardan xilas edə bilmirəm.

Bizim bütün gördüklərimiz və bizə görünənlər

Yalnız yuxu içində yuxu imiş?

 

Poetik tərcüməsi:

 

Fikirli, qayğılı dənizə girdim,

Qəzəblə kükrəyən dalğalar gördüm.

Bir ovuc qızılı qumdan götürdüm,

Bərk sıxdım əlimi, fəqət nə gördüm:

Əllərim açılır, qumlar tökülür.

Dalğalar da mənə rişxəndlə gülür

Çəkdiyim əzabı bir Allah bilir.

Büsbütün ovcumdan boşaldı qumlar

Allahın nə aciz bəndələri var.

Dalğa rəhmsizdir, üsyan qopardı

Qumu qismətimtək məndən apardı.

Bunlar olmayıbmı, xülya görmüşük?

Biz röya içində röya görmüşük?

 

 

Edgar Allan  Poe

 

Annabel Lee

    

Orijinal:

    

It is many and many a year ago,

   In a kingdom by the sea,

That a maiden there lived whom you may know

   By the name of Annabel Lee;

And this maiden she lived with no other thought

    Than to love and be loved by me.

 

Sətri tərcüməsi:

 

Çox-çox illər bundan əvvəl,

Dəniz sahilindəki krallıqda,

Hər kəsin tanıya biləcəyi

Anabel Li adlı bir qız yaşayırdı;

Bu qızın başqa bir bir fikri yox idi

Sevib və mənim tərəfimdən sevilməkdən başqa.

 

Poetik tərcüməsi:

Dəniz sahilində çox illər əvvəl

Burda krallıqda vardı bir gözəl

Elə bir gözəl ki nazlı, qəmzəli,

Adını qoydular Anabel Li.

Mənə məftun olub aşiqlər kimi

Can atdı qazansın məhəbbətimi.

 

Orijinal:

 

I was a child and she was a child,

    In this kingdom by the sea:

But we loved with a love that was more than love-

   I and my Annabel Lee;

With a love that the winged seraphs of heaven

   Coveted her and me.

 

Sətri tərcüməsi:

 

 Mən uşaq idim və o da uşaq idi,

Dəniz sahilindəki o krallıqda:

Ancaq biz adi bir sevgidən fərqli bir sevgi ilə sevdik-Mən və Anabel Li;

Elə sevgilə ki, cənnətdəki

mələklər ona və mənə həsəd apardılar.

 

Poetik tərcüməsi:

Dəniz sahilində o krallıqda

Uşaq xülyasıyla ömür sürərdik.

Günlərin bir günü mən düşdüm oda

Anabellə sevgi bağına girdik.

Bu bağda hurilər, mələklər vardı

Onlar eşqimizə həsəd apardı.

 

Orijinal:

And this was the reason that, long ago,

   In this kingdom by the sea,

A wind blew out of a cloud, chilling

    My beautiful Annabel Lee;

So that her high-born kinsman came

     And bore her away from me,

To shut her upon a sepulchre

     In this kingdom by the sea.

 

Sətri tərcüməsi:

 

Bunun səbəbi o idi ki, uzun illər əvvəl, dəniz sahilindəki bu krallıqda,

Buludları yaran soyuq bir külək əsdi

Mənim gözəl Anabel Limin üzərinə;

Ona qohum olan mələklər gəldi, onu məndən apardı,

Kəfənə bürümək üçün

Dəniz sahilində bu krallıqda.

 

Poetik tərcüməsi:

Fəqət bu səadət uzun sürmədi,

Sevgi baxçamıza sevinc girmədi.

Qopdu buludlardan bir dəli külək

Basdı Anabeli bağrına bərk-bərk

Aldı ağuşuna apardı onu,

Məndən birdəfəlik qopardı onu.

Büründü kəfənə çarəsiz o da,

Dəniz sahilində bu krallıqda.

 

Original:

 

The angels, not half so happy in heaven,

    Went envying her and me-

Yes!-that was the reason (as all men know,

    In this kingdom by the sea)

That the wind came out of the cloud by night,

    Chilling and killing my Annabel Lee.

 

Sətri tərcüməsi:

Mələklər cənnətdə bizim xoşbəxtliyimizin yarısı qədər xoşbəxt deyildilər.

Ona və mənə həsəd aparırdılar.

Bəli!- Səbəbi bu idi(bsütün adamlar bilirdilər  dəni sahilində bu krallıqda)

Külək gecənin qoynunda buludlardan çıxaraq

Soyutdu və mənim Anabel limi öldürdü.

