«Dünya ədəbiyyatı»
rüblük xarici ədəbiyyat
və sənət dərgisi
Əsası
2004-cü ildə qoyulmuşdur.
Ünvanı: AZ 1095, Bakı,
Xaqani küçəsi, 25.
Telefonu:
(+99412) 493-16-24
E-mail:
da.b@rambler.ru
Yaradıcısı: Səlim Babullaoğlu
Məqsədi:
Dünya
ədəbiyyatı nümunələrinin, eləcə də
tərcümə praktikası və
nəzəriyyəsi haqqında
araşdırmaların Azərbaycan dilinə tərcüməsi;
Yaradıcı
heyəti:
Əsasən gənc və orta nəsil tərcüməçilərinin
yaradıcılığından
bəhrələnməyə
meyllidir.
Jurnal daha çox oricinaldan tərcümələrə üstünlük verir və
hər
nömrəsində
yeni tərcümələr təqdim edir.
2005-ci ildən
qısa adı «DƏB» olan
kiçik formatlı kitab
seriyası nəşr olunur. Bu seriyadan 9 kitab
buraxılmışdır
:
Patrik Züskind. «Kontrabas»
(Mono-pyes və iki hekayə).
Milorad Paviç. «Xəzər
sözlüyü» (roman-leksikonunun jurnal variantı).
«Çağdaş
gürcü və özbək ədəbiyyatlarından
seçmələr».
Orxan Vəli. «Bütün
şeirləri».
«Türk qadın
şeiri antologiyası».
Çeslav Miloş. «Avropanın
uşağı» (şeirlər və esselər toplusu). «Terror
və ədəbiyyyat toplusu».
Orxan Pamuk. «Qar» (roman).
Fazil Hüsnü Dağlarca. «Sivaslı
qarışqa» (şeirlər toplusu).
«Dünya ədəbiyyatı»
dərgisi yalnız dünya bədii nümunələrinin Azərbaycan
dilinə çevrilməsi ilə deyil, həm də çağdaş Azərbaycan ədəbiyyatı
nümunələrinin dünya dillərinə tərcüməsi
sahəsində də müəyyən işlər
görmüşdür. 35 azərbaycanlı müəllifin
irili xırdalı və müxtəlif canrlı əsərləri
gürcü, özbək və rus dillərinə
çevrilmiş, nəşr olunmuş və yaxud da ki,
elektron versiyaları hazırlanmışdır (məsələn,
Gürcüstanın «Alternativa» ədəbiyyat dərgisində,
Özbəkistanın «Cahan ədəbiyyatı»
jurnallarında).
«Dünya ədəbiyyatı»
jurnalının dəstəyi və tərtibçiliyi ilə
ingilis dilində «Azərbaycan nəsri antologiyası», rus dilində
isə «Drucba narodov» jurnalının Azərbaycan ədəbiyyatına
həsr olunmuş xüsusi sayı nəşr olunmuşdur.
2007-ci ildə gürcü dilində «Azərbaycan
şeiri antologiyası» nəşr olunmuşdur.
Varşavada nəşr olunmuş «Qırmızı limuzin: Azərbaycan
hekayələrindən seçmələr» kitabı da
«Dünya ədəbiyyatı» jurnalının uğurlu layihələrindəndir
ki, kitaba 15 Azərbaycan nasirinin hekayələri daxil
edilmişdir.
Bütün bu işlərlə
yanaşı «Dünya ədəbiyyatı» dərgisi
«Qloballaşma və ədəbiyyat» mövzusunda beynəlxalq
konfrans təşkil etmiş, həmin konfransda gənc
gürcü və özbək ədəbiyyatçılarının
iştirakını təmin etmişdir.
Dərgi indiyədək bir çox beynəlxalq poeziya festivalları (Rotterdam və Sileziya) əlaqə yaratmış, festivallara bizim müəlliflərin əsərlərinin göndərilməsinə, eləcə də onların həmin festivallara dəvət olunmasına müvəffəq olmuşdur.
“Dünya ədəbiyyatı” dərgisində dərc olunan əsərlərin siyahısı
2004
Almaniya
Herman Hesse. Dünya tarixi. Esse. Ruscadan tər. Rafiq Həşimov
Patrik Züskind. Kontrabas. Mono-pyes. Ruscadan tər. Şövqü Hüseynov, İlqar Fəhmi.
ABŞ
Robert Frost. Şerlər. İngiliscədən tər. Könül Kərimova, Səlim Babulloğlu,
Rey Bredberi. Gözləyən. Hekayə. Ruscadan tər. Pərviz Yusif.
Argentina
Borxes. Qum kitabı. Hekayə. Ruscadan tər. Pərviz Yusif.
Xulio Kortasar.Donsuz bağçalar. Hekayə. Ruscadan tər. Etimad Başkeçid.
Danimarka
Byorn Poulson. Fil sümüyündən qüllə. Esse. Ruscadan tər. Cavanşir Yusifli.