 

Poetik tərcüməsi:

 

Yenə xoşbəxt dedi bizə mələklr

Çünki sevgimizə yaraşmır kədər

Bəli, bu doğrudur hamı dinləsin,

Bu sevgi nəsibi olsun hər kəsin:

Qopdu dəli külək zulmət bir gecə

Məndən Anabeli aldı gizlicəö

 

Orrijinal:

 

But our love it was stronger by far than the love

    Of those who were older than we-

    Of many far wiser than we-

And the angels in heaven above,

      Nor the demons down under the sea,

Can ever dissever my soul from the soul

      Of the beautiful Annabel Lee,

 

Sətri tərcüməsi:

 

Ancaq bizim sevgimiz bizdən yaşlıların, bizdən çox müdriklərin

adi məhəbbətindən çox güclü idi.

Və cənnətdəki mələklər,

Dənizin dibindəki şeytanlar

Mənim qəlbimi gözəl Anabel linin qəlbindən ayıra bilməz.

 

Poetik tərcüməsi:

 

Cahan belə sevgi heç görməmişdi

Sevgimiz dastan tək dillərə düşdü.

Nə yerdə müdriklər göydə mələklər,

Sevgi yaşamışdı bu eşqə bənzər

Nə dəniz dibində olan şeytanlar

Bizim sevgimizin dilini anlar.

Anabellə məni ayıra bilməz

Hicran da gücüylə öyünüb gülməz

 

Orijinal:

 

For the moon never beams, without bringing me the dreams

       Of the beautiful Annabel Lee;

And the stars never rise, but I feel the bright eyes

 Of the beautiful Annabel Lee;

 

Sətri tərcüməsi:

 

O səbəbdən ki, Ay gözəl Anabel lini mənim yuxuma gətirməsə işıq saçmaz;

Və ulduzlar heç zaman görünməz.

Ancaq mən Gözəl Anabel Linin parlaq gözlərini görürəm.

 

Poetik  tərcüməsi:

 

Anabel yuxuma gəlməsə əgər,

Ay da işıq saçmaz xəcalət çəkər.

Ulduzlar səmada olmasa nə qəm,

Onun gözlərindən nur alar aləm.

Məzarı üstündə bu sakit gecə

Mən onun ruhuyla asta, gizlicə

Söhbət eyləyirəm, kükrəyir dəniz,

Gözəl sevgilimlə  yanaşıyıq biz.

 

 

 

İstifadə edilmiş ədəbiyyat

 

1)    Azərbaycan dilində

 

1. Axundov Ağamusa. Şeir sənəti və dil. Bakı, Yazıçı, 1980

2. Arif M. Ədəbi-tənqidi məqalələr. Bakı, 1958

3. Arnold Mətyü. “Həsrət” (tərcüməçi Şəhla Nağıyeva).  Poetik tərcümələr, İ toplu, Xəzər Universitəsi Nəşriyyatı. 2005

4. Cabbarlı Nərgiz. Yeni nəsil ədəbiyyatı.Bakı, 2006

5. Əliyeva Leyli. Füzuli və ingilis şərqünaslığı. Bakı, “Ozan”, 1997.

6. Əsədullayev Seyfulla. Azərbaycan poeziyasında sonet janrı, tarixi və nəzəriyyəsi. Bakı. Mütərcim, 2002

7. Hacıyev Arif. Azərbaycan Renessansı və Nizami Gəncəvi. (Məcmuə). Bakı, Elm, 1984

8. Hüseynov X.M. “Nizaminin ingilis əlaqələri”. “Elm və həyat” jurnalı, 1983, N 6.,

9. Xəlilli Ş. N. Gəncəvi və V. Şekspirin lirikası əsasında.

10. İsaxanlı Hamlet. “Poetik tərcümə: məhdud  çərçivələr içində xoş ahəng və gözəllik axtarışı”, Poetik tərcümələr, I toplu, , Xəzər Universitəsi Nəşriyyatı, 2005

11. Quliyev F. Nizami Gəncəvinin “Leyli və Məcnun”u ingilis ədəbiyyatında. “Ədəbiyyat və incəsənət”, 20 iyul 1984.

12. Qurbanov Şıxəli. XIX əsr rus-Azərbaycan ədəbi əlaqələrinin yeni mərhələsi. Əsərləri. III cild. Bakı. Azərbaycan Dövlət Nəşriyyatı. 1969

13. Məmmədov Cəlal. Bədii tərcüməyə xüsusi diqqət!, “Ədəbiyyat və İncəsənət” qəzeti, 29 yanvar 1966

14. Məmmədova Səyyarə. Füzulinin “Leyli və Məcnun” poeması ingilis dilində. “Ədəbiyyat və incəsənət” qəzeti, 22 yanvar 1972.

15. Nağıyeva Ş. “Müasir Azərbaycan poeziyasının ingilis dilinə tərcüməsində milli koloritin saxlanması”. Filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı, 1997

16. Poetik tərcümələr, I toplu, , Xəzər Universitəsi Nəşriyyatı, 2005

17. Rəhimov İsmixan, Bayron və onun Şərq poemaları.- C.Q. Bayron. Şərq poemaları. Gavur, Abidos Gəlini, Korinfin mühasirəsi, Bakı: Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, 1959

18. Rəhimov İsmixan. Tərcüməçi şəxsiyyəti (Hamletin monoloqunun Azərbaycan dilinə bir neçə tərcümə variantı haqqında. Bax. www.translit.az).

19. Rüstəmova Azadə. Klassik Azərbaycan poeziyasında qəzəl, Bakı, Elm nəşriyyatı, 1990.

20. Rza Ə. Milli kolorit. Ədəbiyyat və İncəsənət ¹ 5, 1967

21. Şahin Xəlilli. Klassik poeziya və ədəbi əlaqələr. Bakı, 2003.

22. Şahin Xəlilli. Ədəbi əlaqələr işığında. Bakı, 2002.

23. Şekspir V. Hamlet (Tərcüməçi C. Cabbarlı). Bakı, 1935

24. Şekspir V. Hamletin monoloqu (Tərcüməçi Şəhla Nağıyeva).  Poetik tərcümələr, İ toplu, Bakı, Xəzər Universitəsi Nəşriyyatı, 2005

25. Şekspir V. Seçilmiş əsərləri, İ cild (Tərcüməçi S. Mustafa). Bakı, Öndər Nəşriyyatı, 2004

25 a. Yaqubi Ə. Füzulinin əsərləri xarici dillərdə. "Azərbaycan" jurnalı, 1958, ¹ 12

26. Zaman Şamil. Bədii tərcümə haqqında mülahizələr. “Sovet Naxçıvanı”, 16 fevral 1988

 

2) İngilis dilində

27. Alasgar, Ashug. “Mushgunaz.” Ashug Alasgar: Poems, Epic Poems-Legends, Memoirs. Baku: Chinar Pub, 2003. 97.

28. Articles by Ketaki Kushari Dyson Presentation at the University of Hyderabad on 28 January 2009, for the Ninth Biennial International Conference of the Comparative Literature Association of India)

29. Azerbaijan İnternational 2004, Spring.

30. Azerbaijan International, Baku, 2006-spring.

31. Azerbaijanian İnetrantional 1999, Spring.

32. Azerbaijanian Poetry, Moscow, Progress Publisher, 1969

33. Bakhtiyar Vahabzade. Poems, Short Stories and a Play", edited by Hadi Sultan-Qurraie, and translated by Talat Sait Halman. Indiana University Turkish Studies Publications: Bloomington, Indiana, 1998.

34. Bery, Ashok. Cultural Translations and Postcolonial Poetry. New York: Palgrave MacMillllan, 2007.

35. Billuri H., “ Azerbaijan ”/ Hokuma Billuri//Selected works.-Baki: Sharg-Garb Publishing House. 2005.

36. Burton Raffel “The Art of Translating Poetry”. The Pennsylvania State University Press. 1988.

37. Caneda-Cabrera, Teresa M. “The Untranslatability of Modernism.” Modernism. Eds. Astradur Eysteinsson, Vivian Liska, Anke (CON) Brouwers. Philadelphia: John Benjamins, 2007. 675-692.

38. Cassel’s Encyclopedia of Literature, vol I. London 1953.

39. Christiane Norde Text Analysis in Translation// Theory, methodology and Didactic application of a Model for Translation- Oriented Text analysis, Amsterdam- Atlanta: GA, 1991

40. Dryden, John. “On Translation.” Theories of Translation: An Anthology of Essays from Dryden to Derrida. Eds. Rainer Schulte and John Biguenet. Chicago: U Chicago, 1992.

41. Edebiyat, A Journal of Middle Eastern Literature, Pensylvania, USA. vol.1, number 2, 1976

42. Fierman, William. “Kazakh Language and Prospects for its Role in Kazkh Groupness.” Ab Imperio, February 2005

43. Fizuli, Muhamed. “Gazal.” Edebiyat: A Journal  of Middle Eastern Literature. 1.2 (1976): 164.

44. Galperin I. R. Stylistics. Moscow, 1977

45. Hajiyeva, Aytan and Shahla Nagieva. “The Socio-Linguistic Situation in Azerbaijan in the Years of Independence.” Unpublished article. Baku, Azerbaijan, 2008.