Finlandiya
Oksanen Aulikki. Şeirlər. Müəllifin iştirakı ilə ruscadan tər. Səlim Babullaoğlu.
Fransa
Sevda. Fransuaza Saqan haqqında.
Alber Kamü. Kaliqula. Pyes. Ruscadan tər. Elçin Musaoğlu.
Mişel Uelbek. Sağ qalma. Esse. Ruscadan tər. Adil Mirsəyid.
Gürcüstan
Qoderzi Çoxeli. Sağ qol. Hekayə. Gürcü dilindən tər. Nəriman Əbdülrəhmanlı
Otar Çiladze. İşığı gözləmək yolu. Esse. Gürcücədən tər. Nəriman Əbdülrəhmanlı
Quram Odişariya. Monastırdan çıxmış Diana. Ruscadan tər. Elçin Hüseynbəyli.
İtaliya
Dino Buzatti. Telefonların tətili. Hekayə. Ruscadan tər. İlqar Fəhmi
Umberto Eko. Kommunist manifestinin təhlili. Esse.
İngiltərə
Tomas Sternz. Eliot. Şerin musiqisi. Esse Türkcədən tər. Ayişə
Qrem Qrin. Şəhər kənarına səfər. Hekayə. Ingiliscədən tər. Nəzakət Məmmədli.
Uinstan Hyü Oden. Şerlər. İngiliscədən tər.Səlim Babullaoğlu
Malika Buker. Şeir. İngiliscədən tər. Könül Kərimova.
İspaniya
Ximenes. Şerlər.
Rafael Alberti. Şerlər. Ruscadan tər. Ədalət Əsgəroğlu
Lorka. Təxəyyüllə ilham haqqında. Esse. Ruscadan tər. Nəzakət Azər.
İran
Pərviz Hüseyni. Yol. Hekayə. Farscadan tər. Məsihağa Məhəmmədi.
Latviya
Latış daynları. Latışcadan tər. Əjdər ol
Misir
Məryəm Ziyada. Mən və uşaq. Hekayə. Ərəbcədən tər. Xumar Ələkbərova.
Polşa
Çeslov Miloş. Doğma Avropa. Ruscadan tərcümə.
Kşiştof Zanussi. Süfrə arxası söhbətin faydası. Ruscadan tərcümə.
Vislava Şimborska. Şerlər. Ruscadan tər. Xanəmir.
Rusiya
Aleksandr Soljenitsin. Miniatürlər. Ruscadan tər. Ədalət Əsgəroğlu
Varlam Şalamov. Hekayələr. Ruscadan tər. Hüseynbala Mirələmov
İosif Brodski. Şerlər və mühazirə. Ruscadan tər. Səlim Babullaoğlu
Mixail Veller. Gənc yazıçı. Esse. Ruscadan tərcümə.
Dmitri Zatonski. Postmodernizmin yaranma hipotezi. Ruscadan tər. Əsəd Cahangir.
Vladimir Sorokin Postmodernizmin tükənməsindən danışmaq axmaqlıqdır.
Ruscadan tər. İlqar Fəhmi.
Serbiya
Milorad Paviç. Xəzər sözlüyü. Roman-leksikon. Ruscadan tər. İlqar Fəhmi
Türkiyə
Orxan Pamuk. Qar. Romandan parça. Türkcədən tər. Zahir Əzəmət
Sunay Akın. Şerlər. Türkcədən tər. Şərif Ağayar.
Erendiz Atasü. Romanda zaman. Məqalə. Türkcədən tər. Oqtay Hacımusalı.
Yaponiya
Yasunari Kavabata Hekayələr. Ruscadan tər. Aydın Xan.
Yukio Misima. Quzuqulağı çiçəkləri. Hekayə. Ruscadan tər. İlqar Fəhmi.
Xaruki Murakami. İpanemalı qız. Hekayə. Ruscadan tər. İlqar Fəhmi
Akutaqava. Şerlər. Ruscadan tər. Nicat.
Mati Tavara. Tankalar. Ruscadan tər. Səhər.
Səlim Babullaoğlu. Kənar göz ilə: 1997-2004-cü illərdə tərcümə işinin vəziyyəti.
Müəlliflər haqqında məlumat.
2005
Proza
Ceyms Coys. Ölülər, Evelin tərc. R. Abbaslı
Milan Kundera. Arxayınçılıq. tərc. İ. Fəhmi.
Fəridə Diba. Mənim qızım Fərəh. Tərc. M. Məhəmmədi.
Rza Bərahəni Misdə qızıl. tərc. M. Məhəmmədi.
Herman Hesse Sığınacaq tərc. R. Həşimov.
Qabriel Qarsia Markes Nəhəng qanadlı senyor tərc. M. Musabəyov.
Mariane Busser, Ron Sxroder Tacsız kral tərc. A. Əhmədzadə və N. Əhmədzadə.