46. Harry Levin”s “The War of Words in English Poetry Contexts of Critisizm” Harvard, 1957

47. Humbatova, Aynura. Personal interview by Alison Mandaville. October 2007. Baku, Azerbaijan.

48. Katz, Lisa. “Views on Translation: In Favor of Difference.” Poetry International Web. (November 2, 2003). http://international.poetryinternationalweb.org/piw_cms/cms/cms_module/index.php?obj_id=371. Accessed May 6, 2008.

49. King, Charles. The Ghost of Freedom: A History of the Caucasus. Oxford: Oxford UP, 2008.

50. Kloepfer, Rolf. Poetics Today, 2:4 (1981).

51. Lewis, Bernard. Trans. “Mushganaz,” a poem by Ashug Alasgar. Edebiyat: A Journal of Middle Eastern Literature. 1.2 (1976): 164.

52. M. Fizuli.  “My love has bestowed me of my life”/ Mahammad Fizulu//Works: I volume.- Baki: Publishing House of the Azerbaijan National Academy of Sciences, 1958 .

53. Neubert, Albrecht and Gregory M. Shreve. Translation as Text. Kent, Ohio: Kent State UP, 1992.

54. Nicolas Nicholay, “The Navigations, Peregrinations and Voyages made into Turkey”. London 1585.

55. Nida E. A. Principles of translation as Exemplified by Bible  Translating // In Book: on Translation, N. Y. 1966.

56. Poppe, Nicholas Jr. “Studies of Turkic Loan Words in Russian.” Asiatische Forschungen. 34. Weisbaden, Otto Harrassowitz, 1971.

57. Raffel, Burton. Oral Tradition 18.2 (2003): 266-267.

58. Schleiermacher.“ Dinamik və formal ekvivalentlik“ Schleiermacher, Friedrich (1813). "Über die verschiedenen Methoden des Übersetzens". Reprinted as "On the Different Methods of Translating" in: Venuti, Lawrence, editor (2002, 2nd edition 2004). The Translation Studies Reader.

59. Schulte, Rainer and John Biguenet. Theories of Translation: An Anthology of Essays from Dryden to Derrida.  Chicago: U Chicago, 1992.

60. Sultan-Qurraie, Hadi. Modern Azerbaijani Literature,

61. The Art of Poetry. Art poâetique. Nicolas Boileau Despréaux, 1636-1711, John Dryden, 1631-1700 translator Sir William Soames  R. Bentley and S. Magnes  London 1683

62. The Art of Translating Poetry Burton Raffel The Pennsylvania State University Press      University Park and London

63. The Craft of Translation. Edited by John Biguenet and  Rainer Schulte.  The University of Chicago Press. İntroduction. 1989

64. Vurghun, Samed. “Early you got so old, poet!” Samed Vurghun: Selected Works I. Baku: Azerneshr Pub, 1986.

 

3) Rus dilində

65. Àìèí Àð-Ðåéõàíè. Èçáðàííàÿ ïåðåâîä ñ àðàáñêîãî è àíãëèöñêîãî. Ëåíèíãðàä, «Õóäîæåñòâåííàÿ ëèòåðàòóðà», 1988

66. Àííà Àõìàòîâà. Ñî÷èíåíèÿ â äâóõ òîìàõ. Òîì âòîðîé. Anna Axmatova. Soçineniya v dvux tomax, tom vtoroy, «Õóäîæåñòâåííàÿ ëèòåðàòóðà», Moñêâà, 1986

67. Âîïðîñû ÿçûêîçíàíèÿ. Ìîñêâà, N 4, 1970

68. Êðûìñêèé À. Èñòîðèÿ Òóðöèè è åå ëèòåðàòóðû, Ì., 1910

69. Ìàñòåðñòâî ïåðåâîäà Ì.:  1963

70. Òèìîôååâ Ë.È.. Îñíîâû òåîðèè ëèòåðàòóðû. Ì.

71. Ýòêèíä Å. Ã. Ïîåçèÿ è ïåðåâîä// Ìàñòåðñòâî ïåðåâîäà Ì.: Ë.: 1963

72. ßêîáñîí Ð. Î. «Î ëèíãâèñòè÷åñêèõ àñïåêòàõ ïåðåâîäà». Ì. 1978

4) İnternet resursları

 

73. http://edisonapenglish.freeservers.com/custom3.html

74.http://en.wikipedia.org/w/index.php?title=Special:Captcha/image&wpCaptchaId=2139062408)

75. https://twitter.com/bayati_az/status/8119329946079232

76. www.translit.az