Vim Hofman. Eymun və ayı. Tərc. A.Əhmədzadə və N. Əhmədzadə.
Eduard Reznik. Musiqi təhsili. Tərc. G. Əhəd Muxtarqızı.
Andrey Tarkovski. Apokalipsis haqqında söz. tərc. V. İsgəndərova.
Spujməy Zəryab. Adamlar və evlər. tərc. M. Məhəmmədi
Hənif Qureyşi. Dörd mavi stul. tərc. N. Əbdülrəhmanlı.
İvon Qoll. Sürrealizmin manifesti. tərc. N. Əbdülrəhmanlı.
Rixard Hülzenberq. Dadaist manifesti. tərc. N. Əbdülrəhmanlı.
F-T. Marinetti. Futurist ədəbiyyatının texniki manifesti. tərc. N. Əbdülrəhmanlı.
Anna Senaraslan. Ədəbi tərcümənin vacibliyi və incəlikləri. tərc. M. Mustafayeva.
Poeziya
Pyer Pazolini. Şerlər. Tərc. Səlim Babullaoğlu.
Şota İataşvili. Şerlər. Tərc. Səlim Babullaoğlu.
Sörab Sipheri. Şerlər. Tərc. M. Məhəmmədi.
Bariq Şəfi. Şerlər. Tərc. T. Abidin.
Joan Mariya Vilanova. Şer. Tərc. T. Abidin.
Artur Rembo. Şerlər. Tərc. O. Hacımusalı.
İbrahim Tənəkəçi. Şer. Tərc. O. Hacimusalı.
Hakan Albayrak. Şer. Tərc. O. Hacımusalı
Fateh Oxumuş. Şer. Tərc. O. Hacımusalı
Raisa Sarbi. Şerlər. Tərc. Ə. Qoşalı.
Albina Yuratu. Şerlər. Tərc. Ə. Qoşalı.
Fokler fon Terner. Şeirlər. Tərc. T. Abidin.
Müsahibə
Sən necə idin? P. Pazolini ilə D. Maraninin müsahibsi. tərc. A. Əsədov.
Əsrarlı sözlüklər. M. Paviçlə A-M. Yanusun apardığı sorğu tərc. F. Gədikli.
Mən bir türk yazarıyam. O. Pamukla S. Babullaoğlunun söhbəti
Bəzi müəlliflər haqqında məlumat
2006
Din
Qurani-Kərim çev. Ə. Hacılı.
Epos
Möge Bayan-Toolay. Çev. İ. Usuboğlu.
Polyak əfsanələri. Çev. V. Mustafayeva.
Drammaturgiya
Qriqori Qorin, Herostratı unudun. Çev. E. Hüseynbəyli.
Elfride Yelinek. Qız və ölüm. çev. R. Abbaslı.
Proza
Orxan Pamuk. Qar (davamı). Çev. Y. Orucov.
Fərida Diba. Mənim qızım Fərəh. Çev. M. Məhəmmədi.
Eyvaz Taha. Saat işləyəndə şair öləcək.
Reiko Uçido. Ürəyini harayla. Çev. Z. Əhmədov.
Antonio Porpetta, Şairlik- bu qəribə məşğuliyyət çev. S. Babullaoğlu
Somerset Moem, Muzdlu tərfdaşlar çev. C. Zeynalov.
Georqi Kublitski, itirilimiş izlər çev. F. Məmmədli
Leyla Mesxi, Cazibə çev. H. İlyas.
Yevgeni Nosov. Çəmənlik yulafı xışıldayır. Çev. V. Əjdəroğlu.
Poeziya
Şəhriyar. Əbədi xəzan çev. Ü. Bahir.
Romon de Kampoamor, Epiqramalar çev. Ə. Salahzadə
Mirzə Qalib, Şeirlər çev. A. Hüseynbəyli
Mattias Yohumsson, Şerlər çev. A. Hüseynbəyli.
Mattias Yohumson, Şerlər çev. Hidayət.
Byarri Torarensen, Şerlər çev, Hidayət.
Younas Hadlqrimson, Şerlər çev. Hidayət.
Siqurdur Breydford, Şerlər çev. S. Məmmədzadə.
Aşıq Qul Qazi, Şerlər çev. S. Məmmədzadə.
Murad Bayer, Şerlər çev. S. Babullaoğlu.
Dalmira Tilepberqenova, şerlər çev. S. Babullaoğlu.
Tərcümə sənəti
Hamlet İsaxanlı, Poetik tərcümə (araşdırma)
Könül Hüseynova, “Kitabi-Dədə- Qorqud” eposunda bir hərfin “qurbanı”na çevrilmiş metafora (araşdırma)
Müsahibə
P. Pazolini ilə söhbət çev. A. Əsədov və b.
Ataol Bəhramoğlu ilə söhbət
Çingiz Bektaş ilə söhbət
Eyvaz Taha ilə söhbət
Mətnlərlə bağlı qeydlər
Bəzi müəlliflər haqqında məlumat